Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə47/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   43   44   45   46   47   48   49   50   ...   79

136
borcun ödənilməsi üçün tələb olunan xərclərin və yığılmış amortizasiya çıxılmaqla 
qeydə alınan məbləğin daha yüksək olan dəyəri ilə ölçülür.
Ticarət və sair debitor borcları. Ticarət və sair debitor borcları effektiv faiz 
metoduna əsasən amortizasiya olunmuş dəyərdə qeydə alınır. Qrup əvvəlcə fərdi 
olaraq mühüm olan maliyyə aktivləri və ya fərdi olaraq mühüm olmayan maliyyə 
aktivləri  qrupu  üçün  dəyərsizləşmənin  obyektiv  sübutunun  olub-olmamasını  test 
edir.  Əgər  Qrup  fərdi  olaraq  test  edilmiş  maliyyə  aktivinin  dəyərsizləşməsi  üçün 
obyektiv sübutun olmadığını müəyyən edərsə, aktivi eyni kredit risk xarakteristikası 
olan maliyyə aktivləri qrupuna daxil edir və bu qrup üçün kollektiv dəyərsizləşmə 
testini  keçirir.  Fərdi  olaraq  dəyərsizləşmə  testi  edilmiş  və  dəyərsizləşmə  üzrə 
zərərin qeydə alındığı aktivlər kollektiv dəyərsizləşmə testinə daxil edilmir. Debitor 
borclarının dəyərsizləşməsi üzrə ehtiyat, Qrupun müəyyən edilmiş ilkin müddətdə 
borc  məbləğlərini  tam  toplaya  bilməyəcəyinə  obyektiv  sübutlar  mövcud  olduqda 
yaradılır. Ehtiyatın məbləği, aktivin balans dəyəri ilə əvvəlki effektiv faiz dərəcəsinə 
əsasən  diskont  edilmiş  gələcək  pul  vəsaitləri  hərəkətinin  dəyəri  arasındakı  fərqi 
təşkil edir. Ehtiyatın məbləği mənfəət və ya zərər kimi uçota alınır. Debitor borcu-
nun dəyərsizləşməsi məsələsinə baxarkən Qrupun nəzərə aldığı əsas amillər həmin 
debitor  borcunun  vaxtı  keçmiş  statusu  və  onun  realizasiya  oluna  bilməsi  yaxud 
hər hansı girov təminatının olmasıdır. Əlavə olaraq, dəyərsizləşmə üzrə zərərin baş 
verməsinə  dair  obyektiv  əlamətlərin  mövcud  olmasını  müəyyən  edən  digər  əsas 
meyarlar aşağıda göstərilir:

qarşı tərəfin əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və bunun Qrupun 
qarşı tərəf haqqında əldə etdiyi maliyyə məlumatları ilə təsdiqlənməsi;

qarşı tərəfin müflisləşməsi və ya onun maliyyə strukturunun yenidən təşkil 
edilməsi riskinə məruz qalması;

qarşı  tərəfə  təsir  göstərən  milli  və  ya  yerli  iqtisadi  şəraitin  dəyişməsi 
nəticəsində onun ödəniş statusunda mənfi dəyişikliklərin baş verməsi; və ya

girovun  (əgər  varsa)  dəyərinin  bazar  şərtlərinin  pisləşməsi  nəticəsində 
əhəmiyyətli dərəcədə aşağı düşməsi.
Ticarət və sair debitor borcları müştərilər və borcalanlar tərəfindən ödənildikdə və 
ya başqa oxşar əməliyyatlar olduqda debitor borcu hesabından silinir.
Pul  vəsaitləri  və  pul  vəsaitlərinin  ekvivalentləri.  Pul  vəsaitləri  və  pul 
vəsaitlərinin  ekvivalentlərinə  kassada  olan  nağd  pul,  bank  hesablarındakı  tələb 
edilənədək və ilkin ödəmə müddəti üç ay və ya az olan sair qısamüddətli və yüksək 
likvidli investisiyalar daxildir. 
Məhdudiyyət qoyulmuş pul vəsaitləri. Məhdudiyyət qoyulmuş pul vəsaitləri nağd 
pul və pul vəsaitlərinin ekvivalentlərindən ayrıca göstərilir. Məhdudiyyət qoyulmuş 


