Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə181/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   177   178   179   180   181   182   183   184   ...   191

haradadır? Nədənsə, onları Azərbaycanda görmürəm. Niyə bu adamların hərəsi bir xarici ölkəyə 

qaçdı? Axı onlar qətiyyətdən danıĢırdılar. Rəsul Quluyev niyə Amerikaya getdi? Əli Ömərov niyə 

üzə çıxmır, haradadır? Mahir Cavadov hanı? Tamerlan Qarayev Çinə getməyə niyə razı oldu? Heç 

olmazsa  birisi  oturaydı  da  Azərbaycanda!  Lağ  etməklə  deyil.  Mənim  məsləkim,  əqidəm  var  və 

kimin qətiyyətli olduğunu bir daha sübut edəcəyəm!

 

-Bakıdan Kələkiyə getməklə nəyə nail oldunuz?



 

-Azərbaycanda  vətəndaĢ  müharibəsinin  qarĢısını  almağa!  Ən  baĢlıcası  budur.  Bir  də, 

Azərbaycanın sağlam qüvvələrinin, o sıradan demokratik müxalifətin qırılmasının qarĢısını aldım - 

onlar məhv ediləcəkdi! 

 

Bir  Ģeyi  də  demək  istəyirəm.  Biz  yaxın  adamlarımızla  məsləhətləĢdik,  bəzi  məsələləri  müzakirə 



etdik  (onların  adını  hələ  çəkmək  istəmirəm).  Nəcəf  Nəcəfov  mənə  dedi  ki,  sənin  və  bizim  son 

məqsədimiz  iki  Ģeyə  nail  olmaqdır  -  birincisi,  Azərbaycanı  vətəndaĢ  müharibəsindən,  ikincisi, 

sağlam  qüvvələri  ölümdən  qurtarmaq.  Bu  sözü  Nəcəf  bəy  dedi,  biz  də  bəyəndik.  Bir  neçə 

nəfərimiz və mən onu yerinə yetirdik. 

 

-Ancaq axı Nəcəf bəyin Sizin Kələkiyə getməyinizdən xəbəri yoxdu...



 

-Xeyr, yoxdu. O, bu sözü bir qədər qabaq demiĢdi - duyumu çox güclüdür. Söz deyildi və mən də 

onu  yerinə  yetirdim.  Nəcəf  Nəcəfovun  bir  sözü  də  vardı  ki,  xalqın  vətəndaĢ  müharibəsindən 

qorxmasına  çalıĢmaq  lazımdır  -  xalq  bu  müharibədən  qorxmayıb  ona  girsə  sonra  onu  oradan 

çıxarmaq mümkün olmayacaq. Çox düzgün fikirdi. Biz xalqı qorxutduq, vətəndaĢ müharibəsindən 

çəkindirdik. Xalq vətəndaĢ müharibəsindən indi də qorxur. Amma onun içinə girsəydi çıxarmaq 

olmazdı - oradan çıxmaq istəmir, bu odu söndürmək olmur

».

 



(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.83-84).  

16  iyunda  Rusiya  XĠN-nin  nümayəndəsi Azərbaycandakı hadisələrlə  bağlı  bəyanat  yaydı.  Orada 

oxuyuruq: “Prezident Ə.Elçibəy xalqa müraciət edərək əhalini sakitliyə çağırmıĢ və ümid etdiyini 

bildirmiĢdir  ki,  münaqiĢəni  sülh  yolu  ilə  aradan  qaldırmaq  mümkün  olacaqdır.  Ümid  etmək 

istərdik ki, prezidentin bu çağırıĢı lazımi tərzdə (?!-Ə.T.) qəbul olunacaqdır”. 

Ġyunun 16-sında təxminən eyni vaxtda iki görüĢ də keçirildi. Azərbaycan prezidenti 

Əbülfəz Elçibəy Türkiyə baĢ nazirinin müĢaviri Əli Naci Tuncəri və Türkiyə xarici iĢlər 

nazirinin müavini Özdəm Sanberqi qəbul etdi. Bu, onun Bakıda prezident vəzifəsində 

SON rəsmi qəbuluydu.  Azərbaycan  Ali  Sovetinin  sədri  Heydər Əliyevsə  Rusiya  səfiri 

Valter  ġoniyanı  qəbul  etdi.  Bu,  onun  Bakıda  parlament  baĢçısı  kimi  ilk  rəsmi 

qəbuluydu. 

Bir  Ģeyi  də  xatırladım  -  ölkədəki  gərginlik  Azərbaycan  manatının  məzənnəsinin  kəskin  Ģəkildə 

enməsinə səbəb olmuĢdu - 16 iyunda artıq 11 manat 60 qəpik 1 ABġ dollarına bərabərdi. 

GƏRƏK BAġ NAZĠR QĠYAMI DƏSTƏKLƏMƏSĠN… 




H.Əliyevin parlamentin spikeri seçilməsindən vur-tut bir gün ötmüĢdü. Əbülfəz Elçibəyin qayğısı 

daha  da  artmıĢdı  -  açıq  Gəncə  təzyiqlərinin  üstünə  gizli  Bakı  təzyiqləri  də  gəlmiĢdi.  Prezidentə 

indi gün kimi aydındı ki, H.Əliyev nəinki Surəti sakitləĢdirməyə çalıĢmır, əksinə, onu hakimiyyətin 

üzərinə daha çox qaldırmaq istəyir. Bu istəkdə ciddi məntiq də vardı - əgər 15 iyunadək (spiker 

seçilənədək) Gəncəylə Bakı arasında manevr edən H.Əliyevə Surətlə Elçibəyin ikisini də qoruyub 

saxlamaq  zəruriydisə  ĠNDĠ  onlardan  (xüsusən  onun  da  arxasında  Rusiyanın  dayandığı  silahlı 

Surətdən) qurtulmaq lazımdı və Əliyev özü onlarla döyüĢəcək qədər sadəlövh deyildi...   

“Azadlıq” qəzeti 17 iyun tarixli sayında xəbər verdi ki, dövlət katibi Ə.Kərimov prezident Elçibəyin 

baĢ  nazir  vəzifəsinə  namizədlərlə  danıĢıqlar  apardığını  bildirib.  Qəzet  mötəbər  mənbələrə 

əsaslanaraq  bunu  da  yazırdı  ki,  E.Məmmədov  hökumətə  rəhbərlik  etməyə  söz  verib. 

(O.Qasımovun  bildirdiyinə  görə,  E.Məmmədov  baĢ  nazir  olmağa  öncə  razılıq  versə  də  sonra 

imtina edib və bunun səbəbini durumun aydın olmamasıyla izah edib).   

KeçmiĢ dövlət müĢaviri Arif Hacıyev: «1992-ci ilin may hadisələri zamanı demokratik qüvvələrin 

Azərbaycanda  hakimiyyətə  gəldiyi  dönəmdə  Etibar  Məmmədovun  baĢ  nazir  olması  məsələsi  ilk 

dəfə müzakirə olunub. Bu müzakirələrdə Milli Ġstiqlal Partiyasını Nazim Ġmanov, Fuad Ağayev və 

Vaqif Kərimov (bəzən Rəsul Quluyev də qatılırdı), Xalq Cəbhəsi Partiyasını Pənah Hüseynov, mən 

və  Qurban  Məmmədov  təmsil  edirdik  (bəzən  yekun  məsələlərə  Ġsa  Qəmbər  də  qoĢulub). 

E.Məmmədovun nü-mayəndələri baĢ nazirə böyük səlahiyyətlər tələb etdilər - Azərbaycanın əsas 

iqtisadi qurumları, güc qurumları bütövlükdə baĢ nazirə tabe olmalıydı. Buna Əbülfəz Elçibəy razı 

olmadı.  Mayın  16-sı,  ya  17-sində  parlament  binasının  5-inci  mərtəbəsində  Əbülfəz  bəylə 

E.Məmmədovun təkbətək görüĢü oldu. Biz çöldə gözləyirdik. Qapıdan birinci E.Məmmədov çıxdı 

və  getdi.  Sonra  Əbülfəz  bəy  çıxdı  və  dedi  ki,  baĢ  tutmadı.  KeçmiĢ  kommunist  nomenklaturası 

nümayəndələriylə danıĢıqlar yalnız bundan sonra baĢlandı. 

SilahdaĢlarımın  dediklərindən  və  mətbuatdan  bilirəm  ki,  artıq  bizim  hakimiyyətin 

dövründə  bir  dəfə  Surət  Hüseynov,  Rəhim  Qazıyev,  Ġsgəndər  Həmidov,  ġadman 

Hüseynov,  Etibar  Məmmədov,  Ġsa  Qəmbər  və  Pənah  Hüseynovun  (orada, 

yanılmıramsa,  Tamerlan  Qarayev  də  olub)  iĢtirak  etdiyi  bir  məclisdə  (təxminən 

1993-ün  ilk  aylarında)  S.Hüseynov  E.Məmmədovun  baĢ  nazir  olmasının 

məqsədəuyğunluğu barədə fikir bildirib və bu məsələyə o vaxt ciddi yanaĢılıb, təklif 

olunub ki, bu heyət Əbülfəz Elçibəylə görüĢsün. Elə mənim yanımda Elçibəyə deyilib 

ki,  bu  adamlar  Sizinlə  görüĢərək  bəzi  məsələləri,  o  sıradan  E.Məmmədovun  baĢ 

nazirliyi məsələsini müzakirə etmək istəyirlər. Düzdür, sonralar R.Qazıyev dedi ki, bu 

görüĢün baĢ tutmamasının səbəbkarı P.Hüseynovdur, ancaq dəqiq bilirəm ki, Əbülfəz 

Elçibəy həmin görüĢün keçirilməsini istəmədi.   

4  iyun  hadisələrindən  sonra  E.Məmmədovun  baĢ  nazir  təyin  edilməsi  haqqında  yenidən 

müzakirələr aparılıb. Prezidentinin tapĢırığıyla mən bu məqsədlə E.Məmmədovla iyunun 7-si, ya 

8-ində görüĢərək (bu vaxt baĢ nazir Pənah Hüseynov artıq istefa vermiĢdi) hakimiyyətin Elçibəylə 

E.Məmmədov  arasında  bölünməsini  ona  təklif  etmiĢ,  məsələnin  mahiyyətini,  Azərbaycan 

hökumətinin,  prezidentin  mövqeyini  E.Məmmədova  açıqlamıĢam.  Təbii  ki,  bunun  əvəzində 

E.Məmmədovun qarĢısına Ģərtlər qoyulurdu. Ġlk və baĢlıca Ģərt buydu ki, o, Gəncədə baĢ verən 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə