Nəsimi rayon icra hakimiyyətinin baĢçısı Əli Quluyev dedi: “Müdafiə Nazirliyində 46 milyon vəsait
yeyilib. Niyə Rəhim Qazıyev həbs edilmir? ġuĢanın, Laçının verilməsində birbaĢa o, günahkardır.
Ġndi isə o, prezidentin istefasını tələb edir”.
Ali Sovetdə 10 iyunda Milli Məclisin üzvü Mətləb Mütəllimovun sədrliyiylə Gəncə Ģəhərində baĢ
vermiĢ FACĠƏ'ni (QĠYAM'ı yox!) təhqiq edən deputat istintaq komissiyasının ilk iclası keçirildi.
Həmin gün ABġ-ın Dövlət Departamenti belə bir bəyanat verdi:
“Ġyunun 4-də Gəncədə -
Azərbaycan Respublikasının ikinci ən mühüm Ģəhərində qiyam baĢlanmıĢdır. Məlumatlara əsasən,
döyüĢdə onlarca adam öldürülmüĢ, yüzlərlə adam yaralanmıĢdır. Bu döyüĢün nəticəsində
qiyamçılar Ģəhərə nəzarət edirlər. Məlumatımıza görə, Azərbaycan prezidenti Elçibəy bir daha
qırğına yol vermədən böhrana son qoymağa çalıĢır.
ABġ hökuməti prezident Elçibəyin demokratik yolla seçilmiĢ hökumətini tamamilə dəstəkləyir. Biz
bu böhranı demokratik dəyərlərə əsaslanaraq və insan hüquqlarına hörmət edərək sülh yolu ilə
həll etməyə çağırırıq”
.
Elçibəyin belə dəstəklənməsi xüsusən H.Əliyevi razı salmırdı. Buna görə də o, bir neçə gün sonra
Gəncədə S.Hüseynovla görüĢdükdə onu prezidentin istefasını da tələb etməyə “həvəsləndirdi”.
ABġ-ın münasibəti eyni zamanda H.Əliyevin hakimiyyətə gəlməkçün bu dövlətin də
“xeyir-dua”sını almağı “unutduğunu” göstərir. (Görünür, bu üzdəndir ki, Əliyev hakimiyyətin ilk
mərhələsində Rusiya və Ġranı tərifləmək, ABġ-ısa tənqid etmək siyasəti yürüdürdü).
11 iyunda prezident Əbülfəz Elçibəy deputat istintaq komissiyasının üzvlərini qəbul etdi. Söhbət
zamanı, yaranmıĢ vəziyyətdən çıxıĢ yolları araĢdırıldı, dövlətçiliyimizin və ölkədə sabitliyin
qorunmasıyçün görülməli tədbirlər müzakirə edildi. Komissiyanın istintaq apardığı müddətdə
KĠV-də qızıĢdırıcı materialların verilməməsi (baĢqa sözlə, qiyamçıların tənqid edilməməsi) və bu
barədə mətbuat orqanlarına müraciət edilməsi haqqında razılıq əldə olundu.
Zənnimcə, 24 oktyabr hadisələrində H.Əliyevin Bakıda ona qarĢı əks-təbliğata son qoyulmasını
tələb etməsiylə surətçilərin də “qızıĢdırılmamasının” tələb edilməsi eyni nöqtədən qaynaqlanan
taktikadır və hakimiyyətin hər iki halda o tələblərlə razılaĢması prinsipcə yanlıĢ addımdı, çünki
ictimai rəy bir daha iqtidara qarĢı yönəldi. Ancaq burası da var ki, artıq H.Əliyevin Bakıya
gətirilməsindən sonra S.Hüseynovla açıq müharibəyə girməyin mənası itmiĢdi.
Doğrudur, Elçibəy hakimiyyəti Gəncə hadisələrindən sonra sosial dayaqlarını ciddi Ģəkildə
itirmiĢdi (H.Əliyevin və S.Hüseynovun xeyrinə), ancaq onu dəstəkləyənlər hələ çoxdu. Məsələn,
Sankt-Peterburqdakı “Dayaq” cəmiyyəti xəbərdarlıq edirdi:
“Biz Elçibəysiz növbəti uçuruma -
saxtakarlıq və yalan uçurumuna yuvarlana bilərik. Xalqın aldanması daha böyük faciə ola bilər”
.
Özbəkistan “Vətən” Milli Ġstiqlal Cəbhəsi və “Ərk” Demokrat Partiyası da bəyan edirdi:
“Bugünkü
Azərbaycan keçmiĢ SSRĠ-nin qanlı zəncirlərini mərdliklə qırıb gerçək azadlığa qovuĢan ilk türk
cümhuriyyətidir. Onun mənəvi haqqa sahib olan prezidenti Əbülfəz Elçibəy mücadilə verən bütün
istiqlalçıların öndəridir. Azərbaycan diyarında Ana Vətən uğrunda təcavüzkarlara qarĢı qanlı
döyüĢlər getdiyi bu təhlükəli günlərdə biz özümüzü əziz Azərbaycan xalqı və prezidenti Əbülfəz
Elçibəylə birgə bilirik”
.
Ancaq Elçibəyə düĢmən kəsilən Ali Sovetin 120 kommunist deputatı Rusiya prezidenti Yeltsinə
müraciət göndərdi. KeçmiĢ kommunist deputatlar - Ə.Qarayevlərin, Ç.Ġldırımların,
H.Sultanovların nəvələri Azərbaycan hakimiyyətindən Ģikayətlənir, Yeltsindən bütün nüfuzundan
istifadə edərək Azərbaycanda demokratiyanı “bərpa etməyi” xahiĢ edirdilər...
Ġyunun 9-unda Bakıya gələn H.Əliyev “xırda-xuruĢ” hazırlıqlarını görəndən sonra 11 iyunda
EA-da - “Ġsmailiyyə”də Akademiya iĢçiləriylə görüĢdü. Onlar respublika Dövlət ġurası'nın
yaradılmasında Heydər Əliyevlə həmrəy olduqlarını (!) bildirdilər. Ancaq H.Əliyev Moskva
mətbuatının onun baĢ nazir vəzifəsinə təyin edilməsi haqqındakı xəbərləri barədə jurnalist
suallarını cavabsız qoydu.
Həmin gün H.Əliyev ABġ və Fransa səfirliklərinin nümayəndələriylə də görüĢdü. Jurnalistlər
görüĢə buraxılmadı. O, AMĠP-in sədri E.Məmmədovla da bağlı qapılar arxasında danıĢıqlar apardı.
Rusiyanın Azərbaycandakı səfiri Valter ġoniya mətbuat konfransı keçirərək (11 iyun) bildirdi ki,
Rusiyanın öz daxili problemlərinə o qədər baĢı qarıĢıb ki, əgər istəsə belə Gəncə hadisələrinə
müdaxilə etməyə, sadəcə olaraq, onun vaxtı yoxdur. (Səfir bu sözlərlə əslində Rusiyanın baĢının
öz problemlərinə qarıĢacağı haqqında fikirlər söyləmiĢ Elçibəyə üstüörtülü kinayə edirdi). ġoniya
daha sonra dedi: “Gəncə hadisələri, onun nizama salınması Azərbaycanın öz daxili iĢidir. General
ġERBAKIN Gəncəyə gəlməsini, əməliyyatlarda iĢtirakını təsdiq edən informasiya isə bizdə
yoxdur”.
Xarici neft Ģirkətlərindən birinin nümayəndəsi Heydər Əliyevlə və artıq daim onun yanında olan
Rəsul Quluyevlə görüĢəndən sonra ADNġ-nin prezidenti Sabit Bağırova 12 iyunda bildirmiĢdi ki,
prezident Əbülfəz Elçibəyin Böyük Britaniyaya qarĢıdakı rəsmi səfəri baĢ tutmayacaq (həqiqətən,
belə də oldu!..).
Həmin gün prezident “Azərbaycan milli valyutasının respublika ərazisində yeganə ödəniĢ vasitəsi
elan edilməsi haqqında” fərman verdi. Bu fərman manatın rublu bütünlüklə əvəzləməsini nəzərdə
tuturdu. Ancaq o, ...ertəsi gün “Nazirlər Kabinetinin və Milli Bankın rəyləri nəzərə alınaraq” 12
iyun tarixli fərmanının icrasını qeyri-müəyyən müddətə təxirə salmaq haqqında yeni fərman
imzalamalı oldu. Artıq açıq-aydın görünürdü ki, Əliyev gələndən sonra hakimiyyət qurumları
Bəydən üz döndərir, onu pis vəziyyətdə qoymaqdan çəkinmirlər.
Deputat istintaq komissiyasının üzvləri 12 iyunda Gəncədə oldular, Surət Hüseynovla görüĢdülər.
Bu arada Türkiyədə də hökumət boĢluğu vardı. Doğru Yol Partiyasının 13 iyundakı qurultayında
baĢqan seçilən Tansu Çillərə hökuməti təĢkil etmək tapĢırıldı.
ĠSA QƏMBƏR DƏ ĠSTEFA VERDĠ
Hakimiyyətin humanist davranması, vətəndaĢ sülhü naminə güzəĢtlərə getməsi qarĢılığında
Rusiyanın Azərbaycan iqtidarını hökmən devirməyə yönəlmiĢ inadcıl siyasətinin göz qabağında
olan təmsilçisi S.Hüseynovun iĢtahı və tələbləri gündən-günə artır və dəyiĢirdi. 13 iyunda (bazar
günü!) məhz onun növbəti tələbini yerinə yetirməkçün Milli Məclis Ali Sovet sədri Ġsa Qəmbərin