H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
Loqarifmik desibel şkalasına görə, səs-küy mənbəyinin ikiqat artması səs-küyün təzyiq səviyyəsinin 3 dB(A)
artması ilə izah olunur. Bununla yanaşı, səs-küy mənbəyinin ikiqat artması insanlar arasında səs-küyün
ikiqat artması ilə bağlı təəssürat yaratmır. Bu isə insanlarda qavrama hissinin səs-küy səviyyəsi ilə
müqayisə edildiyi fizioloji araşdırmalarla bağlı əldə olunan məlumatlarda öz əksini tapır. Səs təzyiqi
səviyyəsinin artması aşağıdakı kimi qiymətləndirilmişdir:
Cədvəl 5.15 Səs təzyiqi səviyyəsinin artması
< 3 dB(A)
4 – 5 dB(A)
6 - 9 dB(A)
10 dB(A)
Cüzi (qavranılmayan)
Qavranılma həddi
Kiçik cüzi artım
Subyektiv olaraq səs-küyün ikiqat artması
ilə ifadə
olunan nəzərə çarpacaq dərəcədə artım
Səs təzyiqi səviyyələrinin geniş şkala üzərinə daha tez-tez səpələnməsinə baxmayaraq, onlar ümumi
şəkildə ölçülmə zamanı orta energetik həddə malik Səsin Ekvivalent Enerjisi (LAeq) kimi göstərilir. LAeq
səs-küy standartlarına qarşı səs-küyün qiymətləndirilməsi üçün istifadə edilən spesifik parametrdir.
Ətraf Mühitə Səs-küyün Təsiri ilə əlaqədar Milli və Beynəlxalq Standartlar layihənin 4–cü bölməsində
verilmişdir. Azərbaycanda ətraf mühitə səs-küyün təsiri ilə əlaqədar müəyyən olunmuş heç bir standart
mövcud deyil. Tənzimləyicinin əsas diqqəti iş yerində yaranmış 85 dB(A) desibel səs səviyyəsinə uyğun
gələn səs-küyə yönəldilir. Səs səviyyəsi həmin göstəricidən çox olduğu təqdirdə, təsirin azaldılması
istiqamətində tədbirlərin görülməsi nəzərə alınmalıdır.
İstehsal müəssisələrində səs-küyün ətraf mühitə təsiri Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ƏMTQ
üzrə ümumi təlimatlarında dərc olunan ətraf mühitə səs-küyün təsirinə dair standartlara istinad şəklində
istifadə edilir. Həmin standartlar yaşayış ərazisi və sənaye sahəsi kimi iki əsas ərazi üzrə istifadə olunan
kateqoriyalar üzrə fərqləndirilir. BMK standartları Cədvəl 5.16-da öz əksini tapır.
Cədvəl 5.16 Ətraf mühitə səs-küyün təsiri üzrə BMK standartları
Torpaqdan istifadə forması
(Reseptor)
BMK təlimatlarında
göstərilən qiymətlər (LAeq)
3
Gündüz və gecə vaxtı
Gündüz vaxtı (07:00-22:00)
Gecə vaxtı (22:00-07:00)
Yaşayış Ərazisi
55 dB (A)
45 dB (A)
Ticarət/Sənaye Ərazisi
70 dB (A)
3
Səs-küyün azaldılması üçün həyata keçirilən tədbirlər zamanı ya yuxarıda göstərilən səviyyələrə yaxud
da, reseptorun yerləşdiyi ən yaxın hissədə səsin əsas 3dB (A) desibel səviyyəsində maksimal
azaldılmasına nail olunmalıdır. (BMK-nin ƏMST üzrə Ümumi Təlimatları, 2007).
EKOLOGİYA İDARƏSİ
56
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
5.10 Sosial-iqtisadi vəziyyət
Bu bölmədə layihə sahəsinin demoqrafik, sosial və iqtisadi xüsusiyyətlərinə dair milli konteksdə məlumatlar
verilir. İlkin vəziyyətə dair məlumat layihənin sosial-iqtisadi təsirin qiymətləndirilməsi və gələcəkdə
yumşaldıcı tədbirlərin effektivliyini müəyyən etmək üçün müqayisədə istifadə olunacaqdır. Bölmədə NEZ
yerləşən rayonun əsas sosial-iqtisadi göstəricilərinin xülasəsi, yaşayış məntəqələrində sosial-iqtisadi
vəziyyət, burada məskunlaşan əhali ilə aparılan məsləhətləşmələr, yerli icra və bələdiyyə orqanları ilə
aparılan görüşlərin nəticələri və təhlil edilmiş statistik məlumatlar əsasındakı qiymətləndirmələr verilmişdir.
Zavodunun Xəzər dənizi regionunda ən böyük zavodlardan biri olmasını və onun həm regionda, həm də
milli çərçivədə əhəmiyyət kəsb etməsini nəzərə alaraq ölkə daxili və regional qiymətləndirmələrin də
nəticələri bu bölmədə təhlil edilmişdir.
5.10.1 Azərbaycan iqtisadiyyatı haqqında ümumi məlumat
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren
hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca
istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid
və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar.
Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq
davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq,
ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük
nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan
müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı
ilə yeni bir modeli -
Azərbaycan modeli yaranmışdır.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə
Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə
birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi,
həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən
layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda
beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək
qiymətləndirilir.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi
siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu,
iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması
istiqamətində ciddi addımlar atıldı.
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları
cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin
səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində
Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha
da artmışdır.
İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı
iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun
ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 83%-ə çatmışdır.
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm
EKOLOGİYA İDARƏSİ
59