Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə43/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   39   40   41   42   43   44   45   46   ...   79

128
şəkildə  düzəliş  verilməlidir.  Qeyri-nəzarət  payına  verilən  düzəliş  məbləği  və 
ödənilən məbləğ arasındakı fərq birbaşa kapitalda uçota alınmalıdır və Qrupun pay 
sahiblərinə aid edilməlidir.
Qeyri-nəzarət  payı  olan  səhmdarlarla  əməliyyatlar  -  “baş  müəssisə 
modeli” - 1 yanvar 2010-cu il tarixinə qədər
Qrup  qeyri-nəzarət  payı  olan  səhmdarlarla  əməlyyatları  Qrupa  daxil  olmayan 
tərəflərlə  əməliyyatlar  kimi  uçota  alır.  Qeyri-nəzarət  payının  alınması  qudvilin 
yaranmasına  səbəb  olur.  Qudvil,  alınmış  qeyri-nəzarət  payının  balans  dəyərindən 
artıq ödənilmiş məbləği əks etdirir. Törəmə müəssisələrin xalis aktivlərinin balans 
dəyəri  ödənilmiş  məbləğin  dəyərindən  artıq  olduqda,  yaranan  fərq  mənfəət  və 
ya  zərərdə  qeydə  alınır.  Törəmə  müəssisə  üzərində  nəzarət  itirilmədən,  törəmə 
müəssisədəki iştirak payında baş verən dəyişiklik kapital əməliyyatı kimi uçota alınır. 
Birgə nəzarət altında olan müəssisələrlə birləşmələr
Qrup  birgə  nəzarət  altında  olan  müəssisələrin  birləşdirilməsini  mühasibat  uçotunun 
alış metodu ilə əks etdirir.
Əlaqəli  müəssisələrə  investisiyalar.  Əlaqəli  müəssisələr  Qrupun  əhəmiyyətli 
dərəcədə təsir göstərdiyi, lakin nəzarət etmədiyi müəssisələrdir. Əlaqəli müəssisələrə 
investisiya qoyuluşları maliyyə vəziyyəti haqqında hesabatda investisiyalar üzrə yığılmış 
dəyərsizləşmə çıxılmaqla, əlaqəli müəssisədəki xalis aktivlərdə Qrupun payındakı alışdan 
sonra dəyişiklikləri üstə gəlməklə, ilkin dəyərlə uçota alınır. Əlaqəli müəssisəyə aid olan 
qudvil investisiyanın balans dəyərinə daxil edilir. Belə qudvil amortizasiya edilmir və ya 
dəyərsizləşmə üzrə ayrıca olaraq yoxlanılmır.
Alışdan sonra əlaqəli müəssisələrin mənfəətində və ya zərərində Qrupun payı mənfəət 
və ya zərərdə, sair ümumi gəlir və ya zərərdə qeydə alınan xalis aktivlərdə dəyişikliklərdə 
isə  Qrupun  payı  sair  ümumi  gəlir  və  ya  zərərdə  qeydə  alınır.  Alış  tarixindən  sonra 
yaranmış məcmu dəyişikliklər investisiyanın balans dəyərinə təsir göstərir. Əgər əlaqəli 
müəssisənin zərərində Qrupun payı, onun əlaqəli müəssisədəki payına, eləcə də Qru-
pun əlaqəli müəssisədəki investisiya qoyuluşunun müddətinin artırılması ilə əlaqədar ya-
ranan hər hansı debitor borclarına bərabər və ya ondan artıq olarsa, Qrup yalnız həmin 
əlaqəli  müəssisənin  adından  üzərinə  öhdəlik  götürdüyü  və  ya  ödənişlər  etdiyi  halda, 
gələcək zərərləri qeydə alır.
Qrup və onun əlaqəli müəssisələri arasında aktivlərin köçürülməsi ilə bağlı əməliyyatlar 
üzrə realizasiya olunmamış gəlirlər Qrupun əlaqəli müəssisələrdəki payına proporsio–
nal  həcmdə  silinir.  Bundan  əlavə,  realizasiya  olunmamış  zərərlər  həmçinin  köçürülən 
aktivlərin  dəyərsizləşməsini  sübuta  yetirən  əməliyyat  olmadığı  halda  silinir.  Lazım  ol–
duqda əlaqəli müəssisələrin uçot siyasəti Qrup tərəfindən qəbul edilmiş qaydalara uyğun 
olmaq üçün dəyişdirilir.


129
Birgə fəaliyyətdə iştirak payı. İki və ya daha çox tərəfin (sahibkarların) birgə 
nəzarət  tətbiq  edilməsi  şərtilə  həyata  keçirdikləri  iqtisadi  fəaliyyəti  əks  etdirən 
müqavilə  razılaşmasıdır.  Birgə  nəzarət  yalnız  iqtisadi  fəaliyyətlə  əlaqədar  strateji 
maliyyə və əməliyyat qərarları sahibkarların birgə razılığı ilə tələb edildikdə mövcud 
olur.  Birgə  nəzarət  olunan  müəssisə,  Qrupun  öz  sahibkarları  ilə  birlikdə  nəzarət 
etdiyi  iqtisadi  fəaliyyəti  həyata  keçirmək  üçün  müəssisə,  tərəfdaşlıq  və  ya  digər 
müəssisənin təsis olunmasını nəzərdə tutan birgə fəaliyyətdir.
Birgə  nəzarət  olunan  müəssisələrin  maliyyə  nəticələri,  aktivləri  və  öhdəlikləri 
pay  iştirakı  üzrə  uçot  metoduna  əsasən  konsolidasiya  edilmiş  hazırkı  maliyyə 
hesabatlarına daxil edilir. Pay iştirakı üzrə uçot metoduna əsasən birgə nəzarət olu-
nan müəssisədəki investisiya alış tarixindən sonra birgə nəzarət olunan müəssisənin 
xalis aktivlərində Qrupun payındakı dəyişikliklər daxil olmaqla və alınmış ödənişlər 
və investisiyanın dəyərindəki hər hansı dəyərsizləşmə çıxılmaqla maliyyə vəziyyəti 
haqqında hesabatda uçota alınır. Birgə nəzarət olunan müəssisənin mənfəət və ya 
zərərində Qrupun payı ümumi gəlir haqqında hesabatda və birgə nəzarət olunan 
müəssisənin uçota aldığı hər hansı gəlir və xərclər sair ümumi gəlir və ya zərərdə 
əks etdirilir.
Birgə nəzarət olunan müəssisələrin maliyyə hesabatları Qrupda olduğu kimi eyni 
hesabat dövrü üçün hazırlanır. Lazım olduqda, istifadə edilən uçot siyasətinin Qru-
pun qəbul etdiyi uçot siyasətinə uyğun olması üçün həmin maliyyə hesabatlarına 
düzəlişlər edilir. 
Qrup birgə fəaliyyətə bir daha birgə nəzarət etmədikdə və ya əlaqəli müəssisəyə 
əhəmiyyətli təsir göstərmədikdə və ya iştirak payı satış üçün nəzərdə tutulduqda, 
pay iştirakı üzrə uçot metodunu istifadə etmir.
Hasilatın Pay Bölgüsü haqqında Sazişlər (HPBS) ilə tənzimlənən Qrupun kəşfiyyat 
və  hasilat  seqmenti  üzrə  bəzi  fəaliyyət  növləri  birgə  fəaliyyət  vasitəsilə  həyata 
keçirilir. Bu halda sahibkarlar birgə fəaliyyətdə birbaşa mülkiyyət payına sahib olur 
və  onun  aktivlərinə  birgə  nəzarət  edirlər.  Bu  cür  fəaliyyət  birgə  nəzarət  olunan 
aktivlər kimi uçota alınır. Müvafiq olaraq, Qrupun birgə nəzarət olunan aktivlər və 
öhdəliklərdəki payı, eləcə də birgə nəzarət olunan aktivlər ilə bağlı gəlir və xərclər 
Qrupun payına proporsional şəkildə qeydə alınır.
HPBS, kommersiya neft və qaz şirkətinin təcrübəsindən istifadə etməklə mineral 
ehtiyatların  hasilatı  üsuludur.  Yekun  hasilatın  miqdarından  asılı  olmayaraq,  mine-
ral  ehtiyatlar  üzrə  mülkiyyət  hüququ  və  əksər  hallarda  ehtiyatların  hasilatı  üçün 
yaradılmış bütün əsas vəsaitlər üzrə qanuni hüquqlar Dövlətə məxsusdur. Dövlət, 
razılaşdırılmış  qiymət  formuluna  əsasən  məhsul  və  ya  nağd  pulla  təchiz  edilmiş 
məhsullardan müəyyən faiz götürür. Müqavilə tərəfləri ancaq müəyyən xərcləri və 
razılaşdırılmış mənfəət faizini əldə etmək hüququna malik ola bilərlər. O, həmçinin 
müəyyən  vaxt  müddətindən  sonra  ehtiyatları  hasil  etmək  hüququ  qazana  bilər. 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə