“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə33/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Qoruyucu təzyiq 
klapanının № 
Çəki sərfi 
(kq/saat) 
Çıxan axının növü 
Layihə hadisəsi 
Baş 
vermə 
tezliyi 
23-PSV-1005 
8420 
Reaktordan çıxan qaz 
Bloklanmış çıxışda 
Nadir 
23-PSV-1007A/B 
8430 
Separatordan çıxan qaz 
Bloklanmış çıxışda 
Nadir 
23-PSV-1010A/B 
1257 
Tüstü qazı 
Yanğın zamanı 
Nadir 
 
7.13  Qəza atılmaları xəttindən atılan qaz halında olan tullantılar 
Qəza atqı xəttindən qaz halında olan atılmalar inseneratorun açılması halında  saxlama çənlərindən  və 
məhsul doldurma stansiyasından gözlənilir. 
İnsenerator qurğusunun içərisində  yanacaq qazı qoruyucu klapan və atqı xəttindən çıxa bilər (hermetik 
şəraitdə sınanma üçün layihələndirilib). 
Cədvəl 7.9 
Atqı xəttində atılmalar qiymətləndirilməsi 
Çəki 
sərfi 
(kq/saat) 
Atılmanın növü 
Layihə hadisəsi 
Baş vermə 
tezliyi 
70 
Xammal və məhsul saxlama çənlərindən 
ventilyasiya qazı 
İnseneratorun açılması 
Nadir 
2730 
Məhsul doldurma stansiyasından ventilyasiya 
qazı 
İnseneratorun açılması 
Nadir 
3) 
Yanacaq qazı 
3) 
3) 
3) 
Yanacaq qazı 
3) 
3) 
 
7.14  Bərk çirkləndiricilər 
Normal işə salma, istismar və dayanma zamanı qurğuda bərk çirkləndiricilər meydana gəlmir. 
 
7.15  Səs-küy və vibrasiya 
Bu bölmə təklif olunan Layihənin tikintisi və istismarı zamanı səs-küy və vibrasiyanın yaranmasına görə 
mümkün təsirləri və qəbul ediləcək təsirlərin azaldılması ilə bağlı əlaqədar tədbirləri müəyyən edir. Səs-küy 
və vibrasiya həssas məqamlara və səs-küy və vibrasiya yaratma mənbələrindən məsafəyə əsaslanaraq 
keyfiyyət baxımından qiymətləndirilir. 
Layihəsinin Səs-Küy və Vibrasiyalar Yarada Bilən Aspektləri 
Aşağıdakı planlaşdırılmış Layihə fəaliyyətləri Layihə ərazisində səs-küy və vibrasiyalar yarada bilər: 
Tikinti 

  Maddi-texniki təchizat və tikinti avtomobillərinin giriş-çıxış yollarından istifadəsi 

  Tikinti zamanı avtomobil, mexanizm və avadanlığa texniki xidmət və onlardan istifadə 

  Borunun qaynaq edilməsi 
İşlərin yanından keçən insanlar və heyvanlar kimi çevik reseptorlar səs-küyün mənbəyindən uzaqlaşma 
qabiliyyətinə  malikdir.  Ona  baxmayaraq,  bu,  onlar  üçün  narahatlıq  yarada  bilər  və  müvəqqəti  olaraq 
torpağın otlaq üçün əlçatan olmasını məhdudlaşdıra bilər. 
 
 
3)  İnsenerator  qurğusunun  içərisində;  Detallı  layihələndirmə  mərhələsində  istehsalçının 
müəyyənləşdirməsi əsasında təyin olunur 
 
EKOLOGİYA İDARƏSİ 
76 
                                                      


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
FƏSİL
 
8
 
8  ƏTRAF MÜHİTİN İDARƏ EDİLMƏSİ VƏ MONİTORİNQİ 
 
8.1  Giriş 
Ətraf mühitin idarə edilməsinin əsas məqsədi Layihənin mobilizasiya və icra mərhələsində mənfi ekoloji və 
sosial  təsirlərin  yumşaldılması,  təhlükəsizlik  qaydalarına  riayət  etməklə  ekoloji  risklərin  minimuma 
endirilməsi  və  sağlamlığın  qorunması  üçün  nəzərdə  tutulmuş  bütün  cari  və  strateji  tədbirlərə  əməl 
olunmasıdır. 
Təsirlərin qiymətləndirilməsi əsasında Layihənin potensial təsirlərini minimuma endirmək və ya yumşaltmaq 
məqsədilə tələb olunan qaydada yumşaltma tədbirləri işlənib hazırlanmışdır (bax Fəsil 7). 
 
8.2  Ətraf və sosial mühiti idarəetmə planı (ƏMİP) 
Bu “Ətraf Mühiti İdarəetmə Planı” (ƏMİP) layihənin hər bir iri komponenti üçün işlənib hazırlanmışdır və 
ətraf mühitlə qarşılıqlı təsirdə olan xüsusi fəaliyyətləri əhatə edir. ƏMİP layihənin ömrü boyunca yumşaltma 
proqramlarının,  monitorinq  proqramlarının  və  ətraf  mühitin  qorunması  üzrə  digər  proseduraların  həyata 
keçirilməsi üçün əsas mexanizmdir. 
“Ətraf və Sosial Mühiti İdarəetmə Planı”nın tərifi 
Plan və ya proqram tələb olunan son vəziyyətə nail olmağa çalışır və ətraf mühitə mənfi təsirləri olan və ya 
ola bilən fəaliyyətlərin necə yumşaldılacağını, nəzarət olunacağını və monitorinqinin aparılacağını təsvir 
edir. 
ƏMİP  layihənin  bütün  mərhələlərində  baş  verəcək  ekoloji  təsirləri  əhatə  edəcəkdir.  Bütün  layihə 
müddətində ətraf mühitin qorunmasına xüsusi diqqət yetirəcəkdir. Buna nail olmaq üçün bir sıra ekoloji 
xüsusiyyətlər/tövsiyələr hazırlanmışdır. Bunlar aşağıdakılara nail olmaq üçün podratçının layihə üzərində 
düzgün nəzarəti əlində saxladığına əmin olmaq məqsədi güdür: 

  H.Əliyev adına NEZ-in modernləşdirilməsi layihəsi, FAZA-1 Bitum qurğunun tikintisi və istismarı 
layihəsinin tikintisi işləri ərzində təsirlərin miqyasını minimuma endirmək, 

  Layihənin təsir etdiyi ərazilərin düzgün şəkildə bərpa olunmasını təmin etmək, 

  Uzun müddətli ekoloji deqradasiyanın qarşısını almaq. 
Podratçı  bu  sənəddə  təsbit  olunmuş  ekoloji  öhdəliklərdən  xəbərdar  olmalı  və  bütün  müvafiq  ekoloji 
qanunvericiliyə  əməl  edəcəyini  bəyan  etməlidir.  Podratçı  eyni  zamanda  xəbərdar  olmalıdır  ki,  Ekoloji 
Meneceri(ləri) (EM) SƏTƏM üzrə Nəzarətçi ilə proseduralara əməl olunmasına nəzarət edəcəklər. 
ƏMİP-in məqsədləri 
Bu  ƏMİP  Layihənin  icrası  dövründə  səmərəli  ekoloji  idarəetməni  həyata  keçirmək  üçün  aidiyyəti  olan 
prinsipləri, vəzifələri və tələbləri əhatə edir. 
 
ƏMİP-in aşağıdakı məqsədləri vardır: 

  Ətraf mühitə zərər verə bilən fəaliyyətlərin müəyyən olunması; 

  Həyata keçirilməli olan yumşaltma tədbirlərinin və onların yerinə yetirilməsi üçün proseduraların 
ətraflı izah olunması; 

  Layihənin icrası ərzində yerinə yetirilməli olan hesabat vermə sisteminin yaradılması. 
ƏMİP eyni zamanda layihənin gedişində monitorinqi aparılacaq xüsusi tələblərə diqqət çəkməyə xidmət 
edir və əgər ətraf mühitə təsirlərin qarşısı lazımi səviyyədə alınmazsa,  yaxud yumşaldılmazsa, müvafiq 
tədbir  görülməli  olacaqdır.  Buna  görə  də  sənədə  fəaliyyətlərin  potensial  ekoloji  təsirlərini  minimuma 
endirməkdə yardımçı olan təlimat kimi baxılmalıdır. 
“Yumşaltma tədbirləri”nin tərifi: 
 
EKOLOGİYA İDARƏSİ 
77 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə