“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə27/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
orqanlarının  müasir  inzibati  binaları,  olimpiya  idman  kompleksləri  inşa  olunur,  abadlıq-quruculuq  işləri 
aparılır. Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı və məqsədyönlü tədbirlər 
Nizami rayonunun da simasını dəyişir, onun abad və müasir rayon kimi daha da gözəlləşməsinə böyük 
imkanlar yaradır. 
 
5.10.3  Sosial-iqtisadi göstəricilər 
2016-cı  il  01  aprel  tarixində  ilkin  hesablamalara  əsasən  rayon  əhalisinin  sayı  195420  nəfər,  rayonda 
doğulanların sayı 363 nəfər, ölənlərin sayı isə 93 nəfər olmuşdur. Təbii artım 270 nəfər təşkil etmişdir. 
2016-cı ilin yanvar-mart aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 117,5 milyon manat 
dəyərində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənayedə istehsalın 21,0 faizi qeyri-
dövlət sektoruna aiddir. 
Müəssisələr  tərəfindən  2016-cı  ilin  I  rübündə  istehsal  olunmuş  məhsulun  100%-i  istehlakçılara 
göndərilmişdir. 
Cari ilin yanvar-mart aylarında müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 80,3 
milyon manat olmuş, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,5 faiz çoxdur. 
2016-cı ilin I rübündə pərakəndə ticarət dövriyyəsinin həcmi 16,1 faiz artaraq 604,1 milyon manat olmuşdur. 
Ümumi ticarət dövriyyəsinin 17,0 faizi  ticarət fəaliyyəti ilə məşğul olan  hüquqi şəxslərin, 39,6 faizi fiziki 
şəxslərin, 43,4 faizi yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının payına düşür. 
Hesabat dövründə əhaliyə 78,6 milyon manatlıq pullu xidmətlər göstərilmişdir. 
2016-cı ilin I rübündə rabitə sahəsində 82,7 milyon manat dəyərində, yəni əvvəlki ilin müvafiq dövrü ilə 
müqayisədə 8,1 faiz çox, nəqliyyat sahəsində isə 30,9 milyon manat dəyərində, yəni əvvəlki ilin müvafiq 
dövrü ilə müqayisədə 17,3 faiz çox xidmət göstərilmişdir. 
Cari ilin yanvar-mart aylarında Nizami rayonunda 872 yeni iş yeri açılmışdır ki, ondan da 467-si müvəqqəti 
iş yerləridir. 
Ümumilikdə 2003-cü ildən bu günə kimi 29631 yeni iş yeri açılmışdır ki, onun da 29067-si daimi iş yerləridir. 
2016-cı ilin yanvar-fevral aylarında orta aylıq əmək haqqı 12,7 faiz artaraq 565,1 manat təşkil etmişdir. 
 
 
 
EKOLOGİYA İDARƏSİ 
62 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
FƏSİL
 
6
 
6  ALTERNATİVLƏRİN TƏHLİLİ 
 
6.1  Layihənin olduğu hal 
Nəzərdə tutulan “H.Əliyev adına NEZ-in modernləşdirilməsi, FAZA-1 Bitum qurğunun tikintisi və istismarı” 
layihəsinin yerləşdirilməsi planlaşdırılan yerüstü obyektlərin layihələndirilməsi, tikintisi, istismara verilməsi, 
istismarı, texniki xidməti və istismardan çıxarılması üçün yerinə yetirilməsi nəzərdə tutulan fəaliyyətlər təsvir 
olunur. 
Məqsəd: 
Heydər Əliyev adına Neft Emalı Zavodu: 

  Növbəti 15-20 il üçün ölkənin yanacaq tələbatının ödənilməsi, ixrac potensialının artırılması; 

  Yeni Bitum istehsalatının təşkili; 

  Avro-5 standartlarına cavab verən Dizel və Benzin yanacağının istehsalı; 

  Ətraf mühit məsələlərinin həll olunması; 
“Azərneftyağ” neft emalı zavodu: 

  Tədrici olaraq istismardan çıxarılması və torpağın təmizlənməsi; 
H.Əliyev adına NEZ-də yenidənqurma işlərinin nəticəsi olaraq: 

  Zavodun İlkin emal gücü 6 mln. Tondan 7.5 mln. tona qədər artırılacaq; 

  Katalitik Krekinq qurğusunun gücü ildə 2 mln. Tondan 2.5 tona qədər artırılacaq; 

  Yeni Bitum qurğusu inşa olunacaq; 

  Avro 5 standartlara cavab verən Dizel və Benzin istehsal olunacaq; 

  Ümumi Zavod Təsərrüfatı yenidən qurulacaq; 

  Zavodun istismar xərcləri optimallaşdırılacaq; 

  “Azərikimya” İB qaz xammalı (LPG) ilə təmin olunacaq; 

  “Azərneftyağ” NEZ-in infrastrukturu istismardan çıxarılacaq və ərazi boşaldılacaq; 
Bu variant birincisi həm iqtisadi, həm texniki, həm də ekoloji baxımdan daha əlverişli variantdır. Onun inşası 
zamanı ətraf mühitə təsirlər zəif olacaqdır. Təhlükəsizlk baxımından da bu variant əlverişlidir. 
 
6.2  Layihənin olmadığı hal 
Heydər  Əliyev  adına  Neft  Emalı  Zavodu  (keçmiş  Yeni  Bakı  neftayırma  zavodu,  ‹Azərneftyanacaq› 
İstehsalat Birliyi, «Azərneftyanacaq» neft emalı zavodu) keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 
29 iyul tarixli əmri ilə yaradılmışdır. 
Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl 
müəssisəyə çevrilmişdir. 
50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft 
emal olunmuş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. 
Müasir  dövrün  artan  tələbləri  daha  qabaqcıl  texnologiyaların  istehsalata  tətbiqini  tələb  edir  ki,  zavodun 
modernləşdirilməsi də bu səbəbdən zəruridir. Əks halda həm iqtisadi, həm də ekoloji cəhətdən əlverişsizdir. 
 
 
 
EKOLOGİYA İDARƏSİ 
63 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
FƏSİL
 
7
 
7  ƏTRAF 
MÜHİTƏ 
VƏ 
SOSİAL-İQTİSADİ 
SAHƏLƏRƏ 
POTENSİAL 
TƏSİRLƏRİN 
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ YUMŞALTMA TƏDBİRLƏRİ 
 
7.1  Giriş 
Bu fəsildə “H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi” layihəsinin bir hissəsi çərçivəsində 
həyata keçirilən “Bitum” qurğusunun tikintisi və istismarı zamanı ətraf mühit və sosial vəziyyətdə baş verən 
potensial  dəyişikliklər  təsvir  edilir.  Həmin  dəyişikliklərin  Fəsil  3,  Layihənin  Təsvirində  göstərilmiş 
planlaşdırılan fəaliyyətlər həyata keçirilərkən baş verdiyi ehtimal edilir. Burada həmçinin Fəsil 2-də təqdim 
edilən  metodologiya  əsasında  həmin  dəyişikliklərin  mümkün  əhəmiyyətinin  qiymətləndirilməsi  üzrə 
nəticələr verilir. 
Bu fəsildə eləcə də təsirlərin  azaldılması ilə  bağlı tədbirlər haqqında məlumat verilir ki, həmin tədbirlər 
layihənin potensial təsirlərinin qarşısının alınması və ya azaldılması və ya onun potensial faydalı təsirlərinin 
artırılması məqsədilə təklif edilmişdir. 
Layihənin  istismar mərhələsində  baş  verə  biləcək  planlaşdırılmamış  və  ya  gözlənilməz  qəza  hadisələri 
təsvir edilmir və ya qiymətləndirilmir (məsələn, boru kəmərinin dağılması). Lakin bu fəsildə tikinti fazası 
ərzində baş verə biləcək, dağılma və yol qəzaları kimi hadisələrin təsviri və qiymətləndirilməsi verilir. 
Layihənin bu hissəsinə layihələndirilən obyektin qurğularının və kommunikasiyalarının tikintisi və istismarı 
zamanı ətraf mühitin mühafizəsini təmin edən texniki, texnoloji, konstruktiv və təşkilati tədbirləri daxildir. 
Bu  layihədə  tətbiq  edilən  qurğular,  avadanlıqlar  və  kommunikasiyalar  Dövlət  standartlarına,  norma  və 
qaydalarına uyğun işlənir və ekoloji cəhətdən qəbul edilə bilər. Təmir-tikinti işləri ətraf mühitin normalarına, 
istehsalatda sanitariya və təhlükəsizlik texnikası qaydalarına riayət olunmaqla yerinə yetirilməlidir. 
Layihələndirilən obyektin tikintisi zamanı əmələ gələn istehsalat tullantıları (qaynaq çubuqlarının qırıntıları, 
armatur, dəmir parçaları) yığılıb müəssisənin istehsalat bazasına göndərilir. Metal tullantıları aidiyyəti üzrə 
metallurgiya zavoduna təhvil veriləcəkdir. 
Layihələndirilən  obyektin  tikintisi  və  istismarı  zamanı  ətraf  təbii  mühitin  mühafizəsi  sahəsində  fəaliyyət 
Azərbaycan  Respublikasının  qüvvədə  olan  “Ətraf  mühitin  mühafizəsi  haqqında”,  “Ekoloji  təhlükəsizlik 
haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Su məcəlləsi”, “Torpaq 
məcəlləsi” və başqa qanunlarına və mövcud normativ sənədlərinə əsaslanmalıdır. 
Layihədə ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün aşağıdakı tədbirlər nəzərdə tutulur: 

  texnoloji kommunikasiyalar arasında norma məsafələrin qoyulması; 

  layihələndirilən boru armaturalarının səmərəli yerləşdirilməsi; 

  tikinti-quraşdırma və texnoloji rejimlərin və şərtlərin optimallaşdırılması; 

  müasir nəzarət, siqnallaşma və avtomatlaşdırma vasitələrindən istifadə edilməsi; 

  boruların hermetikliyinin təmin olunması; 

  layihələndirilən  obyektlərin  göstəricilərinin  düzgün  seçilməsinə,  bütün  tələblərə  cavab  vermə 
nöqteyi-nəzərdən  qəbul  edilməsinə,  armaturların,  boruların  və  s.  qaynaq  edilməsi  üçün 
elektrodların möhkəmlik və mexaniki xüsusiyyətlərinin göstəricilərinə, qaynaq tikişlərinin lazımı 
üsulla yoxlanılması; 

  borular üçün yüksək keyfiyyətli poladdan hazırlanmış borulardan istifadə edilməsi; 

  məişət tullantılarının xüsusi konteynerlərə yığılması və xüsusi yerlərə daşınması; 

  obyektin  tikintisində  nasaz  olan  nəzarət-ölçü  cihazlarının  avadanlıqların,  mexanizmlərin  və 
aqreqatların istismarının qadağan edilməsi; 

  konstruksiyaları və kommunikasiyaları korroziyadan mühafizə etmək məqsədi ilə antikorroziyalı 
 
EKOLOGİYA İDARƏSİ 
64 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə