Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə37/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   33   34   35   36   37   38   39   40   ...   146

96

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

üzv olacaqdır? 



Xavyer Solana: Ümumiyyətlə, siz bilirsiniz ki, genişlənmə prosesi artıq gedir. 

Növbədə  olan  ölkələrin Avropa  Ittifaqına  qəbul  olunması  məsələsinə  baxılması 

mümkündür. Siz bilirsiniz ki, Nitsa şəhərində zirvə görüşü keçirilmiş, orada çox va-

cib sənədlər və razılaşmalar qəbul olunmuşdur. Bunun özü də genişlənmə prosesinə 

təkan vermişdir. Bu problem həll olunduqdan sonra digər dövlətlərin də Avropa 

Ittifaqına namizədliyinə baxıla bilər. 



Sual: Siz bu gün dediniz ki, TRASEKA proqramına böyük əhəmiyyət verirsiniz. 

Sizə elə gəlmirmi ki, bu proqram bir qədər ləngiyir. Əgər ləngiyirsə, səbəbi nədir?



Kristofer Patten: Biz bu proqramın həyata keçirilməsi ilə əlaqədar Brüsseldə 

müntəzəm  olaraq  yığışır,  müzakirələr  aparırıq.  Azərbaycan  prezidenti  ilə 

görüşümüzdə  mən  dedim  ki,  hazırda  TRASEKA  proqramı  çərçivəsində  boru 

kəmərlərinin çəkilməsi ilə əlaqədar 25 milyon avro məbləğində vəsait ayrılması 

barədə  layihə  var.  Boru  kəmərləri  sahəsində  biz  daha  bir  sıra  layihələrin  həyata 

keçirilməsini planlaşdırırıq. Bu proqram gecikdirilirsə, gecikmə yalnız layihənin 

bir nöqtədən digər nöqtəyə çatdırılmasına aid ola bilər. Mən sizinlə səmimi danışı-

ram və deyə bilərəm ki, bu, çox vacib layihədir və onun həyata keçirilməsi üçün biz 

bütün səylərimizi göstərəcəyik. 



97

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin

 Avropa Parlamentinin nümayəndə heyəti ilə 

görüşdə söhbətindən 

22 may 2001-ci il



Heydər Əliyev: Hörmətli qonaqlar, siz Azərbaycana xoş gəlmisiniz. Avropa Bir-

liyinin  belə  mötəbər,  çoxsaylı  nümayəndə  heyətinin Azərbaycana  gəlməsini  çox 

müsbət qiymətləndirirəm. Amma sizin qarşınızda o qədər kağız görürəm ki, əgər 

onların  hamısına  baxsaq,  gərək  üç  saat  danışaq.  Bunu  zarafat  edirəm,  nə  qədər 

istəsəniz danışarıq.

Avropa Birliyi ilə Azərbaycanın əlaqələri 1996-cı ildə bizim əməkdaşlıq haq-

qında  imzaladığımız  sənəd  əsasında  qurulubdur.  Mən  çox  məmnunam  ki,  biz 

bunu vaxtilə imzalamışıq. Gərək ki, Lüksemburqda imzaladıq. Mən orada iştirak 

edirdim,  özüm  imzaladım.  Bundan  sonra  da  bizim  əməkdaşlığımız  inkişaf  edir. 

Konkret nəticə nöqteyi-nəzərindən Avropa Birliyi ilə əməkdaşlıq başqa beynəlxalq 

təşkilatlara nisbətən daha da nəticəlidir.

Hələ 1992-1993-cü illərdən başlayaraq Avropa Birliyinin bizim regiona, Qafqaz, 

Orta Asiya regionuna marağı artmışdır. Bir neçə proqramların - TASIS proqramı-

nın, TRASEKA proqramının, INOQEYT proqramının yaranması Avropa Birliyi-

nin, həqiqətən, bizim regiona çox diqqətlə yanaşmasını göstərir. Biz bu proqramla-

rın həyata keçirilməsində fəal iştirak edirik. Ölkəmizin coğrafi vəziyyəti, coğrafi-

strateji vəziyyəti belədir ki, bu proqramlar Azərbaycansız həyata keçirilə bilməz.

Burada xeyli işlər görülübdür. Biz bu sahədə Avropa Birliyindən iqtisadiyyatı-

mızın bəzi sahələrini inkişaf etdirmək üçün aldığımız yardımları və kreditləri də 

qiymətləndiririk.

Nəhayət, bilirsiniz ki, biz Avropa Birliyi ilə birlikdə 1998-ci ilin sentyabr ayında 

Azərbaycanda böyük bir konfrans keçirdik. Bu konfransın əsas məzmunu TRASE-

KA proqramı üzrə Böyük Tarixi Ipək yolunun bərpa olunması məsələsi idi. Mən 

çox məmnunam ki, bu konfrans Azərbaycanda keçirildi. Biz burada, hesab edirəm 

ki, çox vacib bir saziş imzaladıq. Qədim Ipək yolunun bərpası ilə əlaqədar təşkilat 

yaratdıq, onun katibliyi Azərbaycanda yerləşir. Bir müddət bundan öncə o katibliyə 

yaxşı bir bina verdik və o binanın açılışında özüm şəxsən iştirak etdim.

Biz böyük Ipək yolunun bərpası proqramına çox ciddi yanaşırıq. Hesab edirik 

ki, bunun böyük perspektivi var. Bu, Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirən, 

məsafəcə ən yaxın və təhlükəsizliyi təmin edən bir marşrutdur.

Ancaq biz Avropa Birliyi ilə əməkdaşlığımızı təkcə bu proqramlar çərçivəsində 

nəzərdə tutmuruq. Siz Avropa Birliyinin parlamentinin nümayəndələrisiniz.

Mən  çox  məmnunam  ki, Azərbaycan  parlamenti  ilə  sizin  aranızda  çox  işgü-



98

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

zar əlaqələr yaranıbdır və dünən, bu gün burada çox yaxşı konfrans keçirilibdir, 

məsələlər müzakirə olunubdur. Biz bunları özümüz üçün çox əlamətdar hadisə he-

sab edirik və Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığına böyük ümidlərlə ba-

xırıq.

Bilirsiniz ki, biz yanvar ayında Avropa Şurasına həqiqi üzv kimi qəbul olun-



duq. Avropa Şurasında çox dövlət var, 43 dövlət var. Oraya daxil olmaq üçün xeyli 

vaxt imtahanlardan keçdik. Bəzən də “imtahan edən müəllimlər” bizə qarşı ədalətli 

deyildilər. Amma onlara sübut etdik ki, biz Avropa Şurasının üzvü olmağa layiqik. 

Bilirəm ki, Avropa Birliyinin 15 üzvü var, amma növbədə də çox ölkə var. Sizin 

şərtləriniz daha da ciddidir. Biz realistik. Hesab etmirik ki, biz buna tezliklə nail ola 

bilərik. Amma Avropa ailəsinin üzvü kimi Azərbaycan, təbiidir ki, bu istiqamətdə də 

irəliləmək istəyir. Ona görə parlamentlərarası əlaqələrin çox böyük əhəmiyyəti var. 

Güman edirəm ki, siz bu iki gündə Azərbaycanın bugünkü reallığını görürsünüz. 

Təbiidir ki, bizim ölkəmizdə hər şey istədiyimiz kimi deyildir. Ancaq hər halda, son 

beş-altı ildə Azərbaycanda iqtisadi inkişaf var və bizim yaxşı perspektivlərimiz var.

Sizə artıq bunu deyiblər ki, bizim bütün bu işlərimizə mane olan Ermənistan-

Azərbaycan münaqişəsidir. Güman edirəm, bilirsiniz ki, bu münaqişənin günah-

karı biz deyilik. Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini, Dağlıq Qa-

rabağı  özünə  birləşdirmək  üçün  bu  münaqişəni  başlayıbdır.  Sonra  bu  münaqişə 

qanlı müharibəyə çevrilibdir və müxtəlif səbəblərdən Ermənistan silahlı qüvvələri 

Azərbaycan ərazisinin 20 faizini işğal etməyə nail olubdur. Işğal edilmiş torpaq-

lardan bir milyon insan zorla yerindən çıxarılıb və indi artıq yeddi-səkkiz ildir ki, 

qaçqın vəziyyətində, əksəriyyəti çadırlarda yaşayır.

Təbiidir  ki,  XXI  əsrin  əvvəlində  dünyada,  Qafqaz  bölgəsində  belə  bir 

münaqişənin olması özlüyündə indi gedən proseslərə uyğun deyildir. Amma təəssüf 

ki, biz beynəlxalq ictimaiyyəti bu münaqişənin sülh yolu ilə həll olunması üçün fəal 

cəlb edə bilməmişik. Müharibənin yenidən başlanması nə Ermənistan üçün, nə də 

Azərbaycan üçün heç də xeyirli ola bilməz. Amma eyni zamanda, Azərbaycanın 

torpaqlarının bir qisminin işğal olunmasına və oradan Azərbaycan vətəndaşlarının 

zorla  çıxarılmasına,  onların  ağır  vəziyyətdə  yaşamasına  biz  dözə  bilmərik.  Ona 

görə də biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Güman edirəm ki, Avropa 

Birliyi də bu məsələlərə öz münasibətini bildirməli və öz fəaliyyətini göstərməlidir.

Düşünürəm ki, bizim şəhərimizlə də tanış oldunuz. Hər halda, şəhər pis deyildir. 

Brüssel də yaxşı şəhərdir, amma Bakı, Azərbaycan da pis deyildir. Buyurun. 

Ursula  Şvayser  (Avropa  İttifaqı  -  Azərbaycan  Parlament  Əməkdaşlığı 

Komitəsinin həmsədri): Cənab Prezident, hər şeydən öncə, icazə verin, bu gün bizi 

qəbul etdiyinizə görə nümayəndə heyətinin adından Sizə təşəkkürümü bildirim. Bu 

görüşün və bizim səfərimizin uğurlu təşkil olunmasında göstərdikləri xidmətə görə 

xüsusi  olaraq Avropa  Birliyinin  buradakı  səfirlərinə  də  təşəkkürümü  bildirirəm. 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə