Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

 
78
Cavanşir Babaxanlı – Babayev Cavanşir Abasəli oğlu orta 
məktəb illərindən şeir həvəskarı olmuş fəhlə şairdir. Bir neçə 
kitab müəllifidir, şeirləri “Ədəbiyyat”, “Şəfəq”,”Şəfqət”, “Ul­
duz” və başqa mətbuat nəşrlərində dərc olunub. 
Ey günahım məni tanı  
Orda-burda ömür keçdi
Atıb isti ocağını  
Köçhaköçlə kirayədə
Şəhərlərə sığınan kim?  
İrəliyə baxa-baxa,
Bir nənəni kövrəldibən  
Yol tapılmır geriyə də.
Ürəyinə toxunan kim?  
Şəhərlə kənd az görməyib
Andım gözü yolda qalan  
Mənim kimi çox peşmanı,
O bacını, o ananı,  
Ey günahım,məni tanı.
Ey günahım məni tanı!..  
Mənə qalan ayaqyalın,
Bu tünlükdə, qarışıqda  
Çılın-çılpaq həqiqətim;
Min arzuyla kim tək qalıb?   Öz içimdə tüstülənib
Dağ sinəmdə yumruq boyda   Boğulacaq kənd həsrətim.
Sınıq-salxaq ürək qalıb,  
Öz əlimlə kim itirdi
Ovutmağa yox hayanı,  
Nağıl dolu o dünyanı?
Ey günahım məni tanı.  
Ey günahım məni tanı...
Niftulla Əlixanlı – Sadıqov Niftulla Qeybulla oğlu (1945-
2011) şeir həvəskarı olmuş, ara-sıra təmsil və seirləri respubli­
ka qəzetlərində çıxmışdır. Ölümündən bir il əvvəl şeirlərini 
“Al mənim canımı, anama dəymə!” adlı kitabla onu tanıyanla­
ra çatdırmışdır:
Al mənim canımı, anama dəymə!
Analar ziynətdir yurda, vətənə,
Onlar çıxarırlar bizi ağ günə.
Niftulla and verir, yalvarır sənə
Al mənim canımı, anama dəymə!
Yerfi ərazisində yazı-pozu bilməyib sinədəftər olan Qızxa­
nım nənə, İnsan qarı olmuşdur. Kənddə baş vermiş hadisələrə 
münasibətlərini  çox  vaxt  şeirlə  bildirmişlər.  XX  əsrin 
əvvəllərində yaşamış bu nənələrdən az da olsa şeir parçaları 


79
yaddaşlarda qalmışdır. Dərkli Gülsurə Mahmudova deputat 
seçilərkən Qızxanım nənə demişdir:
Gəlibən göründü deputatımız özü
Quruldu məclisi, cəvahir sözü.
Xoş gəlmisən bizə, Gülsurə bacı.
Adım Qızxanımdır, Əliməmməd qızı
Şəninə deyərəm beş kəlmə sözü,
Xoş gəlmisən bizə, Gülsurə bacı.
Və ya sevən bir gəncin dili ilə: 
Çıxdım eyvanına, göründü bağın,
Soruşdum əhvalın, solub yanağın.
dəstə xəncərin, gümüş bıçağın
Batsa ürəyimə dinən deyiləm.
Fələk bilir, səndən dönən deyiləm.
Bədahətən deyilmiş bu cür şeirlərin yaddaşlarda yaşayan­
ları  ilə  yanaşı  unudulanları  da  olmuşdur.  Müəllifi  olmayan 
sözlər,  yaradıcısı  bilinməyən  sanamalar  da  vardır.  Yeri  gəl-
mişkən, şəbədə söyləməkdə, hazırcavablıqda yerfililər xüsu-
sən seçilirlər. Ehtiyac olanda çəkinmədən sözlərini dediklərinə 
görə qonşu kəndlərdə onlara “demaqoq yerfili” deyə müraciət 
də edirlər. Odur ki, bir qədərini xatırlatmaq istərdim: quzuya 
qoç deyən aydakəndli, demaqoq yerfili, bədhesab talışlı, hesa­
bi  dərkli,  cuhud  söhüblü,  qarğa  buduqlu,  kar  rüklü,  axsaq 
qarxunlu, alagöz adurlu, igid qrızlı, şeyx hapıtlı, oğru cimili, 
kələmlə  gümürlü,  tənbəkisatan  atuclu...Bu  qaydada  keçmiş 
Qonaqkənd rayonunun kəndləri sayılır. Bilgəhli, utuqlu, cek­
li, zeyidli və başqaları siyahını artırır.
Kəndlərin adları əlamətlərinə görə başqa cür də sadalanır. 
Məsələn:
Getdim Yerfiyə – düşdüm ürküyə, getdim Talışa – düşdüm 
balışa, getdim Dərkə – düşdüm bərkə, getdim Qayadalına – 
düşdüm qayanın dalına, getdim Buduqa – mindim qoduğa...
Yerfililərin belə sanamaları kənddə olan nəsillər üçün də 
deyilmişdir: oğru Əlməmmədli, axsaq Əlixanlı, cinli Cinitdi, 


 
80
cıncıq Musalı, fırtıq Musalı, Qaralar – dövlər (divlər), lovga 
Günəşli, pinti Hacıbabalı və sair...
Yerfi kəndində 1960–1991-ci illərdə də özünün məzəli söh-
bətləri, lətifələri, qaravəlliləri, şeirləri ilə tanınan söz adamları 
olmuşdur.
Bunlardan  biri  adı  çəkiləndə  hamının  üzü  gülən  Zərbalı 
Əzimovdur. Onun müxtəlif adamlara qoşduğu şəbədə dolu 
şeirləri  kiçik  yaşlı  uşaqlar  da  əzbər  söyləyirlər.  “Qurban”, 
“Behbud baba”, “Qoduq”, “Qömtə” kimi şeirlər unudulma­
mışdır. Qaravəlliləri isə bu gün də yerfililərin lağca danışdıq­
larındandır. Zərbalı söyləyirdi:
 – Qara işğına taya qoymağa getmişdik. Öküzləri qoşub 2–3 
qotmanı  yan–yana  çəkdik.  Uşaqları  uzaqdakı  qotmanları 
gətirməyə göndərib yuxarıdakı bir qotmanı uşaqlar gəlincə əl 
ilə gətirmək istədim. Bir yaba götürdüm, ikinci yabanı vuran­
da gördüm nəsə səs gəlir. Kolluğa sarı baxdım. Heç nə yox idi. 
Güc elədim, gördüm yaba qalxmır. Bir də güc vurub qaldır­
dım. Nə görsəm yaxşıdır?! Yabanın ağzında bir donuz balası 
vanqıldayır. Sən demə donuz balası bu gecə otun içində yatıb­
mış. Yaba çoşqaya o tay bu tay keçmişdi. Potanı soyub doğra­
dım. Ocaq qalayıb asdıq. Günortadan keçmişdi ki, otu qurtar­
dıq. Tayanın kölgəsində oturub nahar etdik. Dincimizi alan­
dan sonra uşaqlara dedim ki, öküzləri sürüb gedin, mən də 
yavaş-yavaş gələcəyəm.
Bu vaxt tayanın arxasındakı kolluqdan bir qaban çıxıb düz 
üstümə hücum çəkdi . Tez tüfəngə əl atdım. Ancaq atəş açma­
ğa imkan yox idi. Tüfəngin qundağı ilə vurmaq istəyəndə qa­
yış keçdi qabanın boynuna. Gördüm qaban məni əzəcək, qan­
rılıb mindim belinə. Tüfəngin qayışından bərk yapışdım. Qa­
ban götürüldü. Bir təhər yola döndərdim. Qazmalardan yuxa­
rı çıxanda biçənəkdəkilərdən biri məni görüb səsləndi:
–Ə, o kimdir, Atobbanın eşşəyi ilə gedir.
Evə  çatıb  qabanı  tövləyə  saldım.  Tez  küçəyə  çıxdım  ki, 
əhvalatı camaata bildirim. Yoxsa deyəcəklər ki, Zərbalı yenə 
gop eləyir. Rast gəldiyim adamlara əhvalatı danışdım. İnan­
madılar. Dedim indi ki, inanmırsınız, gedək qabanı tövlədə 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə