Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə173/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   169   170   171   172   173   174   175   176   ...   191

Bakıdakı keçmiĢ kommunistlər Hüseynova tərəfdar çıxır və bildirirdilər ki, Elçibəyin hakimiyyətinə 

qarĢı qəti mübarizədə birləĢəcəklər”

Amerikalı təhlilçilər qiyamın Azərbaycana nə qədər ziyan vurduğunu əla bilirdilər: “Qiyamçılar bu 



strateji  əhəmiyyətli  Ģəhəri  nəzarətə  almıĢlar.  Azərbaycan  qoĢunlarının  Ermənistan  sərhədinə  və 

Qarabağın Ģimalına tərəf irəliləməsini çətinləĢdirirlər. Beləliklə, onlar Qarabağın Ģimalında erməni 

silahlı  qüvvələri  üçün,  bir  növ,  sipər  yaratmıĢlır.  Azərbaycanın  müdafiə  qabiliyyətinə  çox  böyük 

ziyan  dəyir,  çünki  qiyam  Ermənistanın  və  onun  müttəfiqi  olan  dövlətlərin  səylərinin 

müvəffəqiyyətinə kömək edir”. 

Təhlil  qrupu  qiyamın  məqsədini  də  açıqlayır: 

“Beləliklə,  keçmiĢ  SSRĠ-nin  1990-cı  ildə 

Azərbaycanda  və  1979-cu  ildə  Əfqanıstanda  təĢkil  etdiyi  son  hərbi  çevriliĢlərin  ssenariləri 

oynanılır.  Həmin  ssenari  üzrə  qaliblər  respublikanın  MDB-yə  daxil  olmaması  haqqında 

parlamentin qərarının ləğv edilməsinə çalıĢacaq və MDB-dən, yəni Rusiyadan asayiĢ yaradılması 

üçün  qoĢun  göndərməyi  xahiĢ  edəcəklər”

.  (Təbii  ki,  qoĢunların  geri  qayıtması  kütləvi 

repressiyalarla müĢayiət olunacaqdı). 

Sözügedən  qrup  təhlilin  nəticəsini  təqdim  edir:  “QarĢıdakı  günlərin  hadisələri  respublikanın 

müqəddəratı  üçün  həlledici  olacaqdır.  Elçibəy  iki  yoldan  birini  -  ya  danıĢıqlar  yolunu,  ya  da 

mübarizə yolunu seçməlidir. Lakin onun bir qərara gəlməsi üçün vaxt getdikcə daralır”. 

Bu  təhlilin  ən  geniĢ  məlumat  bankına  malik  mütəxəssislər  tərəfindən  aparılmadığını  düĢünmək 

gülməli  olardı  və  normal  məntiqə  əsaslanan  bu  araĢdırmada  bütün  fikirlər  həmin  ançün  tam 

həqiqətdi. Ancaq hər Ģeyin incəliyinədək nəzərə alındığı bu tərifəlayiq təhlildə gözdən qaçırılmıĢ 

yeganə  “xırda”  bir  amil  vardı  -  Elçibəy  fenomeni!  Məhz  bu  fenomen  nəticəsində  Oksford 

təhlilçilərinin  öncəgörmələrindən  ikisi  doğru  çıxmadı  -  Azərbaycan  Rusiyadan  nəinki  qoĢun 

istəmədi,  hətta qoĢunun  geri qayıtmasına  Ģiddətli müqavimət göstərdi  və  Elçibəy  sadalanan  iki 

mümkün yoldan ağla gəlməyən üçüncüsünü - Kələki variantını seçdi və sübut etdi ki, çoxlarının 

sadəlövh  saydığı  bu  siyasətçi,  sən  demə,  heç  öncəgörməyə  də  yatan  deyilmiĢ!  Ancaq  Kələkiyə 

getməyə hələ düz dörd gün var... 

Aradan illər keçəcək və mən həm ozamankı prezidentə, həm də ozamankı parlament baĢqanına 

eyni sualları verəcək, onlardan aĢağıdakı cavabları eĢidəcəyəm: 

«-Azərbaycan  Respublikasının  ilk  həqiqətən  müstəqil  və  milli  hakimiyyətini  qoruyub  saxlamaq 

mümkündümü?  Çökmənin  baĢlıca  səbəbləri  nəydi  və  onun  səbəbkarlarını  aĢkarlamaq 

mümkündürmü?  Məsələn,  indi  bəzən  söyləyirlər  ki,  hakimiyyəti  qorumaq,  saxlamaq  olardı  - 

əvvəlcədən  bir  sıra  qüvvələr  əzilsəydi  belə  problem  yaranmazdı  və  s.  Sizcə,  bizim  hakimiyyət 

yaĢaya bilərdimi?

 

-ġəksiz, yaĢaya bilərdi. Sadəcə olaraq, bizdə hakimiyyəti nə cür qorumağın təcrübəsi olmadığına 



görə  onu  saxlaya  bilmədik.  4  iyun  qiyamı  yatırılsaydı  məsələ  birdəfəlik  həll  olunacaqdı.  Çox 

təəssüf ki, …rus imperiyasının, Ġranın kəĢfiyyatı bizdən daha güclü, daha təcrübəliydi. Qiyamın 

baĢçılarını müdafiə edən qruplar da burada fəal iĢtirak etdilər. 

 



Burada ikinci bir məsələ var - hakimiyyəti saxlamaqçün biz hökmən diktaturanın, yaxud totalitar 

rejimin tələb etdiyi prinsiplərdən istifadə etməliydik, bizsə heç vəchlə buna getmədik.

 

-Gəncə qiyamını yatırmaq olardımı? Məsələn, Pənah Hüseynov deyir ki, olardı.



 

-Gəncə qiyamını yatırmaq olardı, amma bu zaman ən azı 50-60 nəfər öldürüləcəkdi.

 

-Onsuz da, öldürüldülər - prezident qvardiyaçıları...



 

-Onları  mən  öldürtmədim  ki!  Mən  öz  vətəndaĢımı  öldürtməyi  bacarmıram.  Güc  nazirlikləri  öz 

vəzifə  borclarını  yerinə  yetirməliydi,  ancaq  yetirmədi.  Asiləri  yatırtmaq  prezidentin  deyil,  güc 

nazirliklərinin,  prokurorluğun  iĢidir.  Mən  onlara  əmr  verə  bilməzdim  ki,  vətəndaĢlarım  bir-birini 

qırsın. Müharibə aparan ölkədə buna yol vermək olmaz. Prezident kimdir ki, əmr versin ki, get, 

filankəsi öldür?!

 

-Ancaq RövĢən Cavadov - XTPD dövlətə qarĢı silah qaldıranda Heydər Əliyev üsyanı yatırtdı...



 

-Mən mətbuatda da bildirmiĢəm ki, Heydər Əliyev düzgün iĢ görmədi. Bunun üstündə qəzetlər 

məni  tənqid  etdilər  ki,  RövĢənin  tərəfini  saxlayırsan;  mən  onu  müdafiə  etmirəm  -  ağ  bayraq 

qaldırılmıĢdısa hökmən barıĢığa gedilməliydi, qan tökülməməliydi. Budur bizi 4 iyunda vətəndaĢ 

müharibəsi baĢlamaqda, qan tökməkdə suçlandıran Heydər Əliyevin səhvi! Niyə tutalım hökuməti 

müdafiə  edənlərdən  30  nəfər,  hökumətə  qarĢı  çıxanlardan  100  nəfər  ölməliydi?!  Axı  hər  iki 

tərəfdən  ölənlər  öz  millətimizin  balalarıdır!

»

.  (Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə  söhbətindən.  - 



«Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.69-70).  

«-Ġsa bəy, o hakimiyyəti qoruyub saxlamaq olardımı? 

-Məncə, olardı.

 

-Hansı Ģərtlər daxilində? 



-Qiyamda iĢtirak edəcək qüvvələrin çərçivəsi qiyam ərəfəsində, ondan 1-2 ay öncə kifayət qədər 

aydındı  və  onları  zərərsizləĢdirmək  olardı.  Bəzilərini  sakitləĢdirmək,  baĢa  salmaq  mümkündü. 

Bəziləriylə  sərt  dildə  danıĢılıb  xəbərdarlıqlar  eldilməli,  bəziləri  cəzalandırılmalıydı.  Onların 

birləĢərək  hakimiyyətə  qarĢı  bir  yerdə  qiyam  qaldırmasına  imkan  verilməməliydi.  Bu  iĢlər 

qiyamaqədərki  müddətgə  görülməliydi,  təəssüf  ki,  görə  bilmədik.  Qiyam  baĢlandıqdan  sonra 

artıq  baĢqa  əlac  yoxdu  -  onun  qarĢısı  sərt  Ģəkildə  alınmalıydı.  Yenə  təəssüf  ki,  o  sərtliyi 

göstərmədik

». 


(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən). 

 

 



 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə