78
Cavanşir Babaxanlı – Babayev Cavanşir Abasəli oğlu orta
məktəb illərindən şeir həvəskarı olmuş fəhlə şairdir. Bir neçə
kitab müəllifidir, şeirləri “Ədəbiyyat”, “Şəfəq”,”Şəfqət”, “Ul
duz” və başqa mətbuat nəşrlərində dərc olunub.
Ey günahım məni tanı
Orda-burda
ömür keçdi
Atıb isti ocağını
Köçhaköçlə kirayədə
Şəhərlərə sığınan kim?
İrəliyə
baxa-baxa,
Bir nənəni kövrəldibən
Yol tapılmır geriyə də.
Ürəyinə toxunan kim?
Şəhərlə
kənd az görməyib
Andım gözü yolda qalan
Mənim kimi çox peşmanı,
O bacını, o ananı,
Ey günahım,məni tanı.
Ey günahım məni tanı!..
Mənə qalan ayaqyalın,
Bu tünlükdə, qarışıqda
Çılın-çılpaq həqiqətim;
Min arzuyla kim tək qalıb? Öz içimdə tüstülənib
Dağ sinəmdə yumruq boyda Boğulacaq kənd həsrətim.
Sınıq-salxaq ürək qalıb,
Öz
əlimlə kim itirdi
Ovutmağa yox hayanı,
Nağıl dolu o dünyanı?
Ey günahım məni tanı.
Ey günahım məni tanı...
Niftulla Əlixanlı – Sadıqov Niftulla Qeybulla oğlu (1945-
2011) şeir həvəskarı olmuş, ara-sıra təmsil və seirləri respubli
ka qəzetlərində çıxmışdır. Ölümündən bir il əvvəl şeirlərini
“Al mənim canımı, anama dəymə!” adlı kitabla onu tanıyanla
ra çatdırmışdır:
Al mənim canımı, anama dəymə!
Analar ziynətdir yurda, vətənə,
Onlar çıxarırlar bizi ağ günə.
Niftulla
and verir, yalvarır sənə
Al mənim canımı, anama dəymə!
Yerfi ərazisində yazı-pozu bilməyib sinədəftər olan Qızxa
nım nənə, İnsan qarı olmuşdur. Kənddə baş vermiş hadisələrə
münasibətlərini çox vaxt şeirlə bildirmişlər. XX əsrin
əvvəllərində yaşamış bu nənələrdən az da olsa şeir parçaları
79
yaddaşlarda qalmışdır. Dərkli Gülsurə Mahmudova deputat
seçilərkən Qızxanım nənə demişdir:
Gəlibən göründü deputatımız özü
Quruldu məclisi, cəvahir sözü.
Xoş gəlmisən bizə, Gülsurə bacı.
Adım Qızxanımdır, Əliməmməd qızı
Şəninə
deyərəm beş kəlmə sözü,
Xoş gəlmisən bizə, Gülsurə bacı.
Və ya sevən bir gəncin dili ilə:
Çıxdım eyvanına, göründü bağın,
Soruşdum əhvalın, solub yanağın.
Ağ
dəstə xəncərin, gümüş bıçağın
Batsa ürəyimə dinən deyiləm.
Fələk bilir, səndən dönən deyiləm.
Bədahətən deyilmiş bu cür şeirlərin yaddaşlarda yaşayan
ları ilə yanaşı unudulanları da olmuşdur. Müəllifi olmayan
sözlər, yaradıcısı bilinməyən sanamalar da vardır. Yeri gəl-
mişkən, şəbədə söyləməkdə, hazırcavablıqda yerfililər xüsu-
sən seçilirlər. Ehtiyac olanda çəkinmədən sözlərini dediklərinə
görə qonşu kəndlərdə onlara “demaqoq yerfili” deyə müraciət
də edirlər. Odur ki, bir qədərini xatırlatmaq istərdim: quzuya
qoç deyən aydakəndli, demaqoq yerfili, bədhesab talışlı, hesa
bi dərkli, cuhud söhüblü, qarğa buduqlu, kar rüklü, axsaq
qarxunlu, alagöz adurlu, igid qrızlı, şeyx hapıtlı, oğru cimili,
kələmlə gümürlü, tənbəkisatan atuclu...Bu qaydada keçmiş
Qonaqkənd rayonunun kəndləri sayılır. Bilgəhli, utuqlu, cek
li, zeyidli və başqaları siyahını artırır.
Kəndlərin adları əlamətlərinə görə başqa cür də sadalanır.
Məsələn:
Getdim Yerfiyə – düşdüm ürküyə, getdim Talışa – düşdüm
balışa, getdim Dərkə – düşdüm bərkə, getdim Qayadalına –
düşdüm qayanın dalına, getdim Buduqa – mindim qoduğa...
Yerfililərin belə sanamaları kənddə olan nəsillər üçün də
deyilmişdir: oğru Əlməmmədli, axsaq Əlixanlı, cinli Cinitdi,