94
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
həyata keçirəcəyik.
Bundan əvvəlki görüşümüz zamanı TRASEKA layihəsi nümayəndəliyi ofisi-
nin açılışı mərasimində Siz bu layihə barəsində çox xeyirxah sözlər söylədiniz.
O sözlərlə bizi TRASEKA layihəsinə daha çox cəlb olunmağa, daha çox işlər
görməyə dəvət etdiniz. Indiyə qədər Avropa Ittifaqı 40 milyon avro həddində tex-
niki yardım göstəribdir. Bundan əlavə, buraya Dünya Bankından, Avropa Bankın-
dan 400 milyon avro investisiya yönəlibdir. Anlayırıq ki, daha çox iş görməliyik.
Boru kəmərlərinin çəkilişinə 25 milyon avro məbləğində investisiya qoyulması
barədə layihə vardır. Hesab edirik ki, bundan sonrakı fəaliyyətimiz zamanı regi-
ondan çəkiləcək boru kəmərlərinə verdiyimiz diqqəti daha da artırmalıyıq ki, daha
çox vəsait ayırmalıyıq ki, həmin boru kəmərləri ilə nəql ediləcək məhsullar sürətlə
dünya bazarlarına çatdırılsın.
Ümidvaram ki, bu layihələr regionun ümumi iqtisadi inkişafına yardım-
çı olacaqdır. Əminik ki, biz ölkənizdə iqtisadi və siyasi islahatların daha da
genişləndirilməsi üçün Sizinlə digər sahələrdə də əməkdaşlığı genişləndirəcəyik.
Ən çətin iş Sizin öhdənizə düşübdür. Amma ümidvaram ki, qısa bir zamandan sonra
Siz böyük nailiyyətlər əldə edərək, bizi Sizin kimi yaxşı işləməyə, bu layihələrin
müvəffəqiyyətli olması üçün səylərimizi artırmağa sövq edəcəksiniz.
Heydər Əliyev: Təşəkkür edirəm, cənab komissar. Əvvələn, Avropa Ittifaqı
tərəfindən Azərbaycana indiyə qədər göstərilmiş yardımlara görə təşəkkür edirəm.
Bəzi rayonlarımızda aparılmış bərpa işlərinə görə sizə təşəkkür edirəm. Ancaq de-
diniz ki, çox gözəl bir kitab yazmısınız. O kitabda da hörmətli Baş nazirin müa-
vini çox gözəl sözlər yazıbdır. Mən istərdim ki, o sözlər həqiqətə çevrilsin. Kitab
yazmaq çətin deyildir. Amma iş görmək çox çətindir. Mən çox məmnunam, siz
burada bəyan edirsiniz ki, gələcəkdə, əgər biz sülh yarada bilsək, bərpa işlərində
Azərbaycana çox güclü yardım edəcəksiniz. Ancaq sülh yaratmaq lazımdır.
Bağışlayın, belə bir məsəl var: siçanlar pişikdən xilas olmaq istəyirlər, qərara
gəlirlər ki, pişiyin boynundan bir zınqırov assınlar ki, o, gələndə səsi eşidib qaç-
sınlar. Siçanların hamısı bu təkliflə razı olur. Sonra ikinci məsələ qalxır. Soruşurlar
ki, pişiyin boynuna zınqırovu kim asmalıdır? Indi belə çıxır ki, bunu ancaq mən
etməliyəm. Hamınız söz verirsiniz, tərifləyirsiniz və sair, amma əsas məsələni mən
etməliyəm. Hörmətli qəzetçilər, müxalifətçilər, Azərbaycan prezidentini hər gün
tənqid edənlər - indi gördünüzmü? Mən o zınqırovu pişiyin boynundan asanda,
pişik məni yesə nə olacaq? Dərd də bundadır.
Ancaq məni yemək çətindir.
Xavyer Solana: Onu bilirik.
Heydər Əliyev: Amma vəziyyət bundan ibarətdir.
Mən bir daha sizə təşəkkür edirəm. Belə başa düşdüm ki, siz deyirsiniz ki, mən
sülh yaradım, siz də sonra gəlib mənimlə bərabər bütün bu işləri görəsiniz. Indi ça-
95
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
lışmalıyam. Amma gərək siz də sonra sözünüzdən qaçmayasınız. Söz verirsinizmi?
Bir az yavaş danışdınız.
Kristofer Patten: Istəmirik ki, biz də özümüzü pişiyin boğazına zəncir asmağa
məcbur olmuş siçanın gününə salaq.
Heydər Əliyev: Görürsünüzmü, mən o gündəyəm.
Anna Lind: Cənab prezident, amma Sizi əmin edirik ki, biz verdiyimiz sözlərə
xilaf çıxmayacağıq, vədimizə sadiq olacağıq və Sizinlə keçirdiyimiz bu çox maraq-
lı görüşdən sonra əməkdaşlığımız daha da genişlənəcəkdir. Cənab prezident, amma
mən heç vaxt cəsarət etməzdim ki, Sizi siçan ilə müqayisə edim. Amma hər halda,
ən cəsarətli addım atmaq məhz Sizin boynunuza düşəcəkdir.
Heydər Əliyev: Bilirsinizmi, mən özüm də özümü siçanla müqayisə etmək
istəməzdim, ancaq Azərbaycan ifadəsinin bura yeri idi və ona görə də mən bunu
dedim.
Mənim dostum Solanaya bir kitab bağışlamaq istəyirəm. Bu kitab NATO-nun 50
illiyinə həsr olunubdur. Xatirinizdədir, orada biz görüşürdük. Bir orada yox, başqa
yerlərdə də. Biz sizinlə NATO barəsində çox danışıqlar apardıq və çox da işlər
gördük. Bu da NATO-ya aid kitabdır. Indi mən bunu sizə bağışlayıram. Burada öz
şəkillərinizi və bizim danışıqlarımız barədə yazıları görəcəksiniz. Avropa Ittifaqı ilə
də bizim əməkdaşlığımız yaxşı getsə, sonra bir dənə də kitab yaradacağam. Onda
sizə də kitab bağışlayacağıq. Sağ olun.
Anna Lind: Azərbaycan prezidenti Heydər Əliyevlə bizim görüşümüz başa çat-
dı. Bütün müzakirələrdən sonra sizi maraqlandıran suallar varsa, cavab verməyə
hazırıq.
Sual: Siz Yerevanda olarkən regionda iqtisadi əməkdaşlığın yaranması və ni-
zamlanması barədə təklif vermisiniz. Indicə keçirdiyiniz görüşdə Azərbaycan
prezidenti bildirdi ki, münaqişə həll edilməyincə, bu, mümkün deyildir. Siz bu
istiqamətdə növbəti hansı addımları atmaq fikrindəsiniz? Bu ideyanı gələcəkdə də
davam etdirmək fikrindəsinizmi?
Kristofer Patten: Şübhəsiz ki, regional səviyyədə əməkdaşlığın aparılma-
sı məsələsində hələ də siyasi fikir müxtəlifliyi var. 1999-cu ildə Avropa Ittifaqı
və bu regionun iki ölkəsi arasında birgə bəyannamə qəbul olunmuşdur. Həmin
bəyannamədə öz təcəssümünü tapmış əsas müddəalardan biri də ondan ibarət idi
ki, əməkdaşlığın müəyyən formaya gətirilməsi üçün bir təkanverici qüvvə olsun və
lazımi tədbirlər həyata keçirilsin. Yüksək səviyyədə danışıqlarımız, görüşlərimiz
və buraya səfərimiz zamanı aydın oldu ki, ölkəniz münaqişəni sülh yolu ilə həll
olunması barəsində verdiyi sözə sadiqdir. Sülhün bərqərar olması naminə biz də
çalışacağıq ki, əlimizdən gələni əsirgəməyək.
Sual: Maastrixt müqaviləsinin imzalanmasından 9 il keçir. Bu illərdə Avropa It-
tifaqına yeni üzvlər qəbul edilmişdir. Yaxın gələcəkdə bu ittifaqa daha hansı ölkələr