137
qalıqlar pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi məqsədilə pul vəsaitləri 
və pul vəsaitlərinin ekvivalentlərinə aid edilmir.
Kreditor borcları. Kreditor borcları qarşı tərəfin müqavilə üzrə öz öhdəliklərini 
yerinə yetirməsi zamanı qeydə alınır. Kreditor borcları ilkin olaraq ədalətli dəyərdə 
uçota  alınır  və  sonradan  effektiv  faiz  metoduna  əsasən  amortizasiya  olunmuş 
dəyərdə ölçülür. 
Borc öhdəlikləri. Borc öhdəlikləri əvvəlcə borc öhdəlikləri ilə bağlı emissiya xərcləri 
çıxılmaqla, əldə edilmiş daxilolmaların ədalətli dəyərində qeydə alınır. Borc öhdəlikləri 
effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərdə uçota alınır.  
Əsas  vəsaitlərin  tikintisini  maliyyələşdirmək  üçün  alınmış  borc  öhdəlikləri  üzrə 
faiz  xərcləri  aktivi  istifadəyə  yararlı  vəziyyətə  gətirmək  üçün  onun  tikintisinin 
tamamlanması və ya hazırlanması üçün tələb olunan dövr ərzində kapitallaşdırılır. 
Borc öhdəlikləri üzrə sair xərclər mənfəət və ya zərərdə əks etdirilir.
Əsas vəsaitlər. Qrup əsas vəsaitlərinin BMHS-ə keçid tarixində (1 yanvar 2007-
ci il) ədalətli dəyərlə ölçülməsi və həmin tarixdə ədalətli dəyərin şərti hesablanmış 
maya  dəyəri  kimi  istifadə  edilməsi  üsulunu  seçmişdir.  Ədalətli  dəyər,  bazar 
məlumatlarına  əsasən  və  köhnəlmə  hesablanmış  əvəzləşdirmə  dəyəri  üsulundan 
istifadə  etməklə  müəyyən  edilir.  BMHS-ə  keçid  prosesindən  sonra  əsas  vəsaitlər 
yığılmış köhnəlmə və lazım olduqda, dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, aşağıda 
göstərilən dəyərdə uçota alınır.
Əsas vəsaitlər (davamı). 1 yanvar 2007-ci il tarixindən sonra alınmış aktivin 
ilkin dəyəri onun alış dəyəri və ya tikinti xərcləri, bu aktivin istismara verilməsi ilə 
birbaşa bağlı olan xərclər, onun silinməsi öhdəliyi (əgər varsa) üzrə ilkin təxminlər 
və kvalifikasiya olunan aktivlər və borc öhdəlikləri üzrə xərclərdən ibarətdir. Maliyyə 
lizinqi müqaviləsinə əsasən əldə edilmiş aktivlər də əsas vəsaitlərə daxildir. 
Kəşfiyyat və qiymətləndirmə xərcləri. Mülkiyyətin lizinqə götürülməsi xərcləri 
ehtiyatların dəyəri müəyyən edilənədək kapitallaşdırılır. İqtisadi cəhətdən səmərəli 
kəşfiyyat edilmədikdə, bu məsrəflər xərc hesabına yazılır. Əsas vəsaitlər və ya qey-
ri-maddi aktivlər üzrə kapitallaşdırma xərclərin xarakterinə uyğun şəkildə aparılır.
Qrup kəşfiyyat və qiymətləndirmə fəaliyyətini həmin resursların istehsalının iqti-
sadi cəhətdən əsaslandırılması müəyyən edilənə qədər, kəşfiyyat və qiymətləndirmə 
xərclərini kapitallaşdırmaqla uçota alır. İqtisadi cəhətdən əsaslandırılmayan resurs-
lar ilə bağlı kəşfiyyat və qiymətləndirmə xərcləri konsolidasiya edilmiş ümumi gəlir 
haqqında hesabatda əməliyyat xərclərinə əlavə edilir. 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə