Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə61/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   57   58   59   60   61   62   63   64   ...   112

Nazim Tapdıqoğlu
tərəfindən atəşə tutulur.  Ölənlər və yaralananlar olur...
20 iyul 1991-ci il - Goranboy rayonunun Erkəc və Mənəşli kəndləri yaxınlı­
ğındakı daxili xidmət qoşunlarının postuna ermənilər tərəfindən basqın edilir. 
Ölənlər  və  yaralananlar  olur.  Todan  kəndi ərazisindəki  atışmada isə  1  nəfər 
həlak olur, 7 nəfər yaralanır...
21  iyul  1723-cü il - Bakı limanı çətinliklə olsa da ruslar tərəfindən tutulur. 
4 batalyon rus qoşunu şəhərin cənub tərəfindən sahilə çıxır...
21  iyul  1903-cü il - Bakıda keçirilən ilk ümumi siyasi tətil başa çatır...
21  iyul  1905-ci il - «Daşnaksütyun» partiyasımn tapşırığı ilə daşnak Xristofor 
Melikyan qızı Rubina ilə birlikdə İstambulda Həmdiyer məscidinin qarşısında 
Cümə namazından çıxan  Sultan Əbdül Həmidə sui-qəsd edirlər.  Bomba part­
layışı nəticəsində namazdan çıxan 26 müsəlman ölür,  58 müsəlman isə yarala­
nır...
21 
iyul  1923-cü il - Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Soveti­
nin Rəyasət Heyətinin iclası keçirilir.  DQMV haqqında əsasnamə hazırlamaq 
üçün komissiya yaradılır...
21  iyul  1988 -ci il - Erməni terrorçuları Kalinino qəsəbəsində qəssab işləyən 
Qaraboğaz Məhəmmədi qətlə yetirirlər...
21  iyul  1990-cı il - Ağdam rayonunun Cinli kəndi ermənilər tərəfindən atəşə 
tutulur.  Dağıntılar olur...
21 
iyul  1990-cı il -  Kəlbəcər-Ağdərə avtomobil yolunda sərnişin avtobusu 
ermənilər tərəfindən gülləbaran edilir. nəfər həlak olur,  13 nəfər yaralanır...
21  iyul  1990-cı il -  Erməni silahlı  quldurları  Qubadlı rayonunun  Tarovlu 
kəndinə basqın edir. 22 yaşlı kənd sakini Şirzad Həsənov qətlə yetirilir. Sovxoz 
direktoru Nümayiş Mehdiyev və daha bir neçə nəfər ağır yaralanır...
21  iyul  1991-ci il - Axşam  saat  18-də erməni yaraqlı quldurları  (“Tiqran 
M ets” adlı daşnaq terror dəstəsi) Laçın rayonu yaylağında,  Əriməz dağı ətra­
fında qanlı cinayət aktı törədərək nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirir. 
20 alaçıq yandırılır.  Erməni soyğunçular 13.000  baş qoyunu, 29  baş qaramalı, 
27 atı oğurlayaraq götürüb aparırlar...
21  iyul  1992-ci il - Sur kəndi  ermənilər tərəfindən güclü atəşə məruz qalır...
21 
iyul  1992-ci il - Əliağalı, Qaraşlar kəndləri və Ağdam şəhəri ermənilər tə­
rəfindən atəşə tutulur...
21  iyul  1992-ci il -  Milli Ordunun  igid əsgərləri  Şahvələd və İbrahim Əvəz 
oğlu  Cəfərov qardaşları  Ağdərə  bölgəsində baş verən döyüşlərdə şəhid olur­
lar...
174
Azərbaycan faciələrinin təqvimi
21 
iyul  1993-cü il - Ağdam şəhəri ermənilər tərəfindən raket və toplardan 
güclü atəşə tutulur. Erməni silahlı qüvvələri  3 istiqamətdə Ağdam şəhəri üzərinə 
yenidən güclü hücuma keçir. Şəhər artıq mühasirəyə düşür. Dağıntılar və tələfat 
olur...
21  iyul  1993-cü il - Erməni silahlı birləşmələri Ağdam rayonunun Muğanlı 
vsŞıxbabalı kəndlərini işğal edir...
21 
iyul  1993-cü  il  -  Ağdam rayonunun  Çuxurməhlə,  Əhmədavar,  Mərzili 
kəndləri ərazilərində şiddətli döyüşlər gedir. İtkilər olur...
21  iyul  1993-cü il - Goranboy döyüşlərində ucarlı igidlər - Rayət İslam oğlu 
Abdullayev və Füzuli Paşa oğlu Əhmədov həlak olurlar...
22  iyul  1903 -cü il -Bakıda keçirilən ilk ümumi siyasi tətil başa çatır...
22 
iyul  1918-ci il - Naxçıvanın Cəbri kəndinə basqın edən erməni terrorçuları 
namaz vaxtı ibadətlə məşğul olan kəndin əhalisini  4 məsciddə qırırlar...
22 
iyul  1992 - ci il - Cəbrayılın Sur kəndi ermənilər tərəfindən atəşə tutulur. 
Dağıntılar olur...
22 
iyul  1992 -ci il - Əliağalı,  Qaraşlar kəndləri  və Ağdam  şəhəri  ermənilər 
tərəfindən  atəşə tutulur.  Ciddi dağıntılar olur...
22 
iyul  1993-cü il - Tərtər rayonunda ermənilər tərəfindən törədilmiş part­
layış nəticəsində  5  nəfər azərbaycanlı həlak olur,  18  nəfər yaralanır...
22 
iyul  1993-cü il - Qazax rayonunun mərkəzində ermənilər tərəfindən tö­
rədilən partlayış nəticəsində  6  nəfər həlak olur,  10  nəfər yaralanır...
22  iyul  1993-cü  il -  İgid,  vətənpərvər döyüşçü Vüqar  Şahlar oğlu Abbasov 
Ağdamın müdafiəsində həlak olur...
22  iyul  1993-cü  il  -  Düşmən  Füzuli rayonu  istiqamətində  Cuvarlı,  Qoçəh- 
mədli kəndlərini işğal etdikdən sonra Cəbrayıl-Füzuli
 
avtomobil yolunu kəsməyə 
səy göstərir...
22 
iyul  1993-cü il - Erməni silahlı birləşmələri Ağdam şəhəri istiqamətində 
yenidən irimiqyaslı hücuma keçir.  Şəhərin qərb hissəsi düşmən tərəfindən zəbt 
edilir. 40 nəfər dinc sakin,  20 nəfər əsgər həlak olur,  100-dən çox adam yarala­
nır. Xıdırlı,  Qıyaslı, Muradbəyli,  Çuxurməhlə, Sarıhacılı kəndləri tam işğal edilir. 
Vəziyyət son dərəcə gərgin olaraq qalır.  Zəbt edilmiş yaşayış məntəqələrindən 
Mərzili,  Novruzlu,  Yusif canlı və s.  kəndlərin ərazilərindən erməni  yaraqlıları 
bir neçə istiqamətdən Ağdam şəhərinə soxulmağa can atır. Döyüşlər şəhərin lap 
həndəvərində gedir...


Nazim Tapdıqoğlu
23 
iyul  1730-cu il - Osmanlı sultanlığı Nadirin qələbələrindən təşvişə düşərək 
Səfəvi dövlətinə rəsmən müharibə elan edir...
23  iyul  1991-ci il - Erməni terrorçuları Əsgəran (Xocalı) rayonunun Cəmilli 
kəndinə  basqm  edirlər.  Kənd ermənilər tərəfindən qarət olunur.  Çoxlu sayda 
azərbaycanlı qətlə yetirilir...
23 
iyul  1991-ci il - Silahlı ermənilər Tuğ kəndinin yaxınlığında azərbaycanlı 
milis işçilərunə hücum edirlər. Özünümüdafiə dəstəsinin könüllü döyüşçülərindən 
olan 23 yaşlı Oqtay Dərgah oğlu Hüseynov və 22 yaşlı Amil Əvəz oğlu Yusifov 
güllələnir. Sonra onların cəsədləri ermənilər tərəfindən vəhşicəsinə doğranılır...
23  iyul  1991-ci il - Hadrut rayonunun  (indiki Xocavənd rayonu)  Tuğ kəndi 
yaxınlığında Tuğ milis bölməsinin 1 nəfər əməkdaşı və 1 nəfər yerli sakin erməni 
quldurları tərəfindən qətlə yetirilir...
23 
iyul  1993-cü il - Günortaya qədər və günorta Ağdamın mərkəzi küçələ­
rində şiddətli döyüşlər gedir. Nəhayət, qızğın döyüşlərdən sonra Qarabağın bəy 
otağı sayılan Ağdam rayonu  (şəhəri)  təxminən  saat 17.00 radələrində erməni 
silahlı  qüvvələri  tərəfindən  işğal  edilir.  Beləliklə,  döyüşkənliyi ilə  Qarabağın 
düşmən çəpərlərindən biri  hesab  edilən,  160.  000 nəfər əhalisi  olan  Ağdam 
rayonu  da uzun mübarizədən sonra düşmən əlinə keçir...
23  iyul  1993-cü il - Keçmiş Ağdərə bölgəsinin Haterk,  Levonarx,  Lüləsaz, 
Malakanlar  kəndlərinin  ermənilərdən  azad  olunması  uğrunda  gedən  qanlı 
döyüşlərdə igid tərtərli döyüşçülər - Əzim Miri oğlu Cahangirov, Mahir Yelmar 
oğlu Əsədov, Talib Əli oğlu Şəldiyev, Mustafa Rəhim oğlu Quliyev, Etibar Albert 
oğlu Heydərov həlak olurlar...
23 
iyul  1993-cü il -  Ağdam briqadasının  hissələri 42  günlük ağır və üzücü 
müdafiə döyüşlərindən sonra  Ağdam  şəhərini tərk edirlər...
23 
iyul  1993-cü il - Füzuli rayonunun inzibati mərkəzi olan Füzuli şəhəri və 
rayonun ətraf kəndləri ermənilər tərəfindən müxtəlif silahlardan atəşə tutulur. 
Rayonun  Cuvarlı  və  Qoçəhmədli  kəndləri işğal edilir. İtkilər olur...
23  iyul  1993-cü il - Ağdam şəhəri də daxil olmaqla rayonun  Seyidli,  Sarı- 
hacılı,  Bozpapaqlar,  Ətyeməzli,  Keştazlı,  Əhmədavar,  Sarıcalı,  Qarazeynallı, 
Qullar, Kəngərli, Ağdamkənd, Qaradağlı, Muradbəyli,  Əlimərdanlı,  Pərioğullar, 
Tillər,  Çərik,  Açarlı  yaşayış məntəqələri erməni silahlı birləşmələri tərəfindən 
işğal edilir...
23  iyul  2000-ci il - Raket texnologiyası istiqamətində Moskva-Pekin-Yerevan 
(Viktor  Mixaylov+professor  Kim  İen  Sen+Ter-Avakyan qrupu) danışıqları 
aparılır...
176
Azərbaycan faciələrinin təqvimi
24 
iyul  1783-cü il - Kartli-Kaxeti çarlığının Rusiya himayəsinə keçməsi haq­
qında Georgiyevsk müqaviləsi imzalanır...
24 
iyul  1990-cı il -  Azərbaycan  Prezidenti A.Mütəllibov  göstəriş verir ki, 
azərbaycanlı və erməni  kəndləri  arasında  barışıq  müqaviləsi  bağlansın.  Bu 
göstərişə Azərbaycan tərəfi nə qədər cəhd göstərirsə də ermənilər heç bir razılığa 
gəlmirlər. Əksinə, rus əsgərləri Xocalı rayonunun Meşəli kəndində kənd sakin­
lərində olan vur-tut bir-iki  ov tüfəngini də alaraq erməni milislərinə «hədiyyə» 
edirlər...
24  iyul  1991-ci il - Goranboyun Erkəc kəndi ərazisində Başqışlaq kənd sa­
kininin ermənilər tərəfindən eybəcər hala salınmış meyidi tapılır...
24  iyul  1993-cü il - Füzuli rayonunun Cuvarlı kəndi ermənilər tərəfindən ta­
mamilə işğal olunur...
24 iyul 1993-cü il - Erməni hərbi birləşmələri Füzuli və Cəbrayıl istiqamətlə­
rində ələ keçirdikləri kəndlərdən həmin rayonların digər yaşayış məntəqələrini 
də müxtəlif növ silahlardan atəşə tuturlar...
25  iyul  1225-ci il - Xarəzmşah Cəlaləddin Təbrizi tutur...
25 
iyul  1744-cü il - Nadir şah Osmanlılarla müharibə məqsədi ilə Arpa çayını 
keçib Qars qalasının cənubunda yerləşir...
25  iyul  1913-cü il - Bakı fəhlələrinin ümumi tətili başlayır...
25  iyul  1918-ci il - Daşnaq terrorçu dəstələri Şərur bölgəsinin Sədərək, Həm- 
zəli,  Axura,  Mahmudlu,  В ir əli,  Avarı,  Qozluca,  Çivə,  Yuxarı  və Aşağı  Yaycı, 
Zeyla, Dəmirçi kəndlərinə silahlı basqm edərək amansız qırğınlar törədirlər. Bi- 
rəli  kəndində Xədicə  adlı  qızdan  başqa salamat  bir kimsə  qalmır.  A varı kən­
dində  300 nəfər  diri-diri  yandırılır.  Çivə kəndində  200 nəfəri  kənd  məscidinə 
yığıb od vururlar.  Qozluca kəndi şiddətli top atəşinə tutulur...
25 
iyul  1919  -cu  il -  Erməni terrorçuları  Gümrü şəhərində amansız qətllər 
törədirlər...
25 
iyul  1943-cü il - Böyük Vətən müharibəsinin ən böyük vuruşmalarından 
biri  olan və  15  aya  qədər davam edən  Kursk döyüşü başlayır.  Bu qanlı vuruş­
malarda minlərlə igid azərbaycanlı da həlak olur...
25  iyul  1990-cı il - Erməni silahlı dəstələri, könüllü döyüşçüləri, «boyeviklər», 
muzdlular Dağlıq Qarabağda yerləşdirildikdən sonra SSRİ Prezidenti M.S.Qor- 
baçov «SSRİ qanunvericiliyi ilə nəzərdə tutulmamış silahlı dəstələr yaradılma­
sını  qadağan  etmək  və  silah  qanunsuz  saxlandığı  hallarda  onu  geri  almaq 
haqqında» fərman verir. Fərmanın mürəkkəbi qurumamış Azərbaycanın bütün 
rayonlarında və kəndlərində  (Dağlıq  Qarabağın ermənilər yaşayan məntəqələri
177


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə