Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə29/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   25   26   27   28   29   30   31   32   ...   79

88
(əlaqədar) peşə öyrədilmiş və 188 nəfər yenidən hazırlanmışdır. 991 nəfər bilavasitə 
işlədiyi müəssisədə peşə səviyyəsini yüksəltmişdir. 
2008-ci ildən etibarən Şirkət və onun struktur müəssisələrinin beynəlxalq müha-
sibat uçotu standartlarına keçidi ilə əlaqədar mühasibat uçotunun təşkili sahəsində 
müasir  biliklərə  malik  kadrların  hazırlanması  2009  və  2010-cu  illərdə  də  davam 
etdirilmişdir.  Bununla  əlaqədar  ARDNŞ-nin  Sosial  İnkişaf  İdarəsinin  Təlim,  Tədris 
və  Sertifikatlaşdırma  Departamentinin  və  İnformasiya  Texnologiyaları  və  Rabitə 
İdarəsinin  binalarında  kurslar  təşkil  olunmuşdur.  Bu  kurslardan  əlavə  ARDNŞ 
əməkdaşları  audit,  hüquq,  marketinq,  ekologiya  və  kadrlarla  əlaqəli  mövzuları 
əhatə edən kurslarda iştirak etmişlər. 
İxtisasartırma və peşə kurslarına cəlb olunmuş işçilərin ümumi sayı 4762 nəfər 
təşkil etmişdir. Bu da ARDNŞ işçilərinin, təxminən, 5,9%-ni təşkil edir. Aydındır ki, 
şirkətimizin indiki templə inkişafını davamlı etmək üçün ixtisasartırma tədbirlərinə 
daha  çox  işçi  cəlb  olunmalı  və  ixtisasartırma  sahəsində  keyfiyyət  dəyişiklikləri 
həyata keçirilməlidir.
Bu məqsədlə hesabat ilində bütün kateqoriyalardan kadrların ixtisasartırma siste-
minin təkmilləşdirilməsi məqsədilə işlərə başlanmışdır. ARDNŞ-nin indiyədək kadrların 
ixtisasartırma işlərinin təşkili üzrə daxili normativ sənədi olmamışdır. Müəssisələrdə 
indiyədək  Sovetlər  dövrünün  artıq  köhnəlmiş,  yeni  tələblərə  və  şəraitə  uyğun 
gəlməyən normativ-hüquqi sənədlərindən istifadə olunur. 2008-ci ildə bu fəaliyyət 
sahəsi üzrə işlərin hazırkı vəziyyəti, ehtiyaclar, qarşıdakı məqsədlər, kadrlara olan 
müasir  tələblər  və  ARDNŞ-nin  maliyyə-texniki  imkanları  nəzərə  alınaraq,  vahid 
Əsasnamə  layihəsi  işlənib  hazırlanmış  və  Əsasnamə  barədə  bütün  müəssisələrin 
irad, rəy və təklifləri toplanmışdır. Hazırda Əsasnamənin ikinci redaksiyası üzərində 
iş gedir. Paralel olaraq, müəssisələrdə kadrlar üzrə mütəxəssislər və ixtisasartırma 
kurslarına cəlb olunmuş işçilər arasında bu kursların keyfiyyəti, nəticələri və sairə 
məsələlərlə bağlı sosioloji sorğular aparılır.
ARDNŞ  savadlı  gənc  neftçi  mütəxəssislərin  yetişdirilməsi,  kadr  potensialının 
cavanlaşdırılması və müasirləşdirilməsi istiqamətində də məqsədyönlü işlər aparır.
İstedadlı və perspektivli yerli gənclərin ARDNŞ-nin vəsaiti hesabına xarici ölkələrin 
aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə 2006-cı ildə ARDNŞ-də 
Təqaüd  Proqramı  qəbul  edilmişdir.  Proqram  çərçivəsində  hər  il  50  gəncin  xarici 
ölkədə təhsil almasına imkan yaradılır. İndiyədək Təqaüd Proqramına 121 gənc cəlb 
edilmişdir. Onlardan 23 tələbə Almaniyada, 54 tələbə Böyük Britaniyada, 12 tələbə 
ABŞ-da,  15  tələbə  Fransada,  6  tələbə  Türkiyədə,    2  tələbə  Kanadada,  2  tələbə 
Hollandiyada,  3  tələbə  Norveçdə,  1  tələbə  Maltada,  1  tələbə  İsveçdə,  1  tələbə 
Avstriyada və 1 tələbə Rusiyada təhsil almış və ya hazırda təhsilini davam etdirirlər. 
Hazırda təhsili maliyyələşdirilən 82 tələbədən 37 nəfəri bakalavr və 45 nəfəri mag-
istr dərəcəsi üzrə təhsil alır. 


89
Bunu da qeyd etmək lazımdır ki, 2007, 2008, 2009 və 2010-cu illlərdə ARDNŞ-nin 
Təqaüd Proqramında iştirak edən 39 tələbə təhsillərini müvəffəqiyyətlə bitirib geri 
qayıtmışdır. Bu tələbələrdən 1 nəfəri hal-hazırda hərbi xidmətdə, 2 nəfəri müxtəlif 
səbəblərdən proqramdan çıxmış və 36 nəfəri ARDNŞ-də işlə təmin olunmuşlar.
Təqaüd  Proqramı  çərçivəsində  tələbələrin  xaricdə  təhsil  almaları  üçün  ARDNŞ 
Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidməti) təşkilatı, Amerika Birləşmiş 
Ştatlarının Oklahoma və Texas Universitetləri, Fransanın TOTAL şirkəti vasitəsi ilə 
Paris Neft İnstitutu və digər universitetlər ilə sıx əməkdaşlıq edir. ARDNŞ ilə DAAD 
arasında  18.04.2007-ci  il  tarixində  bu  məqsədlə  müqavilə  bağlanmışdır.  Bunun 
nəticəsi olaraq, Təqaüd Proqramına qoşulan tələbələrin əksəriyyəti təhsillərini Al-
maniyada davam etdirirlər. Fransanın TOTAL şirkəti ilə əməkdaşlığın nəticəsi olaraq 
ARDNŞ-nin Təqaüd Proqramına cəlb olunan tələbələrdən 9 nəfəri hazırda Fransanın 
müxtəlif  universitetlərində  təhsil  alır,  6  nəfəri  isə  təhsilini  başa  vurmuşdur.  Bu 
istiqamətdə  işlər  davam  etdirilir  və  qarşıdakı  illərdə  əməkdaşlığa  cəlb  olunacaq 
xarici ölkə universitetlərinin sayının artırılması planlaşdırılır.
Regionların  sosial-iqtisadi  inkişafı  proqramı  çərçivəsində  ARDNŞ-nin  vəsaiti 
hesabına inşa edilmiş və edilməkdə olan regional müalicə-diaqnostika mərkəzlərinin 
ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə Sosial İnkişaf İdarəsinin Səhiyyə 
departamenti  və  Mərkəzi  Neftçilər  Xəstəxanası  ilə  birlikdə  ARDNŞ  Baş  ofisinin 
müvafiq mütəxəssisləri həm Azərbaycan Dövlət Tibb Universitetinin məzunları, həm 
də  Türkiyənin  müxtəlif  şəhərlərində  yerləşən  universitetlərin  uzmanlıq  pilləsinin 
60-a yaxın həkimləri ilə əlaqələr qurulmuşdur. Türkiyədə uzmanlıq pilləsini bitirmiş 
həkimlər  dünyanın  istənilən  səhiyyə  müəssəsində  işləmək  hüququ  əldə  edirlər. 
Bu  tələbələr  arasında  radiasiya  onkologiyası,  qulaq-burun-boğaz  və  baş-boyun 
cərrahiyyəsi,  uşaq  cərrahiyyəsi,  uşaq  neyropsixiatriyası,  neyrocərrahiyyə,  göz 
xəstəlikləri və cərrahiyyəsi, kardioloq, anestezioloq və reanimatoloq, pediatr və sair 
ixtisaslar üzrə uzmanlıq öyrənən həkimlər vardır.
ARDNŞ  savadlı  gənc  neftçi  mütəxəssislərin  yetişdirilməsi,  tələbələrin  neft-qaz 
sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi 
məqsədilə  ardıcıl  işlər  aparır.  08.05.2005-ci  ildə  ARDNŞ  və  Azərbaycan  Dövlət 
Neft  Akademiyası  (ADNA)  “Azərbaycan  Dövlət  Neft  Akademiyasının  tələbələrinə 
Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  təqaüdünün  verilməsi  haqqında” 
əsasnaməni birgə təsdiq etmişlər. Həmin əsasnamənin tələblərinə müvafiq olaraq, 
ARDNŞ  ADNA-nın  birinci  kursdan  etibarən  seçilmiş  fakültələr  (Geoloji  kəşfiyyat, 
Qaz-neft-mədən,  Kimya-texnologiya,  Neft-mexanika,  Energetika,  İstehsalat 
proseslərinin avtomatlaşdırılması, İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və 
menecment) üzrə yüksək tədris göstəricilərinə malik olan hər kurs üzrə 
20  tələbəsinə  40  manatlıq  təqaüd  təyin  etmişdir.  Tələbələrin  arasından  ən 
layiqlilərinin  seçilməsi  məqsədilə  ARDNŞ-nin  Müsabiqə  Komissiyası  yaradılmışdır. 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə