Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə189/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   183   184   185   186   187   188   189   190   191

“...Məndə belə bir təsəvvür yarandı ki, bu həm R.Quluyev, həm E.Məmmədov, həm də H.Əliyev 

üçün  gözlənilməz  olub.  Çünki  Etibar  bəy  bildirdi  ki,  onlar  Elçibəyin  Kələkiyə  getməsi  xəbərini 

R.Quluyevin  kabinetində  gecə  eĢidiblər.  Sonra  R.Quluyevlə  birgə  H.Əliyevin  qaldığı  mənzilə 

gediblər.  Orada H.Əliyevi çox qəzəbli  halda görüblər.  Hətta  Əliyevin  dilindən  baĢqa  ifadələr də 

eĢidiblər. Demək istəmirəm” 

(“Yeni Müsavat”, 16.04.1999). 

Ġyunun  18-ində  səhər  saat  təxminən  11-də  Azərbaycan  televiziyası prezident  Əbülfəz  Elçibəyin 

Bakıdan naməlum istiqamətə uçması haqqında məlumat yaydı. Saat  12  radələrində  Heydər 



Əliyev televiziya və radioyla canlı yayımda xalqa müraciət edərək Əbülfəz Elçibəyin 

Bakıdan 

Türkiyəyə 

uçduğunu 

və 

buna 

görə 

də 

prezidentin 

BÜTÜN 

SƏLAHĠYYƏTLƏRĠNĠ  və  BÜTÜN  MƏSULĠYYƏTĠNĠ  ÖZ  ÜZƏRĠNƏ  GÖTÜRDÜYÜNÜ 

bəyan  etdi.  Bununla  da  Əliyevin  hirslənməsinin  də,  niyə  Naxçıvanın  adını  «unutmasının»  da, 

prezidentin məhz Türkiyəyə uçduğunu söyləməsinin də səbəbləri öz-özünə aydınlaĢdı - Elçibəyin 

məhz  Türkiyədə  (xarici  dövlətdə)  olması  H.Əliyevə  PREZĠDENTĠN  SƏLAHĠYYƏTLƏRĠNƏ 

YĠYƏLƏNMƏK  üçün  hava  və  su  kimi  lazımmıĢ!  Bu  məlumatı  Kələkidə  televiziyadan  eĢidən 

prezident  Elçibəy  heç  yana  yox,  Azərbaycan  torpağı  Naxçıvana  gəldiyini  telefonla  bildirdikdə 

Heydər Əliyev çıxıĢına düzəliĢ verməyə məcbur oldu. 

Rusiyanın  “Ostankino”  televiziyasının  “Utro”  proqramı  xəbər  verdi  ki,  S.Hüseynovun  Ə.Elçibəyə 

verdiyi  ultimatumun  vaxtı  iyunun  18-ində  bitir.  Çox  güman  ki,  məhz  bu  gün  Azərbaycan  Milli 

Məclisinin fövqəladə sessiyası keçiriləcək və ölkənin yeni baĢ naziri təyin olunacaq; bu vəzifəyə 

gerçək namizəd AMĠP-in lideri Etibar Məmmədovdur. 

H.Əliyev həmin gün, doğrudan da, Milli Məclisin fövqəladə sessiyasını çağırdı, ancaq orada baĢ 

nazirin təyinatı yox, prezident Elçibəyin Bakını xəbərsiz tərk etməsi müzakirə mövzusuna çevrildi. 

Ali  Sovetin  sədri  bildirdi:  “Bizdə  məlumat  var  ki,  təyyarənin  hazırlanması  üçün  əvvəlcədən 

göstəriĢ  verilmiĢ  və  iki  istiqamətə  -  Naxçıvana  və  Ġstanbula  uçmaq  nəzərdə  tutulmuĢdur”. 

(MarĢrutun  “haçalı”  olmasında  sirli  heç  nə  yoxdu  -  bu,  prezident  mühafizəsinin  gördüyü  adi 

ehtiyat tədbiriydi).   

H.Əliyev  televiziya  çıxıĢında  prezidentin  səlahiyyət  və  məsuliyyətini  öz  üzərinə  götürmək 

istəməsinin “zərurətdən yarandığını” söylədi. 

Milli Məclisdə, mən deyərdim ki, ən gözlənilməz xəbəri dövlət katibi Əli Kərimov verdi. O, bu gün 

prezidentlə üç dəfə danıĢdığını və onun istefa vermədiyini, eyni zamanda, “hər zaman, lap elə bu 

saat Bakıya qayıtmağa hazır olduğunu” ona söylədiyini bəyan etdi. (Elə onun Bakıya qayıtmasının 

qarĢısını  almaqçün  tezliklə  Naxçıvandakı  prezident  təyyarəsi  uçuĢa  yararsız  hala  salındı).  Əli 

Kərimov  prezidentin  Bakıdan  getdikdən  sonrakı  durumunu  belə  açıqladı:  “prezident  dilemma 

qarĢısında  qalıb  -  ya  qardaĢ  qanının  axıdılmasına  səbəb  olan  tədbirlərə  əl  atmalı,  ya  da  siyasi 

danıĢıqlar yolu tapmağa nail olmalıdır”. 

Bu  çıxıĢında  sonralar  çox  sevdiyi  və  baĢqalarına  da  sevdirməyə  çalıĢdığı  “qaçmaq”  ifadəsini 

qətiyyən  iĢlətməyən  və  prezidentin  adını  yetərincə  nəzakətlə  çəkən  Heydər  Əliyev  onunla 

telefonla  danıĢmasından  söz  açarkən  dedi:  “O,  ĠġĠ  OLDUĞU  ÜÇÜN  DOĞMA  KƏLƏKĠ 




KƏNDĠNƏ GEDĠB və indi də oradadır”. 

Heydər  Əliyev  prezident  Əbülfəz  Elçibəyin  Bakıdan  getməsinin  səbəbləri  içərisində  bunu  da 

göstərdi ki, Müdafiə Nazirliyinin rəhbərliyi iyunun 17-sində (16-sında - Ə.T.) axĢam xüsusi qərar 

qəbul  edib  ki,  S.Hüseynovun  tərəfdarları  Bakıya  girərsə  ordu  silahlı  müdaxilənin  qarĢısını 

almaqda  iĢtirak  etməyəcək,  qardaĢın  qardaĢa  güllə  atmasına  razı  olmayacaq.  (19  iyunda 

Kələkidəki  mətbuat  konfransında Bəy  bildirdi  ki, H.Əliyevin  dediyi  qərarı Müdafiə  Nazirliyi  hərbi 

kollegiyasının qəbul etməsi fikri yanlıĢdır - onu Rəhim Qazıyevin müdafiə naziri olduğu vaxt ora 

gətirdiyi bir qrup zabit yığıĢaraq qəbul edib). 

Prezidentin  hələlik  yumruq  kimi  birləĢmiĢ  siyasi  opponentləri  camaatı  çaĢdırmaqçün  ən  çirkin 

yalanlara  əl  atmaqdan  belə  çəkinmirdilər.  Məsələn,  Etibar  Məmmədov  “ermənilərlə  vur-tut  2-3 

kilometr arası olan (?!) Kələki kəndindəki” Elçibəyin köməkçün baĢqa dövlətlərə müraciət etdiyini 

söylədi (Əli Kərimov bunun yalan olduğunu bildirdi). 

Müzakirələri yekunlaĢdıran Heydər Əliyev qeyd etdi ki, “vəzifənin, səlahiyyətin kimdə olması əsas 

məsələ  deyil”.  Niyə?  Əliyev  bunun  səbəbini  soyuqqanlılıqla  açıqlayır:  Onsuz  da,  “S.Hüseynovla 

danıĢıqlar olub, yenə də olsa səmərəsiz qalacaq. Çünki onun tələbi qətidir - prezident ELÇĠBƏY 

ĠSTEFA VERMƏLĠDĠR”. 

Sən  demə,  H.Əliyevi  nəzakətli  olmağa  məcbur  edən  bu  məsələymiĢ!  Görünür,  o,  Elçibəyin 

“xoĢluqla” istefa verəcəyinə hələ umud bəsləyirmiĢ!   

Ancaq  Elçibəy  niyə  istefa  verməliydi  ki?  Məgər milyonlarca  insan  onu  prezident  seçmiĢdi  ki,  o, 

kimlərinsə  hədə-qorxusuna  görə  bu  vəzifəni  onlara  bağıĢlasın?  Məgər  o,  yeni  dövlət,  yeni 

cəmiyyət  yaratmaqçün  bir  il  gecəsini  gündüzünə  ona  görə  qatmıĢdı  ki,  kimlərəsə  onun 

qurduqlarını dağıtmağa icazə versin? Nəhayət, məgər onun kürsüsü uğrunda bir-birinin boğazını 

üzməyə hazırlaĢan S.Hüseynovla H.Əliyevin döyüĢü baĢlanmıĢ və bu döyüĢün qalibinin əli yuxarı 

qaldırılmıĢdı ki?.. 

Ancaq  Bəy  istefa  verməsə  də  bir  qədər  sonra  prezident  səlahiyyətlərinin  müəyyən  hissəsini 

H.Əliyev verməyə məcbur oldu.   



ARTIRMA 

«-Yeri  gəlmiĢkən,  prezidentlik  səlahiyyətlərinizin  müəyyən  hissəsini  də  Heydər  Əliyevə  özünüz 

vermiĢdiniz axı?

 

-Mən  kənddə  olarkən  barıĢıqçün  prezident  səlahiyyətlərimin  müəyyən  hissəsini  Ali  Sovetin 



sədrinə  verməyi,  müəyyən  hissəsini  də  prezidentdə  saxlamağı  məqsədəuyğun  saydım. 

DüĢündüm ki, ikimiz birlikdə iĢləyərək Azərbaycanı bu bəlalardan çıxara bilərik. Amma Əliyevin 

hakimiyyət iĢtahı o qədər dərinləĢdi ki, bununla razılaĢmadı və yerdə qalan səlahiyyətləri də tam 

qanunsuz olaraq mənimsədi və sonra da dediyim qayda üzrə hakimiyyəti bütövlükdə qəsb etdi. 

Məhz bu səbəbdən də AXCP və Müsavat onun hakimiyyətinin legitimliyini indiyədək tanımayıb

». 


 

(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.72-73).  




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə