Nazim Tapdıqoğlu
A V Q U S T
'^ X /> Ö Ö İ\y
1
avqust 1421-ci il - Qara Yusifin oğlanları - İsgəndər və İsfəndiyar Teymuri
sultanı Şahruxla Ələşkerd vadisində vuruşurlar. Qaraqoyunlular Teymurilərin
və Şirvanşahların birləşmiş qüvvələrinə məğlub olur. Teymurilər Azərbaycanı
müvəqqəti də olsa, işğal edirlər...
1
avqust 1473-cü il - Ağqoyunlular ilə Osmanlılar arasında Ağqoyunlularm
qələbəsi ilə nəticələnən Malatya döyüşü baş verir...
1 avqust 1906-cı il - Saat 12 radələrində silahlı ermənilər Zəngəzur ərazisin
dəki Qatar kəndinə hücum edirlər, qətllər törədirlər. Bu müharibədə Baraba-
tumda olan kazaklar və İran fəhlələri açıqca ermənilərə yardım edirlər.
Qüvvələrin qeyri-bərabər olduğunu görən azərbaycanlılar Kəllədağ kəndinə yol
lanırlar. Ermənilər kəndi dağıdırlar...
1 avqust 1906-cı il - Erməni silahlıları indiki Ağdam rayonunun tərkibində
olan və azərbaycanlılar yaşayan Papravənd kəndinə hücum edib, 15 nəfər dinc
sakini qətlə yetirirlər...
1
avqust 1918-ci il - "Sentrokaspi"
diktaturası hakimiyyəti ələ alır. Bakıda
hakimiyyət eserlərin, daşnakların və menşeviklərin əksinqilabi ittifaqının əlinə
keçir...
1 avqust 1918-ci il - Zəngəzur qəzasının Yaqublu kəndinə basqın edən daşnaq
terrorçular kəndi viran qoyaraq 28 nəfər dinc sakini amansızlıqla qətlə yetirir
lər...
1 avqust 1921-ci il - Qarabağın Vərəndə vilayətinin Kəndxurdda keçirilən
Sovetlər qurultayında Qafqaz Bürosunun verdiyi qərar bəyənilir...
1
avqust 1988-ci il - Laçın şəhəri ərazisində Ermənistan SSR-dən DQMV-a
"tikinti materialları"adı ilə gələn 12
avtomaşın yoxlanarkən partladıcı qurğular
üçün detonatorlar aşkarlanır. Narazı qalmış erməni sürücülərdən biri avto-
kranla elektrik xəttini qıraraq rayon mərkəzini uzun müddət işıqsız qoyur. Qar
şıdurma nəticəsində hay-küy yaranan hadisə yerinə SSRİ DİN Daxili
Qoşunlarının rəisi, general-polkovnik Y.Şatalin və DQMV xüsusi rayonunun
komendantı, general-mayor V.Safonov da gəlir...
1 avqust 1988-ci il - Şuşa-Ağdam
avtomobil yolunda sərnişin avtobusu er
mənilər tərəfindən daş-qalaq olunur...
1 avqust 1989-cu il - Erməni yaraqlıları Kərki kəndinə basqın edirlər. Çoxlu
sayda ev yandırılaraq dağıdılır...
1 avqust 1989-cu il - Şuşa-Ağdam istiqaməti ilə hərəkət edən sərnişin avto
182
Azərbaycan faciələrinin təqvimi
busu ermənilər tərəfindən daş-qalaq edilir. Sərnişinlər təhqir olunur...
1 avqust 1993-cü il - Cəbrayıl rayonunun Quşçular və Sur kəndləri toplardan
və qrad qurğularından atəşə tutulur. Dağıntılar olur...
2 avqust 1906-cı il - Erməni silahlı dəstələri Zəngəzur ərazisində - azər
baycanlılar yaşayan kəndlərdə qırğınlar törədirlər...
2
avqust 1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli Dövlət
Təhlükəsizlik Komissarı Sumbatovun əmri ilə 16 nəfər güllələnir...
2
avqust 1988-ci il - Azərbaycan və Ermənistan rəhbərləri - Ə.X.Vəzirov
S.Q.Arutyunyan Xankəndidə görüşürlər. Görüşdə Sovet İKP MK-nin nüma
yəndəsi A.M.Volski iştirak edir. Görüş heç bir müsbət nəticə vermir...
2
avqust 1990-cı il - «Krasnaya Zvezda»
qəzetinin verdiyi məlumata əsasən
İrəvanda erməni terrorçuları hərbi hissəyə hücum edərək 165 ədəd reaktiv oq-
nemyotu, onun 102 ədəd başlığını və 675 ədəd siqnal raketlərini aparırlar...
2 avqust 1991-ci il - Hadrut (Xocavənd)
rayonunun Dolanlar kəndində
"QAZ-53" markalı avtomaşın ermənilər tərəfindən partladılır. Nəticədə 4 nəfər
(Möhübbət Bəbiş oğlu Vəliyev, Lətif Səməd oğlu Cuvarov, Eyyub İsmayıl oğlu
Daşdəmirov və kombinatın sürücüsü) həlak olur, 8 nəfər ağır yaralanır...
2
avqust 1992-ci il - Milli Qəhrəman Şövqiyar Cəmil oğlu Abdullayev ermə
nilərlə döyüş zamanı həlak olur...
3
avqust 1161-ci il - Şahzadə Mahmud şah ibn Məhəmmədin tərəfdarları
Həmədan yaxınlığında darmadağın edilir. Eldəniz Reyi tutur, oram iqta kimi
Cahan Pəhləvana verir...
3
avqust 1918-ci il - Zəngəzur qəzasının Şəki kəndinə basqın edən daşnaqlar
95 nəfər dinc sakini amansızlıqla qətlə yetirirlər. Körpə uşaqların meyidləri kənd
yolunun kənarına düzülür...
3
avqust 1937-ci il - Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının
xüsusi üçlüyünün qərarı ilə tanınmış ziyalı Nəsibov Əsəd Nəsib oğlu güllələnir.
Güllələnmə aktını DTİ-nin 10-cu bölməsinin leytenantı Suxanov və 8-ci bölmə
nin rəisi Koqan imzalamışlar...
3
avqust 1944-cü il - Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı
(ölümündən sonra, 26.10.1944),
baş serjant Qəzənfər Qulam oğlu Əkbərov Be-
lorusiyada (Volojin şəhəri)
həlak olur...
3 avqust 1990-cı il - Gürcüstanın Marneuli rayonunun Ahh kənd sakini olan
bir azərbaycanlı erməni terrorçusu tərəfindən avtomat silahla qətlə yetirilir...
183
Dostları ilə paylaş: |