H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
12 Cinayət
Məcəlləsi:
ekoloji
qayda
pozuntuları
(30.12.1999-cu
il
tarixli, № 787-IQ,
qərarla
təsdiq
edilmişdir)
Cinayət Məcəlləsinin “ekoloji qayda
pozuntuları” bölməsi ekoloji baxımdan
təhlükəli maddələrin və tullantıların idarə
edilməsi qaydalarının pozulmasına görə
cinayət məsuliyyəti müəyyən edir (248-ci
maddə).
Qanun ekoloji qanun və qaydaların
pozulmasına
görə
cinayət
məsuliyyətini
müəyyən
edir.
Məsələn ağacların kəsilməsinə,
vəhşi
heyvanların
icazəsiz
ovlanması,
meşə
yanğının
törədilməsi və s.
13 İnzibati
Xətalar
Məcəlləsi:
ətraf
mühitin mühafizəsi,
təbiətdən istifadə və
ekoloji təhlükəsizliyə
qarşı inzibati qayda
pozuntuları
(906
saylı, 11 iyul, 2000
tarixli qərarla təsdiq
edilmişdir)
İnzibati Xətalar Məcəlləsi sənaye və
məişət tullantılarının atılması və emalı
(maddə
104),
saxlanılması
və
yandırılması (maddə 110), radioaktiv
materialların və təhlükəli sənaye və
məişət tullantılarının idxalı (maddə
113.0.10) və malların ləğv edilməsi
(maddə 283) zamanı nizamlayıcı
qaydaların pozulmasına görə inzibati
məsuliyyətin miqyasını müəyyən edir.
Məcəllənin 9-cu Fəsli ətraf mühitin
qorunması, təbiətdən istifadə və
ekoloji təhlükəsizlik qaydalarına
həsr olunmuşdur. Məcəllənin bir
sıra paraqrafı birbaşa və ya
dolayısı ilə tullantıların idarə
edilməsi tələblərinin pozulmasına
aiddir.
14 Meşə Məcəlləsi (693
saylı,
30.03.1998
tarixli qərarla təsdiq
edilmişdir)
Meşə Məcəlləsi meşə ərazilərində
sənaye
və
məişət
tullantılarının
basdırılmasını, fəaliyyət nəticəsində bitki
kökünün kəsilməsini qadağan edir.
Meşə
zonasında
ağacların
kəsilməsi, meşə torpaqlarından
istifadə məsələləri və s.
15 Torpaq
Məcəlləsi
(695 saylı, 25 iyun,
1999 tarixli qərarla
təsdiq edilmişdir)
Torpaq Məcəlləsi torpaqların bütün növ
deqradasiya
və
çirklənmədən
qorunmasını dövlətin ekoloji siyasətinin
ən yüksək prioriteti elan edir və
torpaqların sənaye və məişət tullantıları,
kimyəvi və radioaktiv maddələr, çirkab
sular və digər təhlükəli materiallarla
çirkləndirilməsinə
görə
məsuliyyət
nəzərdə tutur (maddə 110).
Torpaqların
eroziyadan
və
çirklənmədən qorunması, torpaq
istifadəçilərinin cavabdehlikləri.
Adı çəkilən qanunlarla yanaşı əsas ekoloji qanunvericiliyin təkmilləşdirilməsi və tələblərinin izah olunması,
eləcə də onların tətbiq edilməsini təmin etmək məqsədilə onlarla digər qayda və təlimatlar qəbul
olunmuşdur. Qanunvericilik prosesi ölkədə hələ də davam etməkdədir və Azərbaycan müasir beynəlxalq
standartlara uyğun olan hüquq sisteminə keçid dövründədir. Respublika ətraf mühitin qorunması və ekoloji
təhlükəsizliyin müxtəlif aspektləri ilə əlaqədar olan əksər beynəlxalq konvensiyaların üzvüdür. Hökumət
həmçinin müvafiq beynəlxalq təşkilatlar və hökumətlərlə məhsuldar əməkdaşlığın yaradılmasında səmərəli
çalışdığını sübut etmişdir.
4.2 Ətraf mühit məsələlərini tənzimləyən milli təşkilatlar
Azərbaycanda ətraf muhitin qorunmasına cavabdeh Azərbaycan Hökumətidir. Ətraf Mühitin qorunmasına
nəzarəti həyata keçirən mərkəzi dövlət orqanı kimi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) təyin
edilib. Ətraf mühitin mühafizəsi üzrə qaydaların tətbiqinə, normalara və standartlara riayət olunmasına
nəzarət ETSN
‐ə həvalə edilmişdir.
Torpaqlardan istifadənin tənzimlənməsini
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nəzarət edir,
daşınmaz əmlakın, o cümlədən torpaq mülkiyyətçilərinin qeydiyyatını
Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidməti yerinə yetirir.
Fövqəladə Hallar Nazirliyi (FHN) - gözlənilməz təbii və sənaye qəzaları baş verən zaman onların idarə
olunmasına cavabdeh təşkilatdır. FHN həmçinin tikintidə, dağ
‐mədən işlərində, sənayedə təhlükəsizlik
qaydalarının tətbiqinə nəzarəti yerinə yetirən dövlət orqanıdır.
Səhiyyə Nazirliyi - ölkə ərazisində sanitar
‐epidemioloji vəziyyəti nəzarətdə saxlayan dövlət orqanıdır.
Nazirlik həmçinin istehsal sahələrində sağlamlığın qorunması qaydalarını tənzimləyir.
EKOLOGİYA İDARƏSİ
35