Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə72/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   68   69   70   71   72   73   74   75   ...   79

196
daxilolmalar  buxar  əmələ  gətirən  avadanlığın  quraşdırılmasına  yönəldilmişdir.  31 
dekabr 2010-cu il tarixinə bu kredit üzrə qalıq 4,483 AZN təşkil etmişdir.
Lalaben-dən  alınmış  kredit  vəsaiti.  20  iyul  2007-ci  il  tarixində  Qrup  ilə  Lalaben 
arasında Avans Ödənişi haqqında Saziş imzalanmışdır. 2007-ci ildə Avans ödənişi 
haqqında Saziş çərçivəsində ARDNŞ-ın qaz hasil edən aktivlərinin yenilənməsi və 
təmiri  məqsədilə  Qrupa  300  milyon  ABŞ  dolları  (240,930  AZN)  (“EMN  krediti”) 
məbləğində  maliyyə  vəsaiti  ayrılmışdır.  Lalaben  öz  növbəsində  BNP  Paribas,  ABN 
Amro Bank N.V. və Societe Generale banklarının rəhbərliyi ilə banklar və maliyyə 
təşkilatları  sindikatından  300  milyon  ABŞ  dolları  (239,370  AZN)  məbləğində  borc 
vəsaiti  almışdır.  EMN  Kredit  Sazişinə  uyğun  olaraq  Qrupa  təqdim  edilmiş  kredit 
vəsaitləri üzrə illik faiz dərəcəsi aşağıdakı kimi olmuşdur: 20 iyul 2007-ci il tarixdən 
20 iyul 2010-cu il tarixinə qədər dövr üçün LİBOR üstə gəl 0.6 faiz, 20 iyul 2010-cu 
il tarixdən 20 iyul 2011-ci il tarixinə qədər dövr üçün LİBOR üstə gəl 0.75 faiz, 20 
iyul 2011-ci il tarixdən 20 iyul 2012-ci il tarixinə qədər dövr üçün LİBOR üstə gəl 
0.9 faiz və 20 iyul 2012-ci il tarixdən sazişin müddətinin sonuna qədər dövr üçün 
LİBOR üstə gəl 0.975 faiz. Həmin borc vəsaiti üzrə faiz və əsas məbləğ hər rübün 
sonunda ödənilir. EMN Kredit Sazişi çərçivəsində ayrılmış borc öhdəliklərinin ödəmə 
müddəti 20 iyul 2013-cü il tarixində başa çatır. 
EMN Kredit Sazişinin şərtlərinə uyğun olaraq Ehtiyat Mənfəət Neftinin satışından 
əldə edilmiş gəlirlər Qrupun EMN Kredit Sazişi üzrə Lalaben qarşısında öhdəlikləri 
tam şəkildə yerinə yetirilənə qədər müştərilər tərəfindən birbaşa olaraq Lalaben-in 
BNP Paribas bankındakı cari hesablarına köçürülür. 
EMN Kredit Sazişinə əsasən Lalaben-ə ödəniləcək məbləğ 31 dekabr 2010-cu il 
tarixinə tam şəkildə geri ödənilmişdir (31 dekabr 2009: 49,454 AZN).    
Natixis S.A. Bank-dan alınmış kredit vəsaiti. 16 dekabr 2009-cu il tarixində Natix-
is S.A. Bank (Fransa) Qrupa 36 ay müddətinə 30 milyon ABŞ dolları məbləğində 
kredit ayırmışdır. Bu kredit 2010-cu ildən başlayaraq qabaqcadan müəyyən edilmiş 
ödənişlərlə geri qaytarılmalıdır. Həmin kredit üzrə illik faiz dərəcəsi LİBOR üstə gəl 5 
faiz təşkil edir. 31 dekabr 2010-cu il tarixinə bu kredit üzrə qalıq 17,409 AZN (2009: 
24,093 AZN) təşkil etmişdir ki, bunun da 8,704 AZN-i cari hissəyə aid olmuşdur.    
2010-cu ilin may ayında Qrup ilə Natixis S.A. Bank arasında 31 may 2013-cü il 
tarixinədək 36 ay müddətinə 50 milyon ABŞ dolları məbləğində yeni kredit sazişi 
imzalanmışdır. Bu kredit üzrə illik faiz dərəcəsi LİBOR üstə gəl 3.75 faiz təşkil edir. 
31 dekabr 2010-cu il tarixinə bu kredit üzrə qalıq 39,075 AZN (31 dekabr 2009: 
sıfır) təşkil etmişdir ki, bunun da 13,298 AZN-i cari hissəyə aid olmuşdur.   
BİA-dan  alınmış  kredit  vəsaiti.  Azəriqaz  QSC  1996-cı  ilin  iyul  ayında  BİA  ilə  15 
dekabr 2001-ci il tarixindən başlayaraq 29 yarımillik hissədə ödənilmək şərti ilə he-
sabat tarixində Dünya Bankının Valyuta Səbətinin Kreditlərinə tətbiq edilən 7.79 faiz 
dərəcəsi ilə 17,234 min ABŞ dolları məbləğində kredit sazişi imzalamışdır. Kreditin 


197
müddəti 15 iyun 2016-cı il tarixində başa çatır. Bu kredit vəsaiti üzrə daxilolmalar 
Azərbaycan Respublikasında qazlaşdırma proqramının tətbiqinə yönəldilmişdir. 31 
dekabr 2010-cu il tarixində bu kredit üzrə qalıq 5,251 AZN (2009: 6,926 AZN) təşkil 
etmişdir ki, bunun da 131 AZN-i cari hissəyə aid olmuşdur.    
BNP Paribas-dan alınmış kredit vəsaiti. 19 mart 2010-cu il tarixində Qrup ilə BNP 
Paribas  arasında  2013-cü  ilin  mart  ayında  ödənilmək  şərtilə  ümumi  korporativ 
məqsədlər üçün 250 milyon ABŞ dolları məbləğində yeni kredit sazişi imzalanmışdır. 
31 dekabr 2010-cu il tarixinə bu kredit üzrə 200 milyon ABŞ dolları istifadə edilmişdir. 
Həmin  kredit  üzrə  illik  faiz  dərəcəsi  LİBOR  üstə  gəl  4  faiz  təşkil  edir.  31  dekabr 
2010-cu il tarixinə bu kredit üzrə qalıq 152,852 AZN (2009: sıfır) təşkil etmişdir.     
WEST  LB-dən  alınmış  kredit  vəsaiti.  2010-cu  ilin  iyul  ayında  Qrup  ilə  WEST  LB 
Bankı arasında 2013-cü ilin iyul ayınadək 75 milyon ABŞ dolları məbləğində yeni 
kredit sazişi imzalanmışdır. Bu kredit üzrə illik faiz dərəcəsi LİBOR üstə gəl 3.85 faiz 
təşkil edir. 31 dekabr 2010-cu il tarixinə həmin kredit üzrə qalıq 58,626 AZN (2009: 
sıfır) təşkil etmişdir.     
YapıKredi Bank-dan alınmış kredit vəsaiti. 2010-cu ilin iyul ayında Qrup ilə YapıKredi 
Bank arasında 2013-cü ilin iyul ayınadək 100 milyon ABŞ dolları məbləğində yeni 
kredit sazişi imzalanmışdır. Bu kredit üzrə illik faiz dərəcəsi LİBOR üstə gəl 3.65 faiz 
təşkil edir. 31 dekabr 2010-cu il tarixinə həmin kredit üzrə qalıq 79,790 AZN (2009: 
sıfır) təşkil etmişdir.   
2010-cu ilin avqust ayında Qrup YapıKredi Bank-dan 2012-ci ilin yanvar ayındadək 
4,150 min ABŞ dolları məbləğində daha bir kredit vəsaiti cəlb etmişdir. Bu kredit 
üzrə illik faiz dərəcəsi 5.5 faiz təşkil edir. 31 dekabr 2010-cu il tarixinə bu kredit 
üzrə qalıq 3,311 AZN (2009: sıfır) təşkil etmişdir.
2010-cu  ilin  dekabr  ayında  Qrup  2013-cu  ilin  dekabr  ayınadək  35  milyon  ABŞ 
dolları məbləğində yeni kredit sazişi imzalamışdır. Bu kredit üzrə illik faiz dərəcəsi 
LİBOR üstə gəl 4 faiz təşkil edir. 31 dekabr 2010-cu il tarixinə bu kredit üzrə qalıq 
27,947 AZN (2009: sıfır) təşkil etmişdir.  
Societe  Generale-dan  alınmış  kredit  vəsaiti.  2010-cu  ilin  dekabr  ayında  Societe 
Generale Qrupa 2013-cü ilin dekabr ayınadək 36 ay müddətinə ümumi korporativ 
məqsədlər üçün 50 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. Bu kredit üzrə 
illik faiz dərəcəsi 4 faiz təşkil edir. 31 dekabr 2010-cu il tarixinə bu kredit üzrə qalıq 
39,096 AZN (2009: sıfır) təşkil etmişdir.
Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyindən  alınmış  kredit  vəsaiti.  17  fevral 
2003-cü il tarixində Maliyyə Nazirliyi Azərikimya SC-yə 1 yanvar 2008-ci il tarixinədək 
3  il  müddətinə  12,400  AZN  məbləğində  kredit  ayırmışdır.  Kreditin  vaxtında 
ödənilməməsinə  baxmayaraq,  heç  bir  sanksiya  tətbiq  etməmişdir.  Bu  kredit  üzrə 
illik faiz dərəcəsi 1 faiz təşkil edir. 31 dekabr 2010-cu il tarixinə bu kredit üzrə qalıq 
12,400 AZN təşkil etmişdir. 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə