Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə71/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   67   68   69   70   71   72   73   74   ...   79

194
qalıq 750,000 AZN (2009: 750,000 AZN) təşkil etmişdir ki, bunun da 125,000 AZN-i 
cari hissəyə aid olmuşdur.    
27 iyul 2009-cu il tarixində Qrup ABB-dən 22 iyul 2014-cü il tarixinədək 3.5 sabit 
faiz dərəcəsi ilə 420,000 min  ABŞ dolları (337,302 AZN) məbləğində yeni kredit 
almışdır.  2009-cu  il  ərzində  Qrup,  bu  kredit  vəsaiti  üzrə  daxilolmalar  hesabına 
Viani  şirkətinə  olan  227  milyon  ABŞ  dolları  (182,304  AZN)  məbləğində  borcunu 
ödəmişdir.  31 dekabr 2010-cu il tarixinə bu kredit üzrə qalıq 335,118 AZN (2009: 
337,302 AZN) təşkil etmişdir. Bu borc öhdəliyinə ABB-də yerləşdirilmiş 420 milyon 
ABŞ  dolları  (335,118  AZN)  məbləğində  xüsusi  nağd  depozitlə  təminat  verilmişdir 
(Qeyd 9).
20  may  2010-cu  il  tarixində  Qrup  ABB-dən  20  may  2013-cü  il  tarixinədək  3.5 
faiz dərəcəsi ilə 80,000 min      ABŞ dolları (64,288 AZN) məbləğində yeni kredit 
almışdır.  31  dekabr  2010-cu  il  tarixinə  bu  kredit  üzrə  qalıq  63,832  AZN  (2009: 
sıfır) təşkil etmişdir. Bu borc öhdəliyinə ABB-də yerləşdirilmiş 80 milyon ABŞ dolları 
(63,832 AZN) məbləğində xüsusi nağd depozitlə təminat verilmişdir (Qeyd 9).  
1 iyul 2010-cu il tarixində Qrup ABB-dən 2011-ci ilin aprel ayına qədər 1.65 faiz 
dərəcəsi ilə 20,000 min ABŞ dolları (15,958 AZN) məbləğində yeni kredit almışdır. Bu 
kredit vəsaiti üzrə daxilolmalar Azərbaycan Respublikasında qazlaşdırma proqramının 
tətbiqinə yönəldilmişdir. 31 dekabr 2010-cu il tarixinə bu kredit üzrə qalıq 10,639 
AZN (2009: sıfır) təşkil etmişdir. Bu borc öhdəliyinə ABB-də yerləşdirilmiş 20 milyon 
ABŞ  dolları  (16,019  AZN)  məbləğində  xüsusi  nağd  depozitlə  təminat  verilmişdir 
(Qeyd 9).         
4 avqust 2010-cu il tarixində Qrup ABB-dən 4 aprel 2011-ci il tarixinədək 14 faiz 
dərəcəsi ilə 30 milyon ABŞ dolları (23,937 AZN) məbləğində yeni kredit almışdır. 31 
dekabr 2010-cu il tarixinə bu kredit üzrə qalıq 7,979 AZN (2009: sıfır) təşkil etmişdir. 
14  may  2010-cu  il  tarixində  ABB  Qrupa  40  milyon  ABŞ  dolları  (31,916  AZN) 
məbləğində  kredit  xətti  ayırmışdır.  Bu  kredit  xəttinə  Qrupun  ABB-də  olan  40            
milyon ABŞ dolları (31,916 AZN) məbləğində depozitlə təminat verilmişdir. 31 dek-
abr 2010-cu il tarixinə Qrup bu kredit xəttindən istifadə etməmişdir.
Akbank  T.A.Ş-dən  alınmış  kredit  vəsaiti.  4  dekabr  2009-cu  il  tarixində  Akbank 
T.A.Ş Qrupa 6 aprel 2011-ci il tarixində ödənilmək şərti ilə 35,000 min ABŞ dolları 
(27,927 AZN) məbləğində kredit ayırmışdır. Bu kredit üzrə illik faiz dərəcəsi 2.1 faiz 
təşkil edir. 31 dekabr 2010-cu il tarixinə bu kredit üzrə qalıq 27,807 AZN (2009: 
28,010 AZN) təşkil etmişdir.
Akbank  T.A.Ş./Türkiye  Garanti  Bankası  A.Ş.-dən  alınmış  kredit  vəsaiti.  2008-
ci  ilin  may  ayında  Qrup  aparıcı  kreditorlar  qismində  çıxış  edən  Türkiye  Garanti 
Bankası A.Ş. və Akbank T.A.Ş-dən ümumi həcmi 625 milyon ABŞ dolları təşkil edən 
sindikatlaşdırılmış kredit vəsaiti almışdır. 2008-ci ilin may ayından 2012-ci ilin may 
ayınadək bu kredit üzrə illik faiz dərəcəsi LİBOR üstə gəl 3 faiz, 2012-ci ilin may 


195
ayından  2017-ci  ilin  may  ayınadək  isə  LİBOR  üstə  gəl  4  faiz  təşkil  edir.  Kreditin 
2011-ci ildən başlayaraq əvvəlcədən müəyyən edilmiş 7 (yeddi) illik hissələrlə geri 
qaytarılması nəzərdə tutulur. Kreditin ödəmə müddəti 30 iyun 2017-ci il tarixində 
başa çatır. Bu kredit sazişinin şərtlərinə uyğun olaraq, borc öhdəlikləri Qrupa Petkim 
Şirkətinin  alınmasının  maliyyələşdirilməsi  üçün  verilmişdir  (Qeyd  26).  Qrup  Pet-
kim şirkətinin səsvermə hüquqlu səhmlərinin 51 faizinə sahib olan STEAŞ törəmə 
müəssisəsindəki 99.75 faizlik iştirak payını bu kredit əvəzinə girov qoymuşdur. 31 
dekabr 2010-cu il tarixinə həmin kredit üzrə qalıq 500,528 AZN (2009: 500,175) 
təşkil etmişdir ki, bunun da 16,585 AZN-i cari hissəyə aid olmuşdur.      
Türkiye  Garanti  Bankasi  A.  Ş-dən  alınmış  kredit  vəsaiti.  4  dekabr  2009-cu  il 
tarixində Türkiye Garanti Bankasi A. Ş Qrupa 4 aprel 2011-ci il tarixində ödənilmək 
şərti  ilə  20,000  min  ABŞ  dolları  (16,005  AZN)  məbləğində  kredit  ayırmışdır.  Bu 
kredit üzrə illik faiz dərəcəsi 1.95 faiz təşkil edir. 31 dekabr 2010-cu il tarixinə bu 
kredit üzrə qalıq 15,890 AZN (2009: 16,005 AZN) təşkil etmişdir. 
ABN Amro/Citibank-dan alınmış kredit vəsaiti. 2008-ci ilin fevral ayında Qrup ilə 
ABN  AMRO  Bank  N.  V  London  filialı  və  Citibank  N.A  London  filialının  başçılığı  ilə 
xarici banklar sindikatı arasında 610 milyon ABŞ dolları (486,719 AZN) həcmində 
kreditin ayrılmasına dair kredit sazişi imzalanmışdır. Bu kredit üzrə illik faiz dərəcəsi 
LİBOR üstə gəl 1.75 faiz təşkil edir və 2010-cu ilin fevral ayından başlayaraq kreditin 
üç yarım illik hissələrlə geri qaytarılması nəzərdə tutulur. Kreditin ödəmə müddəti 
1  aprel  2011-ci  il  tarixində  başa  çatır.  Bu  kredit  vəsaiti  üzrə  daxilolmalar  Petkim 
şirkətinin  alınmasına  yönəldilmişdir.  Bu  kredit  üzrə  minimal  faiz  tələbləri  və  cəmi 
borc  limiti  daxil  olmaqla,  müəyyən  maliyyə  və  qeyri-maliyyə  şərtləri  mövcuddur. 
31 dekabr 2010-cu il tarixində kredit Qrup tərəfindən tam şəkildə geri ödənilmişdir 
(2009: 163,297 AZN).       
Yaponiya  Beynəlxalq  Əməkdaşlıq  Bankından  alınmış  kredit  vəsaiti.  1  iyul  2009-
cu il tarixindən etibarən Qrupun tabeliyinə keçmiş Azəriqaz QSC 2000-ci ilin aprel 
ayında Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə 20 sentyabr 2009-cu il tarixindən 
başlayaraq  60  yarımillik  hissədə  ödənilmək  şərti  ilə  illik  1.5  faiz  dərəcəsi  ilə 
15,462,232 min Yapon yeni məbləğində kredit sazişi imzalamışdır. Kreditin ödəmə 
müddəti 20 sentyabr 2039-cu il tarixində başa çatır. Bu kredit vəsaiti üzrə daxilolma-
lar Azərbaycan Respublikasında qazlaşdırma proqramının tətbiqinə yönəldilmişdir. 
31 dekabr 2010-cu il tarixinə bu kredit üzrə qalıq 143,825 AZN (2009: 132,403)  
təşkil etmişdir ki,  bunun da 4,866 AZN-i cari hissəyə aid olmuşdur.  
2 aprel 2010-cu il tarixindən etibarən Qrupun tabeliyinə keçmiş “Azərikimya” SC 
26  fevral  1998-ci  il  tarixində  Yaponiya  Beynəlxalq  Əməkdaşlıq  Bankı  ilə  21  iyul 
2001-ci il tarixindən başlayaraq 20 yarımillik hissədə ödənilmək şərti ilə illik 2.5 faiz 
dərəcəsi ilə 9,150,250 min Yapon yeni məbləğində kredit sazişi imzalamışdır. Kredi-
tin  ödəmə  müddəti  21  yanvar  2011-ci  il  tarixində  başa  çatır.  Bu  kredit  hesabına 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə