Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə27/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   23   24   25   26   27   28   29   30   ...   146

74

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Avropa Parlamentinin nümayəndə heyətini 

qəbul edərkən söhbətindən 

Prezident sarayı, 29 fevral 2000-ci il



Heydər Əliyev: Hörmətli qonaqlar, mən sizi salamlayıram. Bu, Avropa Birliyi-

nin parlamentindən Azərbaycana gələn ilk nümayəndə heyətidir. Biz Avropa Birliyi 

ilə çoxdandır əməkdaşlıq edirik. Amma əməkdaşlığımız əsasən iqtisadi komissiya 

ilə həyata keçirilir və bu əməkdaşlıqdan çox məmnunuq. Avropa Birliyinin iqtisadi 

komissiyası ilə əməkdaşlığımız nəticəsində çox işlər görmüşük və onlardan yar-

dımlar da almışıq. Gələcək üçün də yaxşı planlarımız var.

Sizinlə  görüşmək  isə  onu  göstərir  ki,  biz Avropa  Birliyinin  bütün  strukturla-

rı ilə əməkdaşlığı genişləndiririk. Ona görə çox məmnunam ki, Siz Azərbaycana 

gəlmisiniz.  Ölkəmizlə,  xalqımızla  tanış  olarsınız.  Ən  əsası  odur  ki,  bizim 

əməkdaşlığımız başlanır. Buyurun, sizi dinləyirəm.



Per  Qharton:  Zənnimcə,  bu  görüş  Avropa  Birliyi  ilə  Azərbaycan  arasında 

əməkdaşlığın gələcəyi üçün çox vacibdir. Mən Avropa Parlamentinə Cənubi Qafqaz 

ölkələri haqqında raport yazıram. Sonra bu raport Avropa Parlamentində müzakirə 

ediləcək və çox güman ki, qəbul olunacaqdır. Qəbul olunduqdan sonra isə Avro-

pa Parlamentinin bu ölkələr barəsində əsas xətti, strategiyası müəyyən ediləcəkdir. 

Ona  görə  də  biz  bu  missiyamızı  “fakt  axtarışı  missiyası”  adlandırmışıq.  Gördü-

yünüz kimi, mənimlə birlikdə nümayəndə heyətində müxtəlif parlamentləri təmsil 

edən şəxslər var. Bu o deməkdir ki, Azərbaycanı daha çox adam müşahidə edəcək 

və ölkəniz haqqında fikirlər də çox olacaqdır. Lakin, əlbəttə ki, son nəticə raport 

şəklində hazırlanacaq və mən onu Avropa Parlamentinə təqdim edəcəyəm.

Cənab prezident, mən bəri başdan Sizə iki sualla müraciət etmək istəyirəm. Birinci 

sualım Azərbaycanla Avropa Birliyi arasında olan münasibətlərə aiddir. Məlumdur 

ki, Avropa Birliyi ilə Azərbaycan arasında müəyyən əlaqələr, əməkdaşlıqlar vardır. 

Ümumiyyətlə, biz bilirik ki, Siz Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələri 

inkişaf etdirmək əzmindəsiniz. Biz Sizin bu əzminizi bəyənir və dəstəkləyirik.

O da məlumdur ki, Azərbaycan çox tezliklə Avropa Şurasının üzvü olacaqdır. 

Bu gün uzaqda deyildir. Avropa Birliyi də Avropanın digər bir təsisatıdır. Lakin 

o da məlumdur ki, buradan Strasburqa olan məsafə Brüsselə olan məsafədən bir 

qədər yaxındır. Ona görə də biz istərdik ki, Avropa Birliyi ilə Azərbaycan arasında 

olan münasibətlərlə bağlı Sizin fikrinizi eşidək. Sizin planlarınız nə qədər uzağa 

gedəndir? Ümumiyyətlə, bu əlaqələr barəsində nə düşünürsünüz?

Ikinci  sualım  isə  Ermənistan-Azərbaycan  münaqişəsinə  aiddir.  Bu  faciəli 

münaqişə  haqqında  çox  deyilib  və  biz  də  burada  olduğumuz  müddətdə  onun 



75

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

barəsində çoxlu məlumat əldə etmişik. Buraya gəlməzdən əvvəl də kifayət qədər 

məlumat toplamışdıq. Onu da bilirdik ki, Siz bu məsələnin sülh yolu ilə həll olun-

ması üçün addımlar atırsınız. Bilmək istərdik ki, məsələnin həlli nə qədər yaxındır 

və Siz onu necə görürsünüz?



Heydər Əliyev: Əvvəla, onu bildirmək istəyirəm ki, Azərbaycan Avropa qitəsinə 

daxildir, yəni Avropa ölkəsidir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən son-

ra öz quruluşunu demokratik, hüquqi, dünyəvi dövlət quruluşu kimi müəyyən edib-

dir. Siyasi, iqtisadi islahatlar həyata keçirərək, keçmiş iqtisadi, siyasi formalardan 

imtina edib və bazar iqtisadiyyatı yolu ilə gedir, sona qədər də gedəcəkdir.

Qeyd etdim ki, Azərbaycan həm demokratik, həm də dünyəvi dövlətdir. Belə olan 

halda, təbiidir ki, Azərbaycan Avropa dəyərlərindən bəhrələnmək istəyir və Avropa 

dəyərlərindən istifadə edərək həm dövlət quruculuğu prosesində, həm cəmiyyətin 

formalaşmasında, həm də sosial-iqtisadi sahədə və bütün başqa sahələrdə Avropa 

standartlarına yaxınlaşmaq və nəhayət, o standartlar səviyyəsinə çatmaq istəyir.

Təbiidir, bu, prosesdir. Ancaq bu prosesin sürəti həm dövlətin, hökumətin onu 

həyata keçirmək əzmindən asılıdır, - bu, Azərbaycanda var

,

 - həm də Avropa struk-



turları  ilə  əməkdaşlıq  edərək, Avropa  strukturlarının Azərbaycanı Avropa  ölkəsi 

kimi  tanımaq  və  bu  strukturlara  qəbul  etmək  qərarına  gəlməsindən  asılıdır.  Biz 

dərk edirik ki, bu yolu keçməliyik. Bu yolu keçmək üçün həm Konstitusiyamızla, 

həm də Avropa dəyərləri ilə, beynəlxalq mütərəqqi dəyərlərlə əlaqədar olaraq öz 

üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməliyik. Biz bunu istəyirik, bunun 

üçün çalışırıq. Siz qeyd etdiniz ki, biz Avropa Şurası ilə üç ildən çoxdur əməkdaşlıq 

edirik.

Belə güman etmək olar ki, biz artıq imtahan dövrünü keçmişik. Düşünürəm ki, 



biz bu il Avropa Şurasına qəbul olunacağıq.

Avropa Birliyi ilə isə, mən dediyim kimi, əməkdaşlığı birinci növbədə iqtisadi 

komissiya vasitəsilə həyata keçiririk. Bu sahədə çox işlər görmüşük. Avropa Bir-

liyinin iqtisadi komissiyası ilə imzaladığımız sənədlər var. Bu sənədlər əsasında 

çox  yaxşı  əməkdaşlıq  edirik. Avropa  Birliyi  iqtisadi  komissiyasının TRASEKA, 

INOGEYT proqramlarının həyata keçirilməsində Azərbaycan xüsusi rol oynayır.

Güman edirəm ki, siz bilirsiniz, - TRASEKA proqramının həyata keçirilməsi, 

qədim  böyük  Ipək  yolunun  bərpası  ilə  əlaqədar  1998-ci  ilin  sentyabr  ayın-

da  Azərbaycanda  beynəlxalq  konfrans  keçirildi.  Bu  konfransın  təşəbbüskarı 

Azərbaycan idi, ancaq onu Avropa Birliyinin iqtisadi komissiyası ilə birlikdə ke-

çirdik. Bu beynəlxalq konfransda 32 dövlətin nümayəndə heyətləri, 13 beynəlxalq 

təşkilatın  nümayəndələri  iştirak  edirdilər.  9  ölkənin  nümayəndə  heyətlərinə 

prezidentlər başçılıq edirdilər.

Biz çox ətraflı müzakirə apardıq və TRASEKA proqramının həyata keçirilməsini, 

Ipək  yolunun  bərpa  edilməsini  Şərqlə  Qərb  arasında  çox  zəruri  proqram  kimi 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə