Heydər Əliyev Azərbaycan xalqının


  Alış üzrə təxirə salınmış kreditor borcları



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə75/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   71   72   73   74   75   76   77   78   79

204
26.  Alış üzrə təxirə salınmış kreditor borcları 
30  may  2008-ci  il  tarixində  Qrup  törəmə  müəssisəsi  olan  STEAŞ  vasitəsilə 
əsas  etibarı  ilə  Türkiyədə,  eləcə  də  beynəlxalq  bazarlarda  müxtəlif  neft-kimya 
məhsullarının  istehsalı  və  satışı  ilə  məşğul  olan  aparıcı  neft-kimya  konserni  Pet-
kim Petrokimya Holding A.Ş-də (“Petkim”) səsvermə hüquqlu səhmlərinin 51 faizini 
almışdır. 
Petkim şirkətinin alınması ilə əlaqədar olaraq Qrupun Türkiyə Özəlləşdirmə İdarəsi 
Nazirliyinə  (“İdarə”)  380  milyon  ABŞ  dolları  (317,832  AZN)  məbləğində  təxirə 
salınmış pul ödənişi yaranmışdır. 40 milyon ABŞ dolları (32,992 AZN) məbləğində 
təxirə salınmış pul ödənişi 30 may 2010-cu il tarixində ödənilmişdir. Qalan məbləğ 
isə  İdarəyə  30  may  2011-ci  il  tarixində  ödənilməlidir.  İdarəyə  ödəniləcək  borc 
məbləği LİBOR üstə gəl 1 faiz dərəcəsi daşıyır.
31 dekabr 2010-cu və 2009-cu il tarixlərinə təxirə salınmış alış ödənişinin balans 
dəyəri müvafiq olaraq 272,935 AZN və 308,954 AZN təşkil etmişdir.
27.  Nizamnamə kapitalı və bölüşdürülməmiş mənfəət
Nizamnamə kapitalı 
Qrupun baş müəssisəsi olan ARDNŞ dövlət müəssisəsi hüquqi statusuna malik-
dir. Qrup təsis edildiyi tarixdə Azərbaycan Hökuməti Qrupun nizamnamə kapitalına 
22,726 AZN köçürmə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 de–
kabr 2008-ci il tarixli, 436s nömrəli Sərəncamına uyğun olaraq Qrupun nizamnamə 
kapitalı 600,000 AZN məbləğində artırılmışdır. Qrup, bu məbləğin 400,000 AZN-lik 
hissəsini 2008-ci ildə, qalan hissəsini isə 2009-cu ildə əldə etmişdir.
2010-cu  il  ərzində  Qrupun  nizamnamə  kapitalı  246,532  AZN  artırılmışdır.  Bu 
artım qismən digər dövlət müəssisəsi olan “Azərikimya” SC-nin alınması (Qeyd 36) 
ilə  əlaqədardır.  Bu  alış  nəticəsində  “Azərikimya”  SC-nin  10,006  AZN  məbləğində 
nizamnamə kapitalı Qrupun nizamnamə kapitalı ilə birləşdirilmişdir. Artımın 236,526 
AZN məbləğində qalan hissəsi isə Nazirlər Kabinetinin 22 oktyabr 2010-cu il tarixli, 
183 nömrəli qərarına əsasən təmin edilmişdir. Bu qərara əsasən nizamnamə kapitalı 
2010-cu il ərzində dövlət büdcəsindən Qrupun nizamnamə kapitalının artırılmasına 
yönəldilmiş  99,986  AZN  məbləğində  nağd  pul  hesabına,  22,480  AZN  büdcəyə 
ödəniləcək məbləğlərlə əvəzləşdirilmişdir və 114,060 AZN bölüşdürülməmiş mənfəət 
hesabına  keçirilmişdir.  Qrupun  artırılmış  nizamnamə  kapitalı  2010-cu  ilin  yanvar 
ayında qeydiyyata alınmışdır.   


205
Dövlətə ayırmalar
Dövlətin qərarlarına uyğun olaraq vaxtaşırı Qrupdan dövlət büdcəsi, ayrı-ayrı dövlət 
idarələri və hökumətin həyata keçirdiyi layihələr üçün pul şəklində birbaşa maliyyə 
qoyuluşlar etməsi və ya inşaat və təmir işlərinin maliyyələşdirilməsi vaxtaşırı tələb 
olunur.  2010-cu  il  ərzində  bu  cür  qoyuluşların  və  maliyyələşdirmənin  məbləğləri 
müvafiq olaraq 190,712 AZN və 224,990 AZN (2009: müvafiq olaraq 143,698 AZN 
və  142,340  AZN)  təşkil  etmişdir  və  əsasən  Azərbaycan  Respublikasında  mövcud 
olan, həmçinin yeni istirahət, nəqliyyat, təhsil və tibb infrastrukturunun təmiri və 
yenidən qurulması üçün istifadə edilmişdir.
28.  Gəlirlərin kateqoriyalar üzrə təhlili
2010
2009
Xalis neft məhsulları 
1,748,931
1,524,504
Neft-kimya məhsulları 
1,651,468
1,068,525
Xalis xam neft 
1,160,595
939,154
Təbii qaz 
766,735
549,963
Sair gəlirlər 
199,536
113,835
Cəmi gəlirlər 
5,527,265
4,195,981
Xam neftin satışından əldə olunan gəlirlər, xam neftin beynəlxalq bazar qiyməti ilə 
dövlət tərəfindən tənzimlənən daxili qiyməti arasındakı qiymət marjası üzrə müvafiq 
vergi  çıxılmaqla  göstərilir.  Bazar  qiyməti  ilə  dövlət  tərəfindən  tənzimlənən  daxili 
qiymət  arasındakı  fərqə  30  faiz  dərəcəsində  vergi  tətbiq  edilir  və  vergi  məbləği 
Dövlət Büdcəsinə köçürülür. 
Neft məhsullarının satışından yaranan gəlirlər 389,549 AZN (2009: 362,209 AZN) 
məbləğində aksiz vergisi çıxılmaqla göstərilir. 
AÇG  HPBS  üzrə  hasil  edilmiş  xam  neftin  və  Şah  Dəniz  HPBS  üzrə  hasil  edilmiş 
kondensatın  satışından  yaranan  gəlirlərdən  yuxarıda  göstərilən  aksiz  və  qiymət 
marjası üzrə vergilər tutulmur.


206
29.  Xərclərin kateqoriyalar üzrə təhlili
Qeyd
2010
2009
İstifadə edilən xammal və xərc materialları 
1,672,378
1,266,663
Əsas vəsaitlərin köhnəlməsi 
649,641
590,655
Əmək haqqı, maaş və sosial müdafiə xərcləri 
555,090
455,776
Təmir və texniki xidmət xərcləri 
245,965
143,278
Əsas vəsaitlərin dəyərsizləşməsi 
14
360,047
241,639
Kommunal xərclər 
212,377
50,920
Mədən vergisi 
121,583
120,519
Nəqliyyat və nəqliyyat vasitələrinin istismarı 
115,148
109,148
Mənfəət vergisindən başqa sair vergilər 
62,322
77,567
Amortizasiya xərcləri 
15
16,006
13,744
Əvvəlki illərdə debitor borcları üzrə dəyərsizləşmə 
üzrə ehtiyatın geri qaytarılması/debitor borclarının 
dəyərsizləşməsi çıxılmaqla  
(288,435)
(523,671)
Sair 
426,940
257,532
Cəmi satış dəyəri, kəşfiyyat və qiymətləndirmə, 
paylaşdırma, ümumi və inzibati, tədqiqat və 
işlənmə və sair əməliyyat xərcləri 
4,149,062
2,803,770
2010-cu ildə Qrup ayrı-ayrı müştərilərindən qismən nağd pul vəsaitlərinin yığılması 
və  qismən  müştərilər  qarşısında  kreditor  borclarının  əvəzləşdirilməsi  vasitəsilə 
2009-cu ildə silinmiş 197,007 AZN məbləğində debitor borclarını yığmışdır. Əlavə 
olaraq 2010-cu ildə Qrup birgə müəssisələrdən alınacaq kredit borcları üzrə 95,748 
AZN məbləğində ehtiyat yaratmışdır (Qeyd 18).
30.  Sair əməliyyat gəlirləri 
2010
2009
Sair malların satılması və xidmətlərin göstərilməsi 
138,956
204,708
Sığorta gəlirləri 
10,996
-
Sair 
28,626
-
Cəmi sair əməliyyat gəlirləri
178,578 204,708
31.  Maliyyə gəlirləri 
2010
2009
Depozitlər və bank hesabları üzrə faiz gəlirləri 
45,100
   44,664 
Əlaqəli tərəflərə verilmiş kreditlər üzrə faizlər 
11,590
20,033
Sair 
10,485
   2,981
Cəmi maliyyə gəlirləri 
67,175
67,678


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə