Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə44/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   40   41   42   43   44   45   46   47   ...   79

130
Əməliyyat şirkəti HPBS-i yerinə yetirmək üçün bir və ya bir neçə podratçı tərəflərin 
yaratdığı hüquqi şəxsdir.
Müxtəlif  HPBS-lərdə  podratçı  tərəf  olan  Qrup,  HPBS-i  sazişin  şərtlərinə  əsasən 
qiymətləndirir və uçota alır. O, HPBS-ə əsasən hasil edilmiş neftdə və qazda ancaq öz 
payını gəlir kimi uçota alır. Dövlətin adından hasil edilərək satılan neft və qaz üzrə ya-
ranan gəlir və ya çəkilmiş xərclər Qrupun hesabatlarında qeydə alınmır. Qrup, Dövlətin 
agenti kimi çıxış edərək nefti və qazı hasil edir və çatdırır, yaxud nefti və qazı sataraq 
gəliri Dövlətin hesabına köçürür.
BMS  38  və  BMS  16  əsasında,  müvafiq  olaraq,  qeyri-maddi  aktivlər  və  ya  əsas 
vəsaitlər kimi uçota alınmalı olan xərclər müəssisənin bir çox iqtisadi risklərə məruz 
qaldığı və aktivlər üzrə ehtimal edilən gələcək iqtisadi mənfəət əldə etdiyi təqdirdə 
uçota alınır. Alış, işlənmə və kəşfiyyat xərcləri konsolidasiya edilmiş hazırkı maliyyə 
hesabatlarında göstərilən uçot qaydalarına uyğun olaraq qeydə alınır. 
Köhnəlmə, tükənmə və ya amortizasiyaya məruz qalmış aktivlər HPBS-in qüvvədə 
olduğu dövrdə və ya müvafiq aktivlərin gözlənilən faydalı istifadə müddəti ərzində 
(bu müddətlərdən hansı daha qısa olarsa) hazırkı uçot siyasətində nəzərdə tutulan 
müvafiq tükənmə və ya köhnəlmə metoduna əsasən xərc silinir. 
Xarici  valyuta  çevrilmələri.  Konsolidasiya  edilmiş  hazırkı  maliyyə 
hesabatlarındakı məbləğlər başqa cür qeyd edilmədiyi halda min Azərbaycan Manatı 
ilə (“AZN”) əks olunmuşdur. 
Qrupun  konsolidasiya  edilmiş  müəssisələrinin  funksional  valyutaları  onların 
fəaliyyət  göstərdiyi  əsas  iqtisadi  mühitlərin  valyutaları  hesab  edilir.  ARDNŞ  və 
onun tabeliyində olan 20 struktur bölməsinin funksional valyutası və Qrupun he-
sabat valyutası Azərbaycan Respublikasının milli valyutası olan AZN-dır. Buna bax-
mayaraq, Qrupun törəmə, əlaqəli və birgə nəzarət olunan müəyyən müəssisələrində 
investisiyalarının  böyük  hissəsi  üzrə  debitor  borcları,  gəlirlər,  xərclər  və  borc 
öhdəlikləri ABŞ dolları və YTL ilə qiymətləndirildiyinə, çəkildiyinə, ödənildiyinə və ya 
ölçüldüyünə görə həmin müəssisələrdə, müvafiq olaraq, ABŞ dolları və Türk lirəsi 
(“YTL”) funksional valyuta hesab edilir. 
Xarici  valyuta  ilə  aparılan  əməliyyatlar  əvvəlcə  əməliyyat  tarixinə  qüvvədə  olan 
müvafiq  valyuta  məzənnələrini  tətbiq  etməklə,  Qrupun  müvafiq  müəssisələrinin 
funksional valyutası ilə qeydə alınır. 
Qrupun müvafiq müəssisəsinin funksional valyutası ilə ölçülməyən monetar aktiv 
və  öhdəliklər,  maliyyə  vəziyyəti  haqqında  hesabat  tarixinə  qüvvədə  olan  müvafiq 
valyuta məzənnələrinə əsasən həmin müəssisənin funksional valyutasına çevrilir.
Qrupun  müvafiq  müəssisələrinin  funksional  valyutalarında  yenidən  ölçülmə 
nəticəsində yaranan məzənnə gəlir və zərərləri mənfəət və ya zərərdə qeydə alınır. 


131
Qrup müəssisələrinin əməliyyat nəticələri və maliyyə vəziyyəti həmin müəssisələrin 
funksional valyutası Qrupun hesabat valyutalarından fərqli olduqda və Qrupun he-
sabat valyutası ilə ölçülmədikdə (bu müəssisələrdən heç birinin funksional valyutası 
hiperinflyasiya  iqtisadiyyatlı  ölkələrin  valyutası  deyil)  aşağıdakı  şəkildə  hesabat 
valyutasına çevrilir:
(I)  hər bir maliyyə vəziyyəti haqqında hesabat üzrə aktiv və öhdəliklər, maliyyə 
vəziyyəti haqqında hesabat tarixində qüvvədə olan yekun məzənnə ilə çevrilir; 
(II)  hər bir ümumi gəlir haqqında hesabat üzrə gəlir və xərclər orta məzənnə ilə 
yenidən qiymətləndirilir (əgər həmin orta məzənnə əməliyyat tarixinə məzənnələrin 
məcmu təsirinə əsaslı şəkildə yaxın olmadıqda, gəlir və xərclər əməliyyat tarixinə 
qüvvədə olan məzənnə ilə çevrilir); və 
(III)  bütün  məzənnə  fərqləri  kapital  hesabında  ayrıca  komponent  (məzənnə 
fərqi) kimi əks etdirilir.
31 dekabr 2010-cu il tarixinə xarici valyuta qalıqlarının çevrilməsində istifadə olu-
nan əsas valyuta məzənnələri: 1 ABŞ dolları = 0.7979 AZN, 1 YTL = 0.5139 AZN, 
100 Yapon yeni = 0.9798 AZN (2009: 1 ABŞ dolları = 0.8031 AZN, 1 YTL = 0.5315 
AZN, 100 Yapon yeni = 0.8713 AZN).
Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları. Təsnifat formalarından asılı 
olaraq  maliyyə  alətləri  ədalətli  dəyərdə  və  ya  köhnəlmə  olunmuş  dəyərdə  qeydə 
alınır. Həmin qiymətləndirmə üsulları aşağıda əks etdirilir.
Ədalətli  dəyər  əməliyyatın  həyata  keçirilməsində  maraqlı  olan,  yaxşı 
məlumatlandırılmış  və  bir-birindən  asılı  olmayan  alıcı  və  satıcı  arasında  aktivin 
mübadilə  edilə  bildiyi  və  ya  öhdəliyin  yerinə  yetirildiyi  məbləğdir.  Ədalətli  dəyər 
fəal  bazarda  alınıb  satılan  maliyyə  aktivləri  üzrə  cari  tələb  qiymətini  və  maliyyə 
öhdəlikləri üzrə cari təklif qiymətini əks etdirir. Maliyyə aləti fəal bazarda o zaman 
sərbəst  surətdə  alınıb  satıla  bilən  aktivlər  kimi  qəbul  edilir  ki,  onların  qiymətləri 
haqqında  məlumat  fond  birjasında  və  ya  digər  maliyyə  təşkilatından  sərbəst  və 
müntəzəm  şəkildə  əldə  edilə  bilsin  və  bu  zaman  həmin  qiymətlər  kommersi-
ya  cəhətdən  müstəqil  şəkildə  bazar  şərtləri  çərçivəsində  həyata  keçirilən  real  və 
müntəzəm əməliyyatları əks etdirsin.
Bazar qiymətləri mövcud olmayan maliyyə alətlərinin ədalətli dəyərini müəyyən 
etmək üçün diskont edilmiş pul vəsaitlərinin hərəkəti modeli, kommersiya cəhətdən 
müstəqil şəkildə həyata keçirilən ən son əməliyyatlar haqqında məlumata əsaslanan 
modellər  kimi  qiymətləndirmə  üsulları,  eləcə  də  investisiya  qoyulan  müəssisələr 
haqqında  maliyyə  məlumatlarının  təhlili  istifadə  edilir.  Qiymətləndirmə  üsulları 
müşahidə  edilə  bilən  bazar  məlumatları  ilə  dəstəklənməyən  fərziyyələrin  istifadə 
olunmasını tələb edə bilər.


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə