“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə28/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
örtüklərdən istifadə edilməsi. 

  Ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə layihədə aşağıdakılar nəzərə alınmışdır: 

  ətraf mühitin  mühafizəsi  sahəsində  Azərbaycan  Respublikasında  qüvvədə  olan  standartlara, 
norma və qaydalara riayət edilməsi; 

  təbii ehtiyatlardan səmərəli istifadə edilməsi; 

  ətraf mühitin çirklənməsinin qarşısının alınması. 
 
7.2  Fəaliyyətlər, aspektlər və qəbuledicilər 
Ekoloji,  sosial  və  mədəni  təsirlərin  qiymətləndirilməsi  layihə  üzrə  fəaliyyətlər  və  qəbuledicilərlə  bağlı 
aspektlərin arasındakı qarşılıqlı əlaqənin qiymətləndirilməsinə əsaslanır. Aspektlər layihə üzrə fəaliyyətlərin 
ətraf  mühitlə  qarşılıqlı  təsirdə  ola  biləcək  elementləri  kimi  təyin  olunur.  Qəbuledicilər  layihə  ərazisinin 
layihənin icrası nəticəsində məruz qala biləcək elementləri kimi təyin olunur. 
Layihə üzrə fəaliyyətlərə aşağıdakılar daxildir: 
Səfərbərlik mərhələsi 

  Maddi texniki təchizat (materiallar, avadanlıq və kadrlar) 

  Sahənin təmizlənməsi və hasarlanması 
Yerinə yetirmə (icra) mərhələsi 

  Qurğunun quraşdırılması 

  Sınaqlar 

  Bərpa işləri 
Cədvəl 7.1 
Fəaliyyətlər, aspektlər və potensial qəbuledicilər 
Fəaliyyət 
Aspektlər 
Potensial 
Qəbuledicilər 
Maddi texniki təchizat – Qurğu və 
Avadanlığın Layihə Sahəsinə 
daşınması 
İşlənmiş qazların atmosferə 
buraxılışları 
Atmosfer 
İcmalar 
Sahənin təmizlənməsi və 
hasarlanması 
Torpağın eroziyası, Torpaq 
strukturunun, məhsuldarlığın və 
toxum fondunun itkisi 
Torpaq 
Bitki örtüyü 
Qurğunun quraşdırılması 
Atmosferə çirkli qazların buraxılışı 
Atmosfer 
İcmalar 
Səs-küy, Vibrasiya 
İcmalar 
Fauna 
Torpaq strukturunun, 
məhsuldarlığın və toxum fondunun 
itkisi 
Torpaq 
Flora 
Sınaqlar 
İş sahələrindən artıq suların və 
sınaqda istifadə edilmiş suların 
kənarlaşdırılması 
Hidrosfer 
Torpaq 
 
7.3  Təsirlərin analizi və yumşaltma 
Bu  bölmə  Layihənin  xidmət  ərazisindəki  “Təsirlərin  Qiymətləndirilməsi”-ni  əhatə  edir  və  təklif  edilən 
“Yumşaltma Tədbirləri” müvafiq olaraq hər bir yarımbölmədə müzakirə olunur. Hər bir mənfi və ya müsbət 
nəticəyə “yüksək”, “orta” və “zəif” olaraq bir təsir səviyyəsi təhkim olunmuşdur. 
ƏMTQ təklif olunan ayrı-ayrı layihələrin mümkün əhəmiyyətli əks təsirlərinin müəyyən edilməsi və bunların 
qarşısının  alınması,  bu  mümkün  olmadıqda  isə  minimuma  endirilməsi  və  ya  məqbul  səviyyəyədək 
azaldılması (“yumşaltma tədbirləri”) məqsədilə yolların təklif edilməsi üçün istifadə olunur. 
 
EKOLOGİYA İDARƏSİ 
65 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Hər bir  qeyd  edilən təsirdən sonra  ətraflı müzakirə aparılır  və  buraya  qeyd  edilən nəticəni  dəstəkləyən 
məlumatlar daxil edilir. Bu müzakirələrdə eyni zamanda təklif olunan layihənin əhəmiyyətli, yaxud potensial 
olaraq əhəmiyyətli təsirlərinin mümkün olan dərəcəyədək azaldılması üçün yumşaltma tədbirləri verilir. 
Bu, yumşaltmanı aşağıdakı kimi müəyyən edir; 
a)  Konkret addımı və ya onun hissələrini həyata keçirməməklə təsirdən tamamilə qaçılması. 
b)  İşin  və  onun  həyata  keçirilməsi  miqyasının  dərəcəsini  məhdudlaşdırmaqla  təsirlərin  minimuma 
endirilməsi. 
c)  Təsirə  məruz  qalan  ətraf  mühiti  təmir  etmək,  reabilitasiya  etmək  və  ya  bərpa  etməklə  təsirin 
düzəldilməsi. 
d)  İş  müddətində  mühafizə  və  təmir  işləri  yolu  ilə  təsirin  vaxt  keçdikcə  azaldılması  və  ya  aradan 
qaldırılması. 
e)  Əvəzedici  resurslar  və  ya  mühitlər  təmin  etməklə  və  ya  bunlarla  əvəz  etməklə  təsirlərin 
kompensasiya edilməsi. 
Bu  müzakirədə  həmçinin  yumşaltma  tədbirlərinin  tətbiq  edilməsindən  sonra  bütün  əhəmiyyətli  təsirlərin 
statusunu təsvir edir, ya təsir əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaldılır (əhəmiyyətlidən aşağı 
səviyyəyədək azaldılmış), ya da belə bir nəticəyə gəlinir ki, mümkün olan yumşaltma tədbiri yoxdur, yaxud 
təsiri əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaltmaq üçün kifayət deyildir. Bu, “ətraf mühit üzərində 
qaçılmaz olan əhəmiyyətli təsir” olur. 
 
7.3.1  Əhəmiyyətliliyin nəticələri 
a)  Təklif olunan layihənin və onunla əlaqədar olan fəaliyyətlərin təbii ətraf mühitə potensial olaraq 
əhəmiyyətli olan əks təsirləri qiymətləndirilmişdir. Təklif olunan layihə çərçivəsində müxtəlif vəhşi 
canlı təbiət növlərinin, o cümlədən bəzi nəsli kəsilmək üzrə olan, təhlükədə olan və nadir növlərin 
yaşadığı həssas təbii yaşayış məskənlərində və ya onların yaxınlığında işlər görülməsi nəzərdə 
tutulmur. Təqdim edilmiş bütün yumşaltma tədbirlərinin tam həyata keçirilməsi halında layihə ilə 
əlaqədar olan potensial təsirlər əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaldılacaqdır. 
b)  ETSN-nin  missiyası  ərazinin  “təbii  ehtiyatlarını  qorumaq  və  mühafizə  etmək”dir.  Bilinən  digər 
layihələrin təsirləri təklif olunan layihənin potensial təsirləri ilə üst-üstə düşmür, ona görə də heç bir 
kumulyativ təsir yoxdur. 
c)  Təklif olunan layihənin ekoloji təsirləri ümumi olaraq insanlar, ətraf mühit və biomüxtəliflik üzərində 
əsaslı əks təsirlərə səbəb olmayacaqdır. Lakin toz və emissiyalarının mümkün müvəqqəti təsirləri 
mövcuddur.  Təklif  edilən  yumşaltma  tədbirlərinin  birləşdirilməsi  və  həyata  keçirilməsi  ilə  təklif 
olunan layihənin təsirləri əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaldılacaqdır. 
 
7.3.2  Təsirin əhəmiyyətliliyi cədvəli 
Layihənin potensial ekoloji təsirlərinin qiymətləndirilməsi aşağıda verilmiş təsirin əhəmiyyətliliyi cədvəlində 
ardıcıllıqla  göstərilmiş  müzakirələrin  ardınca  təqdim  ediləcəkdir.  Hər  bir  layihə  komponenti  layihə  üzrə 
fəaliyyətin  xarakterinə  uyğun  olaraq  müxtəlif  fiziki,  aparılan  müvafiq  məsləhətləşmələrə  uyğun  olaraq 
nəzərdən keçirilir. 
Fəsil  5-də  qeyd  edilən  çöl  tədqiqatlarının  aparılması  zamanı  mühafizə  olunan  bütün  ərazinin  ekoloji 
funksiyası  ilə  təklif  olunan  Layihənin  təsirinə  məruz  qalacaq  ərazilər  arasındakı  əlaqəyə  xüsusi  diqqət 
yetirilmişdir.  Bütün  təsir  qiymətləndirmələri  Fəsil  2-də  verilən  meyarlar,  Fəsil  5-dəki  ilkin  vəziyyətin 
qiymətləndirmələri ərazi vahidliyi hüdudları ilə məhdudlaşır. 
Qiymətləndirmələr həmçinin Fəsil 2-də müəyyən edilmiş meyarlara uyğun olaraq şərh edilib və aşağıda 
verilən  təsirin  əhəmiyyətliliyi  cədvəlinə  uyğun  olaraq  formula  edilmişdir.  Təsirin  əhəmiyyətliliyi  cədvəli 
layihənin ekoloji və sosial davamlılığını nəzərdən keçirməklə potensial təsir sahələrini müəyyən etməyə 
kömək edir. 
Potensial təsirlərin qiymətləndirilməsi və yumşaltma tədbirləri cədvəl 7.1-də verilən ətraf mühit aspektlərinə 
görə aparılacaqdır.
 
EKOLOGİYA İDARƏSİ 
66 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə