Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə31/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   27   28   29   30   31   32   33   34   ...   79

92
müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologi-
ya,  proseslərin  avtomatlaşdırılması,  kompüter,  inşaat,  boru  kəmərləri,  ekologiya, 
neft-kimya  və  kimya  mühəndisliyi,  energetika,  iqtisadiyyat,  proqramçı  və  insan 
resurslarının  idarəedilməsi  ixtisasları  üzrə  təhsil  alan  Azərbaycan  vətəndaşı  olan 
tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün “Yay təcrübəsi 
proqramı”na başlamışdır. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində 
təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri 
biliklərinin təcrübədə yoxlanılması, həmçinin iş keyfiyyətləri barədə ARDNŞ-də daha 
dolğun  informasiyanın  toplanması  məqsədi  ilə  həyata  keçirilmişdir.  Yay  təcrübəsi 
tələbənin istəyindən asılı olaraq, 1 və ya 2 ay müddətində davam etmişdir. Proqramın 
şərtlərinə görə tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanmış və 
o ən aşağı dərəcəli mütəxəssis vəzifəsində işə qəbul olunmuşdur. Təcrübəçi işlədiyi 
vaxta və vəzifəsinə müvafiq olaraq, əmək haqqı almışdır. Eyni zamanda ARDNŞ işçiləri 
üçün  mövcud  olan  bütün  güzəştlər  təcrübəçilərə  də  şamil  edilmişdir.  Proqramda 
təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavriatın 
2, 3, 4-cü kursları və magistraturanın 1 və 2-ci kurslarını bitirən tələbələr iştirak 
etmişlər. 7 iyun 2010-cu il tarixində ARDNŞ-nin saytında elan olunmuş müsabiqəyə 
bir həftə ərzində ölkə daxilində və xaricdə 21 ali məktəbdə təhsil alan 298 tələbə 
müraciət etmişdir. 13 ali məktəb üzrə 126 tələbə yay təcrübəsinə qəbul edilmişdir. 
Tələbələrin yay təçrübəsi ARDNŞ-nin “Azneft” İB, “Azərikimya” İB, ”Kompleks Qaz-
ma İşləri” Tresti, “Neftqaztikinti” tresti, Xəzər Dəniz Neft Donanması, Geofizika və 
Geologiya İdarəsi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, “Azərneftyağ” Neft 
Emalı  Zavodu,  Qaz  Emalı  Zavodu,  İnformasiya  Texnologiyaları  və  Rabitə  İdarəsi, 
Neft Kəmərləri İdarəsi və Ekologiya İdarəsində təşkil edilmişdir.
Bu  il  ilk  dəfə  olaraq  ARDNŞ  respublikanın  enerji  sektorunda  gənc  kadrlara 
tələbatın  yüksək  olduğunu  nəzərə  alaraq,  ölkə  daxilində  və  xaricdə  təhsil  alan 
tələbə  və  gənc  mütəxəssislərin  enerji  sektoruna  marağını  artırmaq  məqsədi  ilə 
SOCAR  Yay  Məktəbi  təşkil  etmişdi.  Məktəbdə  respublika  daxilində  və  xaricində 
ali  məktəblərin  bakalavriat  və  magistratura  pillələrində  avtomatika  və  İKT,  boru 
kəmərləri, ekologiya, energetika, geoloji kəşfiyyat, hüquq, qaz-neft-mədən, qazma, 
iqtisadiyyat, kimya-texnologiya, neft-mexanika və inşaat ixtisasları üzrə təhsil alan, 
əsasən,  “yaxşı”  və  “əla”  qiymətlərlə  oxuyan  30  nəfər  Azərbaycan  vətəndaşı  olan 
gənclər  iştirak  etmişlər.  SOCAR  Yay  Məktəbi  29  avqust  –  6  sentyabr  2010-cu  il 
tarixlərində Şıx cimərliyində yerləşən “Ramada” otelində keçirilmiş və bu müddət 
ərzində  iştirakçılar  oteldə  qalmışlar.  Yay  Məktəbi  ARDNŞ-nin  fəalliyət    göstərdiyi  
enerji sektorunun - neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, 
neft-qaz  hasilatı,  nəqli  və  saxlanması,  emalı  və  neft-kimya,  ekoloji  normalar  və 
alternativ  enerji  mənbələri,  neft-qaz  hasilatı  və  emalı  sənayesinin  iqtisadiyyatı, 
neft və neft məhsullarının satışını əhatə etmişdir. Hər gün şirkətin müxtəlif idarə 


93
və  müəssisələrində  çalışan  işçilər  Yay  Məktəb  iştirakçılarına  mühazirələr  vermiş, 
onlarla praktiki məşğələlər aparılmış, ekskursiyalar təşkil olunmuşdur. Hər axşam 
ARDNŞ vitse-prezidentləri Məktəb iştirakçıları ilə görüşmüş və onları maraqlandıran 
sualları cavablandırmışlar. Məktəb tədris proqramı və təşkilati məsələlərinin həllinə 
görə tələbələr arasında böyük əks-səda yaratmış və gənclər arasında ARDNŞ-nin 
nüfuzunun  artmasına  səbəb  olmuşdur.  Yay  Məktəbindən  sonra  keçirilən  elektron 
rəy sorğusu da bunu təsdiq etmişdir.
2007-ci  ildə  Kadrların  hazırlanması  şöbəsi  Azərbaycanda  və  ölkədən  kənarda 
təhsil  alan  tələbə  və  şagirdlərlə  əlaqə  yaratmaq,  onların  müraciətlərini  vaxtında 
cavablandırmaq üçün ARDNŞ-nin korporativ veb səhifəsinin bir bölməsi olan Təqaüd 
Proqramı bölməsi – saytı (www.socar.az/tehsil.html) yaradılmışdır və hazırda fəaliyyət 
göstərir. Bu bölmədə şöbənin tələbələr və şagirdlərlə fəaliyyət istiqamətlərinə aid 
bütün məlumatlar: proqramların şərtləri, müsabiqələr, namizədlər və təqaüdçülər 
haqda  məlumatlar,  universitet  və  ixtisasların  siyahısı,  tarixçə,  fotoalbom,  ən  çox 
verilən suallar və cavabları, əlaqə məlumatları yerləşdirilmişdir və daim yenilənir. 


94
Hesabat  ilində  ARDNŞ-nin  müəssisələrində  sağlam  və  təhlükəsiz  əmək  şəraitinin 
yaradılması  və  təmin  edilməsi,  istehsalat  sahələrinin,  binaların,  iş  yerlərinin  müasir 
standartların tələblərinə uyğun səviyyədə yenidən qurulması, istehsalat xəsarətalmalarının, 
qəzaların, peşə xəstəliklərinin qarşısının alınması sahəsində böyük işlər görülmüşdür.
ARDNŞ  hər  il  istehsalatda  təhlükəsiz  və  sağlam  əmək  şəraitinin  vəziyyətindən  asılı 
olaraq  əməyin  mühafizəsi  üzrə  tədbirlərin  hazırlanıb  həyata  keçirilməsinə,  əl  əməyinin 
yüngülləşdirilməsinə, istehsalat proseslərinin mexanikləşdirilməsinə maliyyə vəsaiti ayırır. 
Bu məqsədlə 2010-cu ildə  müəssisələrdə əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə  
12  196  572    manat  vəsait  planlaşdırıldığı  halda,  bu  məqsədlə  14  407  463  manat  pul 
xərclənmişdir ki, bu da nəzərdə tutulan məbləğin  118,1  %-ni təşkil edir. 
İdarə və müəssisələrdə çalışan  işçilər  xüsusi geyim, xüsusi ayaqqabı  və digər fərdi 
mühafizə  vasitələri  ilə    təmin  olunmuş  və  bir  çox  müəssisələrdə  işçilərin  bu  geyim  və 
vasitələrdən  tam  istifadə  etmələrinə  nail  olunmuşdur.  İl  ərzində  işçilərin    xüsusi  geyim, 
ayaqqabı  və  fərdi  mühafizə  vasitələri  ilə  təmin  olunmasına    9.480.500    manat  vəsait 
xərclənmişdir.  Həmçinin  ARDNŞ-nin  Baş  Ofisinin  istehsalatla  bilavasitə  təmasda  olan 
mühəndis texniki işçiləri xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuşlar.
Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinin  223-cü  maddəsinin  tələblərini  icra 
edərək əməyin mühafizəsi işlərin təşkilini gücləndirmək məqsədilə işçilərinin sayı beş yüz 
nəfərdən artıq olan bir sıra müəssisələrdə –  “Azneft”, “Azəriqaz” və “Azərikimya” İstehsalat 
Birliklərində,  “Neftqaztikinti”  və  “Kompleks  Qazma  İşləri”  Trestlərində,    “Azərneftyağ” 
və H.Əliyev adına Bakı Neft Emalı Zavodlarında, Xəzər Dəniz Neft Donanmasında, Geo-
fizika və Geologiya İdarəsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda, Neft 
Kəmərləri İdarəsində müəssisə rəhbərinin  əməyin mühafizəsi üzrə müavini,  İnformasiya 
Texnologiyaları  və  Rabitə  İdarəsində  və  “Neftqazelmitədqiqatlayihə”  İnstitutunda  baş 
mühəndisin əməyin mühafizəsi üzrə müavini vəzifələri ştatları yaradılmışdır. 
İstehsalat sahələrində qəzaların, yanğınların, bədbəxt hadisələrin baş verməsinə və peşə 
xəstəliklərinin  yaranmasına  səbəb  ola  biləcək  risklərin  müəyyən  edilməsi,  onların  ləğv 
edilməsi  və  ya  minimum  səviyyəyə  endirilməsi  məqsədilə  2010-cu  ildə  Şirkətin  Əməyin 
mühafizəsi və təhlükəsizliyi şöbəsi və əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət komissiyası 
tərəfindən Şirkətin 15 müəssisəsinin 63 təşkilatında əmək şəraitinin vəziyyəti yoxlanılmış, 
1600-dən çox təhlükəsizlik qaydalarının pozuntuları və digər nöqsanlar aşkar edilmişdir ki, 
bunların da aradan qaldırılması üçün tədbirlər görülmüş və müəyyən hissəsi ləğv edilmişdir.
XVIII. ƏMƏYİN MÜHAFİZƏSİ


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə