HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX


Sultan Əhməd Cəlairin əhvalı və onun İraqı ələ keçirməsi haqqında söhbət



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə37/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   33   34   35   36   37   38   39   40   ...   337

56

 

 



Sultan Əhməd Cəlairin əhvalı və onun İraqı ələ keçirməsi haqqında söhbət 

 

Qara Yusif Türkmanın qaçışından sonra Sultan Əhməd Cəlairin Misirdə etibarı qalmadı. O, dərvişlər 



kimi çiyninə xirqə atıb, əynində keçə geyərək tam kədərlə Şama

267


 yollandı və Diyarbəkr yolu ilə Hilləyə

268


 

tələsdi. Sərgərdanlar və avaralar o pis xilqətlinin yanına toplaşdılar. Onun gəlişinin avazı İraqi-Ərəbdə yayıl-

dı. Şayiələr Bağdadı elə bürüdü ki, o şəhərin valisi olan Dövlət Xoca İnaq Bağdadı atıb Mirzə Ömərin yanına 

tələsdi. 

 

Sultan Əhməd gecə vaxtı Bağdada gəlib o şəhəri mühafizə altına aldı. Bir müddət sonra eşitdi ki, Şir-



van valisi Şeyx İbrahim çoxlu ordu ilə Təbrizi ələ keçirmişdir. O, türkman və kürd qəbilələrini toplayıb hə-

rəkət bayrağını Təbrizə doğru qaldırdı. Şeyx İbrahim xof və qorxu səbəbindən şəhəri tərk edib Şirvana yola 

düşdü. Neçə gündən sonra Sultan Əhməd sayı ulduzlar qədər olan qoşunlarla Təbriz dövlətxanasına

269


 çatdı. 

Qazı İmadəddin onun hüzuruna gəldi. Sultan dedi: 

 

- Nə üçün Əlincəq qalasını Mirzə Ömərin sözü ilə viran etdin? 



 

Qazı cavabında buyurdu: 

 

- Düşmənlər Azərbaycan diyarını istila etdiklərindən və ora (Əlincəq qalası) istehkamlı bir mövqe ol-



duğundan oranın onlar (düşmənlər) üçün sığınacağa çevrilməsini istəmədim. İndi ki sultan öz irsi məmləkəti-

nə yiyə durmuşdur, əgər fərman versə, iki gündə oranı təmir edərəm. 

 

Bu söz sultanın xoşuna gəldi. O, qazını



270

 qalanın təmirinə göndərdi. Özü isə ürək açan nəğmələr və 

coşğun tərənnümlər dinləməklə, göyərçinlə oynamaqla və saqqalsızlarla (“əmrədan”) söhbət etməklə vaxtını 

keçirdi. Bu səbəbdən Əli Oyrat və Əmir Əli Ərəb, Mirzə Əbu-Bəkrin yanına məktublar göndərib onu Təbrizə 

gəlməyə  təhrik  etdilər  və  həvəsləndirdilər.  Sultan  Əhmədin  əmri  ilə  Sultaniyyə  qalasını  mühasirə  etməklə 

məşğul  olan  Şeyx  Hacı  məktubları  ələ  keçirib  sultana  göndərdi.  Sultan  onları  həbs  edib  Bağdada  yolladı. 

Mirzə Əbu-Bəkr bir neçə gündən sonra Təbrizə çatdı. Daha öncə qeyd edildiyi kimi, Qara Yusiflə döyüşdən 

sonra çıxıb getdi. 



Fars diyarında baş vermiş hadisələr haqqında söhbət 

 

Bu il Mirzə İsgəndər Kirman valisi Əmir İdigünün [vəfatı] xəbərini eşitdikdə, çoxlu qoşun və saysız 



məiyyət toplayıb hərəkət bayrağını aman məkanı (darülaman) Kirmana doğru qaldırdı. Kuhbənan

271


 mövqe-

yini ələ keçirib öz diyarına tərəf qayıtdı. O əsnada Mirzə Pir Məhəmməd onu tutub Xorasana yolladı. Lakin 

Təbəsin

272


 Çahardəh [adlı yerində] qaçıb özünü İsfahana yetirdi. Mirzə Rüstəm onunla ittifaq halında Şiraza 

yönəldi. Mirzə Pir Məhəmməd adamlarını göndərdi ki, Bəndi-Əmirdən

273

 Maran qalasının ətəyinə qədər ça-



yın keçid yerlərini mühafizə etsinlər. O əsnada Mirzə İsgəndər cövşən geymiş ordu ilə Süleymanın anasının 

şəhidgahında (Məşhədi-madəri-Süleyman)

274

 Təmur Xocanın başçılığı altındakı düşmənləri ilə döyüşüb qalib 



gəldi.  Faruq  keçidindən  keçib  Kənarə  qəsəbəsində  yerləşdi

275


.  Mirzə  Pir  Məhəmməd  şəhərə  sığındı.  Mirzə 

Rüstəm qoşun və məiyyətlə Selm darvazasına

276

 gəldi. Qırx gündən sonra aran yerlərini qarət edib İsfahana 



yola düşdü. 

Müxtəlif əhvalatlar 

 

Bu il Mirzə Əbu-Bəkr, Şəhriyar



277

 qalasını tutub o diyarın hakimi Əmir Bəyan Quçini qətlə yetirdi. 

                                                 

267


 Şam – Suriya. 

268


 Hillə – İraqda, Kərbəladan cənub-şərqdə, Fərat çayının solsahil hissəsində, qədim Babil şəhərinin xarabalıqları yaxınlığında yer-

ləşən şəhər. 

269

 Dövlətxana – hökumət evi, dövlət sarayı və ya şahın məskunlaşdığı hər hansı bir iqamətgah. 



270

 Qazı – dini hüquq əsasında hökm çıxaran şəriət məhkəməsi hakimi. 

271

 Kuhbənan – İranın Kirman vilayətinin şimalındadır. 



272

 Təbəs – İranda, Məşhədlə Yəzd arasında, Dəşti-Lüt səhrasının şimalında yerləşən şəhər. 

273

 Bəndi-Əmir – Şirazın şimal-şərqində kənd. 



274

 Təxti-madəri-Süleyman, Qəsri-Əbunəsr adları ilə də məşhur olan bu yer Şiraz şəhərindən 6 km. şərqdə yerləşir. 

275

 Faruq və Kənarə – Şirazın şimal-şərqində yerləşən kəndlər. 



276

 Selm darvazası – Şiraz şəhərinin cənub-qərbində yerləşir və oranın şeyxlərdən Əbu-Zəkəriyya Selm ibn Abdulla Şirazinin adı 

ilə bağlıdır. İndi bu darvaza Şah-Dai adı ilə tanınır (Ə.Nəvai, şərhlər, s.148). 

277


 Şəhriyar qalası – Tehran yaxınlığındadır. 


57

 

 



 

Bu il Məlik İsmayılın oğlu Məlik Salehin və Kərt məlikləri

278

 zamanında Qur



279

 hökuməti əcdadına 

və özünə məxsus olmuş Məhəmməd İspəhbəd Qurinin fitnəsini yatırmaq üçün bundan öncə o bölgəyə getmiş 

Əmir Şeyx Loğman Barlasdan və Əmir Həsən Candardan bir qasid gəlib [bunları] ərz etdi:  

- Əmirlər deyirlər ki, düşmənlərin sayı olduqca çoxdur. Ona görə də tədbiri və ehtiyatı əldən burax-

mayaraq onların üstünə getmədik. Hər nə əmr etsəniz, ona əməl edəcəyik.  

O həzrət (Şahrux) Əmir Seydi Əhməd Tərxanı Əmir Fərman Şeyxlə birlikdə qoşunlarla onların kö-

məyinə yolladı. Əmirlər bir-birinə qoşulub yağının (düşmənin) üzərinə getdilər. Məhəmməd İspəhbəd qaçdı 

və  Məlik  Saleh

280


 əsir  tutuldu.  Qalib  ordu  qeyri-məhdud  qənimətlərlə  geri  döndü.  [Şahruxun]  buyruğu  ilə 

onu (Məlik Salehi) yasaya (cəzaya) çatdırdılar (öldürdülər). 



Ölümlər 

 

Mirzə Pir Məhəmməd ibn Mirzə Cahangir ibn Sahibqiran Əmir Teymur Kürəkan – bu il, çaharşənbə 



günü

281


, ramazan [ayının] 14-də (22.02.1407)

282


 Pir Əli Taz qəfil bəla kimi Mirzə Pir Məhəmmədin üzərinə 

hücum çəkib ona bir sıra yaxın adamları ilə birlikdə ölüm şərbəti içirdi. Səltənətinin müddəti üç il olmuşdur. 

Məmləkəti Qəzneyn

283


 və Kabil idi. 

 

Mirzə Ömər ibn Mirzə Miranşah ibn Əmir Teymur Kürəkan, daha öncə qeyd edildiyi kimi, bu il öl-



dürüldü. Səltənətinin müddəti iki il olmuşdur. 

810-CU İLİN (08.06.1407 – 26.05.1408) HADİSƏLƏRİ 

 

Bu il dosta nəvaziş göstərən, düşməni məhv edən padşah (Şahrux) Mirzə Pir Məhəmmədin intiqamı-

nı almaq üçün Pir Əli Tazla savaşmağa getdi. Dukə

284


 mənzilini şərəfli qədəmi ilə zinətləndirdiyi vaxt Pir Əli 

Tazın qaçması haqqında xəbər əlahəzrətin qulağına çatdı. O, Əmir Seyid Əhmədi, Əmir Yadigarşahı, Əmir 

Nuşirəvanı, Əmir Həsən Sufi Tərxanı, Əmir Çaharşənbəni və Əmir Cahan Məliki Bəhram kimi güclü baha-

dırla birlikdə həmin nankoru təqib etmək üçün göndərdi. Əmirlər onu məğlub edib yüklərini və mallarını ələ 

keçirdilər. 

 

Bəlx ətrafı zəfər nişanlı qoşunların çadırlarının qurulduğu yer olduqda əmirlər müzəffər və qalib şə-



kildə, qeyri-məhdud qənimətlərlə hökmdarın ordusuna qoşuldular. Həzrət Şahrux, Sahibqiranın hakimiyyəti-

nin əvvəllərindən o zamana qədər viran qalan Hindüvan qalasını yenidən təmir etdirdi və o diyarın idarəçili-

yini Mirzə Pir Məhəmmədin oğlu Mirzə Qayduya lütf etdi. 

 

O əsnada xəbər çatdı ki, Pir Əli Taz Yekə-Üləngdə



285

 oturmuşdur. O həzrət Əmir Mizrabı, Əmir Tə-

vəkkül Barlası və Şeyx Loğman Barlası müqayisəyəgəlməz bir ordu ilə onu dəf etməyə göndərdi. Özü isə nə-

fis vücudu ilə Herat tərəfə qayıtdı. Əmirlər Pir Əli Tazla döyüşüb qalib gəldilər. O, Hinduquş

286

 keçidinə sı-



ğındı. Əmirlər Herat tərəfə döndülər. 

 

Bu il Mirzə Pir Məhəmməd çoxlu ordu və sonsuz güruhla hərəkət bayrağını İsfahana doğru qaldırdı. 



Həmin vaxt Gəndümanda

287


 olan Mirzə Rüstəm çaşqınlıqdan “Şiraz karvançıları bizim üçün hədiyyələr gəti-

rirlər” deyərək [onları] qarşılamağa çıxdı. Filan mövqedə

288

 iki tərəf səf çəkdi. Mirzə Rüstəm və Qazı Əhməd 



Said mərkəzdə (“qəlb”də) qərar tutdular. Mirzə İsgəndər sol cinahda yerləşdi. O tərəfdən Mirzə Pir Məhəm-

məd,  Əbu-Səid  Barlasla,  Şeyx  Məhəmməd  Cavanla  və  Sədiqlə  birgə  mərkəzdə  (“qol”da)  dayandı.  Sağda 

                                                 

278


 Kərt  məlikləri  –  XIII-XIV  əsrlərdə  Heratda  hökm  sürmüş  tacik  mənşəli  xanədan  (İ.H.Siddiqui.  Kert  //  TDVİA,  cilt:  25;  yıl: 

2002; s.297). 

279


 Qur (Quristan) – Əfqanıstanın mərkəzi hissəsində, Hərirud çayı boyunda tarixi vilayət.  

280


 “Mətləüs-səədeyn”ə görə, Məlik Müsəlləh ibn Məlik İsmayıl (Ə.Nəvai, şərhlər, s.149). 

281


 Fars dilində həftənin günləri bu ardıcıllıqla düzülüb: yekşənbə (bazar), düşənbə (bazar ertəsi), seşənbə (çərşənbə axşamı), çahar-

şənbə (çərşənbə), pəncşənbə (cümə axşamı), cümə, şənbə. 

282

 Çaharşənbə (çərşənbə) günü 23 fevrala təsadüf edir. 



283

 Qəzneyn (Qəznə) – indiki Əfqanıstanda, Kabildən cənub-qərb tərəfdə, Kabil – Qəndəhar avtomobil yolu üzərində şəhər. 

284

 Bu yer Xoca Əhməd Dukə, Xoca Dukə kimi də qeyd olunur (Ə.Nəvai, şərhlər, s.150). 



285

 Üləng – köhnə türk dilində çəmən deməkdir. 

286

 Hinduquş – Əfqanıstan və Pakistanda sıra dağlar. 



287

 Gəndüman – İsfahan şəhərinin cənub-qərbində yaşayış məntəqəsi.  

288

 Bu yerin adı məlum deyil. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə