Nazim Tapdıqoğlu
məruz qalır...
13 iyun 1992-ci il - Tərtər rayonunun
"Torpaqtəpə” döyüş səngərində düşmə
nin atdığı mərmidən Azərbaycanın Milli Qəhrəmanı
Şikar Şükür oğlu Şikarov
dünyasını dəyişir...
13
iyun 1993-cü il - Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam, Tərtər ray
onlarının əraziləri ermənilər tərəfindən güclü artilleriya atəşinə məruz qalır. D a
ğıntılar, tələfat olur...
14
iyun 1804-cü il - İran qoşunları İrəvan istiqamətində hücuma keçir. Belə
liklə,
I Rusiya - iran müharibəsi başlayır...
14
iyun 1905- ci il - Cəbrayıl
(Qaryagin) qəzası ərazisində erməni silahlılan
müsəlmanlara qarşı qırğınlar törədirlər...
14
iyun 1918-ci il - Osmanlı qoşunu ilə Maqalovun komandası altında Azər
baycan qoşunu Bakım mühasirə edir...
14 iyun 1918-ci il - Ermənilər Araz körpüsünü dağıdaraq
Yaycı kəndinə
doğru hücum edirlər. Kəndi talan edərək əhalisinin böyük bir hissəsini qətlə ye
tirirlər...
14
iyun 1918-ci il - Daşnaq terrorçuları
Xoy şəhərini
mühasirəyə alaraq onu
top atəşinə tuturlar. Şəhərin azərbaycanlılardan ibarət təxminən
30.000 əhalisi
qanma qəltan edilir...
14 iyun 1920-ci il - Yuxarı Qarabağın
Şuşa və
Xankəndi yaşayış məntəqələri
XI Qızıl Ordu tərəfindən ələ keçirilir...
14 iyun 1992-ci il - Qazax rayonunun
Aşağı Əskipara kəndi erməni yaraqlı
ları tərəfindən işğal olunur. Rayonun
Çaylı kəndi ermənilər tərəfindən
“Kristal”
tipli raketlərdən atəşə tutulur. Kəndin
2 nəfər
dinc sakini şəhid olur;
7 ev da
ğıdılır...
14
iyun 1992-ci il - Azərbaycan Silahlı Qüvvələri Goranboy istiqamətində
Aşağı Ağcakənd, Yuxarı Ağcakənd qəsəbələrini,
Xarxaput, Mənəşli, Gülüstan,
Talış kəndlərini düşməndən azad edir.
Şampritpuk yüksəkliyindəki mövqelər ələ
keçirilir. Goranboy ərazisi Azərbaycan hərbi hissələrinin nəzarəti altına keçir.
Bu döyüşlərdə
16 nəfər həlak olur, 100 nəfər yaralanır...
14 iyun 1992-ci il - Əsgəran
(
X o c a lı
) rayonunun
Dəhraz kəndi
ərazisində baş
verən qanlı döyüşdə yaralanmış komandiri
Məqami Abdullayevi xilas edərkən
Azərbaycanın Milli Qəhrəmanı Rövşən
Nəriman oğlu Əliyev həlak olur...
14 iyun 1993-cü il - Erməni hərbi birləşmələri şimaldan Ağdamın
5 , cənub
dan isə
14 kilometrliyinə çatırlar...
14 iyun 1993-cü il - Tərtər, Fuzuli, Ağdam, Zəngilan, Qubadlı və Cəbrayıl
144
Azərbaycan faciələrinin təqvimi
rayonlarının yaşayış məntəqələri ermənilər tərəfindən atəşə tutulur...
14 iyun 2009 - cu il - İranda
iyunun 12-də keçirilmiş Prezident seçkilərindən
narazı qalan qüvvələr ölkənin bir sıra iri şəhərlərində
nümayişlər keçirirlər. Bu
aksiyalar zamanı hökumət qüvvələri tərəfindən əsasən azərbaycanlılardan ibarət
olan 10 nəfər öldürülür, 20 nəfər yaralanır...
15 iyun 1722-ci il - 1 Pyotr Azərbaycan dilində
"Bəyannamə " nəşr etdirərək
Azərbaycanın vilayətlərinə - Şirvana və Xəzəryanı bölgələrə göndərir. Bundan
məqsəd rus ordusunun işğalçı yürüşlərini ört-basdır etmək, əhalidə ruslara qarşı
inam yaratmaq, onların işğalçı niyyətləri daşımadığını bildirmək idi...
15 iyun 1810-cu il - Mehri rayonu ruslar tərəfindən işğal edilir...
15
iyun 1810-cu ü - Mirzə Əbülhəsən xan Lojanm
35 həqiqi üzvü və İngiltə
rənin məşhur lojlarmdan olan
5 nəfər ali məqamlı üzv olan qonaqların iştirak
etdiyi mərasimdə çox böyük cah-cəlalla framasonçu lojaya üzvlüyə daxil olur...
15 iyun 1918-ci il - Göyçay ərazisinə girən daşnaq qruplaşmaları
Cəngi kən
dində 20 nəfəri,
Qaravəlli kəndində 2 nəfəri,
Qarabucaq kəndində 7 nəfəri,
Ərəb-
Mehdibəy kəndində
83 nəfəri qəddarcasına qətlə yetirirlər. Həmin kəndlər, eləcə
də
Mustafalı və
Sadalı kəndləri ermənilər tərəfindən talan olunur...
15 iyun 1919-cu il - Qaniçən
Andranik Ozanyan Fransada Poqos Nübar pa
şanın vasitəçiliyi ilə Fransa prezidenti Raymon Puankare tərəfindən qəbul edi
lir. Qəbul zamanı
«Erməni Harribaldisi» Andranik müttəfiqlərin
Qarabağ
məsələsindəki mövqeyindən narazı olduğunu bildirir və qeyd edir ki,
«erməni
xalqı dünya müharibəsi dövründə Türkiyə və Almaniyaya qarşı Antanta ilə çiyin-
çiyinə vuruşmuşdur; bu, Fransanın və onun müttəfiqlərinin haqq işini bərqərar
etmək uğrunda böyük mübarizəsinə ermənilərin töhfəsidir».
Antanta rəhbərləri
bu kimi təbliğatların təsiri altına düşür...
15
iyun 1920-ci il - Sovet qoşunları
Şuşanı tutur. Tevonun daşnaq mauzerçi
dəstələri Şuşa qəzasını işğal etmək məqsədilə bir sıra əməliyyatlar keçirir...
15
iyun 1920-ci il - Qarabağda sovet rejiminə qarşı Azərbaycan Milli Ordu
hissələri
üsyan edir...
15
iyun 1988-ci il - Masis rayonunda ermənilər
40 azərbaycanlı evini yandı
rırlar.
1 saat ərzində
480 ailə doğma ocağından çıxarılır...
15
iyun 1988-ci il - Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Er
mənistana birləşdirilməsi barədə qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət
edir ki, buna razılıq versin...
15
iyun 1992-ci il - Milli Qəhrəman
Etibar Firudin oğlu Hacıyev Aşağı
Ağcakənd yaxınlığında maşınla minaya düşərək həlak olur...
145