Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə79/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   71   72   73   74   75   76   77   78   79

216
sözügedən ərazilərin qazlaşdırılması imkanlarının təkmilləşdirilməsi ilə bağlı müəyyən 
öhdəliklər  daşıyır.  Həmin  fərmana  uyğun  olaraq  Azəriqaz  İB  köhnə  magistral  və 
yerli  qaz  kəmərlərinin  yenilənməsi,  yeni  yaşayış  massivlərinin/regionların/ucqar 
rayonların qazlaşdırılması, eləcə də magistral qaz xətlərinin, sənaye obyektlərində 
və əhalinin köhnə qaz sayğaclarının yenilənməsi ilə məşğul olacaqdır. 
 Rəhbərlik Qrupun 2011-2013-cu illər ərzində həmin proqramın həyata keçirilməsi 
ilə bağlı məsrəflərinin 1,071,000 AZN məbləğində olacağını təxmin edir.
AQTŞ qarşısında şərti öhdəlik. AQTŞ və Azərbaycan Respublikasının Yanacaq və 
Energetika  Nazirliyi  arasında  imzalanmış  27  fevral  2003-cü  il  tarixli  “Qazın  alqı-
satqısına dair müqavilə”yə (hazırda bu müqavilə üzrə alış hüquqları Qrup tərəfindən 
həyata keçirilir) uyğun olaraq, Qrup müqavilədə qeyd olunduğu kimi, satıcının mini-
mal  illik  qaz  satışı  həcmini  almaq  öhdəliyinə  malikdir.  Satıcının  minimal  illik  qaz 
satışı  həcminin  alınması  üzrə  öhdəliyin  məbləği  86,840  min  ABŞ  dolları  (69,290 
AZN) təşkil edir.  
AÇG  HPBS-də  iştirak  payı.  31  dekabr  2010-cu  il  tarixinə  AÇG  HPBS-nin  Opera-
toru olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti bir sıra kapital  öhdəlikləri və 
əməliyyat lizinqi üzrə müqavilələr bağlamışdır. Qrup həmin öhdəliklər və əməliyyat 
lizinqində 10 faizlik payının müvafiq olaraq 654,407 AZN ekvivalentinə bərabər olan 
820,162 min ABŞ dolları (2009: 386,143 AZN ekvivalentinə bərabər olan 480,815 
min ABŞ dolları) və 11,234 min AZN ekvivalentinə bərabər olan 13,988 min ABŞ 
dolları (2009: 51,532 AZN ekvivalentinə bərabər olan 64,585 min ABŞ dolları) təşkil 
edəcəyini təxmin etmişdir.                
Şahdəniz  HPBS-də  iştirak  payı.  31  dekabr  2010-cu  il  tarixinə  Şahdəniz  HPBS-
nin Operatoru olan BP Exploration Shahdeniz Limited şirkəti (Şahdəniz HPBS-nin 
Operatoru)  bir  sıra  kapital  öhdəlikləri  üzrə  müqavilələr  bağlamışdır.  Qrup  həmin 
öhdəliklərdə  10  faizlik  payının  43,400  AZN  ekvivalentinə  bərabər  olan  54,041 
min ABŞ dolları təşkil edəcəyini təxmin etmişdir (2009: 12,415 AZN ekvivalentinə 
bərabər olan 15,559 min ABŞ dolları). 
AQTŞ-də iştirak payı ilə bağlı şərti öhdəliklər. Qeyd 17-də göstərildiyi kimi, Qrupun 
AQTŞ-də  iştirak  payı  8  faiz  təşkil  edir.  AQTŞ  ilə  bağlanılmış  müqavilələrə  əsasən 
Qrupun AQTŞ-nin fəaliyyəti ilə bağlı aşağıdakı öhdəlikləri vardır:    

Qaz  müqaviləsi.  BOTAŞ  şirkəti  ilə  imzalanmış  müqaviləyə  əsasən      AQTŞ 
2010-cu il və sonrakı illərdə Qaz Müqaviləsində müəyyən edilmiş düstur əsasında 
hesablanmış qiymətlə təqribən 6.3 milyard kub metr qaz hasil edəcəkdir.

Gürcüstan  hökuməti  qarşısında  qaz  öhdəliyi.  Gürcüstan  Neft  və  Qaz 


217
Korporasiyası ilə imzalanmış müqaviləyə əsasən AQTŞ Müqavilədə müəyyən edilmiş 
düstur  əsasında  hesablanmış  qiymətlə  2010-cu  ildə  təqribən  0.3  milyard  kub 
metr qaz hasil edəcəkdir. 2011-ci ildə isə bu rəqəm 0.5 milyard kub metrə qədər 
artırılacaqdır.

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri şirkəti (“BTC”) ilə imzalanmış alqı-satqı 
müqaviləsi.  Bu  müqaviləyə  əsasən  AQTŞ  2010-cu  ildən  başlayan  müqavilə  ilində 
və  “Plato  dövrü”  olan  sonrakı  üç  il  ərzində  Müqavilədə  müəyyən  edilmiş  düstur 
əsasında hesablanmış qiymətlə təqribən 0.23 milyard kub metr qaz hasil edəcəkdir.    

Qaz  müqaviləsinə  əsasən  AQTŞ-nin  fəaliyyəti  Azərbaycan  Respublikası  və 
Türkiyə  Respublikası  arasında  “Azərbaycan  təbii  qazının  Türkiyə  Respublikasına 
tədarükü”  haqqında  12  mart  2001-ci  il  tarixli  Hökumətlərarası  Sazişə  əsasən 
(“Azərbaycan-Türkiyə  Hökumətlərarası  saziş”)  hökumət  tərəfindən  təmin  edil-
ir.  AQTŞ  tərəfindən  nəql  ediləcək  qazın  həcmi  ilə  bağlı  yuxarıda  qeyd  olunmuş 
öhdəliklər Şahdəniz HPBS üzrə podratçı tərəflər və ARDNŞ (Azərbaycan hökumətinin 
adından və tapşırığı ilə) arasında imzalanmış Neftin kəşfiyyatı və hasilatı üzrə alış 
müqavilələri (NKHAM) ilə təmin edilir.      
Şahdəniz  HPBS  üzrə  podratçı  tərəflər  və  qrup  AQTŞ-nin  yuxarıda  qeyd  olunan 
öhdəliklərinin yerinə yetirilməsi məqsədilə, AQTŞ-nin mənfəət götürmədən və zərər 
çəkmədən  zəruri  qaz  həcmini  AQTŞ-yə  tədarük  etmək  və  satmaq  üçün  öhdəlik 
daşıyır. 
Bundan əlavə, NKHAM-da nəzərdə tutulduğu kimi Şahdəniz HPBS üzrə podratçı 
tərəflər və qrup AQTŞ-ə bütün nəqliyyat məsrəflərini və üçüncü tərəflərin öhdəliklərini 
ödəyəcəkdir. 
Neftin  daşınması  üzrə  öhdəliklər.    1  avqust  2002-ci  il  tarixində  Qrup  və  AÇG 
HPBS-nin  digər  iştirakçıları  (“İxracatçılar  Qrupu”)  BTC  şirkəti  ilə  AÇG  yatağında 
məhsulların nəqli haqqında müqavilə (“AÇG MN”) bağlamışdır və 3 fevral 2004-cü 
il  tarixində  bu  Müqaviləyə  əlavələr  edilmişdir.  Bu  müqaviləyə  əsasən  i̇xracatçılar 
qrupu  (qrup  daxil  olmaqla)  hər  bir  iştirakçı  tərəfindən  qərb  i̇xrac  marşrutu  ilə 
göndərilən hər hansı məhsul istisna olmaqla, AÇG yatağından bütün xam neftin BTC 
neft boru kəməri vasitəsilə daşınması üzrə öhdəlik götürmüşdür. Qrup Bakı-Tbilisi-
Ceyhan neft boru kəməri tam istehsal həcmi ilə işləyənədək xam neftin dəmir yolu 
vasitəsilə daşınmasına razılıq vermişdir. Lakin, AÇG MN-ə uyğun olaraq Qrup BTC-
nin  istehsal  həcminin  kifayət  qədər  olduğu  halda,  digər  daşınma  imkanlarından 
istifadə edilməməsinə dair razılıq vermişdir. 
BTC neft boru kəməri 2006-cı ilin may ayında istismara verilmişdir. Boru kəmərinin 


