“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə25/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Loqarifmik desibel şkalasına görə, səs-küy mənbəyinin ikiqat artması səs-küyün təzyiq səviyyəsinin 3 dB(A) 
artması ilə izah olunur. Bununla yanaşı, səs-küy mənbəyinin ikiqat artması insanlar arasında səs-küyün 
ikiqat  artması  ilə  bağlı  təəssürat  yaratmır.  Bu  isə  insanlarda  qavrama  hissinin  səs-küy  səviyyəsi  ilə 
müqayisə  edildiyi  fizioloji  araşdırmalarla  bağlı  əldə  olunan  məlumatlarda  öz  əksini  tapır.  Səs  təzyiqi 
səviyyəsinin artması aşağıdakı kimi qiymətləndirilmişdir: 
Cədvəl 5.15  Səs təzyiqi səviyyəsinin artması 
< 3 dB(A) 
4 – 5 dB(A) 
6 - 9 dB(A) 
10 dB(A) 
 
Cüzi (qavranılmayan) 
Qavranılma həddi 
Kiçik cüzi artım 
Subyektiv olaraq səs-küyün ikiqat artması ilə ifadə 
olunan nəzərə çarpacaq dərəcədə artım 
 
Səs  təzyiqi  səviyyələrinin  geniş  şkala  üzərinə  daha  tez-tez  səpələnməsinə  baxmayaraq,  onlar  ümumi 
şəkildə ölçülmə zamanı orta energetik həddə malik Səsin Ekvivalent Enerjisi (LAeq) kimi göstərilir. LAeq 
səs-küy standartlarına qarşı səs-küyün qiymətləndirilməsi üçün istifadə edilən spesifik parametrdir. 
Ətraf  Mühitə  Səs-küyün  Təsiri  ilə  əlaqədar  Milli  və  Beynəlxalq  Standartlar  layihənin  4–cü  bölməsində 
verilmişdir. Azərbaycanda ətraf mühitə səs-küyün təsiri ilə əlaqədar müəyyən olunmuş heç bir standart 
mövcud deyil. Tənzimləyicinin əsas diqqəti iş yerində yaranmış 85 dB(A) desibel səs səviyyəsinə uyğun 
gələn  səs-küyə  yönəldilir.  Səs  səviyyəsi  həmin  göstəricidən  çox  olduğu  təqdirdə,  təsirin  azaldılması 
istiqamətində tədbirlərin görülməsi nəzərə alınmalıdır. 
İstehsal müəssisələrində səs-küyün ətraf mühitə təsiri Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ƏMTQ 
üzrə ümumi təlimatlarında dərc olunan ətraf mühitə səs-küyün təsirinə dair standartlara istinad şəklində 
istifadə edilir. Həmin standartlar yaşayış ərazisi və sənaye sahəsi kimi iki əsas ərazi üzrə istifadə olunan 
kateqoriyalar üzrə fərqləndirilir. BMK standartları Cədvəl 5.16-da öz əksini tapır. 
Cədvəl 5.16  Ətraf mühitə səs-küyün təsiri üzrə BMK standartları 
Torpaqdan istifadə forması 
(Reseptor) 
BMK təlimatlarında 
göstərilən qiymətlər (LAeq)
3
 
Gündüz və gecə vaxtı 
Gündüz vaxtı (07:00-22:00) 
Gecə vaxtı (22:00-07:00) 
Yaşayış Ərazisi 
55 dB (A) 
45 dB (A) 
Ticarət/Sənaye Ərazisi 
70 dB (A) 
 
 

Səs-küyün azaldılması üçün həyata keçirilən tədbirlər zamanı ya yuxarıda göstərilən səviyyələrə yaxud 
da,  reseptorun  yerləşdiyi  ən  yaxın  hissədə  səsin  əsas  3dB  (A)  desibel  səviyyəsində  maksimal 
azaldılmasına nail olunmalıdır. (BMK-nin ƏMST üzrə Ümumi Təlimatları, 2007). 
 
EKOLOGİYA İDARƏSİ 
56 
                                                      


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
Şəkil 5.7 
Yeni bitum qurğusu tikiləcək ərazidə səs-küy səviyyəsinin ölçüldüyü nöqtələrin 
Google Maps
TM
-də mövqeyi. 
 
EKOLOGİYA İDARƏSİ 
57 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
Şəkil 5.8 
Səs-küy səviyyəsinin ölçüldüyü nöqtələr 
 
 
EKOLOGİYA İDARƏSİ 
58 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
5.10  Sosial-iqtisadi vəziyyət 
Bu bölmədə layihə sahəsinin demoqrafik, sosial və iqtisadi xüsusiyyətlərinə dair milli konteksdə məlumatlar 
verilir.  İlkin  vəziyyətə  dair  məlumat  layihənin  sosial-iqtisadi  təsirin  qiymətləndirilməsi  və  gələcəkdə 
yumşaldıcı tədbirlərin effektivliyini müəyyən etmək üçün müqayisədə istifadə olunacaqdır. Bölmədə NEZ 
yerləşən  rayonun  əsas  sosial-iqtisadi  göstəricilərinin  xülasəsi,  yaşayış  məntəqələrində  sosial-iqtisadi 
vəziyyət,  burada  məskunlaşan  əhali  ilə  aparılan  məsləhətləşmələr,  yerli  icra  və  bələdiyyə  orqanları  ilə 
aparılan görüşlərin nəticələri və təhlil edilmiş statistik məlumatlar əsasındakı qiymətləndirmələr verilmişdir. 
Zavodunun Xəzər dənizi regionunda ən böyük zavodlardan biri olmasını və onun həm regionda, həm də 
milli  çərçivədə  əhəmiyyət  kəsb  etməsini  nəzərə  alaraq  ölkə  daxili  və  regional  qiymətləndirmələrin  də 
nəticələri bu bölmədə təhlil edilmişdir. 
 
5.10.1  Azərbaycan iqtisadiyyatı haqqında ümumi məlumat 
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren 
hüquqlarını  gerçəkləşdirməyə  və  müstəqil  siyasət  aparmağa  başlamışdır.  Bu  siyasətin  başlıca 
istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid 
və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. 
Müstəqillik  dövründən  bu  günə  kimi  ölkədə  mövcud  iqtisadi  inkişafı  iki  əsas  mərhələyə  ayırmaq  olar. 
Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq 
davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü. 
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri 
Heydər  Əliyevin  uzaqgörən  siyasəti  və  gərgin  fəaliyyəti  nəticəsində,  ağır  ilkin  şərtlərə  baxmayaraq, 
ölkəmizin  sosial-iqtisadi  inkişafı  və  dünya  təsərrüfat  sisteminə  inteqrasiyası  sahəsində  çox  böyük 
nailiyyətlər  əldə  olunmuşdur.  Ən  böyük  nailiyyət  isə  ondan  ibarətdir  ki,  bu  dövrdə  ölkəmizdə  aparılan 
müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - 
Azərbaycan modeli yaranmışdır. 
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə 
Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 
inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. 
Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə 
birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, 
həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən 
layihələrin  həyata  keçirilməsinə  yönəldilməsini  təmin  etmək  üçün  Dövlət  Neft  Fondu  yaradıldı.  Hazırda 
beynəlxalq  təşkilatlar  tərəfindən  Fondun  fəaliyyəti  və  bu  sahədə  şəffaflığın  təmin  edilməsi  yüksək 
qiymətləndirilir. 
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi 
siyasət  nəticəsində  makroiqtisadi  sabitliyə  nail  olundu  və  davamlı  iqtisadi  artımın  əsası  qoyuldu, 
iqtisadiyyatın  bütün  sahələrində  islahatlara  başlandı,  əhalinin  həyat  səviyyəsinin  yaxşılaşdırılması 
istiqamətində ciddi addımlar atıldı. 
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları 
cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin 
səciyyəvi  xüsusiyyətlərindən  biri  olmuşdur.  Həyata  keçirilmiş  məqsədyönlü  tədbirlər  nəticəsində 
Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha 
da artmışdır. 
İqtisadiyyatda  mülkiyyətin  çoxnövlülüyü  təmin  olunması  istiqamətində  həyata  keçirilən  tədbirlər  davamlı 
iqtisadi  inkişafa  öz  müsbət  nəticəsini  vermişdir.  Belə  ki,  özəlləşdirməyə  başlayan  zaman  özəl  sektorun 
ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 83%-ə çatmışdır. 
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm 
 
EKOLOGİYA İDARƏSİ 
59 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə