Nazim Tapdıqoğlu
sahələrdə gizlənən əhalini mühasirəyə alan daşnaqlar həmin adamları kütləvi
şəkildə qətlə yetirirlər...
17 iyul 1920-ci il - Şəmkir qəzasımn
Müşkürlü kəndində Namazın başçılığı
ilə üsyan baş verir...
17
iyul 1942-ci il - Təxminən
7 aya yaxın davam edən və minlərlə azər
baycanlıların da ölümünə səbəb olan
Stlinqraddöyüşü başlayır...
17 iyul 1991-ci il - Saat
18 radələrində Kəlbəcər rayonunun
Xanımdərəsi və
Zod kəndləri erməni terrorçuları tərəfindən atəşə tutulur.
2 nəfər azərbaycanh
polis işçisi qətlə yetirilir.
2 nəfər isə ağır yaralamr.
Aşağı Ayrım kəndinə basqın
edən terrorçular
1 nəfəri girov götürür, 20 baş mal-qaranı isə sürüb aparır
lar...
17 iyul 1992-ci il - Erməni yaraqlıları
Xocavənd rayonunun
Düdükçü və
Füzuli rayonunun
Üçbulaq (Hoğa) kəndləri arasındakı ərazilərdə fəal döyüş
əməliyyatı həyata keçirirlər...
17 iyul 1992-ci il - Cəbrayıl, Füzuli, Ağdam, Tərtər rayonlarının əraziləri
ermənilər tərəfindən atəşə məruz qalır. Ağdam şəhərinin 5 kilometrliyində şid
dətli döyüşlər gedir...
18 iyul 1722-ci il - 274 gəmidən ibarət olan
I Pyotrun Kaspi donanması ge
neral-admiral Apraksinin komandanlığı ilə Həştərxandan cənuba Azərbaycana
tərəf hərəkətə başlayır...
18
iyul 1905-ci il - Şuşada
30 nəfər müsəlman ermənilər tərəfindən qətlə ye
tirilir...
18 iyul 1908-ci il - İnqilabın gedişində
Səttarxan fədakarlıq göstərir. O, öz
kiçik dəstəsi ilə hücuma keçib
Təbriz küçələrində asılan ağ bayraqları qırmızı
bayraqlarla əvəzləyir. Faciələrlə tez-tez üzləşən Təbriz İran inqilabının mərkə
zinə çevrilir...
18
iyul 1941-ci il - Azərbaycanın qəhrəman oğlu, Böyük Vətən müharibəsi
qəhrəmanı, qırıcı-təyyarəçi, leytenant
Hüseyn Baləli oğlu Əliyev həlak olur...
18
iyul 1988-ci il - SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası DQMV haq
qında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdiril
məsini yolverilməz hesab etdikdən sonra erməni millətçiləri azərbaycanlıların
Ermənistandan çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başlayırlar.
Ermənistan SSR-in yüksək rəsmi instansiyaları və respublika rəhbərliyi bu qə
rara məhəl qoymur...
18 iyul 1992-ci il - Ağdam rayonunun
Gülablı, Çuxurməhlə, Xıdırlı, Əhmə-
davar kəndləri ermənilər tərəfdən atəşə tutulur...
172
Azərbaycan faciələrinin təqvimi
19
iyul 1733-cü il - Bağdada köməyə gəlmiş Topal Osman paşanın qoşunu
ilə dəhşətli vuruşmada
Nadir ağır məğlubiyyətə uğrayır...
19
iyul 1826-cı il - Abbas Mirzənin başçılığı ilə İran qoşunları Azərbaycana
daxil olur.
IIRusiya-İran müharibəsi başlayır...
19
iyul 1920 -ci il - ADR-in qurucularından biri, Azərbaycanın görkəmli zi
yalısı
Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev Tiflis şəhərində daşnaq terrorçusu
tərəfindən vəhşicəsinə qətlə yetirilir...
19
iyul 1921-ci il -Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin
iclasında həmişə dəyişkən mövqe nümayiş etdirən S.M.Kirov da iştirak edir...
19 iyul 1993-cü il - Ağdam rayonunun
Xıdırlı, Qiyaslı, Seyidli kəndləri er
mənilər tərəfindən qarət edilərək od vurulub yandırılır...
19 iyul 1993-cü il - Ağdam rayonunun
Novruzlu kəndi ərazisində şiddətli
döyüşlər gedir. İtkilər olur...
19 iyul 1993-cü il - Azərbaycan ordusunda korpus sistemi ləğv olunur. Yeni
yaradılan səhra cəbhəsi sistemi özünü doğrultmur. Cəbhə mövqeyindəki hərbi
hissələr iflic vəziyyətə düşür...
19 iyul 1993-cü il - Cəbrayıl rayonunun
Quşçular kəndi ermənilər tərəfindən
güclü atəşə tutulur...
19 iyul 1993-cü il - Erməni silahlı qüvvələri Dağlıq Qarabağ hüdudlarından
10 km kənarda yerləşən Ağdam şəhəri istiqamətində irəliləyə bilir.
Novruzlu,
Xıdırlı, Qiyaslı kəndləri yaxınlığında şiddətli döyüşlər gedir. İtkilər olur...
20
iyul 1894-cü il - Qaçaq Nəbinin qardaşı
Mehdi Gürcüvan kəndində hö
kumət casusları tərəfindən öldürülür...
20
iyul 1918-ci il - Naxçıvanın Vayxır kəndinə basqın edən erməni terror
çuları ələ keçən dinc sakinləri amansızlıqla qətlə yetirirlər. Çox az bir qisim
adam qaçaraq
Sulu dərə və
Yel suyu adlanan zağaya dolub bu qırğından ca
nını qurtara bilir...
20
iyul 1921-ci i l - Azərbaycan K (b)PM K Siyasi
Bürosu və Təşkilat Bürosu
muxtar vilayətin konstitusiyasının hazırlanması üçün komissiya yaradır...
20
iyul 1988-ci il - SSRİ Ali Soveti Rəyasət Heyəti Qarabağın ədalətli həllinə
zidd olan və ikili standarta əsaslanan qərar qəbul edir...
20
iyul 1991-ci il - Milli Qəhrəman
Vüqar Tofiq oğlu Hüseynov erməni
ya
raqlıları ilə döyüşdə həlak olur...
20
iyul 1991-ci il - Zəngilan rayonunun
Ağbənd yaşayış məntəqəsi ermənilər
173