218
doldurulması üçün AÇG yatağından 10 milyon barel neft istifadə edilmişdir və BTC neft 
boru kəməri vasitəsilə neft ilə yüklənmiş ilk tanker 4 iyun 2006-cı il tarixində Türkiyənin 
Aralıq Dəniz sahilində yerləşən Ceyhan terminalından yola salınmışdır. Gündəlik istehsal 
həcmi 1,000,000 bareldən artıq olan BTC neft boru kəməri İxracatçılar Qrupunun əsas 
ixrac marşrutu kimi istifadə edilir. 
Məhsulların Nəqli haqqında müqaviləyə uyğun olaraq, 3 fevral 2004-cü il tarixində 
BTC,  i̇xracatçılar  qrupu,  qrupun  nümayəndəsi,  BTC-nin  kreditorları  və  təminat  üzrə 
zamini,  eləcə  də  AÇG  i̇xracatçılar  qrupunun  kreditorları  və  təminat  üzrə  zamini 
arasında Birbaşa müqavilə imzalanmışdır. Tərəflər BTC tarifinin ödənişini neft və neftin 
satışından gəlirlər üzrə birinci dərəcəli ödəniş kimi təsdiqləmişdir. 
EMN.  Qeyd  20-də  göstərildiyi  kimi,  EMN  Kredit  Sazişinin  şərtlərinə  uyğun  olaraq 
Ehtiyat Mənfəət Neftinin satışından əldə edilmiş gəlirlər Qrupun EMN-nin buraxılma 
tarixinə qədər EMN Kredit Sazişi üzrə Lalaben qarşısında öhdəlikləri tam şəkildə yerinə 
yetirilənə qədər müştərilər tərəfindən birbaşa olaraq Lalabenin BNP Paribas bankındakı 
cari hesablarına köçürülür.   
Layihə məsrəfləri üzrə ehtiyat. 20 iyul 2007-ci il tarixində Lalaben, Blueprint Trad-
ing,  ABN  Amro  Bank    N.V,  BNP  Paribas  (Londonda  və  Cenevrədə  yerləşən  filiallar 
daxil olmaqla), Societe Generale və Qrup arasında imzalanmış Kreditorlararası Saziş 
qüvvədə  olduğu  dövr  ərzində  BNP  Paribas-da  Məsrəf  Neftinin  yığım  hesablarında 
olan qalıqlar Qrupun AÇG HPBS-dəki payının maliyyələşdirilməsi üçün kifayət qədər 
olmadıqda,  Qrup  AÇG  HPBS-dəki  payının  maliyyələşdirilməsi  məqsədilə  mənfəət 
neftinin  satışından  yaranan  gəlirləri  tətbiq  etməlidir.  Bu  məqsədlə  Qrup  layihə  üzrə 
məsrəflərinin  maliyyələşdirilməsi  üçün  22,341  AZN  ekvivalentinə  bərabər  olan 
28,000 min ABŞ dolları məbləğində dəyişkən qalıq saxlamalı və belə bir ehtiyat EMN-
nin  buraxılma  tarixində  əldə  edilən  mənfəət  nefti  (APP)  və  EMN  üzrə  daxilolmalar 
vasitəsilə maliyyələşdirilə bilər. Layihə üzrə məsrəflərin maliyyələşdirilməsi üçün ehti-
yatlar  həmçinin  daşınma  tariflərinin  və  AzAÇG-nin  komisyon  haqlarının  ödənilməsi 
üçün istifadə edilə bilərdi. Qeyd 8-də göstərildiyi kimi, 31 dekabr 2010-cu il tarixində 
tamam–lanan il ərzində Qrup EMN Avans Ödənişi Sazişinə əsasən Lalaben qarşısında 
öhdəliklərini  tam  şəkildə  yerinə  yetirmişdir.  Bu  tarixdən  başlayaraq  Kreditorlararası 
Saziş qüvvəsini itirir.     
Mənfəət  vergisi  üzrə  ehtiyat.  Kreditorlararası  Sazişin  şərtlərinə  uyğun  olaraq  və 
bu  Sazişin  buraxılış  tarixinə  qədər  Qrupun  bütün  mənfəət  vergisi  mənfəət  neftinin 
gəlirlərindən  ödənilir.  Məsrəf  nefti  üzrə  gəlirlər  mənfəət  vergisinin  ödənilməsi  üçün 
istifadə edilə bilməz. Bu məqsədlə Qrupdan və Lalaben-dən EMN və APP üzrə Qrupun 
rüblük proqnozlaşdırılan mənfəət vergisinin 110 faizinin BNP Paribasda Lalabenin EMN 


219
və Qrupun APP hesablarındakı müvafiq vergi ehtiyatı üzrə sub-hesablarında saxlaması 
tələb olunur.  
Tarif  ehtiyatları.  Kreditorlararası  Sazişin  şərtlərinə  uyğun  olaraq  və  bu  Sazişin 
buraxılış  tarixinə  qədər  Qrup  və  Lalaben  Mənfəət  Nefti  ilə  bağlı  növbəti  ay  üçün 
proqnozlaşdırılan daşınma tariflərinin 110 faizini BNP Paribas-da müvafiq hesablarda 
saxlamalıdırlar. 
APP və EMN hesablarından ödənişlər üzrə məhdudiyyət (“Mənfəət nefti üzrə hesab-
lar”). Avans ödənişi haqqında sazişlərin (Qeyd 20) və müvafiq Kreditorlararası Sazişin 
qüvvədə olma müddəti ərzində Qrupun ödənişləri ilə bağlı aşağıdakı öhdəliklərə riayət 
edilməsi üçün Mənfəət nefti hesablarında saxlanılan vəsaitlər BNP Paribas-da gəlirlər 
hesabında  olan  məsrəf  nefti  üzrə  saxlanılan  vəsaitlərlə  müqayisədə  prioritet  olaraq 
istifadə ediləcəkdir:   

mənfəət nefti tarifləri;

əməliyyat xərcləri; və 

mənfəət vergisi.
EMN Avans Ödənişi Sazişi ilə bağlı Birbaşa Müqavilələr. EMN Avans Ödənişi haqqında 
Sazişin qüvvədə olma müddəti ərzində Qrup 20 iyul 2007-ci il tarixində Lalaben, BNP 
Paribas (İsveçrə) SA və BNP Paribas London Filialı ilə Birbaşa Müqavilə bağlamışdır.  
Bu müqaviləyə uyğun olaraq, Lalaben EMN-nin buraxılma tarixinə qədər EMN Avans 
Ödənişi haqqında Saziş ilə bağlı bütün hüquqları BNP Paribas (İsveçrə) SA Bankına 
həvalə etmişdir. 
36.  Müəssisələrin birləşməsi 
“Azərikimya”  İB.  2  aprel  2010-cu  il  tarixində  Qrup  “Azərikimya”  SC-nin  səhmdar 
kapitalının  100  faizini  əldə  etmişdir.  “Neft-kimya  sənayesində  idarəetmə 
mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 
2 aprel 2010-cu il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasında neft-
kimya  məhsullarının  istehsalı  ilə  məşğul  olan  “Azərikimya”  SC  ARDNŞ-ın  tabeliyinə 
verilmişdir. “Azərikimya” SC-nin idarə olunması hüquqlarının təhlili nəticələrinə əsasən 
ARDNŞ rəhbərliyi, “Azərikimya” SC üzrə nəzarətin ötürülməsi tarixini 2 aprel 2010-cu 
il hesab etmək qərarına gəlmişdir. Bu satınalma əməliyyatından sonra “Azərikimya” SC 
ARDNŞ-in təşkilati-hüquqi strukturunda “Azərikimya” İB-ə çevrilmişdir.   
“Azərikimya”  İB-nin  alışı  ilə  bağlı  ədalətli  dəyərin  bölüşdürülməsi  və  alış  üzrə 
ödənişlərə dair ətraflı məlumat aşağıdakı cədvəldə göstərilir:


220
ARDNŞ “Azərkimya” SC-nin üzərində idarə hüquqlarını Azərbaycan Respublikasının 
Hökuməti tərəfindən tənzimlənən əməliyyat nəticəsində heç bir köçürmə aparmadan 
əldə  etmişdir.  Qrupun  maliyyə  hesabatlarının  hazırlanmasının  əsasları  və  mühüm 
mühasibat uçotu prinsiplərinə uyğun olaraq, birgə nəzarət altında olan əməliyyatlar 
alış metodu əsasında aparılır. Bu məqsədlər üçün Qrup alınan müəssisənin ədalətli 
dəyərini müəyyənləşdirmişdir. 
Müəssisənin  ədalətli  dəyəri  mənfidir  və  onun  xalis  aktivlərinin  ədalətli  dəyərinə 
bərabərdir. Müəssisənin ədalətli dəyərinin mənfi olmasının səbəbləri aşağıda amillər 
ilə izah edilir: 

Əsas  istehsalat  avadanlığı  köhnəlməsi,  yüksək  dərəcədə  amortizasiya 
hesablanması, məhsuldarlığının aşağı olması, enerji istehlakı dərəcələrinin yüksək 
olması və potensial ekoloji problemlərin mövcud olması;  

Bəzi  məhsullar  üzrə  bazarda  güclü  tələbatın  olmaması  və  ya  aşağı  əlavə 
dəyərə malik olması;  

Bir çox rəqib şirkətlərlə müqayisədə Şirkətin regional nəqliyyat infrastruk-
turu baxımından mövqeyinin aşağı olması və nəticədə təchizat kanalları və ixracat 
marşrutlarına əhəmiyyətli dərəcədə məhdudiyyətlərin tətbiq edilməsi.   
Alış üzrə tanınmış 
ədalətli dəyər 
Aktivlər
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
5,382
Məhdudiyyət qoyulmuş pul vəsaitləri
10
Debitor borcları
63,364
Mənfəət vergisi üzrə qabaqcadan ödəmələr 
-
Mal-material ehtiyatları 
49,693
Əsas vəsaitlər 
48,316
166,765
Öhdəliklər
Kreditor borcları 
(254,739)
Uzunmüddətli borc öhdəliklərinin qısamüddətli və cari 
hissəsi 
(71,193)
Mənfəət vergisi üzrə kreditor borcları 
(27,571)
Vergilər üzrə sair kreditor borcları 
(17,714)
Sair ehtiyatlar 
(1,384)
Uzunmüddətli borc öhdəlikləri 
(12,514)
(385,115)
Müəyyən edilə bilən xalis öhdəliklərin ədalətli 
dəyəri 
(218,350)


221
Müəssisələrin 
birləşməsindən 
dərhal əvvəl 
BMHS-ə uyğun 
balans dəyəri 
Təyin 
edilmiş 
ədalətli 
dəyər 
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
3,398
3,398
Məhdudiyyət qoyulmuş pul vəsaitləri
403
403
Debitor borcları
684,998
545,186
Mənfəət vergisi üzrə qabaqcadan ödəmələr
32
32
Mal-material ehtiyatları
72,756
69,507
Əsas vəsaitlər
601,283
787,044
Qeyri-maddi aktivlər
14
14
Sair uzunmüddətli aktivlər
5
5
Kreditor borcları
(1,291,498)
(1,265,163)
Uzunmüddətli borc öhdəliklərinin qısamüddətli və cari hissəsi
(17,209)
(11,734)
Mənfəət vergisi üzrə kreditor borcları
(29,677)
(43,835)
Vergilər üzrə sair kreditor borcları
(164,915)
(185,957)
Sair ehtiyatlar
(808)
(15,371)
Təxirə salınmış gəlirlər
(110,178)
(110,178)
Uzunmüddətli borc öhdəlikləri
(130,034)
(130,034)
Aktivlərin ləğv olunması üzrə öhdəliklər
(330)
(330)
Təxirə salınmış vergi aktivi 
-
99,392
Törəmə müəssisənin xalis öhdəlikləri 
(381,760)
(257,621)
Əməliyyatın ümumi nəzarət altında olmasına görə əldə edilmiş müəssisənin ədalətli 
dəyəri ilə köçürülmüş ödəniş (sıfır) məbləği arasındakı fərq kapitalda səhmdarlara 
ödəniş kimi qeydə alınmışdır.
Alış tarixindən etibarən “Azərikimya” İB Qrupun vergidən əvvəl mənfəətinə 88,785 
AZN gəlir və 37,474 AZN zərər əlavə etmişdir. Əgər birləşmə ilin əvvəlində baş tutsa 
idi,  ümumi  gəlir  haqqında  hesabatda  tanınan  məbləğdən  dövr  üçün  daimi  (cari) 
fəaliyyətdən əldə olunan xalis mənfəət 37,318 AZN az və daimi (cari) fəaliyyətdən 
əldə olunan gəlir isə 114,722 AZN çox olardı. 
“Azəriqaz” İB. 1 iyul 2009-cu il tarixində Qrup “Azəriqaz” QSC-nin səhmdar kapitalının 
100  faizini  əldə  etmişdir.  “Neft  və  qaz  sənayesində  idarəetmə  mexanizmlərinin 
təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2009-cu 
il tarixli 366 saylı Sərəncamına uyğun olaraq “Azəriqaz” QSC ARDNŞ-ın tabeliyinə 
verilmişdir. “Azəriqaz” QSC-nin idarə olunması hüquqlarının təhlili nəticələrinə əsasən 
ARDNŞ rəhbərliyi, “Azəriqaz” QSC üzrə nəzarətin ötürülməsi tarixini 1 iyul 2009-cu 
il hesab etmək qərarına gəlmişdir. Şirkət, Azərbaycan Respublikası ərazisində qazın 
istehsalçılar, istehlakçılar və qaz anbarları arasında qaz kəmərləri vasitəsilə nəqlini, 
eləcə də qazın ixrac üçün Rusiya, Gürcüstan və İrana tranzitini həyata keçirir. Bu 
satınalma əməliyyatından sonra “Azəriqaz” QSC ARDNŞ-ın strukturunda “Azəriqaz” 
İB-ə çevrilmişdir.
“Azəriqaz”  QSC-nin  alışı  ilə  bağlı  ədalətli  dəyərin  bölüşdürülməsi  və  alış  üzrə 
ödənişlərə dair ətraflı məlumat aşağıdakı cədvəldə göstərilir:


222
ARDNŞ “Azəriqaz” QSC-nin üzərində idarə hüquqlarını Azərbaycan Respublikasının 
Hökuməti tərəfindən tənzimlənən əməliyyat nəticəsində heç bir köçürmə aparmadan 
əldə  etmişdir.  Qrupun  maliyyə  hesabatlarının  hazırlanmasının  əsasları  və  mühüm 
mühasibat uçotu prinsiplərinə uyğun olaraq, birgə nəzarət altında olan əməliyyatlar 
alış  metodu  əsasında  aparılır.  Bu  məqsədlər  üçün  Qrup  alınan  müəssisənin  ədalətli 
dəyərini müəyyənləşdirmişdir. 
Müəssisənin  ədalətli  dəyəri  mənfidir  və  onun  xalis  aktivlərinin  ədalətli  dəyərinə 
bərabərdir. Müəssisənin ədalətli dəyərinin mənfi olmasının səbəbləri aşağıdakı amillər 
ilə izah edilir:  
İnhisarçılıq xarakterinə görə “Azəriqaz” İB-nin öz boru kəmərləri şəbəkəsini istismar 
etməsi və təkmilləşdirməsi və bunun əhəmiyyətli kapital məsrəfləri tələb etməsi
Gəlirlərin  hesablanması  üçün  “Azəriqaz”  İB  tərəfindən  istifadə  edilən  daşınma 
tariflərinin  Hökumət  tərəfindən  tənzimlənməsi  və  bunun  tənzimlənməsinin  qeyri-
müəyyən  vaxt  müddətinə  gözlənilməsi.  Yaxın  gələcəkdə  bazarın  liberallaşmasının 
gözlənilməməsi;  
“Azəriqaz”  İB-nin  rəhbərliyinin  gəlirlərin  yığılması  və  özünün  ödəmə  qabiliyyətinin 
çevik şəkildə təkmilləşdirilməsini gözləməməsi.
Əməliyyatın ümumi nəzarət altında olmasına görə əldə edilmiş müəssisənin ədalətli 
dəyəri  ilə  köçürülmüş  ödəniş  (sıfır)  məbləği  arasındakı  fərq  kapitalda  səhmdarlara 
ödəniş kimi qeydə alınmışdır.
Sair  alışlar.  2010-cu  il  ərzində  Qrup  Türkiyədə  SOCAR  Bosphorus  Energy  törəmə 
müəssisəni almışdır (2009-cu il ərzində Qrup həmçinin Gürcüstanda, Ukraynada bir 
sıra törəmə müəssisələri, eləcə də CDC-dəki nəzarət payını almışdır). Bu alışlar Qru-
pun  BMHS-ə  uyğun  konsolidasiya  edilmiş  maliyyə  hesabatlarına  əhəmiyyətli  təsir 
göstərməmişdir.
Qudvil 
Qudvilin balans dəyərinin hərəkəti aşağıdakı cədvəldə göstərilir:
 
2010
2009
1 yanvar tarixinə balans dəyəri  
106,905
82,837
Törəmə müəssisələrin alışı 
16,543
24,068
31 dekabr tarixinə balans dəyəri 
123,448
106,905


223
31 dekabr 2010-cu və 2009-cu il tarixlərində qudvil əsasən Petkim şirkətinin alışı ilə 
əlaqəli olmuşdur. (Qeyd 26). Petkim şirkətinin səhmlərinin alışı nəticəsində əldə edilmiş 
müəssisənin  aktivləri,  öhdəlikləri  və  şərti  öhdəliklərinin  ədalətli  dəyərində  alıcının 
iştirak payından artıq ödənilmiş məbləğ konsolidasiya edilmiş maliyyə hesabatlarında 
qudvil kimi uçota alınmışdır.  
31 dekabr 2010-cu il tarixinə qudvilin balans dəyəri onun bərpa dəyəri ilə müqayisə 
edilərək,  dəyərsizləşmə  üzrə  yoxlanılmışdır.  Bərpa  dəyəri  Petkim  şirkətinin  istifadə 
dəyərinə əsasən müəyyən edilmişdir. Həmin hesablamalar zamanı rəhbərlik tərəfindən 
təsdiqlənmiş  11  illik  maliyyə  büdcələrinə  əsaslanan  vergidən  əvvəl  pul  vəsaitlərinin 
hərəkəti  üzrə  proqnozlardan  istifadə  edilmişdir.  11  illik  dövrü  əhatə  edən  pul 
vəsaitlərinin  hərəkəti  2021-ci  ilədək  qüvvədə  olan  hazırkı  layihələrə  əsaslanmışdır. 
Rəhbərlik  hesab  edir  ki,  pul  vəsaitlərinin  hərəkəti  haqqında  bu  proq–nozlar  dəqiq 
və  etibarlıdırlar.  11  ildən  artıq  müddətə  pul  vəsaitlərinin  hərəkəti  üzrə  proqnozlar 
gözlənilən artım dərəcələri ilə ekstrapolyasiya edilib və sonra onların xalis cari dəyəri 
ilə diskontlaşdırılmışdır. Qudvilin dəyərsizləşmə testdə həssas olan mühüm fərziyyələr 
aşağıdakılardır:
- Qiymətləndirmə nəticəsinin Qrup tərəfindən nəzərə alınmış müvafiq olaraq 8 faizdən 
16 faizədək və 12.8 faiz dərəcələrində faizlər, vergilər, köhnəlmə və amortizasiyadan 
əvvəlki mənfəət (EBITDA)/xalis satışlar dəhlizi və WACC-a qarşı həssasdır; 
-  faizlər,  vergilər,  köhnəlmə  və  amortizasiyadan  əvvəlki  mənfəət  (EBITDA)/xalis 
satışlar əmsalı qrupun 2011-ci il və sonrakı illər üçün tərtib etdiyi büdcəsinə uyğundur; 
WACC (12.81 faiz) isə makroiqtisadi və sektor üzrə spesifik parametrlərə əsaslanır; 
- Təxmin olunan pul vəsaitlərinin hərəkəti üzrə artım dərəcəsi 3 faiz tətbiq olunmuşdur; 
Dəyərsizləşmə  üzrə  yoxlamanın  nəticəsində  heç  bir  dəyərsizləşmə  müəyyən 
edilməmişdir.
Hesablama  zamanı  istifadə  edilmiş  təxmin  edilən  diskont  dərəcəsi  rəhbərliyin 
təxminlərindən 1 faiz çox/az olsaydı, təxmin edilən istifadə dəyərinin məbləği müvafiq 
olaraq 230 AZN az / çox olardı.


224
I.  
NEFT STRATEGİYASI AZƏRBAYCANI YENİ QƏLƏBƏLƏRƏ APARIR 
1
II.  
AZƏRBAYCAN RESPUBLIKASI DÖVLƏT NEFT ŞIRKƏTININ TƏŞKILATI 
  
STRUKTURU 
8
III.   ARDNŞ VƏ XARICI ŞIRKƏTLƏRIN TƏSİSÇİLİYİ İLƏ YARADILMIŞ BİRGƏ 
  
MÜƏSSİSƏLƏR, ƏMƏLİYYAT ŞİRKƏTLƏRİ VƏ ALYANSLAR HAQQINDA  9
IV.   GEOFİZİKİ VƏ GEOLOJİ İŞLƏR 
11
V.  
NEFT VƏ QAZ YATAQLARININ İŞLƏNMƏSİ 
17
VI.   QAZMA 
21
VII.   NEFT-QAZ HASİLATI 
24
VIII.   QAZIN YIĞILMASI VƏ NƏQLİ 
30
IX.   NEFT QAZ  EMALI VƏ NEFT-KİMYA 
35
X.  
MAYA DƏYƏRİ 
43
XI.   PERSONAL VƏ ƏMƏK HAQQI 
47
XII.   MEXANİKA VƏ ENERGETİKA 
51
XIII.   KAPİTAL QOYULUŞU VƏ ƏSASLI TƏMİR 
59
XIV.   ƏSASLI TƏMIR 
63
XV.   MADDİ-TEXNİKİ TƏCHİZAT 
68
XVI.   ELM VƏ TEXNİKA 
71
XVII.  KADRLARLA  IŞ 
77
XVIII. ƏMƏYİN MÜHAFİZƏSİ 
94
XIX.   EKOLOGIYA 
96
XX.   NƏQLİYYAT 
99
XXI.   SOSİAL MƏSƏLƏLƏR 
112
XXII.  MALİYYƏ 
119
M U N D Ə R İ C A T

b</div><br /><center><div class=Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə