“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə30/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
və ya yayılma ilə bağlı məhdudiyyətlərin təsirinə məruz qala bilər. Təbii mühitin dəyəri standart meyarların 
növlərinə görə qiymətləndirilir, bunların arasında ən mühüm olan təbiilik, nadirlik və yayılma sahəsidir (yerli 
miqyasdan  dünya  miqyasına  qədər  müxtəlif  miqyaslarda  qiymətləndirilir).  Növlər  nadir  və  ya  nəsli 
tükənməkdə olan növlərin yerli və ya beynəlxalq siyahılarına, yəni Azərbaycanın Qırmızı Kitabına (QK) və 
ya Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (BTTSMB) Qırmızı Kitabına daxil edildiyi 
halda, dəyərli ola bilər. Yüksək ekoloji dəyərə malik olan bu təbii mühitlər və növlər aşağıda qeyd edilən 
əsas ekoloji həssaslıqların seçilməsi üçün əsasdır. 
Torpağın  zəif  idarə  olunması,  torpağın  eroziyası,  torpağın  kipləşməsi  və  artıq  alt  torpaq  qatının  zəif 
utilizasiyası torpağın münbitliyini, dərinliyini və strukturunu azalda bilər. Bu isə öz növbəsində torpağın üst 
qatı dəyişdirildikdən sonra  bitki örtüyünün təbii bərpa  olunma qabiliyyətinə təsir edə bilər. Torpağın  üst 
qatının düzgün saxlanılmaması və idarə olunmaması da təbii bitki örtüyünün effektiv bərpası üçün zəruri 
olan canlı bitki materiallarından (toxumlar, kökümsovlar, soğanaqlar, kök yumruları) bəzilərinin məhv olması 
ilə  nəticələnə  bilər.  Çirkab  suların  və  tullantıların  atılması  ilə  torpaq  və  qrunt  suyunun  çirklənməsi  bitki 
örtüyünün məhvinə səbəb ola bilər. 
Fauna 
Tikinti  və  istismara  vermə  fəaliyyətinin  faunaya  təsiri  müəyyən  dərəcədə  işlərin  vaxtından  və  növlərin 
davranışının  nisbi  mövsüm  dəyişikliklərindən  asılıdır.  Heyvan  növlərinin  çoxu  xüsusilə  çoxalma 
mövsümündə  (aprel  ayından  iyun  ayına  qədər)  və  qışlama  mövsümündə  (oktyabr  ayından  mart  ayına 
qədər) təsirə qarşı həssasdırlar. Bu davranışların dəqiq vaxtı havanın mövsümi dəyişkənliyindən hədsiz 
dərəcədə asılıdır. 
Təsirlərin Azaldılması 
Təsirin aradan qaldırılması və azaldılması tədbirləri təbii mühit və bioloji növlərə təsir edə bilən fəaliyyətlərə 
tətbiq olunacaqdır. Bu hissə birbaşa ekologiya ilə bağlı olan təsirlərin azaldılması ilə bağlı öhdəlikləri təsvir 
edir. Bir çox digər öhdəliklər ekologiyaya təsiri minimallaşdırmağa kömək edir. 
 
7.7  Səth və qrunt sularına potensial təsirlər 
Bu  hissədə  nəzərdə  tutulan  Layihənin  tikintisi  və  istismarı,  o  cümlədən  qəbul  olunacaq  müvafiq  təsir 
azaltma tədbirlərinin səth sularına potensial təsirləri nəzərdən keçirilir. 
Su mühitinə təsirin əsas formaları layihələndirilən obyektin tikintisi zamanı əmələ gələn istehsalat və məişət 
çirkab suları təşkil edir. 
Səbəblər:  tikinti-quraşdırma  işlərinin  keyfiyyətsiz  yerinə  yetirilməsi,  avadanlığın  düzgün  istismar 
edilməməsi, tullantıların utilizə edilmə qaydalarına riayət edilməməsi, korroziya, təbii təsirlər və s.-dir. 
Layihənin tikintisi qrunt sularının çirklənməsi potensialı daşıyan aşağıdakı materialların bir hissəsi və ya 
hamısının istifadəsi/hasil olunmasını əhatə edəcək: 

  Yanacaq və sürtgü yağları; 

  Boya və həlledicilər; 

  Təhlükəli tullantıların saxlanması sahələrindən sızmalar; 

  Emal olunmamış çirkab suları. 
 
7.8  Maye tullantılar 
İstehsalat qurğusunda maye tullantı axınlarının iki mənbəyi var: 

  Prosesdən: separatordan ayrılmış qara solyar (periodik olaraq) 

  Prosesdən: Buxar generatorundan atılan su (daimi və periodik olaraq) 

  Qoruyucu klapanlardan (nadir hallarda) 

  Yuma və boşaltmadan (istehsalata başlama, dayanma və texniki xidmət zamanı) 
7.8.1  Qara solyar 
Cədvəl 7.3-də Bituroks qurğusunda meydana gələn qara solyar axınının qiymətləndirilməsi verilib. Qara 
 
EKOLOGİYA İDARƏSİ 
70 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
solyar  Bituroks  reaktorundan  daxil  olan  çıxış  qazından  yığılaraq  toplanmış  karbohidrogenlərdən  təşkil 
olunub. O aşağı keyfiyyətli yağ sisteminə və ya geri zavod istehsalat qurğularına, məsələn, atmosfer distillə 
kolonu yaxud vakuum distillə kolonuna verilə bilər. 
Cədvəl 7.2 
Qara solyar həcminin hesablanması
 
Axının mənbəyi 
 
 
23-V-103 
Temperatur 
ºC 
160-dan çox olmamaqla 
Axının tipi 
Reaktordan çıxan qazlardan kondensləşmiş maye 
karbohidrogenlər 
İşçi hadisə 
 
Norm
1)
 
Diapazon 
Orta molekulyar çəki 
Kq/kmol 
316,6 
300-350 
Sıxlıq 
Kq/m
3
 
791,1 
780-850 
Kinematik özlülük, 160ºC-də 
sst 
1,4 
1-5 
Kinematik özlülük, 97,8ºC-də 
sst 
3,9 
 
Su miqdarı 
% çəki üzrə 

2-dən çox olmamaqla 
H
2
S miqdarı 
Mol payı 
0,00000185 
 
H
2
S miqdarı 
Kq/saat 
0,0002 
 
Alışma temperaturu 
ºC 
27,8 
 
Soyuma temperaturu 
ºC 
25 
 
Qara solyarın miqdarı (daimi)
2)
 
Kq/saat 
255 
300-dən çox olmamaqla 
 
7.8.2  Tullantı suyu 
Cədvəl  7.4  buxar  generatorundan  atılan  suyun  (şlaklar  və  duzların  təmizlənməsi  üçün)  hesablanmış 
həcmini əks etdirir.  Atılan  su neftlə çirklənmiş çirkab su sisteminə verilməmişdən əvvəl,  60ºC-yə qədər 
soyudulması üçün tullantı su soyuducusunda texniki su ilə qarışır. 
Tullantı  suyunun  həcmi  qazanxanada  istifadə  olunan  içməli  suyun  3%-i  həcmində  hesablanır  (detallı 
layihənin işlənməsi zamanı orta təzyiqli buxar generatorunun istehsalçısı tərəfindən təsdiqlənməlidir). 
Cədvəl 7.3 
Tullantı suyunun hesablanan həcmi 
Axının mənbəyi 
 
23-V-106 
Meydana gəlmə tezliyi 
 
Daimi və periodik 
Axının növü 
Tullantı suyu və texniki suyun qarışığı 
Temperatur 
ºC 
60-dan çox olmamaqla 
İş rejimi 
 
NORM. 
MAKS. 
Çəki sərfi (daimi) 
Kq/saat 
300 
340 
 
7.8.3  Qoruyucu klapanlardan çıxan maye çirkləndiricilər 
Cədvəl 7.4  Bitum qurğusunda quraşdırılmış qoruyucu klapanlardan atılan maye çirkləndiricilərin 
həcmi 
Qoruyucu 
təzyiq 
klapanının № 
Cihazlar 
Axının növü 
Kütlə 
sərfi 
(kq/saat) 
Layihə halı 
Meydana 
gəlmə tezliyi 
23-PSV-1001 
Boru məkanı 
Vakuum 
qalığı 
870 
Termiki genişlənmə 
Nadir 
23-PSV-1003A  Borular arası 
məkan 
Vakuum 
qalığı 
1352 
Yanğın 
Nadir 
23-PSV-1003B  Borular arası 
məkan 
Vakuum 
qalığı 
1352 
Yanğın 
Nadir 
23-PSV-1004A 
Boru məkanı 
Bitum 
842 
Termiki genişlənmə 
Nadir 
23-PSV-1004B 
Boru məkanı 
Bitum 
842 
Termiki genişlənmə 
Nadir 
1)
 HYSYS modelləşdirmə proqramının köməyi ilə hesablanmış 
2)
 Faktiki periodik (qara solyar nasosunun işi ilə əlaqədar olaraq) 
 
EKOLOGİYA İDARƏSİ 
71 
                                                      


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə