Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə2/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   2   3   4   5   6   7   8   9   ...   79

4
əlavə quyular qazılmış, anbarların aktiv qaz həcmləri tarixdə ilk dəfə olaraq 3,1 mlrd. 
m
3
-ə çatdırılmışdır.
  2010-cu  il  Şirkətin  emal  kompleksi  üçün  də  uğurlu  olmuşdur.  Ölkəmizin  neft 
məhsullarına  olan  tələbatı  və  bu  məhsulların  ixracına  dair  öhdəliklər  artıqlaması 
ilə  yerinə  yetirilmiş,  6148,8  min  ton  xam  neft  emal  edilərək  proqnoza    102,5% 
əməl  olunmuşdur.  Neft  emalı  zavodlarında  səmərəlilik  əmsalı  yüksəlmişdir.  Təkrar 
emal  qurğularının  gücündən  istifadə  göstəricilərinin  yaxşılaşdırılması  nəticəsində 
açıq  rəngli  neft  məhsullarının  çıxım  faizi  2,7%  artmışdır.  Neftin  emal  dərinliyinin 
artırılması  üçün  son  illərdə  görülən  işlər  müvəffəqiyyətlə  davam  etdirilmiş,  həmin 
göstəricinin miqyası 92,6%-ə çatdırılmışdır.  
Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  ilə  “Azərikimya”  Dövlət  Neft 
Şirkətinin  tabeliyinə  verildikdən  sonra  həmin  Birliyin  müəssisələrində  sabit  iş  re-
jiminin  təmin  olunması,  istehsal  həcminin  artırılması  və  məhsulların  keyfiyyətinin  
yaxşılaşdırılması  istiqamətində  mühüm  tədbirlər  görülmüşdür.  İstehsalat  Birli–
yinin  müəssisələrində  əsaslı  təmir  işləri  aparılmış,  mühüm  istehsalat  sahələrinin 
fəaliyyətində müsbət dönüş yaradılmışdır. EP-300 etilen-propilen istehsal sahəsində ilk 
dəfə olaraq  məhsul çıxımının layihə normaları səviyyəsinə çatdırılması, məhsuldarlığın  
artırılması,  itkilərin  azaldılması  xüsusi  qeyd  olunmalıdır.  Qısa  müddətdə  uğurla 
yerinə yetirilmiş kompleks tədbirlər nəticəsində “Azərikimya” İB-nin müəssisələrində 
texnoloji  proses  tam  şəkildə  təmin  edilmiş,  “xammal–yarımfabrikat–hazır  məhsul” 
6,0 5,7 6,4 6,1 5,9 5,5 5,5 5,6 6,5
9,0
17,0
23,4
23,7
26,3
0
5
10
15
20
25
30
199
7
199
8
199
9
200
0
200
1
200
2
200
3
200
4
200
5
200
6
200
7
200
8
200
9
201
0
Azərbaycan Respublikasında qaz hasilatı (mlrd m
3
)
Azərbaycan Respublikası
Xarici şirkətlərlə birgə
ARDNŞ


5
prinsipi üzrə maneəsiz istehsal fəaliyyətinə nail olunmuşdur. Hazırda istehsal olunan 
neft-kimya məhsullarının 90 %-i ixrac edilir. 
Türkiyədəki  aktivimiz  olan  “Petkim”  neft-kimya  konserninin  fəaliyyətinin 
genişləndirilməsi  məqsədi  ilə  “SOCAR-Turcas”  alyansı  yaxın  perspektiv  üçün  kon-
sernin xammala (əsasən, naftaya) təlabatını ödəmək və idxaldan asılılığını aradan 
qaldırmaq üçün onun nəzdində Egey neft emalı zavodunu  inşa etməyə hazırlaşır. 
Zavodda istehsal olunacaq məhsulların Türkiyə bazarı ilə bərabər, Aralıq dənizi və 
Cənubi Avropa bazarlarına ixrac edilməsi planlaşdırılır. Bu, qardaş Türkiyənin ekoloji 
cəhətdən ən təmiz neft emalı müəssisəsi olacaqdır. Yaxın perspektivdə “Petkim”də 
neftayırma həcminin 10 mln. tona, neft-kimya istehsalının 6 mln. tona çatdırılması 
məqsədi ilə digər layihələr də həyata kecirilir ki, bunların nəticəsində yaxın illərdə 
Türkiyədə neft kimyası məhsullarına tələbatın 40 %-ini ödəmək imkanı qazanacağıq. 
“Petkim” iri logistika mərkəzinə, Türkiyənin ən böyük, Avropanın isə aparıcı istehsal 
komplekslərindən birinə çevriləcəkdir. 
Şirkətimiz artıq bir neçə ildir ki, Gürcüstanın qaz distribusiyası və neft məhsullarının 
pərakəndə satış bazarında səmərəli fəaliyyət göstərir. Bu günə kimi qonşu ölkədə 


6
65-dən  çox  yanacaqdoldurma  məntəqəsi  tikilib  istismara  verilmişdir.  Sevin-
dirici  haldır  ki,  2010-cu  ildən  Azərbaycanda  da  “SOCAR”  brendi  altında  fəaliyyət 
göstərən  yanacaqdoldurma  məntəqələri  əhaliyə  xidmət  göstərir.  Sevindirici  haldır 
ki, ötən ildən Azərbaycanda da “SOCAR” brendi altında fəaliyyət göstərən 6 yana-
caqdoldurma məntəqəsi əhaliyə xidmət göstərir. Gələcəkdə bu məntəqələrin sayını 
30-a  çatdırmağı  düşünürük.  Azərbaycan  və  Gürcüstanda  neft  məhsullarının  satışı 
sahəsində qazanılmış təcrübədən Ukraynada YDM şəbəkəsinin qurulmasında istifadə 
olunur. Bu məqsədlə Odessa vilayətində 20 məntəqə alınmışdır və hazırda rebrend-
inq işləri aparılır. Analoji işlərin Rumıniyada da görülməsini nəzərdə tuturuq. 
İsveçrədə  təsis  etdiyimiz  “SOCAR  Trading”  müəssisəsi  2010-ci  ildə  Cenevrə  və 
Sinqapurdakı  ofisləri,  eləcə  də  Birləşmiş  Ərəb  Əmirlikləri,  Nigeriya  və  Vyetnamdakı 
nümayəndəlikləri vasitəsilə beynəlxalq neft və neft məhsulları bazarında, xüsusilə Şərqi və 
Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsində  
fəaliyyətini uğurla davam etdirmişdir. 30-dan artıq xarici sifarişçisi olan müəssisə Birləşmiş 
Ərəb Əmirliklərinin Fucayra limanında neft məhsulları terminalının inşası üçün “SOCAR-
Aurora” birgə müəssisəsinin yaradılmasına dair razılaşma əldə etmişdir. 


7
Qarşısına  rəqabətədavamlı  bir  qurum  olaraq  dünya  bazarlarında  özünə  layiqli 
yer tutmaq vəzifəsi qoymuş Şirkətimiz fəaliyyət sahələrinin genişlənməsinə və di-
versifikasiya  olunmasına  xüsusi  önəm  verir.  2010-cu  ildə  təməli  qoyulmuş  müasir 
Gəmiqayırma zavodunun tikintisinə başlanılmış, yeni Neft-Qaz Emalı və Neft Kimya 
Kompleksinin  inşası  üçün  hazırlıq  işləri  sürətləndirilmişdir.  Son  illərdə  SOCAR-ın 
beynəlxalq auditi həyata keçirilir. Dünyanın nüfuzlu audit şirkətlərindən olan “Fitch 
Ratings”  və  “Moody’s”  agentlikləri  tərəfindən  Şirkətimizə  beynəlxalq  reytinqlərin 
verilməsi Şirkətin mühüm uğurlardandır.  
SOCAR  istehsalat  nailiyyətləri  ilə  yanaşı,  sosial  və  ekoloji  layihələrin  həyata 
keçirilməsini də daim diqqət mərkəzində saxlayır, habelə dövlət büdcəsi qarşısında 
öhdəliklərini vaxtında yerinə yetirməklə ölkənin ümumi yüksəlişinə dəyərli töhfələr 
verir.  Ən  əsası  isə  SOCAR  ilbəil  böyüyür,  genişlənir,  öz  mövqeyini  durmadan 
möhkəmləndirir, nüfuzunu artırır ki, bu da neftçilərimizin fədəkar əməyinin nəticəsidir. 
 
 Rövnəq Abdullayev,
ARDNŞ-nin prezidenti


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə