Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə78/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   71   72   73   74   75   76   77   78   79

213
düzgündür və vergi, xarici valyuta və gömrüklə bağlı Qrupun mövqeləri qorunacaqdır 
və Qrupun potensial vergi öhdəlikləri hazırkı maliyyə hesabatlarında qeydə alınmış 
məbləğlərdən artıq olmayacaqdır. Müvafiq olaraq, 31 dekabr 2010-cu və 2009-cu il 
tarixlərinə potensial vergi öhdəlikləri üzrə hər hansı ehtiyat yaradılmamışdır.  
Ətraf mühitin mühafizəsi ilə bağlı məsələlər. Hazırda Azərbaycan Respublikasında 
ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericilik  təkmilləşdirilir  və  ona  əməl 
olunması  ilə  bağlı  hökumət  orqanlarının  mövqeyinə  yenidən  baxılır.  Qrup,  ətraf 
mühitin mühafizəsi ilə bağlı öhdəliklərini mütəmadi olaraq qiymətləndirir. Öhdəliklər 
müəyyən edildikcə dərhal uçota alınır. Mövcud qanunvericiliyin və normativ aktların 
dəyişməsi  nəticəsində  yarana  bilən,  eləcə  də  məhkəmə  praktikası  nəticəsində 
kifayət  qədər  dəqiqliklə  qiymətləndirilə  bilməyən  potensial  öhdəliklər  əhəmiyyətli 
ola  bilər.  Rəhbərlik  hesab  edir  ki,  ətraf  mühitin  mühafizəsi  haqqında  qüvvədə 
olan qanunvericiliyə əməl olunması üzrə mövcud nəzarət sistemi şəraitində ətraf 
mühitə zərər vurulması ilə bağlı Qrup tərəfindən ətraf mühitin bərpası öhdəliyi üzrə 
yaradılmış ehtiyatdan artıq əhəmiyyətli öhdəliklər mövcud deyil. Qeyd 23-ə baxın.   
Qrup öz məhsulları, əməliyyatları və digər fəaliyyətləri ilə əlaqədar olaraq ətraf 
mühitin mühafizəsi haqqında bir sıra qanun və qaydalara riayət etməlidir. Bu qa-
nun və qaydalara əsasən Qrup və ya digər müəssisələr tərəfindən əvvəlki illərdə 
kimyəvi  və  ya  neft  maddələrinin  ləğv  edilməsi  və  ya  tullantısı  nəticəsində  ətraf 
mühitə  dəymiş  ziyanı  aradan  qaldırmalıdır.  Bu  cür  vəziyyət  neftayırma  zavodları, 
kimya müəssisələri, neft mədənləri, xidmət məntəqələri, terminallar və tullantıların 
ləğv  edilməsi  məntəqələri  kimi  müxtəlif  ərazilərdə  mövcud  ola  bilər.  Bundan 
əlavə, Qrupun əvvəlki illərdə satılmış aktivlər və ya bağlanmış obyektlər ilə bağlı 
öhdəlikləri ola bilər. Ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əsas 
tələb  və  bununla  bağlı  xərcləri  müəyyən  etmək  mahiyyətcə  çətindir.  Lakin,  ətraf 
mühit  üzrə  məlum  öhdəliklərin  qiymətləndirilmiş  dəyəri  Qrupun  uçot  siyasətinə 
uyğun olaraq hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında əks etdirilmişdir. 
Gələcək xərclərin məbləğinin nəzərəçarpan ola bilməsi və bu cür xərclərin qeydə 
alındığı  dövrdə  Qrupun  əməliyyat  nəticələri  üçün  əhəmiyyətli  ola  bilməsinə  bax-
mayaraq bununla bağlı məbləğlərin müəyyən edilməsi praktiki deyildir. Qrup, bu cür 
xərclərin Qrupun maliyyə vəziyyətinə və ya likvidliyinə əhəmiyyətli dərəcədə təsir 
göstərəcəyini gözləmir. 
Qrup  həmçinin  neft  və  təbii  qaz  hasilatı  obyektlərinin  və  əlaqəli  kəmərlərin  is-
tismardan  çıxarılması  ilə  bağlı  öhdəliklərə  malikdir.  Bu  fəaliyyət  növləri  ilə  bağlı 
təxmin edilmiş xərclər üzrə ehtiyat yaradılır, lakin, həmin öhdəliklərin uzunmüddətli 
olmasına görə, bu cür xərclərin məbləği və vaxtı ilə bağlı qeyri-müəyyənlik mövcud-
dur. Qrup, bu cür ehtiyatlar üzrə dəqiqliklə təxmin edilə biləcək hər hansı dəyişikliyin 
Qrupun əməliyyat nəticələri, maliyyə vəziyyəti və ya likvidliyinə təsirinin əhəmiyyətli 
olmayacağını hesab edir.


214
Xüsusi  maliyyə  şərtlərinə  riayət  olunması.  Qrup  aldığı  borc  öhdəlikləri 
üzrə  müqavilələrdə  nəzərdə  tutulan  xüsusi  maliyyə  şərtlərinə  riayət  etmək 
məcburiyyətindədir.  Bu  cür  xüsusi  şərtlərə  əməl  edilməməsi  Qrup  üçün  mənfi 
nəticələrə, o cümlədən borc öhdəliklərinin dəyərinin artmasına və defolt vəziyyətinin 
elan edilməsinə gətirib çıxara bilər. Rəhbərlik hesab edir ki, 31 dekabr 2010-cu və 
2009-cu  il  tarixlərinə  Qrup  qüvvədə  olan  bütün  xüsusi  maliyyə  şərtlərinə  riayət 
etmişdir. 
Alınmış və verilmiş zəmanətlər. 31 dekabr tarixinə alınmış və verilmiş zəmanətlər 
aşağıdakı cədvəldə əks etdirilir. 
2010
2009
Alınmış zəmanətlər 
Alınmış zəmanət məktubları  
145,543
186,991
Birbaşa  sifarişlərin  toplanması  sistemi  (DOCS) 
çərçivəsində Bank zəmanətləri 
106,392
21,695
Sair 
1,028
5
Cəmi alınmış zəmanətlər 
252,963
208,691
2010
2009
Verilmiş zəmanətlər 
Petkim şirkətinin alınması üçün verilmiş zəmanət məktubu 
296,778
363,103
Verilmiş zəmanət çekləri 
35,973
37,205
Verilmiş zəmanət məktubları 
22,303
30,836
Birbaşa sifarişlərin toplanması sistemi (DOCS) çərçivəsində 
Bank zəmanətləri
28,008
28,967
Cəmi verilmiş zəmanətlər 
383,062
460,111
31 dekabr 2010-cu il tarixinə Qrupun Petkim şirkətinin (Qeyd 26) alınması üçün 
500,528  AZN  (Qeyd  20)  məbləğində  kredit  üzrə  kreditor  borcu  olmuşdur.  Həmin 
kredit sazişlərinə uyğun olaraq Qrupa məxsus olan Petkim şirkətinin səhmlərinin 51 
faizi kreditor bankların xeyrinə girov qoyulmuşdur (Qeyd 20).    


215
Petkim şirkətinin səhmlərinin əldə edilməsi ilə bağlı alınmış yuxarıda qeyd olunan 
borc  vəsaiti  üzrə  müəyyən  xüsusi  şərtlər  mövcuddur.  Buraya  pul  və  pul  şəklində 
olmayan dividendlərin ödənilməsi, eləcə də Petkim şirkətindən alınmış dividendlərin 
investisiyası ilə bağlı şərtlər daxildir. Bundan əlavə, Qrup bir neçə xüsusi maliyyə və 
qeyri-maliyyə şərtlərinə riayət etməlidir. Xüsusi maliyyə şərtlərinə əsasən şirkətin 
kapitalı,  konsolidasiya  edilmiş  borc  təminatı,  konsolidasiya  edilmiş  faiz  təminatı 
və  borca-xidmət  əmsalları  daxildir.  Bu  xüsusi  şərtlər  yerinə  yetirilmədiyi  təqdirdə 
yuxarıda  qeyd  olunmuş  banklar  kreditin  ödənilməmiş  hissəsini  geri  çağırmaq 
hüququna malikdir. Qrup konsolidasiya edilmiş borc təminatı və konsolidasiya edilmiş 
faiz  təminatı  əmsallarına  riayət  edilmədiyi  halda  ona  qarşı  sanksiyaların  tətbiq 
edilməyəcəyinə dair razılıq sənədi əldə etmişdir. Eyni kredit sazişində nəzərdə tutu-
lan digər şərt isə Petkim şirkətinin ətraf mühitlə bağlı qüvvədə olan qanunvericiliyə 
əməl etməsini təmin etmək üçün Qrupun Petkim şirkətində zəruri işlərin müəyyən 
edilməsi və tamamlanması öhdəliyini öz üzərinə götürməsidir. 
  “Səhmlərin  Alqı-satqı  Müqaviləsi”nə  əsasən  Qrup,  bu  Müqaviləni  imzaladıqdan 
sonra  növbəti  üç  il  ərzində  Petkim  şirkətinin  nəzarət  səhm  paketində  dəyişikliyə 
səbəb  olacaq  miqdarda  səhmlərin  ötürülməsi  üçün  İdarənin  razılığınının  alınması 
öhdəliyini öz üzərinə götürmüşdür.
Qrup  Petkim  terminalında  infrastruktur  və  xidmətlərin  həyata  keçirilməsi  üçün 
müəyyən məbləğdə investisiya qoyuluşlarının həyata keçirilməsi, zavodların hasilat 
həcminin artırılması və “Səhmlərin alqı-satqı müqaviləsinin” imzalanmasından son-
ra növbəti üç il ərzində yeni zavodların qurulması üçün öhdəlik götürmüşdür. Qrup 
həmçinin, Etilen zavodunda istehsalın davam etdirilməsi və Qrupa təsir göstərməyən 
gözlənilməz hadisələr istisna olmaqla, “Alqı-satqı Müqaviləsi”nin imzalanmasından 
sonra  ən  azı  üç  il  ərzində  müəyyən  məbləğdə  investisiya  qoyuluşlarının  həyata 
keçirilməsi üçün öhdəlik götürmüşdür.
Qrup Petkim şirkətinin alınmasından əvvəlki dövrə aid olan bütün əməliyyatlara, 
uçota  alınmamış  debitor  borclarına,  kreditor  borclarına  və  öhdəliklərə  görə 
məsuliyyət daşıyır. Qrup yuxarıda qeyd olunan məsələlər üzrə İdarə və ya Petkim 
şirkəti üçün öhdəlik yarada bilən iddia irəli sürmək və ya müqaviləni ləğv etmək 
hüququna  malik  olmadığını  qəbul  etmişdir  və  öhdəlik  götürmüşdür.  Bu  öhdəlik 
səhmlərin davamlı köçürülməsi üçün etibarlı sayılacaqdır.
Azəriqaz İB-nin öhdəliyi. Azəbaycan Respublikasının Bakı şəhəri və ətraf rayonlar 
və Respublikanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilmiş ölkə Preziden-
tinin  14  aprel  2009-cu  il  tarixli  80  saylı  Sərəncamına  uyğun  olaraq,  Azəriqaz  İB 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə