Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə26/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   22   23   24   25   26   27   28   29   ...   146

71

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

əhəmiyyətini xüsusi vurğulardım. Bu yolda bizim qarşımıza çox maneələr çıxıb. 

Ölkəmizə təzyiqlər göstərilib, region dövlətlərində qeyri-sabitlik yaratmaq cəhdləri 

olub. Bütün bu çətinliklərə baxmayaraq Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasının 

reallaşması məndə məmnunluq duyğusu yaradır.

Onu da deyim ki, Xəzərin zəngin enerji ehtiyatlarının hasilatında ölkəmizin xa-

rici şirkətlərlə geniş əməkdaşlığı karbohidrogen yataqlarının işlənilməsində Italiya-

nın “ENI-ACIP” Şirkəti də fəal iştirak edib.

Müstəqillik  yolu  ilə  irəliləyən  Azərbaycan  dövlətinin  qarşılaşdığı  ən  böyük 

problem olan Dağlıq Qarabağ münaqişəsi 12 ildən bəri davam edir, erməni silahlı 

qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın beşdə bir hissəsi işğal olunub, bir 

milyon soydaşımız qaçqın vəziyyətinə düşərək çadır şəhərciklərində ağır şəraitdə 

yaşayır. 

Bütün bunlara baxmayaraq ölkəmiz Ermənistan-Azərbaycan münaqişəsinin sülh 

yolu ilə həllinə tərəfdardır. Beş ildən bəri atəşkəs rejiminə əməl edilir. Münaqişənin 

həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildən fəaliyyət göstərir, lakin 

arzu etdiyimiz nəticələr hələ də əldə olunmayıb.

Azərbaycan  və  Ermənistan  prezidentləri  arasında  son  vaxtlar  bir  neçə  görüş 

keçirilib. Münaqişəni nizamasalma prosesi, eyni zamanda ATƏT-in Minsk qrupu 

çərçivəsində davam etdirilməsi olduqca zəruridir.

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  və  onun 

nəticələrinin aradan qaldırılmasında ölkəmiz beynəlxalq birliyin köməyinə ümid 

bəsləyir.



Romano  Prodi:  Hörmətli  cənab  prezident!  Mən  Xəzər  dənizinin  ener-

ji  ehtiyatlarının  hasilatının  və  dünya  bazarlarına  nəqlinin  əhəmiyyətini  yüksək 

dəyərləndirirəm. Bakı-Ceyhan əsas ixrac boru kəmərinin inşası ilə bağlı sənədlərin 

və digər layihələrin imzalanması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Avropa Birliyi arasında tərəfdaşlığın və əməkdaşlığın inkişafı 

üçün geniş perspektivlər açılıb. Mənim rəhbərlik etdiyim təşkilat bölgədə sülh və 

sabitlik yaranmasına hər cür kömək göstərməyə hazırdır.

Hörmətli cənab prezident! Icazə versəniz mən bu görüşdən və maraqlı söhbətdən 

məmnun qaldığımı bildirərdim.



72

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin

 Avropa Birliyinin Azərbaycandakı xüsusi elçisi 

Renato Battini və Avropa Komissiyasının Azərbaycan üzrə 

əlaqələndiricisi Robin Lideli qəbul edərkən söhbətindən

Prezident sarayı, 5 fevral 2000-ci il



Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz! Sizin Azərbaycana gəlməyinizdən 

çox məmnunam. Biz Avropa Birliyi ilə əməkdaşlığımıza daim çox böyük əhəmiyyət 

veririk və mən bu əməkdaşlığın çox müsbət nəticələrini də qeyd edirəm. Amma eyni 

zamanda mən bizim əməkdaşlığımızın daha da gözəl perspektivlərini hiss edirəm.

Mənə Baş nazir məlumat verdi ki, siz çox məsələləri ətraflı müzakirə etmisiniz. 

Mən də sizi dinləməyə hazıram.



Renato Batti: Cənab prezident, bu gün bizi qəbul etdiyinizə görə çox sağ olun. 

Bu gün Sizinlə görüşmək bizim üçün həm xoşdur, həm də böyük şərəfdir. Həqiqətən 

də, biz hökumət üzvləri ilə çoxlu müzakirələr aparmışıq, görüşlər keçirmişik və 

bu görüşlərdə ikitərəfli münasibətləri müzakirə etmişik. Bizim Azərbaycanla olan 

əməkdaşlığımız regionda ən başlıca əməkdaşlıqdır. Avropa Birliyi Azərbaycana ən 

birinci donor olan təşkilatdır. Heç şübhəsiz ki, biz işimizi bu yönümdə davam etdi-

ririk və gələcəkdə də Azərbaycanın bütün səylərini dəstəkləməkdə davam edəcəyik. 

Regionda sülh əldə olunan kimi, biz bütün dəstəyimizi daha da artırmağa hazırıq. 

Avropa icması beynəlxalq icma ilə birlikdə sülh əldə olunandan sonra reabilitasiya 

və yenidənqurmaya yönəlmiş bütün işləri dəstəkləməyə hazır olduğunu bildirir.

Biz burada olduğumuz müddətdə bir neçə layihəni müzakirə etmişik. Noyabr 

ayında burada olduğumuz zaman Naxçıvana aid bir layihəni nəzərdən keçirmişik 

və bu gün də işləməyə hazırıq. Bu da bizim maliyyə üzrə ikinci tranşımızdan ayrı-

lan layihədir.

Bu imkandan istifadə edərək, bizim görüşlər zamanı təmasda olduğumuz bütün 

şəxslərə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə Azərbaycanın Baş nazirinin 

müavininə minnətdarlığımı bildirmək istəyirəm. O, bütün görüşlər zamanı bizimlə 

birlikdə idi və razılığın müddəalarını birlikdə həyata keçirməyə yardımçı olmuşdur.

Məlumdur ki, Avropa Birliyi ilə Azərbaycan razılıq əsasında bir sıra layihələri 

həyata keçirirlər və bu, tərəfdaşlıq və əməkdaşlıq haqqında olan razılıqdır. Bu ra-

zılıq əldə olunduqdan sonra biz ilk görüşümüzü noyabrda keçirmişik və mart ayın-

da  Brüssel  şəhərində  ikinci  görüşümüz  olacaqdır.  Fevralın  24-dən  martın  1-dək 

Avropa  Parlamentinin  üzvləri  Qafqaz  regionuna  gələcəklər  və  bu  səfər  zamanı 

Azərbaycana da xüsusi diqqət yetiriləcəkdir. Mart ayında isə, bir qədər əvvəl qeyd 

etdiyim  kimi,  Azərbaycan  nümayəndə  heyəti  əməkdaşlıq  və  tərəfdaşlıq  razılığı 

çərçivəsində Brüsselə gələcəkdir. Sağ olun, cənab prezident.




73

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Heydər Əliyev: Çox gözəl. Mən sizin verdiyiniz məlumatdan çox məmnunam. 

Mən təşəkkür edirəm ki, Avropa Birliyi regionda Azərbaycana xüsusi diqqət yetirir. 

Biz çalışacağıq ki, həmişə bunu, belə bir münasibəti doğruldaq.

Işğal altında olan ərazimizin bərpa edilməsi haqqında Avropa Birliyinin plan-

ları  bizi  çox  sevindirir.  Son  zamanlar  aparılan  danışıqlar  -  həm  Minsk  qrupu 

çərçivəsində,  həm  də  Azərbaycan  prezidenti  ilə  Ermənistan  prezidenti  arasında 

aparılan bilavasitə danışıqlar ümid verir ki, biz sülhə nail olacağıq və işğal edilmiş 

torpaqlarımız işğaldan azad olunacaqdır. O torpaqlarda çox iş görmək lazım olacaq-

dır. Əgər Avropa Birliyinin, dünya birliyinin bu işdə iştirakı olmasa, biz burada heç 

bir şey edə bilmərik. Çünki orada olan bütün şəhərlər, qəsəbələr, kəndlər, hər bir 

şey - hansını ki, insanlar istifadə edirdi - dağıdılıbdır, viran edilibdir.

Bir  müddət  öncə  Dünya  Bankının,  sonra Valyuta  Fondunun,  gərək  ki,  bir  də 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri 

Ermənistanda olmuş, Dağlıq Qarabağda olmuş, sonra Azərbaycanın işğal edilmiş 

Ağdam bölgəsində olmuşlar. Onlar sonra öz təəssüratlarını dedilər və öz gözləri ilə 

görmüşlər ki, hər şey dağılıbdır. Hər şey yenidən qurulmalıdır. Bu baxımdan sizin 

bugünkü bəyanatınız mənim üçün çox əhəmiyyətlidir.

Mən Istanbulda olarkən Avropa Komissiyasının sədri cənab Prodi ilə görüşmüş-

düm.  Biz  bu  barədə  ətraflı  söhbət  etmişik,  danışmışıq.  Onunla  danışanda  da  bu 

məsələ, demək olar ki, bizim müzakirəmizin mərkəzində idi. Bir daha ümidvar ol-

duğumu bildirmək istəyirəm ki, biz onunla birlikdə məşğul olacağıq.

Mən sizin tranşlarınıza görə və müxtəlif layihələrin həyata keçirilməsində iştira-

kınıza görə təşəkkür edirəm. Bunların hər biri bizim üçün çox əhəmiyyətlidir.

Beləliklə, münasibətlərimiz genişlənir. Avropa Birliyinin Azərbaycanda daimi 

nümayəndəliyi lazımdır və Azərbaycanın da Brüsseldə daimi nümayəndəliyi lazım-

dır. Bu məsələləri də biz həll etməliyik.

Bir sözlə, geriyə baxarkən Avropa Birliyi ilə əməkdaşlığımızın bizim üçün nə 

qədər əhəmiyyətli olduğunu görürük və qiymətləndiririk. Amma irəlidə hələ daha 

çox  işlər  var.  Ümidvaram  ki,  bizim  əldə  etdiyimiz  təcrübə  və  əməkdaşlığımızın 

mütəşəkkilliyi gələcəkdə daha da çox nailiyyətlər əldə etməyə imkan verəcəkdir. 

Biz bunu istəyirik və bunu qəbul edirik.



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə