Nazim Tapdıqoğlu
27 fevral 1827-ci il - Rus qoşunları
İrəvanı mühasirəyə alır. Çoxlu sayda
itkilər verilir...
27
fevral 1917-ci il - Fevral burjua inqilabının qələbəsi ilə Rusiyada mütlə
qiyyət üsul-idarəsinə son qoyulur...
27
fevral 1988-ci il - Sovet İKP MK-nin Baş katibi M.S.Qorbaçov Azər
baycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciət edir...
27 fevral 1988-ci il - Sovet İKP MK-nin məsul işçisi, erməni
Brudens Xan
kəndinə gələrək yalnız erməni liderlərindən ibarət olan çox məxfi bir iclas keçi
rir. O, Moskvaya qayıtdıqdan sonra ermənilər mitinqləri artıq vilayətin digər
rayonlarında da keçirməyə başlayırlar...
27 fevral 1988-ci il - Ermənilər planlı şəkildə hazırladıqları
"Sumqayıt fa
ciəsi"ni həyata keçirirlər. Bu təxribat aktı daşnaq terrorçular tərəfindən fitnə
karlıq məqsədi güdür.
Eduard Qriqoryan, Ohanyan, Samoylov, Pavlovski və
başqa muzdluların iştirakı ilə
32 nəfər
(26 erməni,
6 azərbaycanlı) qətlə yetirilir,
40 nəfər yaralanır...
27 fevral 1990-cı il - Laçın
rayonunun Aşağı və
Yuxarı Cicimli kəndləri er
mənilər tərəfindən
Gorus rayonu ərazisindən fasilələrlə avtomat və pulemyot
lardan atəşə tutulur...
27 fevral 1992-ci il - Firdovsi Fazil oğlu Vəliyev Ağdamın
Şelli kəndindən
bir qədər kənarda -
Qaraqayada pərən-pərən düşmüş Xocalı sakinlərini xilas
edərkən erməni gülləsindən həlak olur...
28 fevral 1918-ci il - Trabzona gedəcək nümayəndə heyətinin birgə iclası
keçirilir. İclasda erməni nümayəndələri Türkiyə Ermənistanı üçün muxtariyyət
tələbi haqqında danışıb Osmanlı dövlətinin
Qars, Batum, Ərdahana olan iddia
sının rədd edilməsinin hüquqi əsasının olmadığını söyləyir. Bu,
Türkiyənin daxili
işlərinə müdaxilə idi...
28 fevral 1919-cu il - Erməni quldur dəstələri
Seyid Kotanlı, Xaraba Kotanlı,
Şaqaib azərbaycanlı kəndlərində əhalini qırıb-çatırlar. Meyidlər təhqir edilərək
qarınları yırtılır, gözləri çıxarılır, qulaqları kəsilir...
28
fevral 1919-cu il - Hökumətin qərarı ilə Naxçıvan general-qubernatorluğu
yaradılır. Andranikin buradakı özbaşınalığına son qoyulur. Amma türk ordusu
Naxçıvandan (
Qafqazdan) çıxdıqdan sonra vəziyyət yenidən kəskinləşir. And
ranikin quldur dəstəsi Gorusdan
Dıx kəndinə yollanır. Həmin dəstədən
400
nəfər Akara kəndi istiqamətində azərbaycanlılar yaşayan kəndlərə hücum edir
56
Azərbaycan faciələrinin təqvimi
lər. Öldürülmüş azərbaycanlıların cəsədləri eybəcər hala salmır, evləri yandırılır,
əmlak və mal-qaraları talan edilir...
28
fevral 1992-ci il - Prezident fərmanı ilə Qarabağ zonası üzrə Silahlı Qüvvə
lərə komandanlıq o qədər də təcrübəsi olmayan
Dadaş Rzayevə, Ağdam şəhə
rinin komandanlığı isə Ağdam DİŞ-nin rəisi
Rəşid Məmmədova tapşırılır...
28 fevral 1992-ci il - Xocalıdan qaçıb canını qurtarmaq istərkən güllələr ilə
öldürülmüş azərbaycanlıların bəzisinin müxtəlif bədən orqanları erməni qani
çənləri tərəfindən kəsilərək götürülür...
28 fevral 1992-ci il - Döyüşlərdə göstərdikləri fəallığa, fədakarlığa görə S.Pri-
myan və Z.əl-Məhəmməd yüksək mükafata -
"Qızıl Xaç" ordeninə layiq
görülürlər...
28 fevral 1992-ci il - Füzuli şəhəri ermənilər tərəfindən qrad qurğularından
güclü atəşə tutulur.
B.Sərdarov ilə
28 May küçələrinin kəsişdiyi ərazi,
“Şəlalə”
restoranının yaxınlığı dağıntılara məruz qalır...
28 fevral 1992-ci il - Ağdam şəhəri
19:30-da ermənilər tərəfindən qrad
qurğularından atəşə tutulur. Ciddi dağıntılar baş verir.
2 nəfər həlak olur,
2
nəfər yaralanır. Mərmi yağışı bir saatdan sonra yenə davam edir. Daha
10 nəfər
dinc sakin həlak olur...
28 fevral 1993-cü il - Şimali Qafqazın
Qudermes stansiyası yaxınlığında
"Kis-
lovodsk-Bakı" sərnişin qatarı erməni terrorçuları tərəfindən partladılır; 11 nəfər
həlak olur,
18 nəfər yaralanır...
28 fevral 1993-cü il - Füzuli rayonunun
Aşağı Veysəlli və Ağdam rayonunun
Mərzili kəndlərindən olan erməni əsarətində əzablı işgəncələr çəkmiş 6 girov
dəyişdirilir...
29 fevral 1992-ci il - Azərbaycanın Milli Qəhrəmanı, Xocalının igid oğlu
Tofiq Mirsiyab oğlu Hüseynov ayağından yaralansa da, düşmən əlinə diri keç
məmək üçün sonuncu qumbarasını partladaraq özünü öldürür...
29 fevral 1992-ci il - Azərbaycanın Milli Qəhrəmanı
Yavər Yaqub oğlu Əliyev
idarə etdiyi
Mİ-24 vertolyotu ilə havaya qalxarkən qəzaya uğrayaraq həlak
olur...
57
Nazim Tapdıqoğlu
M A R T
1
mart 1992-ci il - Erməni terrorçuları Xocalıdan əsir götürdükləri
120 nəfəri
güllələyirlər...
1
mart 1992-ci il - Xocalı şəhidləri
Ağdam qəbiristanlığında torpağa tapşırı
lırlar. Meyid və girovların geri alınması üçün tədbirlər görülür. Ermənilər
Ağdam rayonunun sərhəd kəndlərindən 83 baş xırdabuynuzlu heyvan aparır
lar...
1 mart 1992-ci il - Xocalı faciəsi ilə bağlı ermənilərin ruslarla əlaqələrinə
dair sənədlərin böyük bir qismi Zaqafqaziya Hərbi Dairəsinin aviasiya koman
danı, general-mayor
S.Lukaşovun əmrilə yandırılır...
1
mart 1992-ci il - Şiraslan Qaçay oğlu Nəsibov Qazançı kəndi uğrunda
döyüşdə həlak olur...
1 mart 1993-cü il - Cəbrayıl, Füzuli, Ağdam rayonlarının əraziləri ermənilər
tərəfindən atəşə tutulur. Tələfat və dağıntılar olur...
•2 mart 1240-cı il - Görkəmli Azərbaycan mütəfəkkiri, alim, həkim, qazi, xey
riyyəçi
Şəmsəddin Əbdülabbas Əhməd ibn Xəlil ibn Cəfər ibn İsa Bərməki Xoylu
müəmmalı şəkildə ölür...
2 mart 1903-cü il- Bakıda
siyasi nümayiş keçirilir...
2
mart 1917-ci il - Fevral burjua inqilabının qələbə xəbərindən sonra Bakıda
çoxminli
mitinq və
nümayişlər keçirilir...
2
mart 1921-ci il - Azərbaycan K(b)P M K Siyasi Bürosunun iclasında Qa
rabağ üsyanının yatırılması üçün
Ə. Qarayevin rəhbərliyi altında Azərbaycan
hissələri göndərilir. Hökumət Qarabağa göndərilən dəstələrin maliyyələşdiril
məsi üçün xeyli vəsait ayırır...
2
mart 1991-ci il - Ağdamın
Cinli kəndinə ermənilər hücum edirlər. Dağın
tılar olur...
2 mart 1991-ci il - Martuni
(Xocavənd) rayonunun Xocavənd kəndi erməni
yaraqlıları tərəfindən atəşə tutulur. Kənd sakini
Haqverdi Şəfi
oğlu Yusifov qətlə
yetirilir...
2 mart 1992-ci il - Axşam
366-cı
alayın
523
nəfərlik şəxsi heyəti Gürcüstanın
Vaziani
şəhərinə aparılır...
58
Azərbaycan faciələrinin təqvimi
3
mart 1460 -
cı il - Şeyx Cüneyd Dağıstana və Şirvana
hərbi yürüş edir...
3
mart 1830-cu
il - Car-Balakən camaatlığı ləğv edilir...
3
mart 1917-ci il - Cənubi Qafqazda mülki hakimiyyət yeni yaradılmış
Xüsusi Zaqafqaziya Komitəsinə - OZAKOM-a verilir...
3
mart 1988-ci il - Erməni terrorçu-kamikadze millətlərarası zəmində toq
quşma yaratmaq üçün adamların gözü qarşısında bir nəfər azərbaycanlını gül-
lələyir...
3
mart 1990-cı il - M.Qorbaçovun sədrliyi ilə SSRİ Ali Soveti Rəyasət He
yətinin iclası keçirilir...
3
mart 1992-ci il - Ermənilər Ağdamın
Gülablı kəndinin tərk edilməsi haq
qında kənd əhalisinə
ultimatum verir...
3
mart 1992-ci il - Şirin Mirzəyevin hazırladığı əməliyyat nəticəsində
Qazançı
kəndi tam nəzarətə götürülür. Ələ keçən girovların bir qismi
Xocalı əsirləri ilə
dəyişdirilir...
4 mart 1460-cı il - Ərdəbil hakimi
Şeyx Cüneydin (I Şah İsmayılın babası)
dəstəsi Samur çayı sahilində Şirvanşahlarla baş verən döyüşdə
Şirvanşah IIXə-
lilullah tərəfindən məğlub olur, onun özü isə öldürülür...
4 mart 1915-ci il - Erməni Baradyan İngiltərədən kömək istəyir...
4 mart 1992-ci il - Erməni terrorçuları
Sırxavənd kəndinə basqın edirlər.
7
nəfər həlak olur, 10 nəfər yaralanır, 2 nəfər itkin düşür...
4
mart 1993-cü il - Ağdam, Füzuli və Cəbrayıl rayonlarının əraziləri ermə
nilər tərəfindən müxtəlif silahlardan atəşə tutulur. İtkilər və dağıntılar olur...
4
mart 1994-cü il - Füzuli və Ağdam cəbhələrində gedən döyüşlərdə bir neçə
Azərbaycan əsgəri həlak olur...
5 mart 1831-ci il - Talış xanı
Mir Həsən xan Lənkərana gəlir və Lənkəran
üsyanına rəhbərlik etməyə başlayır...
5
mart 1922-ci il - Azərbaycan MİK-nin
III sessiyası kənd təsərrüfatı məh
sulu vergisi haqqında
qanun qəbul edir. Azərbaycanda
ərzaq vergisi tətbiq edil
məyə başlayır...
5 mart 1938-ci il - Azərbaycan SSR XDİK-in müavini,
DT mayoru
Rayevin
əmri ilə
566 nəfər güllələnir...
5
mart 1988-ci il - Xankəndi şəhər İcraiyyə Komitəsi gizli fəaliyyət
göstərən
«Krunk» təşkilatını rəsmi olaraq Dağlıq Qarabağı Ermənistana birləşdirici ko
mitə kimi təsdiq edir...
59