Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə45/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   41   42   43   44   45   46   47   48   ...   79

132
İlkin  dəyər  alış  tarixinə  aktivi  almaq  üçün  ödənilmiş  pul  vəsaitlərini  və  ya  pul 
vəsaitlərinin ekvivalentlərinin məbləğini və yaxud verilmiş digər resursların ədalətli 
dəyərini əks etdirir və əməliyyat xərclərini ehtiva edir. İlkin dəyərlə qiymətləndirmə 
yalnız bazar qiymətləri olmayan və ədalətli dəyəri etibarlı şəkildə ölçülə bilməyən 
pay alətlərindəki investisiyalara tətbiq edilir.
Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı, 
buraxılması və ya satışı ilə əlaqəlidir. Əlavə xərclər əməliyyatın həyata keçirilmədiyi 
təqdirdə yaranmayan xərclərdir. Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər 
kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə 
ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr, 
eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Borc 
öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və 
ya saxlama xərcləri maliyyə xərclərinə daxil edilmir.
Amortizasiya olunmuş maya dəyəri əsas məbləğin qaytarılmasını çıxılmaqla, lakin 
hesablanmış faizləri daxil etməklə, maliyyə aktivləri üçün isə dəyərsizləşmə zərərləri 
üzrə hər hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyərini əks etdirir. Hesablanmış 
faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz meto-
dundan  istifadə  etməklə  ödəniş  məbləği  üzrə  hər  hansı  mükafat  və  ya  diskon-
tun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən 
hesablanmış kupon gəlirləri və amortizasiya olunmuş diskont və ya mükafat (verilmə 
zamanı  təxirə  salınmış  komissiyalar  daxil  olmaqla,  əgər  varsa)  ayrıca  göstərilmir 
və  müvafiq  maliyyə  vəziyyəti  haqqında  hesabatın  aktiv  və  öhdəliklərinin  balans 
dəyərinə daxil edilir.
Effektiv faiz-metodu maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (ef-
fektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq dövr 
ərzində  bölüşdürülməsi  metodudur.  Effektiv  faiz  dərəcəsi,  təxmin  edilən  gələcək 
pul ödənişlərini və ya daxilolmaları (kreditlər üzrə gələcək zərərlər xaric olmaqla) 
maliyyə alətinin gözlənilən fəaliyyət müddəti ərzində və ya müvafiq hallarda daha 
qısa  müddət  ərzində  maliyyə  alətinin  xalis  balans  dəyərinə  diskontlaşdıran  dəqiq 
dərəcədir.  Effektiv  faiz  dərəcəsi  maliyyə  aləti  üçün  nəzərdə  tutulan  dəyişkən  faiz 
dərəcəsi üzrə kredit spredini əks etdirən mükafatlar və ya diskont və yaxud bazar 
qiymətlərindən  asılı  olaraq  müəyyən  edilməyən  digər  dəyişkən  amillər  istisna  ol-
maqla, faiz dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli alətlər 
üzrə pul vəsaitlərinin hərəkətini diskont etmək üçün istifadə edilən faiz dərəcəsidir. 
Bu  cür  mükafatlar  və  ya  diskontlar  maliyyə  alətinin  gözlənilən  tədavül  müddəti 
ərzində  amortizasiya  edilir.  Diskont  dəyərinin  hesablanmasına  müqavilə  tərəfləri 
arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən 
bütün komissiyalar daxildir.


