Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə28/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   24   25   26   27   28   29   30   31   ...   146

76

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

qiymətləndiririk. Biz lazımi sənəd imzaladıq və təşkilat komitəsi yaratdıq. Onun 

ofisi, yəni katibliyi də Azərbaycanda yerləşir. Bir də qeyd edirəm, bunlar Avropa 

Birliyinin iqtisadi komissiyası ilə əməkdaşlığımızın nəticəsidir.

Düşünürəm,  indi  vaxt  gəlib  çatıbdır  ki,  Avropa  Birliyinin  parlamenti  ilə  də 

əməkdaşlıq  edək.  Ona  görə  də  siz Azərbaycana  gəlmisiniz.  Mən  bunu  bir  daha 

məmnuniyyətlə qəbul edirəm. Keçmiş təcrübəni nəzərə alaraq, hesab edirəm ki, biz 

sizinlə çox səmərəli əməkdaşlıq edə bilərik. Biz dərk edirik ki, sizin parlamentin 

də çox sərt şərtləri var. Avropanın, demək olar, bütün ölkələri Avropa Şurasının 

üzvləridir. Amma Avropa  Birliyində  isə  üzvlərin  sayı  məhduddur.  Mən  bilirəm, 

keçmişdə sosialist sistemində olan bir çox Şərqi Avropa ölkələri indi çalışırlar ki, 

Avropa Birliyinə daxil olsunlar. Amma şərtləri həyata keçirməlidirlər. Düşünürəm 

ki,  bu  şərtləri  həyata  keçirmək  üçün  o  ölkələrə  də  vaxt  lazımdır.  Bunun  üçün 

əməkdaşlıq lazımdır. Bu sahədə biz sizinlə əməkdaşlığa hazırıq.

Ikinci  sualınız  haqqında  onu  deyə  bilərəm  ki,  güman  edirəm,  Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumatınız var. Bu, 

ola bilər ki, keçmiş Sovetlər Ittifaqı məkanında ən köhnə və ən ağır münaqişədir. O, 

1988-ci ildə başlayıbdır və təşəbbüskarı Ermənistandır. Ermənistan Azərbaycanın 

tərkibində  olan  Dağlıq  Qarabağ  vilayətini  Azərbaycandan  qoparıb  özünə 

birləşdirmək məqsədi güdərək belə bir münaqişəyə başlayıbdır. Bu münaqişə sonra 

böyük bir müharibəyə çevrilibdir. Çox qanlar tökülüb, insanlar tələf olubdur.

Müxtəlif səbəblərə görə, bəzi ölkələrin bilavasitə göstərdiyi yardımdan istifadə 

edərək  Ermənistan  silahlı  qüvvələri  Dağlıq  Qarabağı,  sonra  isə  Azərbaycanın 

onun ətrafındakı bir neçə böyük rayonunu işğal ediblər. Bunların nəticəsində indi 

Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Iş-

ğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı, azərbaycanlı 

zorla öz yerlərindən-yurdlarından çıxarılmışdır və indi çadırlarda ağır vəziyyətdə 

yaşayırlar. Işğal edilmiş rayonlarda Azərbaycanın, demək olar, bütün varidatı dağı-

dılıbdır.

Bütün bunlara baxmayaraq, biz hələ 1994-cü ilin may ayında atəşin dayandırıl-

ması haqqında Ermənistanla saziş imzalamışıq və ona indiyə qədər riayət edirik. 

Bütün bu illər ərzində biz məsələni sülh yolu ilə həll etməyə çalışmışıq. Güman 

edirəm ki, bilirsiniz, - məsələnin sülh yolu ilə həll edilməsi üçün 1992-ci ildə ATƏT 

Minsk  qrupu  yaradıbdır.  Minsk  qrupuna  üç  dövlət  -  Rusiya, Amerika  Birləşmiş 

Ştatları,  Fransa  başçılıq  edir.  Biz  ötən  illər  onlarla  çox  görüşlər  keçirmişik,  çox 

müzakirələr aparmışıq, müxtəlif təkliflər irəli sürülübdür. Ancaq hələ ki, bir nəticəyə 

gələ bilməmişik.

1996-cı ilin dekabr ayında - ATƏT-in Lissabon görüşündə həm Ermənistan üçün, 

həm də Azərbaycan üçün məqbul olan bir qərar qəbul edildi. Hesab edirəm ki, əgər 

biz onu həyata keçirə bilsəydik, münaqişə çoxdan bitmiş olardı. Amma Azərbaycan 




77

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

bunu qəbul etdi, Ermənistan isə bundan imtina etdi.

Minsk  qrupunun  həmsədrləri  indi  yenə  fəaliyyət  göstərirlər.  Amma  bununla 

yanaşı, 1999-cu ildə Ermənistan prezidenti ilə Azərbaycan prezidentinin bir neçə 

bilavasitə görüşləri və danışıqları olmuşdur. Güman edirəm ki, Minsk qrupunun 

gördüyü işə əlavə olaraq bu görüşlər, danışıqlar çox əhəmiyyətlidir, məsələnin sülh 

yolu ilə həll olunmasına kömək edir. Əgər oktyabr ayının 27-də Ermənistanda bö-

yük terror hadisəsi baş verməsəydi, biz bəlkə də bunu həll edə bilərdik. Güman 

edirəm, parlamentdə olan terror hadisəsi barədə sizin məlumatımız var.

Mən bu gün də hesab edirəm ki, iki prezident arasında danışıqlar davam etməlidir. 

Minsk qrupunun həmsədrləri bu işlə daha fəal məşğul olmalıdır və biz məsələnin 

sülh yolu ilə həllinə nail olmalıyıq. Bizim fikrimiz bundan ibarətdir. Güman edirəm 

ki, elə bu da Avropa Birliyinin tələblərinə uyğundur.



Per Qharton: Əlbəttə, ümid yeri varsa, hesab edirəm ki, birbaşa görüşlər çox 

vacibdir. Mən elə bilirəm ki, ümid yeri var.



Marie-Anne-İsler Bekuin: Cənab prezident, mən Sizə hər şeydən əvvəl yaxşı 

səhhət arzulamaq istəyirəm. Mən də Avropa Parlamentində Azərbaycana, eləcə də 

digər iki Cənubi Qafqaz ölkəsinə nümayəndə kimi göndərilmişəm. Ümid edirəm 

ki,  beş  illik  mandatım  dövründə Azərbaycanla  bizim  təşkilatımız  arasında  yaxşı 

əlaqələr yaranacaqdır. Bu gün Sizə xüsusi sual vermək istəyirəm. Mən ətraf mü-

hit  məsələləri  ilə  yaxından  məşğul  olduğuma  görə  bu  barədə  sual  verirəm.  Bi-

zim  parlamentdə  ətraf  mühit,  ekologiya  məsələləri  həmişə  ön  plana  çəkilir.  Biz 

istəyirik ki, Tbilisidə üç ölkəyə aid olan regional mərkəz yaradaq. Başa düşürük 

ki, Azərbaycan Ermənistanla münaqişədə olduğuna görə bəlkə də bu təşəbbüsə qa-

tılmaq istəməz. Lakin elə bilirik ki, bu cür mərkəzin yaradılması həm siyasi, həm 

iqtisadi, həm də ekoloji baxımdan Azərbaycan üçün yararlı olar. Bu barədə Sizin 

fikirlərinizi öyrənmək istəyirik.



Heydər Əliyev: Əvvəla, sizə təşəkkür edirəm ki, mənə yaxşı səhhət arzulayır-

sınız. Səhhətim yaxşıdır. Amma yəqin ki, sizin arzunuz mənim səhhətimi daha da 

yaxşılaşdıracaq.

Sizin qaldırdığınız məsələ çox mühümdür. Təbiidir ki, ekologiya, təbii mühitin 

çirklənməsinin qarşısının alınması nəinki başa çatdırdığımız XX əsrin, həm də XXI 

əsrin əsas problemlərindən biridir.

Bizim  üçün  -  Azərbaycan  üçün,  Cənubi  Qafqaz  üçün  bu  xüsusən  lazımdır. 

Bilməlisiniz ki, bu barədə Azərbaycan daha da əlverişsiz vəziyyətdədir. Ətraf mühi-

tin qorunması, ekologiya məsələləri, təbiidir ki, hər bir ölkədə bu işə münasibətdən, 

ətraf  mühiti  çirkləndirən  amillərin  qarşısının  alınmasından  asılıdır.  Bu  sahədə 

bizim imkanlarımız o qədər də geniş deyildir. Azərbaycan böyük sənaye ölkəsi, 

xüsusən Bakı iri sənaye şəhəridir. Keçmişdə bizdə kimya sənayesi, neftlə, qazla 

bağlı olan başqa sənaye sahələri çox inkişaf etmişdi. Təbiidir ki, bu da ətraf mühitin 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə