Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə186/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   183   184   185   186   187   188   189   190   191

istinadən yaydılar: Arif Hacıyevin bildirdiyinə görə, belə hadisə baĢ verib və hadisənin mahiyyəti 

bundan ibarətdir ki, Elçibəyə terror edilməliydi. Ġndi Elçibəy müvəqqəti olaraq iĢ yerində yoxdur 

və bir neçə gündən sonra öz səlahiyyətlərinin icrası üçün Bakıya dönəcək.   

Həmin  gün  günortadan  sonra  mən  Azərbaycanın  vətənpərvər  jurnalistləriylə  də  görüĢ  keçirdim 

(«Müxalifət»  qəzetinin  redaksiyasında).  Orada  mərhum  Ağamalı  Sadiq,  «Müxalifət»in  baĢ 

redaktoru Vaqif Hacıbəyli, «Azərbaycan» qəzetinin baĢ redaktoru Mehman Cavadoğlu və bir sıra 

baĢqa  jurnalistlərlə  birlikdə  yaranmıĢ  durumu  müzakirə  etdik,  təbliğat  və  ideoloji  iĢlərin 

hazırlanmasıyla  bağlı  fikir  mübadiləsi  apardıq.  Sonrakı  mərhələdə  mətbuatda  məsələyə  düzgün 

qiymət verilməsində bu müzakirənin çox böyük əhəmiyyəti oldu.   

Ayın  19-21-ində  Heydər  Əliyev  müĢavirələr  keçirirdi.  Bu  müĢavirələrdə  Elçibəy  komandasından 

yalnız  mən  və  dövlət  katibi  Əli  Kərimov  iĢtirak  etmiĢik.  Heydər  Əliyev  onda  çox  çaĢqın  bir 

vəziyyətdəydi,  çünki  Surət  Hüseynov  Elçibəy  Bakını  tərk  etdikdən  sonra  da  hərəkəti 

dayandırmamıĢdı və bu, Əliyevi çox həyəcanlandırırdı.   

Parlamentin  iyunun  23-ü,  ya  24-ündəki  iclasında  mənim  çıxıĢım  oldu.  Elçibəyin  müdafiəsi, 

yaranmıĢ situasiyadan çıxıĢ yolları və s. barədə danıĢdım. 

Heydər  Əliyev  xalq  tərəfindən  seçilmiĢ  prezidentin  səlahiyətlərini  mənimsədikdən  sonra 

fərmanlar verməyə baĢladı. Onun 1 saylı fərmanı Azərbaycan Respublikasının dövlət müĢaviri Arif 

Hacıyevin  vəzifəsindən  azad  edilməsi  haqqında  oldu.  Səhv  etmirəmsə,  bu,  ayın  25-indəydi. 

Ancaq  mənim  haqqımdakı  fərman  qanuniydi,  çünki  Əbülfəz  Elçibəy  artıq  öz  fərmanıyla  daxili 

siyasətə  aid  olan  bütün  məsələləri,  o  sıradan  vəzifəyə  təyinetmə  və  vəzifədən  azadetmə 

səlahiyətlərini H.Əliyevə vermiĢdi. Ona görə də mən fərmana tabe oldum…   

Prezident  Aparatındakı  iĢ  yerimdə  olmadığım  günlərdə  də  mən  ya  Gəncə,  ya  da 

ġamaxı-Göyçay-AğdaĢ-Yevlax  istiqamətlərində  S.Hüseynovun  qoĢunlarının  qabağında  olaraq 

müdafiə  iĢlriylə  məĢğul  olmuĢam.  Hadisədən  xeyli  sonra  bəzi  adamlar  hansısa  müdafiə  iĢlərini 

təĢkil  etdiklərindən  danıĢsalar  da  onların  bir  çoxu  Bakı  Ģəhərindən  qırağa  çıxaraq  Surətin 

qoĢunları olan tərəfə getməyə çəkinirdi».   

ĠKĠ MÜMKÜN YOLDAN ÜÇÜNCÜSÜ - KƏLƏKĠ 

Beləliklə,  prezidentin  qarĢısında  vur-tut  bircə  yol  qalırdı  -  BAKIDAN  GETMƏK!  Ancaq  hara 

getməli?   

Bakı kəndlərindən Bəyə təklif gəlmiĢdi ki, səni bir müddət çox etibarlı yerdə saxlayarıq, münasib 

vaxtda  yenə  qayıdarsan.  (Göyçaydan  və  baĢqa  yerlərdən  də  belə  təkliflər  vardı).  Hətta  belə 

fikirlər də eĢitmiĢəm ki, guya Bəy məhz bu məqsədlə bir Bakı kəndinə gedərkən yolda qəflətən 

fikrini dəyiĢərək maĢını hava limanına sürdürüb. (Bu fikrin yanlıĢlığını bir az sonra görəcəyik).   

Ağdam,  yaxud  Qazax  rayonlarına  da  getməyi  beynindən  keçirən  Bəy  düĢünmüĢdü  ki,  həmin 

bölgələri qəsdən ermənilərə verər və bunun suçunu məhz onun üstünə yıxa bilərlər.   

Əlbəttə,  Bəy  bilirdi  ki,  onun  xarici  ölkələrdən  birinə  (məsələn,  Türkiyəyə)  getməsi  Heydər 




Əliyevçün  göydəndüĢmə  olar,  ancaq  o,  iki  səbəbdən  bununla  razılaĢa  bilməzdi.  Birincisi,  onun 

Vətəndən  heç  yana  getmək  fikri  yoxdu,  öldürülsə  belə  öz  torpağında  dəfn  olunmaq  istəyirdi. 

Ġkincisi,  xarici  ölkəyə  ayaq  basmasıyla  Heydər  Əliyevin  onun  səlahiyyətlərini  mənimsəyəcəyinə 

Ģübhə etmirdi. (H.Əliyev 18 iyunda həqiqətən belə bir təĢəbbüsdə bulundu). 

QardaĢ qırğınından yayınmağın yollarını günlərcə aramsız axtaran prezident, nəhayət, heç kəsin 

ağlına gəlməyən ən doğru yolu - KƏLƏKĠNĠ tapdı! Bu zaman o, Vətəndən də, hakimiyyətdən də 

(rəsmən) getmirdi. Beləliklə, ABġ təhlilçilərinin «Elçibəyin qarĢısında yalnız iki mümkün yol var» 

fikrinə Bəy özünün üçüncü yoluyla düzəliĢ verdi. 



ARTIRMA 

«-Bir Türkiyə generalının belə sözü var ki, igid adam vətən uğrunda, xalq uğrunda öz həyatını 

qurban verən yox, onların yolunda öz Ģərəfini, təmiz adını qurban verəndir. Siz Kələkiyə gedəndə 

Ģərəfinizi qurban verəcəyinizi görürdünüz?

 

-Çox qabaqcadan görürdüm.



 

-Deməli, özünüfədaya qəsdən gedirdiniz?

 

-Qəsdən gedirdim, bilə-bilə gedirdim. Mənə heç nə lazım deyildi. Ġstəyim bircə oydu ki, vətəndaĢ 



müharibəsi  olmasın,  soydaĢlarımız,  qandaĢlarımız  bir-birini  qırmasın.  Mənimçün  orada  Ģərəfdən 

söhbət gedə bilməzdi. Mənimçün hər Ģeydən öncə VƏTƏN və MĠLLƏT'di!

 

-Ġstədiyinizə çatdınız?



 

-Bəli! Mən istədiyimə çatdım. Tarixə bir daha sübut edəcəyəm ki, mən ən doğru olan fenomenal 

bir addım atmıĢam! Onun izahını sonra verəcəyəm

».

 



(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.75).   

Prezident  Aparatı  dövlət-hüquq  Ģöbəsinin  keçmiĢ  müdiri  Fazil  Mustafayev  (Qəzənfəroğlu) 

prezidentlə  Bakıdakı  son  görüĢünü  belə  xatırlayır: 

«17  iyunda  günortadan  sonra  Elçibəylə 

təxminən  1  saata  yaxın  söhbətim  oldu.  Vəziyyəti  birlikdə  təhlil  etdik.  H.Əliyevin  hansı  oyunlar 

oynaması və məğlubiyyətin anbaan yaxınlaĢması haqqında fikirlərimiz ortaqdı. Mən yeganə çıxıĢ 

yolunu  qüvvələri  qoruyaraq  gələcək  hakimiyyətə  hazırlaĢmaqda  görürdüm.  Bunuçün  prezident 

qətiyyən  istefa  verməməli  və  müvəqqəti  olaraq  Naxçıvana  getməliydi.  Kələki  variantısa  mənim 

ağlıma  gəlməmiĢdi;  görünür,  prezident  bu  qərara  ən  son  anda  gəlib,  çünki  görüĢümüzdə  bu 

haqda  o  heç  nə  deməmiĢdi.  Bunu  da  dəqiq  bilirəm  ki,  Elçibəy  nəinki  baĢqa  xarici  dövlətlərə, 

hətta Türkiyəyə belə getməyi heç ağlına da gətirmirdi»

Elçibəy  17  iyunda  iĢ  gününün  sonuna  yaxın  dövlət  katibi  Əli  Kərimovla,  baĢda  sədr  Fərəc 



Quluyev olmaqla AXC Ġcraiyyə Komitəsinin üzvləriylə və artıq istefada olan dostu Ġsa Qəmbərlə 

də görüĢdü.   



ARTIRMA 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə