Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə25/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   21   22   23   24   25   26   27   28   ...   79

75
zu  üzrə  informasiya  hesabatları  dinlənilmiş,  nəzərə  alınmış  və  yerinə  yetirilmiş 
işlər sifarişçi təşkilata – “Mədəngeofizika” İdarəsinə müvafiq qaydada aktla təhvil 
verilmişdir. 6 mövzu üzrə elmi-tədqiqat işlərinin bir hissəsi 2010-cu ilin iş proqramına 
uyğun olaraq 2011-cu ilə keçirilmişdir.
“Geofizika”  ETİ    2010-cu  ildə  16  mövzu  üzrə  1748827  manat  həcmində  elmi-
tədqiqat və təcrübi metodik  işləri yerinə yetirmişdir. Bu işlər “Azneft” İB üzrə 1 333 
167manat, “Geofizika və Geologiya” İdarəsi üzrə 238 827 manat və “Mədəngeofizika” 
İdarəsi üzrə 210 min manat təşkil etmişdir. 
İnstitut 2010-cu ildə ARDNŞ-dən kənar təşkilatlara heç bir iş yerinə yetirməmişdir.
2010-cu  il ərzində Baş ofisin Elm və texnika  şöbəsinin təşəbbüsü və bilavasitə 
iştirakı ilə ARDNŞ-nin Elmi-Texniki Şurasının (ETŞ) iclaslarında Şirkətin tabeliyində 
olan  müəssisələr  üzrə  elmi-tədqiqat,  layihə-konstruktor  və  normativ  sənədlərin 
işlənməsinə və tətbiqinə dair Tematik planlar müzakirə edilmiş və müvafiq düzəlişlərin 
aparılması  tövsiyə  edilmişdir.  Bununla  yanaşı  elmi-texniki  və  texnoloji  yeniliklərin 
ARDNŞ-nin müəssisələrində tətbiqinə dair məsələlər də ETŞ-nin iclaslarında geniş 
müzakirə edilmişdir.
  “Azneft”  İB-nin  NQÇİ-də  neftçıxarmanın  səmərəliliyinin  artırılması  məqsədilə 
2010-cu il ərzində 59 adda  740 obyektində, o cümlədən “Neftqazelmitədqiqatlayihə” 
institutu – 31, “Neftin, qazın geotexnoloji problemləri və kimya” ETİ (ADNA) – 5, 
“Azneft” İB – 4, “Neftqazavtomat” EİM – 12, “AzİNMAŞ” TASC – 2, “Neftmaş” XKB 
– 1, NQÇİ-lər – 3,  “Tikinti Avtomatika Servis” MMC – 1  yeni texnika və texnologiya 
tədbirləri planlaşdırılmışdır.
Plan  üzrə  2010-cu  il  üçün  tətbiqi  nəzərdə  tutulmuş  59  adda  yeni  texnika  və 
texnologiyalarından il ərzində 43 tədbir tam, 6 tədbir qismən, 10 tədbirin isə lazımi 
avadanlıq və reagentlərin əldə edilməməsi səbəbindən icrası mümkün olmamışdır.
Tam  və  qismən  yerinə  yetirilmiş  49  tədbir  740  obyektində  tətbiq  olunaraq  828 
əməliyyatla başa çatdırılmışdır.
ARDNŞ-nin nailiyətlərinin təbliğ olunmasında, sahə üzrə elmi-texniki yeniliklərin, 
qabaqcıl  xarici  təcrübənin  öyrənilməsində  beynəlxalq  sərgi  və  konfranslarda 
iştirakının müstəsna əhəmiyyəti vardır.
Bununla    bağlı  1-4  iyun  2010-cu  ildə    Bakı  şəhərində  ənənəvi  olaraq  keçirilmiş 
“Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası”  17-ci Beynəlxalq Sərgi-Konfransını 
xüsusilə qeyd etmək lazımdır. ARDNŞ bu Sərgi-Konfransın təşkilində və keçirilməsində 
yaxından iştirak etmişdir. Sərgidə ARDNŞ-nin pavilyonunda Şirkətin fəaliyyətini, əldə 
etdiyi nailiyyətlərini əks etdirən eksponat, maket və yeniləşmiş bukletlər nümayiş 
etdirilmişdir.
2010-сu  ilin  iyul-avqust  ayında  əsas  mövzusu  “Enerji”  müəyyən  olunmuş 
İzmir  Beynəlxalq  Sərgisində,  2010-cu  ilin  oktyabr  ayında  Almatı  şəhərində  XVIII 
Qazaxıstan Beynəlxalq  Neft Qaz Sərgi və Konfransında, noyabrın 5-də Daşkənddə 


76
keçirilən  Azərbaycan  Milli  Sərgisində  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti 
də təmsil olunmuşdur. Dövlət Neft Şirkətinin pavilyonu sərgi iştirakçılarının böyük 
marağına  səbəb  olmuşdur.  İştirakçıları  maraqlandıran  suallar  ARDNŞ  təmsilçiləri 
tərəfindən ətraflı cavablandırılmışdır.
 Bakıda  və  Qazaxıstanda  keçirilən  sərgilərdə  SOCAR  milli  neft  qaz  şirkətləri 
arasında“Ən yaxşı pavilyon dizaynı” mükafatına layiq görülmüşdür.
25.11.10-cu il tarixində ARDNŞ-nin Baş ofisi, müvafiq institut və müəssisələrinin 
mütəxəssislərinin  iştirakı  ilə  Rusiya  Federasiyasının  “PSM-İMPEKS”  MMC-nin 
istehsalı  olan  “Geyzer”  adlı  quyuların  ştanqlı  nasoslarla  istismarı  üçün  hidravliki 
avtomatlaşdırılmış  quyuüstü  avadanlığın  təsdiqetməsinə  həsr  olunmuş  texniki 
yığıncaq keçirilmişdir. 
2010-cu ildə şirkətin fəaliyyətini, texniki-iqtisadi göstəricilərini əks etdirən buklet, 
broşura və ARDNŞ-nin 2009-cu il üçün illik hesabatı nəfis şəkildə hazırlanmış, nəşri 
təşkil edilmiş və müvafiq təşkilatlara və yuxarı orqanlara çatdırılmışdır. 


77
1.  ARDNŞ-nin  Baş  ofisinin  işçiləri  və  ARDNŞ  müəssisələrinin  rəhbər  işçiləri 
haqqında
1  yanvar  2011-ci  il  tarixə  Azərbaycan    Respublikası  Dövlət  Neft  Şirkətinin  Baş 
ofisi  üzrə  işçilərin  faktiki  sayı  361  nəfər  olmuşdur.  Hesabat  ili  ərzində  ARDNŞ-
nin  Baş  ofisinə  58  nəfər  işçi  işə  qəbul  edilmişdir,  onlardan  25  nəfəri  ARDNŞ-nin 
müəssisələrindəndir.    İşə  qəbul  edilənlərdən  4  nəfərinə  ilk  iş  yeri  olduğuna  görə 
əmək kitabçası açılmışdır. Həmin müddət ərzində 15 nəfər işdən azad olunmuşdur. 
Hesabat  dövrünün  əvvəlinə  Baş  ofisdə  işləyənlərdən  353  nəfəri  rəhbər  işçi  və 
mütəxəssis, 8 nəfəri texniki icraçılardır. O cümlədən 112 nəfəri qadınlar, 27 nəfəri 
təqaüdçü, 74 nəfər isə yaşı 29-a qədər olan gənclərdir. Əməkdaşlardan 342 nəfəri 
ali təhsillidir, onlardan 3 nəfəri elmlər doktoru, 23 nəfəri isə elmlər namizədidir.  
01  yanvar  2011-ci  il  tarixə  şirkətin  müəssisə  və  təşkilatları  üzrə  “ARDNŞ-nin 
Kadrların İdarə Edilməsi Komitəsinin təşkil edilməsi haqqında” 03 iyun 2010-cu il 
tarixli 72 nömrəli əmrə əsasən əmək müqavilələri ARDNŞ-nin prezidenti və Kadrların 
İdarə  Edilməsi  Komitəsi    ilə  bağlanılan  və  xitam  verilən  392  nəfər  rəhbər  işçi  ilə 
əmək müqavilələri bağlanmışdır.  
2010-cu ildə vəzifəyə təyin olunmaları ilə əlaqədar 167 nəfərlə ARDNŞ-nin prezi-
denti və Kadrların İdarə Edilməsi Komitəsi tərəfindən əmək müqaviləsi bağlanmış, 
57 nəfərin əmək müqaviləsinə müvafiq dəyişikliklər edilmiş, 79 nəfərlə bağlanmış 
əmək müqaviləsinə isə xitam verilmişdir. O cümlədən, işçinin təşəbbüsü ilə 63 nəfər,  
əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar 2 nəfər, müəssisənin ləğvi və 
ya ştatların ixtisarı ilə 12 nəfər, işçinin vəfatı ilə əlaqədar  2 nəfərlə bağlanmış əmək 
müqavilələrinə xitam verilmişdir. 
Ümumilikdə 2010-cu il ərzində Baş ofis və nomenklatur ilə bağlı şəxsi heyət üzrə 
ARDNŞ-nin 180 əmri və Kadrların İdarə Edilməsi Komitəsinin 271 qərarı hazırlanmış 
və rəsmiləşdirilmişdir. 
ARDNŞ-nin 11 yanvar 2006-cı il tarixli 02 nömrəli və 03 iyun 2010-cu il tarixli 72 
nomrəli əmrlərinə uyğun olaraq vəzifəyə təyin edilməsi ARDNŞ-nin müvafiq struktur 
bölmələri ilə razılaşdırılan 330 nəfərin vəzifəyə təyin olunmasına şirkətin müvafiq 
struktur bölmələrinin rəhbərləri ilə razılaşdırılmaqla icazə verilmişdir. 7 nəfər təqdim 
olunan işçinin şəxsi işləri vəzifəyə təyin olunması məqsədəuyğun sayılmadığından 
geri qaytarılmışdır.
XVII. KADRLARLA  İŞ


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə