Nazim Tapdıqoğlu
oğlu Mehrəliyev Laçın- Bakı
avtomobil yolunun 7-ci kilometrliyində, Qaladərəsi
kəndi ərazisində erməni yaraqlıları tərəfindən qətlə yetirilir...
12 avqust 1991-ci il - Erməni yaraqlı terrorçuları Kəlbəcərin Sanyel yay
lağına basqın edir. Milis starşinası A. Ələkbərov həlak olur, digər milis işçiləri
-İ. Qurbanov və /. Cəfərov yaralanırlar...
12 avqust 1992-ci il - Cəbrayıl bölgəsindəki Sur (Xocavənd) və Doşulu kənd
ləri ermənilər tərəfindən güclü atəşə tutulur...
12 avqust 1992-ci il - Milli Qəhrəman Akif Abbas oğlu Əkbərov Sarıyer ad
lanan ərazidə erməni quldurları ilə döyüşdə həlak olur...
13 avqust 1903-cü il - Axşam saat 7 radələrində Gümrüdə xristian provaslı-
ğmdan dərs deyən türk əsilli protoierey (baş keşiş)
Vasilov şəhər küçələrinin bi
rində ermənilər tərəfindən öldürülür...
13
avqust 1906-cı il - Ermənilər Zəngəzurun Atqız kəndində silahsız camaatı
qırırlar. Təkcə iki qaya yeri arasından 62 qadın, bir palaz arasından kəsilmiş
15 uşaq başı tapılmışdır. Bu qadın və uşaqlara imdad diləyən 90 yaşlı ağsaqqal
Həsən Əfəndi terrorçular tərəfindən tikə-tikə doğranır...
13 avqust 1989-cu il - Şuşa şəhərinin su kəməri və Əsgəran dəmiryol platfor
ması ermənilər tərəfindən partladılır...
13 avqust 1992-ci il - Cəbrayıl cəbhəsində ağır döyüşlər gedir. İtkilər olur...
13 avqust 1993 - cü il - Füzuli və Cəbrayıl rayonları istiqamətində erməni
yaraqlıları bir neçə kəndə basqın edirlər. Tələfat və dağıntılar olur...
14 avqust 1804-cü il - Abbas Mirzənin başçılığı ilə İran qoşunları Suregüldə
ruslarla qarşılaşır. Hər iki tərəf çoxlu sayda itki verir...
14
avqust 1906-cı il - Oxçu-Şəbadək dağları ermənilər tərəfindən zəbt edilir.
Əhali Saqqarsuya tərəf çəkilir. Kənddə qalan əlsiz-ayaqsızlar vəhşicəsinə qətlə
yetirilir. Ermənilər Saqqarsuya da hücum edib əhalini qırırlar. Molla Həsən
Əfəndi əhatəsində bir neçə arvadla əllərində "Quran"
ermənilərin qabağına çı
xırlarsa da, o qansızlar rəhmə gəlməyərək hamını vəhşicəsinə öldürürlər. Qu
ranları süngülərə keçirirlər. Sağ qalan çox az adam başqa kəndlərə qaçır...
14 avqust 1910-cu il - Məşrutə inqilabı tarixində qara ləkələrin biri - Ətabək
parkında qanlı və qəmli faciə törədilir...
14
avqust 1990-cı il - Ağdam-Şuşa avtobusu ermənilər tərəfindən daşa ba
sılır. Sürücü M.Əliyev başından ağır yaralanaraq xəstəxanaya düşür...
14 avqust 1991-ci il - Zamzur kəndi (Xocavənd rayonu)
ərazisində qaba
190
Azərbaycan faciələrinin təqvimi
yem tədarükündən qayıdan kolxoz əməkçilərinə erməni yaraqlıları tərəfindən
basqın edilir. Kənd sovetinin katibi Arzuman Pənah oğlu İbrahimov, sürücü
İmran Cavanşir oğlu Dünyamahyev, kolxozçu Aydm Məmmədov qətlə yetirilir...
14 avqust 1991-ci il - Ağdam-Şuşa avtomobil yolunda maşın karvanı erməni
yaraqlıları tərəfindən atəşə tutulur...
14 avqust 1991-ci il - Goranboy qauonunun Erkəc və Başqışlaq kəndləri
atəşə tutulur; 1 nəfər yaralanır...
14 avqust 1992-ci il - Ağdam şəhəri, Gülablı, Əliağalı, Papravənd, Şelli və
Papravənd kəndləri ermənilər tərəfdən güclü atəşə tutulur. Dağıntılar, ölənlər
və yaralananlar olur...
14 avqust 1994-cü il - Erməni ideoloqu Z.Balayan "Vətən qarşısında göstər
diyi xidmətlərə görə" "Müqəddəs Georgi"
ordeninə layiq görülür...
14 avqust 2000-ci il - Xankəndində "Dağlıq Qarabağ haqqında müstəil kon
sepsiya" adlı siyasi sənədin "Regional təhlükəsizliyin təmin olunması"
mövzu
sunda müşavirəsi keçirilir...
15 avqust 1060-cı il - Toğrul bəy Təbrizi mühasirəyə alır. Azərbaycan hakimi
Məmlan Vəhsudan oğlu səlcuqlarm hakimiyyətindən imtina edir. Çox keçmir
ki, Məmlan istiqlaliyyətini itirir...
15 avqust 1124-cü il - Çar IV David Şirvana hücum edərək Şamaxını, Bu-
ğurd qalasını və Şirvanın başqa mərkəzlərini tutub qala və şəhərlərdə öz qarni
zonlarını saxlayır...
15
avqust 1463-cü il - Trabzon imperiyasının varlığına son qoyulur. Bununla
da Ağqoyunlu dövləti həm müttəfiqlərindən birini, həm də Qara dənizə olan
yeganə çıxış yolunu itirir...
15 avqust 1722-ci il - Rus eskadrası Dərbəndi ələ keçirir...
15 avqust 1905-ci il - Ümumrusiya müsəlmanlarının qalmaqallı I Qurultayı
keçirilir...
15 avqust 1906-cı il - Qapan dərəsində - Saqqarsuda erməni yaraqlıları 62
nəfər müsəlman övrət və uşaqlarını vəhşicəsinə qətlə yetirirlər...
15 avqust 1906-cı il - Artıq bir həftədir ki, müsəlmanların yaşadıqları Xələc,
Karxana, Qatar, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Moltalar, Batuman, Oxçu,
Şəbədək, Atqız, Pürdavud, Zutul, Guman, İyilti, Sənalı, Minənəvur, Fərcan, Qa-
laboynu, Əcəbli, Buğacıq kəndləri ermənilər tərəfindən dağıdılıb talan edilir.
Ötən 6 gün ərzində müsəlmanlar 200 nəfərdən çox itki vermişlər...
15 avqust 1919-cu il - Erməni silahlıları Naxçıvan qəzasında 3 kəndli ailəsini
amansızlıqla qətlə yetirirlər...
191
Dostları ilə paylaş: |