Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə32/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   28   29   30   31   32   33   34   35   ...   146

85

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Bu  bina  Azərbaycanın,  Bakının  memarlıq  abidələrindən  biridir.  Vaxtilə,  XX 

əsrin əvvəllərində Azərbaycanın böyük şəxsiyyəti, böyük sahibkarı Hacı Zeynalab-

din Tağıyev bu binanı yaradıb və burada da uzun müddət işləyibdir.

Azərbaycan xalqı təkcə indi yox, hələ o vaxtlarda da ümumbəşəri dəyərlərlə, 

Avropa  dəyərləri  ilə Azərbaycanın  milli-mənəvi  dəyərlərinin  inteqrasiyasına  ça-

lışmışdır. Məhz bu binanın 100 il bundan öncə Avropa üslubunda tikilməsi, onun 

həm xarici görünüşünün, həm də daxili görünüşünün Avropa memarlıq üslubuna 

mənsub olması bunu əyani sübut edir.

Təbiidir ki, indi çox yerdə modern üslubda binalar tikmək və ofisləri modern bi-

nalarda yerləşdirmək dəb olubdur. Amma biz bu yol ilə getmədik. Biz məhz klassik 

Avropa üslubunda tikilmiş binanı verdik ki, Avropa Ittifaqı buraya daha da doğma 

gözlə baxsın. Özü də görürsünüz, keçmişdə nə qədər gözəl tikirdilər.

Məsələn, burada xalçalar üstünü örtübdür, görmürəm, amma orada, Baş katibin 

ofisində biz döşəməyə nəzər saldıq. 100 il bundan öncə döşəmə elə bil ki, bu gün 

yaranıbdır. Keyfiyyətə çox fikir verirdilər. Baxın, divarlar nə qədər enlidir. Indi hər 

şeyə qənaət edirlər, nazik divarlar qoyurlar. Onlar da qısa bir zamanda xarab olur.

Mən sadəcə, Azərbaycanın Avropa memarlığından götürdüyü abidələrdən biri 

haqqında danışıram. Amma Azərbaycanda belələri çoxdur. Bu da onu göstərir ki, 

Azərbaycan Avropaya, Avropa dəyərlərinə, Avropa ölkələrinə hələ çox qədim za-

manlardan maraq göstərmişdir.

Biz eyni zamanda TRASEKA proqramını qədim böyük Ipək yolunun bərpası ilə 

bağlayırıq. Əslində, TRASEKA proqramı irəli sürüləndə, güman edirəm, həqiqətən 

nəzərə alınıbdır ki, bu, təkcə TRASEKA proqramını əhatə edən ölkələr üçün deyil, 

böyük Ipək yolunun bərpası üçündür və çox vacibdir. Biz konfransda açıq-aydın 

müəyyən etdik ki, Asiya ilə Avropanı, Şərq ilə Qərbi bağlayan qədim Ipək yolu bu 

gün də öz aktuallığını saxlayıbdır və Şərqlə Qərb arasındakı başqa yollara nisbətən 

daha qısadır. Yüklərin daşınması daha sürətlə, qısa bir zamanda olur və daha ucuz 

başa gəlir. Ona görə biz hesab edirik ki, 1998-ci ildə Bakı konfransında qəbul olun-

muş qərarlar həyata keçirilməlidir.

Mənə belə gəlir ki, Avropa Ittifaqı son vaxtlar TRASEKA proqramının həyata 

keçirilməsinə  bir  az  soyuyubdur.  Mən  bu  həqiqəti  deməliyəm.  Əgər  bir  neçə  il 

bundan əvvəlki dövrlə indiki dövrü müqayisə etsək, bu, göz qabağındadır. Ancaq 

mən bunu düzgün hesab etmirəm və düşünürəm, yəqin ki, belə böyük nümayəndə 

heyətinin Cənubi Qafqaz ölkələrinə gəlməsi TRASEKA proqramına münasibətin 

soyumasına son qoyacaq və bu proqram yenidən böyük sürətlə həyata keçiriləcəkdir.

Mən sizə müraciət edərək demək istəyirəm ki, siz TRASEKA proqramına vəsait 

ayrılmasında xəsislik etməyin. Çünki bu, nə sizə, nə də bizə xeyir verəcəkdir. Sizin 

cibinizdə pul çoxdur, burada qoyduğunuz pulun əvəzini iki-üç qat götürəcəksiniz. 

Indi artıq sizdə də, bizdə də - hamıda qəti bir fikir var ki, TRASEKA proqramı, bö-



86

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

yük Ipək yolunun bərpa edilməsi bu gün üçün və XXI əsr üçün ən böyük proqram-

lardan biridir. Bu proqramın hərtərəfli inkişafını nə qədər təmin edə bilsək, Cənubi 

Qafqaz, Orta Asiya, Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyası o qədər də 

sürətli olacaqdır.

Artıq indi ofis yaranıbdır. Bu bina boş qalmamalıdır ki? Burada işləmək lazım-

dır. Əgər vəsait olmasa, burada nə cür işləyəcəksən? Bu gözəl binada yaxşı-yaxşı 

layihələrə  baxıb,  müzakirə  edib,  onları  həyata  keçirmək  lazımdır.  Belə  layihələr 

vardır. Azərbaycanda bir xalq sözü var: “Səndən hərəkət, məndən bərəkət”. Başa 

düşürəm, bunu tərcümə etmək bir az çətindir.

Mən sizə bir daha təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, 

bu görüş bizim hamımızın istəklərimizin həyata keçirilməsi üçün çox əhəmiyyətli 

olacaqdır. Sağ olun.



87

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin

Avropa İttifaqının nümayəndə heyətini 

qəbul edərkən söhbətindən 

Bakı, 21 fevral 2001-ci il



Heydər Əliyev: Hörmətli xanım nazir!

Hörmətli Baş katib!

Hörmətli komissar!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən sizi bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Mən sizinlə bu 

görüşümüzdən çox məmnunam.

Biz bu gün sizinlə Avropa Ittifaqının TRASEKA proqramının həyata keçirilməsi 

ilə əlaqədar burada yaradılmış katibliyin binasını açdıq. Bu, əlamətdar bir hadisədir. 

Ancaq Avropa Ittifaqı ilə bizim əlaqələrimiz təkcə TRASEKA proqramı çərçivəsində 

ola bilməz. TRASEKA proqramı əməkdaşlığımızın bir hissəsidir. Ona görə də biz 

Avropa Ittifaqı ilə artıq bir neçə ildir ki, genişmiqyaslı əməkdaşlıq edirik və bu 

əlaqələrimizi daha da genişləndirmək istəyirik.

Biz Avropa Ittifaqının indi Avropada və bütün dünyada oynadığı müsbət rolu 

yüksək  qiymətləndiririk.  Biz Avropa  Ittifaqı  ilə  daha  yaxından  inteqrasiyada  ol-

maq  istəyirik.  Biz  artıq  Avropa  Şurasının  üzvüyük.  Fürsətdən  istifadə  edərək, 

Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasında etdiyiniz köməyə görə sizə 

təşəkkür  edirəm.  Bu,  birinci  mərhələdir.  Bundan  sonra  isə Avropa  Ittifaqına  yol 

açılır. Biz bilirik ki, bu asan yol deyildir. Avropa Ittifaqının bu təşkilata üzv olan 

ölkələr qarşısında qoyduğu tələblər təbiidir ki, Avropa Şurasının üzvü olan ölkələr 

qarşısında irəli sürülən tələblərə nisbətən daha da ciddidir. Ancaq Avropa ilə in-

teqrasiya bizim strateji yolumuzdur. Ona görə də biz bu yolla irəliləmək istəyirik. 

Hansı sürətlə, nə qədər vaxta buna nail ola bilərik, təbii ki, bunu demək olmaz. Bir 

daha qeyd edirəm, biz bilirik ki, sizin bu barədə tələbləriniz çox ciddidir. Ancaq 

biz  öz  istəyimizi,  arzumuzu  bildiririk.  Eyni  zamanda,  tərəfdaşlıq  və  əməkdaşlıq 

proqramı əsasında indiyə qədər apardığımız işlərə görə hesab edirik ki, biz bu yolla 

gedə bilərik.

Bizim bölgə Avropa Ittifaqı üçün, ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli 

bir bölgədir. Biz artıq görürük ki, Cənubi Qafqaz ölkələrinin Avropa üçün nə qədər 

əhəmiyyətli rol oynadığını Avropada, o cümlədən Avropa Ittifaqında görürlər və 

bilirlər.

Yəqin siz də təsdiq edərsiniz ki, bu sırada Azərbaycan xüsusi yer tutur. Çünki 

Azərbaycan Avropa və Asiyanın, qərblə Şərqin qovuşuğunda yerləşir, Qərb və Şərq 

ənənələrini özündə əks etdirən bir ölkədir. Azərbaycanın Xəzər dənizindəki böyük 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə