Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə28/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   24   25   26   27   28   29   30   31   ...   79

85
- Azərbaycan Milli mətbuatının 135 illik yubileyi ilə əlaqədar                    4 nəfər 
-  Müxtəlif şəxslər (yubiley və xüsusi xidmətlərə görə)                            9 nəfər    
                                                                        
4.Əmək intizamı
 2010-cu ildə əmək və icra intizamına ciddi əməl edilməsi məqsədi ilə ARDNŞ-nin Baş 
ofisi və bütün struktur bölmələrində tələbkarlığın artırılması istiqamətində müvafiq 
işlərin görülməsi davam etdirilmişdir. Buna xüsusi diqqət yetirərək müəssisələrdən 
hər ayın yekunlarına görə ARDNŞ-ə hesabat verilir. 2009-cu illə müqayisədə 2010-
cu ilin yekunlarına görə nizam-intizamın vəziyyəti haqqında göstəricilər ARDNŞ-nin 
müəssisələri üzrə aşağıdakı cədvəldə əks olunmuşdur:                                                                                                     
Cədvəl XVII-4
(nəfər)         
Göstəricilər
2009-
cu il
2010-
cu il
1
Əmək intizamı pozuntularının sayı  (hadisə)                                              
2359
3235
2
Əmək intizamını pozanlar 
4017
5093
3
Səbəbsiz işə çıxmayanlar     
272
343
4
İstehsalat intizamını pozanlar 
1385
2095
5
İcazəsiz işdən gedənlər  
107
199
6
Rəhbərliyin tapşırığını yerinə yetirməyənlərin sayı
1563
1348
7
İşə gecikənlər
212
375
8
Sərxoş halda işə gələnlər    
32
78
9
Təhlükəsizlik texnikası qaydalarını pozanlar 
267
398
10 Tənbeh olunan işçilərin sayı  
3971
4894
11 Proqul və başqa əmək pozuntularına görə işdən azad olunmuşdur  
250
219
Əmək pozuntularının artması əsasən “Azərikimya” İB-nin ARDNŞ-nin strukturuna 
daxil edilməsi və Təhlükəsizlik İdarəsində tələbkarlığın gücləndirilməsi ilə bağlıdır.


86
5. Vətəndaşların müraciətlərinə baxılması
2010-cu ildə Kadrlar şöbəsinə 3727 ərizə, müraciət, müxtəlif məktublar və digər 
sənədlər  daxil  olmuşdur.  Onlardan  888  məktub  və  ərizə  vətəndaşlardan  daxil 
olmuşdur    ki,  onların  da  böyük  əksəriyyəti  ARDNŞ-nin  müəssisələrində  işə  qəbul 
olunmaqla  bağlıdır.  Bunlardan  286-si  Azərbaycan  Respublikası  Prezidentinin  İcra 
Aparatından, 45-çi  Milli Məclisdən, 7-çi Nazirlər Kabinetindən, 22-çi digər dövlət 
orqanları və müxtəlif təşkilatlardan baxılmaq üçün ARDNŞ-ə göndərilmişdir. Daxil 
olan 741 müraciət şöbənin işçiləri tərəfindən araşdırılmış və ərizələrə yazılı cavab 
verilmişdir, 147 isə baxılmaq üçün aidiyyatı üzrə təşkilatlara göndərilmişdir. ARDNŞ-
nin  qəbul  otağında  300-ə  yaxın  müraciət  etmiş  vətəndaşa  qaldırılan  məsələlərlə 
əlaqədar Kadrlar şöbəsinin işçiləri tərəfindən müvafiq şifahi izahatlar verilmişdir. 
6. “Əmək veteranı” adının verilməsi
 “Əmək  veteranı”  adının  verilməsi  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
1995-ci il 22 sentyabr tarixli 216 nömrəli, 1999-cu il 24 sentyabr tarixli 150 nömrəli 
qərarlarına uyğun olaraq aparılır.
 Müəssisələrdən “Əmək veteranı” adının verilməsi ilə əlaqədar şöbəyə daxil olan 
bütün sənədlər şöbə tərəfindən bir daha yoxlanılır və ARDNŞ-nin müvafiq əmrləri ilə 
rəsmiləşdirilir. 2010-cu ildə “Əmək veteranı” adının verilməsi, vəsiqənin dəyişdirilməsi 
məqsədi ilə ARDNŞ üzrə 19 əmr hazırlanaraq 64 işçiyə “Əmək veteranı” adı verilmiş, 
1 nəfərin itirilmiş və yaxud yararsız hala düşmüş vəsiqəsi yenisi ilə əvəz edilmişdir. 
Ümumilikdə ötən il ARDNŞ üzrə 65 ədəd “Əmək veteranı” vəsiqəsi doldurulmuş və 
müraciət edən şəxslərə təqdim edilmişdir. 
7.   Rəhbər işçi və mütəxəssislərin attestasiyası barədə
 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin    “Azərbaycan  Respublikasında 
attestasiyanın  keçirilməsi  qaydalarının  təsdiq  edilməsi  barədə”  23  may  2001-ci  il 
tarixli  97  saylı  qərarına  uyğun  olaraq,  2010-cu  ildə    “Azneft”  İB-nin  təşkilatları, 
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Heydər Əliyev adına Bakı Dərin Özüllər 
zavodu,  Qaz    emalı  zavodu,  Sosial  İnkişaf  İdarəsi,  Təhlükəsizlik  İdarəsi,  Xəzər 
Dəniz  Neft  Donanması,  “Neftqaztikinti”  Tresti,  “Kompleks  Qazma  İşləri”  Tresti  və 
“Neftqazelmitədqiqatlayihə” İnstitutunda  işçilərin attestasiyası keçirilmişdir. 
Keçən  il  ARDNŞ-nin  idarə  və  müəssisələrində  nəzərdə  tutulmuş  3140  nəfər 
rəhbər  işçi  və  mütəxəssislərdən  2604  nəfər  attestasiyadan  keçmişdir.  Attestasi-
yadan keçənlərdən 2536 nəfər tutduğu vəzifəyə uyğun olmuş, 28 nəfər isə uyğun 
olmamışdır. Attestasiya nəticəsində 72 nəfərin  dərəcəsi artırılmış, 10 nəfər aşağı 
vəzifəyə keçirilmişdir, 15 nəfəri isə işdən azad olunmuşdur. 


87
8.  Əmək  məzuniyyətlərinin  istifadə  olunması  və  əmək  qabiliyyətinin 
müvəqqəti itirməsi haqqında
2010-cu  ildə  şöbə  tərəfindən  ARDNŞ-nin  Baş  ofisi  və  nomenklatura  daxil  olan 
işçilərinin  məzuniyyətlərindən  istifadə  edilməsi  ilə  əlaqədar  299  müvafiq  əmr  və 
Kadrların İdarə Edilməsi Komitəsinin 707 Qərarı hazırlanmış və rəhbərlik tərəfindən 
imzalanmışdır. 
2010-cu ildə ARDNŞ-nin Baş ofisinin işçiləri 580 dəfə əmək məzuniyyətinə çıxmışdır. 
2 nəfər təhsil və yaradıcılıqla əlaqədar, 2 nəfər isə sosial məzuniyyətdə olmuşdur. 
ARDNŞ Baş ofisinin 120 işçisinə isə istifadə edilməmiş əmək məzuniyyətinin əvəzinə 
3211 təqvim günü kompensasiya ödənilmişdir. 
01 yanvar 2011-ci il tarixə ümumilikdə ARDNŞ-nin müəssisə və təşkilatları üzrə 
istifadə edilməmiş əmək məzuniyyətlərinin günlərinin sayı 38434, ARDNŞ-nin Baş 
ofisi üzrə bu rəqəm - 3322 təqvim günüdür. Müqayisə üçün 2010-cu ilin əvvəlinə 
şirkət üzrə istifadə edilməmiş əmək məzuniyyətlərin günlərinin sayı 81077 təqvim 
günü təşkil edirdi. 2010-cu ildə ARDNŞ-nin müəssisələri üzrə əmək qabiliyyətinin 
müvəqqəti itirliməsi ilə əlaqədar 27845 nəfər 442534 gün işə çıxmamışdır. Müqayisə 
üçün 2009-cu ildə bu rəqəmlər müvafiq olaraq 29182 və 404729 olmuşdur. ARDNŞ-
in Baş ofisi üzrə 151  nəfər xəstəlik vərəqəsi təqdim etmiş və bu səbəbdən 1945 
gün işə çıxmamışdır.  
ARDNŞ-də Kadrların hazırlanması sahəsində görülən işlər. Hesabat ilində   
ARDNŞ-də kadrların hazırlanması üzrə işlər iki istiqamətdə aparilmışdır: 

mövcud kadrların ixtisaslarının artırılması;

yeni kadrların hazırlanması.
  2010-cu  ildə  ARDNŞ-nin  işçiləri  ixtisaslarını  artırmaq  məqsədilə  ölkəmizdə  və 
xaricdə  keçirilən müxtəlif uzun və qısa müddətli təlim kurslarında iştirak etmişlər. 
Bu  kurslar  Sosial  İnkişaf  İdarəsinin  Təlim-Tədris  Mərkəzinin  və  İnformasiya  və 
Rabitə Texnologiyaları İdarəsinin binalarında (TTM), nüfuzlu şirkətlər (“Pricewater-
houseCoopers”, “İnfosystem-Link”, “Gustav Kaeser”, Böyük Britaniyanın Açıq Uni-
versiteti və sairə) və dövlət ali təhsil müəssisələri (Dövlət İdarəçilik Akademiyası, 
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyası və sairə) tərəfindən 
təşkil olunmuşdur. İxtisasartırma kurslarına ARDNŞ-nin 2577 rəhbər və mütəxəssisi, 
o cümlədən 756 nəfər rəhbər işçi, 1606 nəfər mütəxəssis və 215 nəfər qulluqçu 
cəlb olunmuşdur. Onlardan 88 nəfəri, o cümlədən 26 nəfər rəhbər işçi, 62 nəfər 
mütəxəssis xarici ölkələrdə ixtisaslarını artırmışlar.
Peşə kurslarına isə 2185 nəfər fəhlə cəlb olunmuşdur. Onlardan 489 nəfər peşə 
hazırlığı  keçmiş,  1696  nəfər  isə  ixtisaslarını  artırmışlar.  Peşə  hazırlığı  keçmiş 
fəhlələrdən 82 nəfər təlim tədris mərkəzlərində yeni hazırlanmış, 219 nəfər ikinci 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə