Nazim Tapdıqoğlu
15 avqust 1993-cü il - Cəbrayıl şəhəri ermənilər tərəfindən müxtəlif növ si
lahlardan güclü atəşə tutulur. Şəhər sakini Nizami Fili oğlu Əliyev həlak olur.
Xeyli sayda şəhər sakini yaralanır...
16 avqust 1473-cü il - Ağqoyunlu şahzadəsi, görkəmli sərkərdə, Uzun Hə
sənin oğlu Zeynal Mirzə Tərcanda öldürülür...
16
avqust 1905-ci il - Ermənilərlə azərbaycanlılar arasında Şuşa şəhərində
küçə döyüşləri başlayır. Qara adh bir müsəlman, Abbas bəyin oğlu, qardaşı, xid
mətçisi və bir neçə azərbaycanh ermənilər tərəfindən qətlə yetirilir...
16 avqust 1905-ci il - Bakı fəhlələrinin ümumi tətili keçirilir...
16
avqust 1906-cı il - Ümumrusiya müsəlmanlarının bir həftə davam edən
III Qurultayı keçirilir...
16 avqust 1912-ci il - Gəncə şəhərində Tiflis kommersiya bankının şöbəsi
açılır...
16
avqust 1989-cu il - Xankəndində ermənilər «Dağlıq Qarabağ əhalisinin
qurultayvmı
keçirir. Şura (79 nəfər) və Rəyasət Heyəti (12 nəfər) yaradılır.
SSRİ xalq deputatı Voçaqan Qriqoryan Heyətin sədri seçilir. Qurultay Dağlıq
Qarabağı «müstəqilittifaq ərazisi»
elan edir...
16 avqust 1990-cı il - Füzuli şəhəri ilə Dövlətyarlı kəndi arasındakı körpü
erməni terrorçusu tərəfindən partladılır. Ağdam ilə əlaqə çətinləşir...
16
avqust 1991-ci il - Ermənilər DQMV-nin Azərbaycandan ayrılması haq
qında qərar çıxarırlar...
16 avqust 1992-ci il - Milli Ordunun könüllü əsgəri, 5 uşaq atası Telman Ba
bayev Əliağalı kəndindən bir neçə kilometr kənarda - Sırxavənd kəndi yaxınlı
ğındakı "Muradlar çinarı" deyilən yerdə erməni yaraqlıları ilə döyüşdə həlak
olur...
16 avqust 1992-ci il - Ağdam şəhəri, Abdal-Gülablı, Əhmədavar kəndləri er
mənilər tərəfindən atəşə tutulur. Yaralananlar və dağıntılar olur...
16 avqust 1993-cü il - Erməni yaraqlıları Cəbrayıl rayonunun Süleymanlı
kəndinə basqın edirlər. Dinc kənd sakinləri Saday Misirxan oğlu Cəbrayılov,
Əyyub Şərif oğlu Xudiyev və kənd icra nümayəndəsi Müzəffər Qəzənfər oğlu
Əsgərov qətlə yetirilir. Şükür Yaşar oğlu, Camal Soltan oğlu, Azər Zabit oğlu
girov götürülür...
17 avqust 1905-ci il - Ermənilər Şuşada Köçərli və Xəlfəli məhəllələrində 18
evi yandırıb əhalisini qətlə yetirirlər...
194
Azərbaycan faciələrinin təqvimi
17 avqust 1918-ci il - Daşnaq terrorçular Zəngəzur qəzasının Vağudi kən
dində amansız qətliamlar törədirlər. 400 nəfər dinc kənd sakini sığındıqları kənd
məscidində diri-diri yandırılır. Qədimə Tahir qızının döşü kəsilərək körpə bala
sının ağzına tıxanır. Nisə Aman qızı, Sona Cəfərqulu qızı da daxil olmaqla 15
qız alçaldılıb təhqir edilərək qətlə yetirilir. Gülbəsti Qasım qızının döşlərini kəsib
bel sümüyündən asırlar...
17 avqust 1918-ci il - İngilis Denstervil öz ştabı və qoşunları ilə birlikdə Ba
kıya gəlir...
17 avqust 1939-cu il - Ceraberd rayonu Mardakert, Dizaq isə Hadrut adlan
dırılır...
17 avqust 1990-cı il - Erməni terrorçuları Qazax rayonunun Yuxarı Əskipara
kəndinə hücum edirlər. F. Mehdiyev qətlə yetirilir; V. Həsənov və N. Eminov
ağır yaralanırlar...
17
avqust 1990-cı il - Qazax rayonu ərazisində bir nəfər azərbaycanh ermə
nilər tərəfindən vəhşicəsinə qətlə yetirilir...
17 avqust 1992-ci il - Keçmiş Ağdərə rayonunun Drmbon kəndi və həmin
kəndin yüksəklikləri uğrunda şiddətli döyüşlər gedir...
17 avqust 1992-ci il - Naxçıvanlı döyüşçülər - Eldar Əsəd oğlu Qənbərov,
Murad Hüseynqulu oğlu Musayev Xorxat yüksəkliyi uğrunda döyüşlərdə həlak
olurlar...
17
avqust 1992-ci il - Cəbrayıl istiqamətində Sur, Süleymanlı, Qışlaq, Quş
çular kəndləri ermənilər tərəfindən atəşə tutulur...
17 avqust 1993-cü il - Erməni daşnaqları tərəfindən Füzuli rayonunun Qacar
kəndindən olan 25 dinc sakin öz doğma ev-eşiyini tərk etmək istəmədiklərinə
görə vəhşicəsinə güllələnirlər. Kənd dağıdılır. Əhalinin əmlakı qarət olunur...
17 avqust 1993-cü il - Cəbrayıl rayonunun Daşkəsən kəndi ermənilər tərə
findən işğal edilir...
17 avqust 1999-cu il - Türkiyənin İzmit şəhərində dağıdıcı zəlzələ baş
verir. İçərisində azərbaycanlılar da olan 18.000 insan həlak olur; 300.000 adam
evsiz-eşiksiz qalır...
17 avqust 2009-cu il - Saat 10 radələrində Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə
küçəsində yerləşən 3 saylı yataqxanada 1966-cı il təvəllüdlü Esmira Möhübbət
qızı Orucova münaqişə zəminində qonşusu, 1975-ci il təvəllüdlü Vəfa Allahverdi
qızı Talıbovam bıçaqla qətlə yetirir...
17
avqust 2009-cui l -X açm azrayonununЛгги kəndində 2 nəfər yeniyetmə
kənd sakini - 13 yaşlı Elman İlkin oğlu Mirzəyev və onun qohumu, 15 yaşlı Sə
buhi Şahin oğlu Ramazanov saat 19 radələrində Samur-Abşeron
kanalında çi
mərkən boğularaq dünyalarını dəyişirlər...
195
Dostları ilə paylaş: |