133
Maliyyə aktivləri. Qrup maliyyə aktivlərini aşağıdakı kateqoriyalara təsnifləşdirir: 
a) mənfəət və ya zərərdə ədalətli dəyərlə göstərilən maliyyə aktivləri; b) kreditlər və 
debitor borcları; c) ödəniş tarixinədək saxlanılan maliyyə aktivləri və d) satıla bilən 
maliyyə aktivləri. Bu təsnifləşdirmə maliyyə aktivlərinin əldə edilməsi məqsədindən 
asılıdır. Rəhbərlik maliyyə aktivlərini ilkin uçot zamanı təsnifləşdirir.
Maliyyə aktivlərinin qiymətləndirilməsi onların aşağıdakı təsnifatından asılıdır:
(a) Mənfəət və ya zərərdə ədalətli dəyərlə göstərilən maliyyə aktivləri. Mənfəət 
və ya zərərdə ədalətli dəyərlə göstərilən maliyyə aktivləri satış üçün nəzərdə tu-
tulan  maliyyə  aktivləri  (maliyyə  aktivi  əsasən  qısa  müddətdə  satış  üçün  əldə                           
edildiyi  təqdirdə  bu  kateqoriyada  təsnifləşdirilir)  və  ilkin  olaraq  mənfəət  və  ya 
zərərdə  ədalətli  dəyərlə  uçota  alınan  maliyyə  aktivləridir.  Derivativlər  heclər  kimi 
müəyyən edilmədiyi təqdirdə, satış üçün nəzərdə tutulan aktivlər kimi təsnifləşdirilir. 
Bu kateqoriyaya daxil olan aktivlər cari aktivlər kimi təsnifləşdirilir.
(b)  Kreditlər  və  debitor  borcları.  Kreditlər  və  debitor  borcları  bazarda  sərbəst 
surətdə alınıb satıla bilməyən, təsbit edilmiş və ya müəyyən edilə bilən ödənişlərlə 
qeyri-derivativ maliyyə aktivləridir. Ödəmə müddəti maliyyə vəziyyəti haqqında he–
sabat tarixindən sonra 12 aydan çox olan kreditlər və debitor borcları istisna olmaqla, 
bunlar cari aktivlər kimi təsnifləşdirilir. Bu istisna olunmuş aktivlər isə uzunmüddətli 
aktivlər kimi təsnifləşdirilir. Kreditlər və debitor borcları maliyyə vəziyyəti haqqında 
hesabatda debitor borcları kimi əks etdirilir.
(c)  Ödəniş  tarixinədək  saxlanılan  investisiya  qiymətli  kağızları.  Bu  kateqoriyaya 
Qrupun ödəniş müddətinədək saxlamaq niyyəti və imkanı olan qiyməti təyin edilmiş 
sabit və ya ödəniş müddəti müəyyən edilmiş qeyri-derivativ maliyyə aktivləri daxildir. 
Rəhbərlik ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızlarını ilk dəfə uçota 
alınması  ərəfəsində  təsnifləşdirilməsini  müəyyənləşdirir  və  hər  maliyyə  vəziyyəti 
haqqında hesabat tarixində təsnifləşdirmənin uyğunluğunu yenidən qiymətləndirir. 
Ödəniş  tarixinədək  saxlanılan  investisiya  qiymətli  kağızları  amortizasiya  olunmuş 
dəyərdə uçota alınır.
(d)  Satıla  bilən  maliyyə  aktivləri.  Satıla  bilən  maliyyə  aktivləri  bu  kateqoriya 
üçün nəzərdə tutulan və yaxud hər hansı digər kateqoriyalarda təsnifləşdirilməmiş 
qeyri-derivativlərdir.  Rəhbərliyin  maliyyə  vəziyyəti  haqqında  hesabat  tarixindən 
etibarən  12  ay  ərzində  investisiyaları  satmaq  niyyəti  olmadığına  görə  bu  aktivlər 
uzunmüddətli aktivlər kimi tanınır.
Maliyyə  aktivlərinin  müntəzəm  alışı  və  satışı,  əqdin  bağlandığı  tarixdə  (yəni, 
Qrup aktivi almaq və ya satmaq öhdəliyini üzərinə götürdüyü tarixdə) uçota alınır. 
İnvestisiyalar əvvəlcə mənfəət və ya zərərdə ədalətli dəyərdə uçota alınmayan bü–
tün maliyyə aktivləri üzrə əməliyyat xərcləri daxil olmaqla, ədalətli dəyərlə uçota 
alınır. Mənfəət və ya zərərdə ədalətli dəyərdə əks etdirilən maliyyə aktivləri əvvəlcə 
ədalətli dəyərdə uçota alınır, əməliyyat xərcləri isə ümumi gəlirlər haqqında hesa-


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə