“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə26/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr 
ərzində bu sahədə kifayət  qədər  iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün  nüfuzlu  beynəlxalq 
qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma 
və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilən  və  yeni 
çalarlarla  zənginləşdirilmiş sosial-iqtisadi  siyasətin  strateji  məqsədləri  sərbəst  bazar  münasibətlərinə  və 
özünüinkişaf  qabiliyyətinə  malik  olan  sosialyönümlü,  diversifikasiya  olunmuş  milli  iqtisadiyyatın 
formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. 
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış 
uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın 
diversifikasiyası,  qeyri-neft  sahələrinin,  regionların  inkişafı  sürətlənmiş,  strateji  valyuta  ehtiyatlarının 
səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ 
xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial 
rifahı davamlı olaraq yaxşılaşmışdır. 
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün 
dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi 
inkişafı ilə bağlı 2004-2013 illər ərzində 3 beşillik proqramlar həyata kecmişdi. Hazırda 2014-2018-ci illər 
üçün  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı,  “2008-2015-ci  illərdə  Azərbaycan 
Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət  Proqramı”,  “2008-2015-ci  illərdə 
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir 
sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur. 
Son 10 il ərzində (2003-2013) Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə 
artmışdır.  Ölkənin  strateji  valyuta  ehtiyatları  30  dəfə  artaraq  50  milyard  dollara  yaxınlaşmışdır.  Həyata 
keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 
6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi 
isə 5,2 faizə qədər azalmışdır. 
Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 
6,4  dəfə,  qeyri-neft  ixracı  4,5  dəfə  artmışdır.  Hazırda  ümumi  daxili  məhsulda  özəl  bölmənin  payı  83, 
məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində 
güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-
2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 
13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır. 
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi 
üzrə  qiymətləndirməni  özündə  əks  etdirən  nüfuzlu  “Doing  Business-2009”  hesabatında  Azərbaycan 
dünyada  ən  islahatçı  ölkə  elan  edilmişdir.  Növbəti  “Doing  Business”  hesabatlarında  da  Azərbaycan  öz 
müsbət  mövqeyini  qoruyub  saxlamışdır.  Eləcə  də,  “Standard  and  Poor’s”  Beynəlxalq  Reytinq  Agentliyi 
tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilmişdir. 
Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət 
qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir. 
2014-cü ilin yanvar-sentyabr aylarında ÜDM-in real artım tempi 2.5% təşkil etmiş və cari qiymətlərlə 44.1 
milyard  manat  olmuşdur.  Adambaşına  düşən  ÜDM-in  həcmi  4696.3  manat  (5887.9  ABŞ  dolları)  təşkil 
etmişdir. 
 
5.10.2  Nizami rayonunun sosial-iqtisadi vəziyyəti 
“H.Əliyev adına NEZ” Bakı ş. Nizami rayonunda yerləşir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını 
daşıyan rayonumuz 1980-cı ilin noyabr ayında yaradılmışdır. Rayonun ərazisi 19,6 km
2
-dir. 
Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. 
Qəsəbənin ərazisi 10,4 km
2
-dir. Qəsəbədə Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi inzibati ərazi 
 
EKOLOGİYA İDARƏSİ 
60 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir. 
Bakı şəhəri Nizami rayon inzibati ərazi vahidi tərkibindəki Nizami rayonu ərazisinin inzibati ərazi dairəsi ilə 
əhatə olunmayan hissəsində Nizami Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi 
dairələri  yaradılmış  və  bu  sahə  inzibati  ərazi  dairələrində  Rayon  İcra  Hakimiyyəti  başçısının 
nümayəndəlikləri fəaliyyət göstərir. 
1 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,36 km
2
, 2 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,44 
km
2
, 3 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 4,4 km
2
-dir. 
 
Şəkil 5.9 
Abşeron yarımadası 
Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir. 
Nizami  rayonu  Nərimanov,  Sabunçu,  Suraxanı  və  Xətai  rayonlarının  inzibati  əraziləri  ilə  əhatə  olunur. 
Heydər  Əliyev,  Qara  Qarayev  və  Babək  prospektləri,  son  illərdə  yeni  inşa  olunmuş  müasir  yolötürücü 
kompleksləri ilə yanaşı, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar Dostluğu” metro stansiyaları Bakı 
şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir. 
Sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı 
zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, “NJT-2000” firması, “Bakı Şərab-1” ASC, 
“Azərtunelmetrotikinti” SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, “Körpü Tunel” ASC, “Bakı Diyircəkli 
Yastıq” ASC, “European-Tobacco Baku” ASC, “Bakı Yağ-Qida Sənaye” ASC, “Veysəloğlu” MMC, “Kaspi-
Yıldız” MMC kimi müəssisələr, 18 bank filialı, Nizami Telefon Qovşağı, 7 rabitə şöbəsi, iri ticarət və iaşə 
mərkəzləri fəaliyyət göstərir. 
Rayonda 22 orta ümumtəhsil məktəbi, “Zəngi” liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, Uşaq-
Gənclər və Texniki  yaradıcılıq mərkəzləri,  20 uşaq  bağçası, 1 uşaq evi,  Kar uşaqlar üçün  2 respublika 
internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan “Xəzər” Universiteti 
yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir. 
6 stadion, 8 idman-sağlamlıq kompleksi, 13 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman 
məktəbi əhalinin, xüsusilə də gənclərin sağlam həyat tərzinin təminatına xidmət edir. 
Paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə vaxtilə mövcud olmuş sənaye müəssisələrinin 
köçürülməsi  nəticəsində  boşaldılmış  ərazilərdə  yeni  yaşayış  massivləri,  mərkəzi  icra  hakimiyyəti 
 
EKOLOGİYA İDARƏSİ 
61 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə