Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə39/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   35   36   37   38   39   40   41   42   ...   79

113
quraşdırılmış, sanitar qovşaqlarında aksesuarlar yeniləri ilə əvəz edilmişdir. Hazırda 
10  saylı  DDÖ-də  yaşayış  blokunun,  Çilov  adasında  yeni  inzibati  binanın,  4  saylı 
yataqxana binasının və qonaq evinin tikiltisi davam edir. Ərzağın sanitar qaydalara 
uyğun saxlanılması üçün 13 ədəd yeni  konteyner-refrejerator alınaraq sahələrdə 
quraşdırılmışdır ; 
- “Günəşli” yatağında yerləşən Dərin Dəniz Özüllərində, “Ümid” strukturu 1 saylı 
Dərin Dəniz Stasionar Özülündə, həmçinin “28 May” NQÇİ-nin Neft Daşları ərazisində 
yerləşən  QYHN  və  KTS-nin    Sıxıcı  kompressor  stansiyalarında  növbəli  iş  üsulu  ilə 
(vaxt metodu ilə) işləyən 2426 nəfər işçi gündəlik keyfiyyətli və yüksək kalorili isti 
yeməklə pulsuz təmin olunmuşlar ;  
- 5 idarə üçün müasir standartlara cavab verən yeni inzibati bina tikilmiş, 9 idarənun 
inzibati binası əsaslı təmir olunaraq iş otaqları müasir avadanlıqlarla təchiz edilmiş, 
4 idarədə isə hal-hazırda əsaslı təmir işləri davam edir;
- 28 sex və sahədə olan iş yerlərində duşxana tikilmiş, soyunub-geyinmə otaqlarında 
təmir işləri aparılmış,yeni şkaflarla təchiz olunmuşdur.Sex və sahələrdə 200 ədədə 
yaxın  su  dispenseri  quraşdırılmış  və  işçilər  mütəmadi  olaraq  içməli  su  ilə  təmin 


114
edilirlər;  
-  idarə  və  müəssisələrdə  fəaliyyət  göstərən  3  ədəd  tibb  məntəqəsi  əsaslı  təmir 
olunmuş, 6 sahədə isə tələbat nəzərə alınaraq yenisi yaradılmış və hər biri lazımı 
avadanlıqlarla  təchiz  edilmişdir.  “Azərikimya”  İB-də  və  H.Əliyev  adına  BDÖZ-də 
işçilərə  ilkin  tibbi  yardım  göstərilməsi  və  tibbi  müayinə  aparılması  üçün  Mərkəzi 
Neftçilər Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin bölmələri yaradılmışdır;
- işçilərin iş yerlərinə rahat aparılıb-gətirilməsi üçün 36 ədəd avtobuslar alınmışdır;
ARDNŞ-nin  mənzil  fondunda  olan  yaşayış  binalarında  8389,5  m2  şifer  dam 
örtüyünün, 32452,5 m2 ruberoid dam örtüyünün, 8389 p/m istilik xəttinin və 784p/m 
çirkab  su  xətlərinin  təmiri  işləri  görülmüşdür.  Yaşayış  binalarının,  yataqxanaların, 
inzibati  binaların  və  digər  sosial  obyektlərin  əsaslı  və  cari  təmiri,  liftlərin  elektrik 
lövhələrinin, xətlərinin təmiri və ya köhnə kabel xətlərinin yenisi ilə əvəz olunması, 
orada  yerləşən  elektrik  mühərriklərinin  faza  qoruyucularının,  nasoslarının  təmir 
olunması,  bunlarla  yanaşı  bütün  obyektlərdə  sayğacların  quraşdırılması  həyata 
keçirilmişdir.
Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının nəzdində 15 stasionar şöbə, poliklinika 
şöbəsi və köməkçi bölmələrlə yanaşı, “Neft Daşları” Tibbi Sanitar Hissəsi, 8 həkim, 


115
27 fedşer tibb məntəqəsi fəaliyyət göstərir. Bu xəstəxana bütün sahələrdə inkişaf 
edərək, yüksək kadr potensialına, ən unikal əməliyyatların həyata keçirilməsi üçün 
lazım  olan  müasir  tibbi  avadanlıqlara  malik  müasir  tələblərə  cavab  verən  çoxpro-
filli klinikaya çevrilmişdir. Burada 1228 nəfər işçi heyəti yüksək peşəkarlıq nümayiş 
etdirərək, 80 minə yaxın neft sənayesi işçilərinə və bundan əlavə müalicəyə ehtiyacı 
olan  digər  insanların  sağlamlığının  keşiyində  dayanırlar.  MNX-da  yaradılmış  dializ 
şöbəsində 69 nəfər xəstə hemodializ müalicəsi qəbul etmişdir.
MNX-nın  “Ürək  və  damar  cərrahiyyəsi”  şöbəsində  399  nəfərdə  anqioqrafiya 
müayinəsi,  75  nəfərdə  ballon  və  stendlərin  qoyulması  və  59  nəfərdə  açıq  ürək 
əməliyyatı ARDNŞ tərəfindən tam pulsuz həyata keçirilmişdir.
Məlum  olduğu  kimi,  ölkəmizdə  ilk  dəfə  böyrək  köçürülməsi  əməliyyatı  məhz  bu 
səhiyyə  ocağında  həyata  keçirilmişdir.  Bu  günədək  MNX-da  13  analoji  əməliyyat 
həyata keçirilmişdir.
Respublikanın bölgələrində fəaliyyət göstərən Lənkəran, Şirvan, Zaqatala, Qəbələ, 
Qazax,  Bərdə,  Gəncə,  Quba,  Şamaxı  və  Cəlilabad  Müalicə-Diaqnostika  Mərkəzləri 


116
sözügedən bölgələrin əhalisinə yüksək səviyyədə tibbi xidmət göstərir. Bölgələrdə 
böyrək  çatışmazlığından  əziyyət  çəkən  xəstələrin  çox  olduğunu  nəzərə  alaraq, 
MDM-də yaradılmış dializ şöbələrində ötən dövr ərzində 774 nəfər xəstə hemodializ 
müalicəsi qəbul etmişdir.
ARDNŞ  üzrə  oturacaq  yerlərinin  sayı  3700  ədəd,  işçilərinin  sayı  380  nəfər  olan 
15 mədəniyyət evlərinin və klublarında təşkil olunan Yeni il şənliklərində və digər 
bayramlarda 50 minə yaxın uşaq iştirak etmiş, onların hər birinə hədiyyələr təqdim 
edilmişdir.
ARDNŞ-nin strukrur bölmələrinin tabeliyində fəaliyyət göstərən 40 uşaq bağçasında 
3561  nəfərə  yaxın  uşaq  tərbiyə  alır  ki,  onlardan  1761  nəfəri  neftçi,  1000  nəfəri 
güzəştli əsaslarla 800 nəfəri isə qeyri-neft sektorunda çalışanların övladlarıdır. 2010-
cu ildə 12 uşaq bağçasında əsaslı və cari təmir işləri yerinə yetirilmişdir. 
ARDNŞ-nin  Sosial  İnkişaf  İdarəsinin  “Neftçi”  İdman  Sağlamlıq  Mərkəzinin 
tabeliyində olan 10 idman qurğusunda idmanın 28 növü üzrə 168 peşəkar məşqçi-


117
müəllimin rəhbərliyi altında 4000-ə yaxın yeniyetmə və gənclərə, eləcə də 1000-ə 
yaxın neftçilərə bədən tərbiyəsi və idman xidmətləri göstərilir.
2010-cu ildə mərkəzin idmançıları 200-dən çox müxtəlif səviyyəli yarışlarda iştirak 
edərək  1582  medal  qazanmışlar  ki,  onlardan  564-ü  qızıl,  419-u  gümüş  və  599-u 
bürüncdür. 
Əldə  olunmuş  yüksək  nəaliyyətlərin  nəticəsi  olaraq,  “Neftçi”  İSM  dörd  il  ardıcıl 
olaraq (2007-2008-2009-2010-cu il) Azərbaycan Respublikası Gənclər və İdman Na-
zirliyi tərəfindən “İlin ən yaxşi idman cəmiyyəti” adına layiq görülmüşdür. 
İşçilərin və onların ailə üzvlərinin istirahətlərinin səmərəli keçirilməsi üçün “Geo-
fizik” və “Nabran” istirahət zonalarında 2010-cu ilin yay mövsümündə 3 min nəfərə 
yaxın və Respublikanın digər istirahət zonalarında isə 6,3 min nəfərə yaxın neftçinin 
və onların ailə üzvlərinin, 2-3 günlük və çoxgünlük istirahətləri təşkil edilmişdir. Bun-
dan əlavə müalicəyə ehtiyacı olan neftçilərdən 980 nəfər sanotor-kurort müalicəsi 
üçün yollayışla təmin olunmuşlar. 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə