ehtiyatsızlıqdan qardaĢ qırğını baĢlaya bilər. Onda həmin əsgərlərin valideynləri, qohumları da
sabah üz-üzə gələcəklər. Bu da Azərbaycanda vətəndaĢ müharibəsinin baĢlanğıcı ola bilər.
VətəndaĢ müharibəsi gedən ölkədə dövlətin dayaqlarının sarsılması adi Ģeydir.
Faciə ondadır ki, Azərbaycanda vətəndaĢ qırğını salmaq istəyənlər buna məhz sizin vasitənizlə
nail olmağa çalıĢırlar. Müstəqillik yoluna qədəm qoyub öz torpaqlarımızı düĢməndən qorumaq
əzmində olduğumuz bir vaxtda bizi öz içimizdən öz əlimizlə parçalamağa cəhd göstərirlər. Mən
respublikanın prezidenti kimi qırğının qarĢısını almaqdan ötrü mümkün olan bütün tədbirləri
görürəm. Lakin sizi bu oyuna sürükləyənlər məsələnin danıĢıqlar yolu ilə həll olunmasına
yönəldilən bütün tədbirlərdən qaçır. Mən Gəncə hadisələrinin bütün iĢtirakçılarına amnistiya elan
olunması haqqında qanun imzalamıĢam. Məndə olan məlumata görə, sizin çoxunuzun bu
qanundan və dövlətin barıĢıq yolunda gördüyü baĢqa tədbirlərdən xəbəriniz yoxdur. Çünki
qəzetlər sizə çatdırılmır, televiziya və radioya qulaq asmaq imkanınız yoxdur. Bunları nəzərə
alaraq Sizə birbaĢa müraciət etmək istəyirəm. Mən düz on gündür qardaĢ qırğınının qabağını
almaq üçün yollar arayıram. Respublika əhalisi həyəcan və intizar içindədir. Onlar da qırğının
əleyhinədir. Lakin eyni zamanda məndən qəti tədbir görməyi tələb edirlər və bu tələblərində
haqlıdırlar. Çünki bu cür davam edə bilməz. Sizin sayənizdə fürsət gözləyən düĢmənlərimizin
əlinə gözəl imkan düĢüb. Ağdərəyə, Ağdama arasıkəsilməz hücumlar, qaçqınların problemləri bir
yandan, iqtisadi problemlər bir yandan, nizami ordu quruculuğu çətinlikləri digər tərəfdən, üstəlik
siz də öz sadəlövh inadkarlığınızla dikəlib ayağa qalxmaq istəyən bu millətin baĢından basırsınız.
Azərbaycan Ordusunun əsgər və zabitləri. Sizin bu barədə fikirləĢməyə kifayət qədər vaxtınız
oldu. Ġndi qəti və düzgün qərara gəlmək vaxtıdır. Bu ölkənin prezidenti kimi mən SĠZ
VƏTƏNDAġLARDAN XAHĠġ EDĠRƏM: dövlətin və xalqın keĢiyində dayanmıĢ yaĢıdlarınızın qanını
axıtmayın. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali BaĢ Komandanı kimi ƏMR EDĠRƏM:
silahı yerə qoyun! QarĢınızdakı əsgər qardaĢlarınızla barıĢın. Orduda əmrdən boyun qaçırmaq
hərbi cinayətdir.
Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy”.
Bu müraciətin də heç bir gerçək təsiri olmadı, çünki həmin əsgər və zabitlərin Surətin itaətindən
çıxmağa cəsarəti və marağı yoxdu. (“DikbaĢ”ları Surət hədsiz sərtliklə cəzalandırırdı; ümumənsə
əsgərlər çox yüksək məbləğdə pul alırdılar. Prezidentin köməkçisi Oqtay Qasımovdan
öyrəndiyimə görə, qiyam günü Moskvadan Gəncəyə 5 MĠLYARD RUBL göndərilmiĢdi).
Görünür, məhz bu müraciətin təsirini heçə endirməkçün qarĢı tərəf də təbliğat müharibəsinə
baĢladı. Sosial-Demokrat Partiyasının üzvü, S.Hüseynovun sağ əli Aypara Əliyev, AMĠP sədrinin
müavini ġadman Hüseynov, Müstəqil Azərbaycan Partiyasının sədri Nizami Süleymanov, Heydər
Əliyevin xidmətçisi Nemət Pənahov və baĢqaları həm Gəncə mitinqlərində (N.Pənahov “Meydan”
qəzetindəki müsahibəsində qürurla bildirir ki, Gəncədəki dövlət əleyhinə mitinqləri ilk dəfə mən
baĢladım və apardım), həm də Gəncə radio və televiziyasında hakimiyyətə qarĢı olmazın iftiralar,
böhtanlar atırdılar. Elçibəyə qarĢı görünməmiĢ qəddarlıqla təhqirlər yağdıran Nizami
Süleymanovun təkcə 16 iyunda Gəncə radiosuyla çıxıĢı axĢamadək üç dəfə: saat 11-də, 13-də və
15-də efirdə səsləndirilmiĢdi; özünü “akademik” adlandıran bu Ģəxs Əbülfəz Elçibəyi nəinki
alimin, ümumiyyətlə, alababat tərbiyəli adamın dilinə gətirməyi ayıb saydığı küçə söyüĢləriylə
təhqir edir, bununla əhali arasında prezidentin nüfuzunu öldürməyə çalıĢırdı.
H.Əliyevin Ali Sovetin sədri seçilməsindən daha da ruhlanmıĢ siyasi müxalifət prezidenti tərksilah
etməkçün 16 iyunda daha ciddi bir addım atdı - Rəhim Qazıyev, Rəsul Quluyev, Etibar
Məmmədov və ġadman Hüseynov Müdafiə Nazirliyində toplantı keçirdilər. Onların təzyiqi altında
Müdafiə Nazirliyinin bir qrup zabiti Müdafiə Nazirliyi adından belə bir bəyanat qəbul etdi ki,
respublikada baĢ verən hadisələr siyasi mahiyyət daĢıyır və ordu siyasi məsələlərə qarıĢmayacaq.
Ancaq bu vaxt baĢqa ordu - Surətin qoĢunları artıq siyasətə qoĢularaq rayonlarda qanuni
hakimiyyəti bir-bir devirə-devirə Bakıya yaxınlaĢırdı. Bu proses adətən belə baĢ verirdi: bir silahlı
dəstə tankın üstündə rayona gəlir, “ağsaqqallar”ı (rayonun pullu adamlarını) yığır, onların
“məsləhət bildiyi” (əvvəlcədən Gəncədə razılaĢdırdıqları) adamı rayon sovetinin qərarına əsasən
icra hakimiyyətinin baĢçısı təyin edir, köhnə baĢçınısa qovurdu. Bu əməliyyat tam qanunsuz baĢ
verirdi, çünki icra hakimiyyəti baĢçılarını təyin etmək və iĢdən çıxarmaq səlahiyyəti yalnız
prezidentdəydi. (Yeri gəlmiĢkən, məhz Müdafiə Nazirliyindəki bu yığıncaqdan sonra bir çox hərbi
qüvvələr dövlətə açıq xəyanətdə bulundular. Məsələn, Navahıya göndərilmiĢ 4 hərbi vertolyotdan
2-si uçaraq qiyamçılar tərəfə keçdi).
KeçmiĢ dövlət müĢaviri Arif Hacıyev:
«Məsələyə bugünün ab-havasıyla yanaĢan bəzi adamlar
deyirlər ki, o vaxt Elçibəy Bakıda qalmalıydı. BaĢlıca məsələ yaddan çıxarılır ki, artıq iyunun
16-sında Azərbaycan ordusunun hərbi Ģurası rəsmi qərar çıxarmıĢdı ki, hərbçilər siyasi proseslərə
qoĢulmayacaq. Bununla da onlar Ali BaĢ Komandana tabe olmaqdan imtina etdilər və Gəncədə
baĢlayan qiyam bütövlükdə Azərbaycan silahlı qüvvələrini bürüdü. Bundan sonra nəsə uğurlar
qazanıb həm hakimiyyəti saxlamaq, həm də belə bir qarmaqarıĢıq durumda Bakını qandan
qorumaq, qarĢıdurmadan qurtulmaq üçün Elçibəyin əlində vasitələr qalmadı. Belə bir durumda
Elçibəy ya qalmalı (bu zaman hökmən qan tökülməli, Əbülfəz Elçibəyin özü də içində olmaqla
Azərbaycanın xeyli vətəndaĢı qırılmalıydı), ya da elə seçdiyi yolu seçməliydi (Kələki yox, baĢqa
yer də ola bilərdi).
BaĢlıca yanlıĢlıqlardan biri bundadır ki, hamı elə düĢünür ki, sabit bir dövrdü, dövlət qurumları da
saat kimi iĢləyirdi və birdən Elçibəy çıxıb getdi, ölkədə aləm bir-birinə dəydi. Axı belə deyil. Yenə
təkrar edirəm - artıq Əbülfəz Elçibəyə tabe olan silahlı qüvvə, demək olar ki, yox idi. Milli
Təhlükəsizlik Nazirliyində əsasən sərhəd qoĢunlarıydı, onlar da bu proseslərdə iĢtirak etmirdi.
Ordu ilə polis də Elçibəyi eĢitmirdi. Heydər Əliyevin Ali Sovetin sədri seçildiyinin ertəsi günü
ordunun prezident Elçibəyə tabe olmaması artıq hərbi çevriliĢin baĢa çatması deməkdi. Bəli,
bütün güc qurumları, xüsusən Azərbaycan ordusu prezidentin, Ali BaĢ Komandanın əmrinə tabe
olmaqdan imtina edirsə bunun baĢqa adı varmı?»
.
Ölkədəki son durumla bağlı olaraq Prezident Aparatında 16 iyunda mətbuat konfransı keçirildi.
Prezidentin mətbuat xidmətinin rəhbəri Arif Əliyev bildirdi ki, ölkədə son iki ay müddətində hökm
sürən sakitlik və sabitlik pozulub. Ermənilərin üçtərəfli təklifə qol çəkmələriylə hücum
əməliyyatına baĢlamaları bir olub.
Senzuranın bir çox materiallardan “qiyamçı” sözünü çıxarmasının nəylə bağlı olduğu haqda suala