Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə23/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   19   20   21   22   23   24   25   26   ...   146

63

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Azərbaycanı azad, müstəqil, sivilizasiyalı bir ölkə kimi göstərək. Erməni diasporu-

nun dediyi kimi yox. Onlar deyirlər ki, “Azərbaycanlılar vəhşidirlər, köçəridirlər, 

bu, millət deyil” və sairə. Siz bunları unutmusunuzmu? Bu yazılar hər yerdə yazı-

lırdı. Bizi, azərbaycanlıları təhqir edirdilər. Bu fikir beynəlxalq aləmdə çoxlarının 

beyninə girmişdi.

Son beş ildə bizim apardığımız siyasət, görülən işlər, saysız-hesabsız görüşlər, 

xarici  ölkələrə  səfərlər, Azərbaycana  gələn  nümayəndələrlə  görüşlər,  beynəlxalq 

təşkilatlarda  gur  sözlər  deməyimiz  nəticəsində  Azərbaycan  haqqında  fikir 

dəyişilmişdir.

Mən konfransdan sonra, sentyabrın 8-də qonaqları yola salandan sonra axşam 

saat  təxminən  8-9  idi.  Gəldim  Prezident  sarayında  Yaponiyanın  nümayəndəsini 

qəbul etdim. O, çox xahiş edirdi ki, mən onu qəbul edim, çünki o, gecə vətəninə yola 

düşəcəkdi. Yaponiyanın Baş naziri cənab Obutinin məktubunu mənə təqdim etmək 

istəyirdi. O, fevral ayında mən Yaponiyada rəsmi səfərdə olduğum zaman keçirilən 

görüşlərdə iştirak etmişdi. Öz təəssüratlarını söyləyir və Yaponiya ictimaiyyətinin 

Azərbaycan  haqqında  fikirləri  barəsində  danışırdı.  Deyirdi  siz Yaponiyada  oldu-

ğunuz zaman o qədər görüşlər keçirdiniz, danışıqlar apardınız ki, ölkəmizdə belə 

təəssürat yarandı ki, Yaponiyaya gəlmiş heç bir dövlət başçısı öz ölkəsini bu qədər 

geniş açmamış, təbliğ etməmişdir. Bu, onun dediyi sözlərdir. Siz məni düzgün başa 

düşün, mən bunu deyirəm ona görə yox ki, sizə özüm haqqında bir şey çatdırım. 

Mənim buna ehtiyacım yoxdur.

Bilirsiniz, ona görə ki, bəli, Yaponiyada, bizi tanımırdılar. Biz Azərbaycanı Ya-

poniyada da tanıtdıq və çox yaxşı tanıtdıq. Indi nə qədər Yaponiya şirkətləri gəlib 

Azərbaycanda  işləyirlər  və  nə  qədəri  də  gəlmək  istəyir.  Sentyabrın  8-də  axşam 

həmin nümayəndə heyətinin başçısı bu sözləri mənə dedi.

Beləliklə,  bu  beynəlxalq  konfrans  indiyə  qədər  görülən  işlərə  demək  olar  ki, 

yekun vurdu. O mənada ki, ayrı-ayrı ölkələrə səfərlər zamanı gördüyümüz işlərlə, 

yaxud ayrı-ayrı ölkə başçılarının, nümayəndələrin Azərbaycana gəldiyi zaman gör-

düyümüz işlərlə, bizim nümayəndələrin ayrı-ayrı ölkələrə, beynəlxalq təşkilatlara 

getdiyi zaman gördüyümüz işlərlə bərabər və onların məntiqi nəticəsi olaraq indi 32 

dövlətin nümayəndələri, 13 beynəlxalq təşkilatın nümayəndələri bir gündə, bir za-

manda, bir yerdə Azərbaycanda toplaşıb respublikamızın bu gününü gördülər. Bu, 

Azərbaycanı tanıtmaq, müstəqil dövlət kimi göstərmək üçün ən gözəl bir vasitə idi 

və biz bunu göstərdik. Bu, Azərbaycanın müstəqilliyinə xidmət edən və onu daha 

da təsdiq edən bir tədbir idi və biz bu tədbiri həyata keçirməyə nail olduq.

Şübhəsiz ki, hər bir təəssürat yayılır və yayılacaqdır. Mən dedim, - konfransda 

20 ölkənin kütləvi informasiya orqanlarının 210 nümayəndəsi iştirak etmişdir. Ya-

zılar yazılacaqdır. Bunlar artıq yazılır. Bir çox ölkələrin qəzetlərində məqalələr dərc 

olunur. Bunlar davam edəcəkdir. Beləliklə Azərbaycan dünyaya müstəqil dövlət, 



64

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

azad, demokratik ölkə kimi göstərilir.

Mən bir faktı da sizə demək istəyirəm. Biz bazar iqtisadiyyatını inkişaf etdiri-

rik. Bakıya gələn prezidentlər şəhərin mərkəzində tikilmiş ofis-otel kompleksində 

yaşadılar. Biz Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəl ilə 

bərabər həmin ofis-otel kompleksinin açılış mərasimini keçirdik. Bu, şəxsi bizne-

sin meydana gətirdiyi bir kompleksdir. Bu, bazar iqtisadiyyatının real nəticəsidir, 

Azərbaycanda azad sahibkarlığın real nəticəsidir.

Sentyabrın 7-də mən dövlət başçılarına və nümayəndə heyətlərinin rəhbərlərinə 

qəbul verdim. O qəbul yenə də özəl sektor tərəfindən “Ramstor”un yanında tikilmiş 

Bakı Əyləncə Mərkəzində verildi. O da özəl sektorun, sahibkarlığın Azərbaycanda 

verdiyi nəticədir. Siz bunu bilirsiniz. Ancaq mən sizə deməliyəm ki, məsələn, Ba-

kıya  gələn  ölkə  prezidentləri  ilə  birlikdə  idim.  Onlar  bu  oteldə  qaldılar.  Onlara 

deyəndə ki, bu otel dövlətin deyildir, özəl sektora məxsusdur, həmin o qəbul ver-

diyim yer də dövlətin, hökumətin deyildir, özəl sektora məxsusdur, onlar məəttəl 

qaldılar. Yəni mən Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin prezidentlərini 

deyirəm. Şübhəsiz ki, bizim dostumuz Süleyman Dəmirəl də buna çox sevindi ki, 

burada həm özəl sektor yaranır və artıq yaranıbdır, həm də bu özəl sektorun yaran-

masında Türkiyənin inşaat şirkətləri də iştirak edirlər. Bunun özü də böyük bir təsir 

bağışlayır ki, həqiqətən Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir.

Bilirsiniz,  bu,  adi  bir  hal  deyildir.  Şəhərin  mərkəzində  16  mərtəbəli  ofis-otel 

kompleksi tikilibdir. Bunu da özəl sektor yaradıbdır. Demək, bu, bazar iqtisadiyya-

tının əməli nəticəsidir və bunun dönməzliyidir. Bəli, bu, xarici sərmayə üçün inan-

dırıcı bir haldır ki, Azərbaycanda şərait yaranıbdır. Hər bir sahibkar, sərmayədar 

gəlib sərmayə qoyub, iş görüb onun nəticəsini görə bilər. Bu da nümayiş olundu.

Ən nəhayət, Bakının bugünkü görünüşü, əhval-ruhiyyəsi, insanların vəziyyəti. 

Mən yenə də dostum Süleyman Dəmirəlin sözlərini xatırlatmaq istəyirəm. Deyəsən 

o, 16-cı mərtəbədə yaşayırdı. Bakı, Xəzər dənizi oradan çox gözəl görünür. Deyir, 

mən  səhər  durub  baxdım  ki,  insanlar  gedirlər.  Hələ  səhər  erkən  adamlar  az  idi. 

Sonra yavaş-yavaş insanlar, uşaqlar çoxaldı və oradakı parka gəlib, oturub istirahət 

edirdilər. Deyir ki, mən yanımda olan adamlara söylədim ki, baxın, Heydər Əliyevin 

Azərbaycanda yaratdığı sakitlik, sabitlik budur, - insanlar rahat gəzirlər, istirahət 

edirlər. O, oradan bunların hamısını müşahidə etmişdi, görmüşdü, öz təəssüratlarını 

mənə deyirdi.

Amma bu, yeganə təəssürat deyildir. Belə bir təəssürat hamısında var idi. Yəni 

bu gün Azərbaycan demokratik yolla, sərbəst iqtisadiyyat yolu ilə gedən azad bir 

ölkə kimi göz qabağındadır və Azərbaycanın, Bakının bugünkü mənzərəsi, görü-

nüşü respublikamıza gələn həm dövlət başçıları, həm başqa nümayəndələr, həm də 

nümayəndə heyətlərinin üzvləri üçün açıq-aydındır.

Beləliklə, biz Azərbaycanı göstərdik. Yəni beş-altı il bundan öncə Azərbaycan 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə