75
zu üzrə informasiya hesabatları dinlənilmiş, nəzərə alınmış və yerinə yetirilmiş
işlər sifarişçi təşkilata – “Mədəngeofizika” İdarəsinə müvafiq qaydada aktla təhvil
verilmişdir. 6 mövzu üzrə elmi-tədqiqat işlərinin bir hissəsi 2010-cu ilin iş proqramına
uyğun olaraq 2011-cu ilə keçirilmişdir.
“Geofizika” ETİ 2010-cu ildə 16 mövzu üzrə 1748827 manat həcmində elmi-
tədqiqat və təcrübi metodik işləri yerinə yetirmişdir. Bu işlər “Azneft” İB üzrə 1 333
167manat, “Geofizika və Geologiya” İdarəsi üzrə 238 827 manat və “Mədəngeofizika”
İdarəsi üzrə 210 min manat təşkil etmişdir.
İnstitut 2010-cu ildə ARDNŞ-dən kənar təşkilatlara heç bir iş yerinə yetirməmişdir.
2010-cu il ərzində Baş ofisin Elm və texnika şöbəsinin təşəbbüsü və bilavasitə
iştirakı ilə ARDNŞ-nin Elmi-Texniki Şurasının (ETŞ) iclaslarında Şirkətin tabeliyində
olan müəssisələr üzrə elmi-tədqiqat, layihə-konstruktor və normativ sənədlərin
işlənməsinə və tətbiqinə dair Tematik planlar müzakirə edilmiş və müvafiq düzəlişlərin
aparılması tövsiyə edilmişdir. Bununla yanaşı elmi-texniki və texnoloji yeniliklərin
ARDNŞ-nin müəssisələrində tətbiqinə dair məsələlər də ETŞ-nin iclaslarında geniş
müzakirə edilmişdir.
“Azneft” İB-nin NQÇİ-də neftçıxarmanın səmərəliliyinin artırılması məqsədilə
2010-cu il ərzində 59 adda 740 obyektində, o cümlədən “Neftqazelmitədqiqatlayihə”
institutu – 31, “Neftin, qazın geotexnoloji problemləri və kimya” ETİ (ADNA) – 5,
“Azneft” İB – 4, “Neftqazavtomat” EİM – 12, “AzİNMAŞ” TASC – 2, “Neftmaş” XKB
– 1, NQÇİ-lər – 3, “Tikinti Avtomatika Servis” MMC – 1 yeni texnika və texnologiya
tədbirləri planlaşdırılmışdır.
Plan üzrə 2010-cu il üçün tətbiqi nəzərdə tutulmuş 59 adda yeni texnika və
texnologiyalarından il ərzində 43 tədbir tam, 6 tədbir qismən, 10 tədbirin isə lazımi
avadanlıq və reagentlərin əldə edilməməsi səbəbindən icrası mümkün olmamışdır.
Tam və qismən yerinə yetirilmiş 49 tədbir 740 obyektində tətbiq olunaraq 828
əməliyyatla başa çatdırılmışdır.
ARDNŞ-nin nailiyətlərinin təbliğ olunmasında, sahə üzrə elmi-texniki yeniliklərin,
qabaqcıl xarici təcrübənin öyrənilməsində beynəlxalq sərgi və konfranslarda
iştirakının müstəsna əhəmiyyəti vardır.
Bununla bağlı 1-4 iyun 2010-cu ildə Bakı şəhərində ənənəvi olaraq keçirilmiş
“Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası” 17-ci Beynəlxalq Sərgi-Konfransını
xüsusilə qeyd etmək lazımdır. ARDNŞ bu Sərgi-Konfransın təşkilində və keçirilməsində
yaxından iştirak etmişdir. Sərgidə ARDNŞ-nin pavilyonunda Şirkətin fəaliyyətini, əldə
etdiyi nailiyyətlərini əks etdirən eksponat, maket və yeniləşmiş bukletlər nümayiş
etdirilmişdir.
2010-сu ilin iyul-avqust ayında əsas mövzusu “Enerji” müəyyən olunmuş
İzmir Beynəlxalq Sərgisində, 2010-cu ilin oktyabr ayında Almatı şəhərində XVIII
Qazaxıstan Beynəlxalq Neft Qaz Sərgi və Konfransında, noyabrın 5-də Daşkənddə
76
keçirilən Azərbaycan Milli Sərgisində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
də təmsil olunmuşdur. Dövlət Neft Şirkətinin pavilyonu sərgi iştirakçılarının böyük
marağına səbəb olmuşdur. İştirakçıları maraqlandıran suallar ARDNŞ təmsilçiləri
tərəfindən ətraflı cavablandırılmışdır.
Bakıda və Qazaxıstanda keçirilən sərgilərdə SOCAR milli neft qaz şirkətləri
arasında“Ən yaxşı pavilyon dizaynı” mükafatına layiq görülmüşdür.
25.11.10-cu il tarixində ARDNŞ-nin Baş ofisi, müvafiq institut və müəssisələrinin
mütəxəssislərinin iştirakı ilə Rusiya Federasiyasının “PSM-İMPEKS” MMC-nin
istehsalı olan “Geyzer” adlı quyuların ştanqlı nasoslarla istismarı üçün hidravliki
avtomatlaşdırılmış quyuüstü avadanlığın təsdiqetməsinə həsr olunmuş texniki
yığıncaq keçirilmişdir.
2010-cu ildə şirkətin fəaliyyətini, texniki-iqtisadi göstəricilərini əks etdirən buklet,
broşura və ARDNŞ-nin 2009-cu il üçün illik hesabatı nəfis şəkildə hazırlanmış, nəşri
təşkil edilmiş və müvafiq təşkilatlara və yuxarı orqanlara çatdırılmışdır.
77
1. ARDNŞ-nin Baş ofisinin işçiləri və ARDNŞ müəssisələrinin rəhbər işçiləri
haqqında
1 yanvar 2011-ci il tarixə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş
ofisi üzrə işçilərin faktiki sayı 361 nəfər olmuşdur. Hesabat ili ərzində ARDNŞ-
nin Baş ofisinə 58 nəfər işçi işə qəbul edilmişdir, onlardan 25 nəfəri ARDNŞ-nin
müəssisələrindəndir. İşə qəbul edilənlərdən 4 nəfərinə ilk iş yeri olduğuna görə
əmək kitabçası açılmışdır. Həmin müddət ərzində 15 nəfər işdən azad olunmuşdur.
Hesabat dövrünün əvvəlinə Baş ofisdə işləyənlərdən 353 nəfəri rəhbər işçi və
mütəxəssis, 8 nəfəri texniki icraçılardır. O cümlədən 112 nəfəri qadınlar, 27 nəfəri
təqaüdçü, 74 nəfər isə yaşı 29-a qədər olan gənclərdir. Əməkdaşlardan 342 nəfəri
ali təhsillidir, onlardan 3 nəfəri elmlər doktoru, 23 nəfəri isə elmlər namizədidir.
01 yanvar 2011-ci il tarixə şirkətin müəssisə və təşkilatları üzrə “ARDNŞ-nin
Kadrların İdarə Edilməsi Komitəsinin təşkil edilməsi haqqında” 03 iyun 2010-cu il
tarixli 72 nömrəli əmrə əsasən əmək müqavilələri ARDNŞ-nin prezidenti və Kadrların
İdarə Edilməsi Komitəsi ilə bağlanılan və xitam verilən 392 nəfər rəhbər işçi ilə
əmək müqavilələri bağlanmışdır.
2010-cu ildə vəzifəyə təyin olunmaları ilə əlaqədar 167 nəfərlə ARDNŞ-nin prezi-
denti və Kadrların İdarə Edilməsi Komitəsi tərəfindən əmək müqaviləsi bağlanmış,
57 nəfərin əmək müqaviləsinə müvafiq dəyişikliklər edilmiş, 79 nəfərlə bağlanmış
əmək müqaviləsinə isə xitam verilmişdir. O cümlədən, işçinin təşəbbüsü ilə 63 nəfər,
əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar 2 nəfər, müəssisənin ləğvi və
ya ştatların ixtisarı ilə 12 nəfər, işçinin vəfatı ilə əlaqədar 2 nəfərlə bağlanmış əmək
müqavilələrinə xitam verilmişdir.
Ümumilikdə 2010-cu il ərzində Baş ofis və nomenklatur ilə bağlı şəxsi heyət üzrə
ARDNŞ-nin 180 əmri və Kadrların İdarə Edilməsi Komitəsinin 271 qərarı hazırlanmış
və rəsmiləşdirilmişdir.
ARDNŞ-nin 11 yanvar 2006-cı il tarixli 02 nömrəli və 03 iyun 2010-cu il tarixli 72
nomrəli əmrlərinə uyğun olaraq vəzifəyə təyin edilməsi ARDNŞ-nin müvafiq struktur
bölmələri ilə razılaşdırılan 330 nəfərin vəzifəyə təyin olunmasına şirkətin müvafiq
struktur bölmələrinin rəhbərləri ilə razılaşdırılmaqla icazə verilmişdir. 7 nəfər təqdim
olunan işçinin şəxsi işləri vəzifəyə təyin olunması məqsədəuyğun sayılmadığından
geri qaytarılmışdır.
XVII. KADRLARLA İŞ
Dostları ilə paylaş: |