92
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
hid, sülh şəraitində yaşayan, regional əməkdaşlıqda bulunan, çiçəklənməyə, fira-
vanlığa birlikdə addımlayan region kimi görmək istəyiblər.
Indi icazə verin, Sizə bu region üçün arzumu bildirim. Arzu edirəm ki, sizin
regionunuzda da sülh bərqərar olsun, regional əməkdaşlıq inkişaf etsin, region
ölkələri və xalqları firavan həyat şəraitində yaşasınlar. Özünüzü tənha hiss etməyin.
Siz bu arzuların həyata keçməsi üçün çalışmağa hazır olan, bunu arzulayan çox-
lu dostlarınızın əhatəsindəsiniz. Inanın ki, bu sözlər mənim ürəyimin, qəlbimin
dərinliklərindən gələn sözlərdir. Sizi böyük işlərə ruhlandırmaq üçün deyirəm, xa-
hiş edirəm ki, sülh, regional inteqrasiya naminə fəaliyyətinizi davam etdirəsiniz,
genişləndirəsiniz ki, bu da son nəticədə xalqınızın layiq olduğu inkişafa, tərəqqiyə
və firavanlığa gətirib çıxaracaqdır. Bir daha Sizə təşəkkürlərimi bildirirəm.
Heydər Əliyev: Hörmətli cənab Solana, mənim əziz dostum! Mənim haqqım-
da dediyiniz xoş sözlərə görə sizə təşəkkür edirəm. Mən hesab edirəm və deyə
bilərəm ki, sizinlə mənim aramda qarşılıqlı, çox yüksək səviyyəli rəğbət yaranıbdır.
Həqiqətən bu illərdə biz dəfələrlə sizinlə görüşüb çox əhəmiyyətli söhbətlər apar-
mışıq.
Avropa haqqında dediyiniz, yəni Avropanın keçdiyi yol və bu gün qarşısında du-
ran perspektivlər haqqında dedikləriniz, təbiidir ki, heyran edir, yəni biz də istəyirik
ki, regionumuzda da elə olsun. Ancaq Avropa bu yolu asanlıqla keçməyibdir. Lakin
keçib, indi buna nail olub, indi birləşir. Amma deyə bilmərəm ki, indi Avropada
separatizm tamamilə götürülübdür. O cümlədən sizin vətəninizdə. Elə burada baş
verən münaqişələrin də əsasında separatizm durur. Əgər biz bu separatizmin qarşı-
sını ala bilsək, hər şey edə bilərik.
Əmin ola bilərsiniz, sizə və bütün qonaqlara deyirəm ki, mən həm bugünkü
nəsillər, həm də gələcək nəsillər üçün, öz uşaqlarım, öz nəvələrim üçün və xalqımın
gələcəyi üçün sülh, sülh, bir də sülh yaratmaq istəyirəm. Əgər sülh və təhlükəsizlik
təmin olunmasa, nə demokratiya, nə iqtisadi inkişaf, nə də insanların rahatlığı ola
bilər. Ona görə də mən ömrümün böyük bir hissəsini buna həsr etmişəm. Ömrü-
mün qalan hissəsini də buna həsr edəcəyəm. Mən dünyada özüm üçün ən böyük
xoşbəxtlik onu hesab edirəm ki, Azərbaycanda sülhün, əmin-amanlığın yaranması-
na nail ola bilim. Məndən nə asılıdırsa onu edirəm.
Mən hesab edirəm ki, bəli, kompromislər olmalıdır. Amma hər şeyin bir həddi
var. Sərhəd vardır, həmin sərhəddən bu tərəfə keçmək olmaz. Əgər keçsən də, bu,
əks- təsir bağışlayacaqdır. Ona görə də mən çalışıram və çalışacağam da. Mən o
günü arzulayıram ki, biz sülh yaradaq, işğal olunmuş torpaqlar azad edilsin. O
yerlər dağılıbdır və Avropa Ittifaqı milyardlarla dollar gətirib bizə yardım etsin
ki, orada bərpa işləri aparaq. Mənim gözlərim qarşısında bu perspektivlər vardır.
Təkcə sülh əldə etmək yox, sülhün əldə olunması birinci şərtdir. Amma dağıdıl-
mış yaşayış evlərinin, xəstəxanaların, - hər şey viran olubdur, - insanların yaşama-
93
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
sı üçün bərpa olunması, bu, ən böyük vəzifələrdən biridir. Bunu biz özümüz edə
bilməyəcəyik. Burada Avropa Ittifaqının yardımı bizim üçün çox əhəmiyyətli ola-
caqdır. Bütün dünyanın beynəlxalq maliyyə mərkəzlərinin yardımı bizim üçün çox
əhəmiyyətli olacaqdır. Mən bu günləri görürəm. Amma onun üçün sülh yaratmaq
lazımdır. Bax, biz burada dayanmışıq. Əgər, bax, bu həddi keçə bilsək, ondan sonra
sizinlə də əməkdaşlığımız yaxşı olacaqdır və Cənubi Qafqazda da əməkdaşlıq, sülh
yaxşı təmin ediləcəkdir. Gəlin, səylərimizi birləşdirək. Hər şeyi mənim üzərimə
qoymayın.
Kristofer Patten: Hərçənd ki, çiyinlərinizi verdiyiniz bu qədər ağır yükün altına
öz çiyinlərimizi verə bilməsək də, Sizi bu işdə əvəz edə bilməsək də hesab edirəm
ki, Avropa Ittifaqının da bu məsələdə müəyyən rolu ola bilər. Hesab edirəm ki, sülh
əldə edildikdən sonra biz onun möhkəmləndirilməsinə yardımçı ola bilərik. Hesab
edirik ki, sülh əldə olunduqdan sonra kasıb, evi olmayan insanların, təhsil, səhiyyə
xidməti sahəsində vəziyyəti pis olan xalqlara yardımçı olmaqla, o insanları bizlərə
qulaq asmağa və sülhü möhkəmləndirməyə sövq edə biləcəyik. Baxmayaraq, həyat
bizə belə öyrədibdir ki, sülh əldə edən şəxslər Allah tərəfindən qorunan və onlara
yardım edilən şəxslər olublar. Amma bəzən biz öz fəaliyyətimizlə onlara heç də axı-
ra qədər yardımçı ola bilmirik. Mən çox böyük ruh yüksəkliyinə malik bir komissa-
ram. Amma mən bununla bərabər, çox həvəsli, böyük şövqə malik olan bağbanam.
Məsələn, mən ömrümdə heç vaxt belə gözəl qızılgülləri görməmişdim. Düşünürəm
ki, qarşımızda olan bu gözəl qızılgüllər bizim Avropa Ittifaqı ilə Azərbaycan arasın-
da əməkdaşlığın rəmzidir.
Bizim münasibətlərimiz çox güclüdür və istəyirik ki, bu münasibətlər daha da
genişlənsin. Biz Azərbaycanla bir çox sahələrdə geniş əməkdaşlıq edirik. Son illər
ərzində biz Azərbaycana 300 milyon avro dəyərində yardım göstərmişik. Hesab
edirəm ki, bizim birgə fəaliyyət göstərdiyimiz əməkdaşlıq etdiyimiz sahələrin ən
mühümlərindən biri məhz elə həmin reabilitasiya layihələri olmuşdur.
Sizin çox həssaslıqla vəziyyətlərini təsvir etdiyiniz, qarda, yağışın altında insan-
ların həyat şəraitinin yaxşılaşdırılması üçün onlara yardım göstərilməsi məqsədilə
biz bir sıra layihələr həyata keçiririk. Biz Azərbaycanda həyata keçirdiyimiz reabi-
litasiya layihələri ilə əlaqədar hətta bir kitabça da buraxmışıq və burada təhsil, kənd
təsərrüfatı sahəsində, məskunlaşmış insanlara yardım göstərilməsi sahəsində gör-
düyümüz işlər əksini tapıbdır. Baş nazirin müavini də bu kitabçaya çox yaxşı bir ön
söz yazıbdır. Kitabçada yaxşı şəkillər də vardır. Baş nazirin müavini bu nəşrə yaz-
dığı ön sözdə Avropa Ittifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığın bundan sonra
da inkişaf edəcəyinə ümid bəslədiyini bildiribdir. Əminik ki, bu, belə də olacaqdır.
Anlayırıq ki, sülh əldə edildikdən sonra bizim tərəfimizdən reabilitasiya layihələri,
bərpa işləri üçün xeyli miqdarda vəsait ayrılmasına, sizə yardım göstərilməsinə
ehtiyac olacaqdır. Bu regionda əməkdaşlıq çərçivəsində çoxlu birgə layihələri də