Nazim Tapdıqoğlu
15 avqust 1919-cu il - Erməni terrorçuları Ərzurumda şəhərin 426 günahsız
dinc sakinini diri-diri yandırırlar...
15 avqust 1950-ci il - Görkəmli filosof, ictimai xadim, akademik Heydər
Nəcəf oğlu Hüseynov müəmmalı şəkildə intihar edir...
15 avqust 1989-cu il - Erməni yaraqlıları saat 23.00 radələrində Sırxavənd
kəndinə basqın edirlər...
15 avqust 1992-ci il - Cəbrayıl cəbhəsində uğursuz "Şişqaya əməliyyatı" hə
yata keçirilir. 40 nəfər Azərbaycan əsgəri həlak olur, 110 nəfər isə yaralanır...
15 avqust 1992-ci il - Cəbrayıl rayonu istiqamətində, erməni quldurları ilə
döyüşdə Şişdağ deyilən ərazidə güclü hücum zamanı Azərbaycan əsgərləri -
Ələddin Şükür oğlu Həşimov (Saatlı), Əli Səlim oğlu Məhəmmədov (Saatlı), Hə-
bibulla Musa oğlu Suliyev (Saatlı), Füzuli Qulu oğlu Zamanov (Cəbrayıl, Balyand
kəndi), Natiq Kənan oğlu Süleymanov (Gəncə), Əligürşad Ağacavad oğlu Cava
dov (Saatlı), Ramiz Süleyman oğlu Xudiyev (Cəbrayıl, Daş Veysəlli kəndi), Azər
Hümbət oğlu Aslanov (Cəbrayıl, Daş Veysəlli kəndi), Elşən Güloğlan oğlu Al
lahverdiyev (Cəbrayıl, Mərcanlı kəndi), Mirsəyab Zülfüqar oğlu Bayramov (Bakı
şəhəri, Nizami rayonu), Bayram Fəxrəddin oğlu Məmmədov (Gəncə), Sərbaz Al
lahqulu oğlu Zeynalov (Bakı şəhəri, Sabunçu rayonu), Rövşən Həsən oğlu Əliyev
(Gəncə), Pənah Kamran oğlu Şükürov (Cəbrayıl, Çərəkən kəndi), Mahmud
Həbib oğlu Allahverdiyev (Cəbrayıl, Çullu kəndi), Murad İsmayılxan oğlu Meh
balıyev (Saatlı), Murad Dövlət oğlu Muradov (Saath), Savalan Ömər oğlu Quliyev
(Cəbrayıl, Daş Veysəlli kəndi), Faiq Nazim oğlu Mehdiyev (Cəbrayıl), Sahib
İslam oğlu Quliyev (Cəbrayıl, Qaracallı kəndi), Alış Alışan oğlu Məmmədov
(İmişli), Nazir Ələkbər oğlu Məmmədov (Bakı), Şahin Yaqub oğlu Qasımov
(Cəbrayıl, Karxulu kəndi), Zahid Aydın oğlu Əsgərov (Saatlı), İlqar Məcid oğlu
Qasımov (Sabirabad), Asəf Ağası oğlu Məmmədov (Gəncə), Arif Şamxal oğlu
Hüseynov (Cəbrayıl, Daşkəsən kəndi), Hafiz Maarif oğlu Əliyev (Bakı şəhəri,
Nərimanov rayonu), İlqar Qabil oğlu Məmmədov (Bakı), Salman Yolçu oğlu
Həsənov (Sumqayıt), Firdovsi Əmrah oğlu Osmanov (Gəncə) və daha bir neçə
nəfər həlak olur, 100 nəfərdən çox əsgərimiz isə yaralanır...
15 avqust 1992-ci il - Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində
də döyüş əməliyyatı keçirilir. Taqım komandiri Elxan Bayandır oğlu Yusifov və
digər 10 nəfər həlak olur, 15 nəfər yaralanır. 814 saylı hərbi hissənin şəxsi heyəti
səhər saat 8.20-də kəndi ermənilərdən təmizləyir. Kömək gəlmədiyi üçün əsg
ərlərimiz günortadan sonra düşmənin güclü hücumu qarşısında davam gətirmə
yib geri çəkilməyə məcbur olur...
15 avqust 1992-ci il - Füzuli-Yuxarı Veysəlli, Məngələnata-Üçbulaq və
Füzuli-Məlikcan (Xocavənd rayonu) istiqamətlərində hücumlar zamanı füzulili
192
Azərbaycan faciələrinin təqvimi
igid əsgərlər - Azadi Qara oğlu Əliyev, Tərlan Zakir oğlu Əliyev, Nizami Müşfiq
oğlu Əmirov, Marks İbad oğlu Hacıyev, Ernest Yusif oğlu Hüseynov, Nazim
Məhiş oğlu Quliyev, Mahir Sayuz oğlu Mikayılov, İlyas Mehralı oğlu Sultanov,
Elxan Bayandır oğlu Yusifov, Muğan Gəray oğlu Əliyev, Azər Qara oğlu Əhmə
dov, Şikar Qara oğlu Əhmədov, Aydm İldırım oğlu Gülüşov, Qeyrət Məcnun oğlu
İbişov, Azər Həmid oğlu Soltanov, Zeynal Sadıq oğlu Zeynalov, Alim İbrahim
oğlu Məmmədov, Səfa Məmmədxan oğlu Məmmədov həlak olurlar...
15 avqust 1993-cü il - Xocavənd rayonunun Quşçular, Sur və Daşbaşı kənd
ləri ərazilərindəki ermənilərlə baş verən döyüşdə cəbrayıllı igidlər - Rantiq
Novruz oğlu Məmmədov, Rüfət Rəvan oğtu Məmmədov, Faiq Fərman oğlu Məm
mədov, Elsevər Kalbalı oğlu Mirzəyev, Qərib Mehdi oğlu Mirimov, Mətləb Əvəz
oğlu Rəhimov, Mədət Mürşüd oğlu Rüstəmov, Cəbrayıl Əli oğlu Sevdimahyev,
Fərhad İdris oğlu Fərhadov, Bayram Məhyəddin oğlu Fərhadov, Arif Məhəmməd
oğlu Fərhadov, Hafiz Məhəmməd oğlu Fətəliyev, Nurəddin Məbəmmədəli oğlu
Fətullayev, Yusif Musa oğlu Hüseynov, Həsən Hüseyn oğlu Hüseynov, Zahid
Əvəz oğlu Abdullayev, Ramiz Eldar oğlu Ağayev, Elçin Eldar oğlu Abdullayev,
Samir Qədir oğlu Alıyev, Aydın Tapdıq oğlu Quliyev, Teymur Eyvaz oğtu Eyva
zov, Etibar İslam oğlu Əliyev, Süleyman İbrahim oğlu Əmirxanov, Müslüm
Cəmil oğlu İmanov, Elman Bəhram oğlu Yusifov, Vahab Yaşar oğlu Kazımov,
Rəfayıl Məhəmməd oğlu Gülməmmədov, Qədir Sərxan oğlu Məlikov, Murad
Hafiz oğlu Cəfərov, Rövşən Bəhlul oğlu Şəmilov, Səxavət Möhübbət oğlu Həsrə-
tov, Məhəmmədəli Səməd oğlu Həsrətov həlak olur. Onların əksəriyyətinin baş
ları kəsilir...
15 avqust 1993-cü il - Düşmən Füzuli rayonunun Aşağı Veysəlli, Dördlər və
Yuxarı Yağlıvənd kəndlərini, eləcə də Cəbrayıl rayonunun Zamzur, Sur, Bana-
zur, Quşçular, Qışlaq, Doşulu, Qaracallı, Süleymanlı, Balyand, Əfəndilər kənd
lərini işğal edir. Çox keçmir ki, düşmən Cəbrayıl şəhərinin 2 kilometrliyinə
yaxınlaşır. Sirik və Mülkədərə istiqamətlərində ağır döyüşlər gedir. Ölənlər və
yaralananlar olur...
15 avqust 1993-cü il - Erməni silahlı dəstələri Cəbrayıl rayonunun Qaracallı
və Balyand kəndlərinə hücum edirlər. Balyand kənd sakinləri Səkinə Heydər
qızı Vəliyeva, İsa Surxay oğlu Hüseynov və kənd orta məktəbinin müəllimi Oruc
Həmzə oğlu Babaşov qətlə yetirilirlər. Qaracallı kənd sakini Nizami Cümşüd
oğlu Alışov girov götürülür...
15 avqust 1993-cü il - Hərəkül kəndi ərazisində Cəbrayıl rayonunun Hovuslu
kənd sakinləri Səxavət Möhübbət oğlu Həsrətov, Məhəmmədəli Səməd oğlu
Həsrətov, Sofulu kənd sakini Qərib Mehdi oğlu Mirimov ermənilər tərəfindən
qətlə yetirilir...
193
Dostları ilə paylaş: |