H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi - ölkə ərazisində ölçü avadanlıqlarının
uyğunluğunu, keyfiyyətin və kəmiyyətin standartlarını təyin edir və bu sahələrdə dövlət siyasətini həyata
keçirir.
Yerli və regional QHT
‐
lər - ictimai məsləhətləşmələr, məlumatların yayılması, ictimai köməklik və s.
sahədə əməkdaşlığın yerinə yetirilməsi ilə məşğul olurlar.
4.3 Beynəlxalq qanunlar və konvensiyalar
Azərbaycan Respublikasının qoşulduğu təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə Konvensiyalar,
sazişlər, müqavilələr milli ekoloji qanunvericiliyin ayrılmaz hissəsi hesab olunurlar. Azərbaycan
Respublikasının hər bir qanununda xüsusi fəsil və ya maddə vardır, orada bəyan edilir ki, əgər beynəlxalq
müqavilələrdə milli qanunvericilikdən fərqli qaydalar nəzərdə tutulmuşdursa, bu zaman beynəlxalq
sənədlərin qaydaları tətbiq edilir. Ətraf mühit sahəsində Azərbaycan Respublikasının qəbul etdiyi
beynəlxalq qanunvericilik aktları cədvəl 4.2-də verilmişdir.
Beynəlxalq Konvensiyalardan irəli gələn məsələlərin həllindən ötrü Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə əlaqələndirici dövlət və mərkəzi icra orqanı təyin edilir. Bu təşkilatlar Konvensiyalar üzrə
Beynəlxalq təşkilatlarla əlaqələr qurur, onların ölkə daxilində icrası ilə bağlı məsələlərin həllindən ötrü
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun fəaliyyəti təşkil edirlər və s.
Konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərin həlli adətən aidiyyatı üzrə
müvafiq icra orqanları və ya konkret təşkilata həvalə olunur. Konvensiya və Protokolların bir çoxunun icra
mexanizmlərinin faydalanma, beynəlxalq və regional layihələrdə, proqramlarda iştirak, nou
‐hauların və
güzəştli investisiyaların, kreditlərin ölkəyə cəlb edilməsi imkanları mövcuddur.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası – 1992-ci ildə qəbul edilmişdir. Konvensiyanın
ali orqanı Tərəflər Konfransıdır, Katiblik Bonn şəhərində yerləşir. Konvensiyanın məqsədi atmosferə
yanacağın yandırılması nəticəsində atılan, istixana effekti yaradan qazların miqdarını azaltmaqla, dünya
ölkələrində davamlı inkişafa nail olmaq və iqlim sistemini gələcək nəsillərə saxlamaqdır. Konvensiyaya görə
atmosferə atılan qlobal tullantıların miqdarı 1990
‐cı il səviyyəsində saxlanılmalı və ya ondan aşağı
səviyyədə olmalıdır. Konvensiya inkişaf etmiş ölkələr üçün tullantıların azaldılması üzrə konkret öhdəliklər
təyin etmişdir. Həmçinin onların qarşısına inkişaf etməkdə olan ölkələrə yardım etmələri barədə vəzifələr
qoymuşdur. Azərbaycan Respublikası Konvensiyanı 1995
‐ci ildə ratifikasiya etmişdir. Bu Konvensiya
beynəlxalq sistemdə ətraf mühit sahəsində qəbul edilmiş ən iri Konvensiyadır və o ətraf mühit sahəsində
mövcud olan
”Ozon qatının qorunması üzrə Konvensiya”, ”Bioloji müxtəliflik üzrə Konvensiya”,
”Səhralaşmaya qarşı mübarizə Konvensiyası” ilə sıx əlaqədədir.
Cədvəl 4.2 Azərbaycan Respublikası Milli Məclisinin ratifikasiya etdiyi Ekoloji Konvensiyalar
Konvensiyanın adı
Qəbul olunduğu
il
Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya – 1972-ci il
1993
BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası – 1992-ci il
1995
Beynəlxalq Dəniz Təşkilatı Konvensiyası
1995
Ozon qatının qorunması üzrə Konvensiya – 1985-ci il
1996
Səhralaşmaya qarşı mübarizə Konvensiyası – 1994-cü il
1998
Kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi fauna və yabanı flora növləri ilə beynəlxalq
ticarət haqqında Konvensiya (CITES) – 1973-cü il
1998
Avropanın vəhşi təbiəti, yabanı florası və təbii yaşayış mühitinin qorunması Konvensiyası –
1979-cu il
1999
Ətraf muhitə dair məsələlər üzrə qərarların qəbul edilməsində ictimaiyyətin iştirakı və
informasiyaların alınması barədə Orxus Konvensiyası – 1998-ci il
1999
Sərhədlərarası konteksdə ətraf mühitə təsirin qiymətlərdirilməsinə dair Konvensiya – 1991-ci il 1999
Gəmilərdən çirklənmənin qarşısının alınması haqqında Konvensiya – (MARPOL) (1973/78).
1999
Bioloji müxtəliflik üzrə Konvensiya – 1992-ci il
2000
Kioto Protokolu – 1997-ci il
2000
EKOLOGİYA İDARƏSİ
36
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
Konvensiyanın adı
Qəbul olunduğu
il
Bitkilərin qorunması üzrə Roma Konvensiyası – 1951-ci il
2000
Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi Konvensiyası –
1992-ci il
2000
Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və zərərsizləşdirilməsinə nəzarət haqqında
Bazel Konvensiyası – 1989-cu il
2001
Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında
Ramsar Konvensiyası – 1971-ci il
2001
Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiyası – 1979-cu il 2002
Davamlı üzvi birləşmələr üzrə Stokholm Konvensiyası – 2001-ci il
2003
Sənaye qəzalarının transsərhəd təsiri haqqında Konvensiya – 1992-ci il
2004
OPRC, 90 Konvensiyası
2004
Xəzər dənizinin su mühitinin qorunması üzrə Çərçivə Konvensiyası
2006
4.4 Ətraf mühit sahəsində standartlar və normativ sənədlər
Ətraf mühitin vəziyyətinə nəzarət məqsədilə sanitariya-gigiyena və ekoloji normativlərdən istifadə olunur.
Bu zaman Yol Verilən Qatılıq Həddi (YVQH), yəni havanın, suyun, ərzaq məhsullarının və torpağın, yaxud
da dərinin, işlək nəfəs orqanlarının səthinin həcm vahidinə müəyyən vaxt ərzində təsir göstərərkən praktiki
olaraq insanın sağlamlığına təsir etməyən və onun nəslində xoşagəlməyən nəticələr doğurmayan zərərli
maddənin konsentrasiyasını müəyyən edən normativlərdən istifadə olunur.
Yaşayış və iş yerləri, eləcə də istirahət zonaları üçün YVQH müxtəlifdir. Atmosferə, suya və torpağa
tullantıların atılması məqsədilə YVQH aşağıda göstərilən dövlət standartlarına və normalarına müvafiq
olaraq müəyyən edilmişdir. Sanitariya-gigiyena və ekoloji normativlər insanın sağlamlığı və ekosistemin
vəziyyəti ilə münasibətdə ətraf mühitin keyfiyyətini müəyyən edir, lakin onlar təsir mənbəyini göstərməməklə
onun fəaliyyətini tənzimləmirlər. Xüsusi olaraq, təsir mənbəyinə dair irəli sürülən tələblər elmi-texniki
normativləri əks etdirir.
Elmi-texniki normativlərə zərərli maddələrin havaya və suya atılması (YVQH və BBAH), habelə ətraf təbii
mühitin mühafizəsi üzrə tələbləri özündə cəmləşdirən texnoloji, tikinti, şəhərsalma normaları və qaydaları
aiddir.
Elmi-texniki normativlərin müəyyən edilməsinin əsasında aşağıdakı prinsip durur:
•
Bütün müəssisələr tərəfindən suda, havada və torpaqda istənilən tullantıların miqdarı sanitariya-
gigiyena normaları tələblərini təmin etməlidir.
•
AYVH və BBAH-ın işlənib hazırlanması ətraf mühitin çirklənməsi ilə bağlı olaraq müəssisələrin
fəaliyyətində məhdudiyyətlərinin tətbiq edilməsini nəzərdə tutur.
•
Müəssisələrdən bütövlükdə obyekt və ya onun tərkibinə daxil olan konkret mənbələr üçün müəyyən
olunmuş, zərərli maddə tullantılarının son həddinə əməl olunması tələb olunur.
•
Atmosferə tullantılar, su və torpağa atılan tullantılar üçün AYVH və BBAH-lar hər bir mənbə üçün
hesablanır və səlahiyyətli orqanlar tərəfindən təsdiq olunur.
•
Təbii mühitdən istifadəyə görə ödəmələr təsdiq olunmuş AYVH və BBAH parametrləri əsasında
müəyyən edilərək yerinə yetirilir.
Aşağıda çirkləndirici vasitə və elementlərin parametrləri nəzərə alınmaqla Azərbaycanda və MDB
ölkələrində qüvvədə olan standartların və normativ sənədlərin siyahısı verilmişdir:
•
«Yerüstü suların tullantı sularla çirklənməsindən mühafizə qaydaları». Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət Komitəsi. Bakı, 1994.
•
«Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi qaydaları haqqında» AR Nazirlər
Kabinetinin 1998-ci il 15 oktyabr 206 saylı Qərarı.
•
«Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma qaydaları» AR Nazirlər
Kabinetinin 15 oktyabr 1988-ci il 2006 saylı Qərarı, Maddə 8:
EKOLOGİYA İDARƏSİ
37
Dostları ilə paylaş: |